Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə105/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   101   102   103   104   105   106   107   108   ...   306

ölkələrdə mütəxəssis çatışmazlığım əks etdirir. Nümunə kimi, proqram təminatı 

vasitələrinin  daxili  istehsalı  və  ixracı  sürətlə  artan  Hindistanı  göstərmək  olar. 

Kompüter  texnologiyaları  sahəsində  jdiksək  ixtisaslı  mütəxəssislərinin  maaşı 

inkişaf etmiş ölkələrdəki mütəxəssislərin 1/5-i məbləğində olan Hindistan, işçi 

qüvvəsinə  çəkilən  xərclərin  məcmu  istehsal  məsrəflərində  əhəmiyyətli  pay 

tutduğu bu sektorda yüksək rəqabət qabiliyyətinə malikdir. Hindistan hökuməti 

də  xarici  investisiyaların  ölkəyə  axınını  və  ixracı  stimullaşdırır.  Beləliklə, 

Hindistanın  proqram  təminatı  vasitələri  sənayesi  ucuz  əməyə  əsaslanan 

məlumatların  işlənməsindən  proqram  təminatı  üzrə  daha  mürəkkəb  layihələrə 

sürətli keçid dövrünü yaşayır. Bu imkanlardan yararlanmaq üçün get-gedə daha 

çox fımıa öz istehsallarını Hindistana və bənzər vəziyyətdə olan ölkələrə köçürür. 

Bu  məqsədlə  şirkətlərin  bir  ölkədən  başqasına  yerdəyişməsi  forması  olan 

autsorsinqdən istifadə edilir. 

Digar xidmatbr. İnformasiya əsrinin dinamik inkişaf edən xidmətlərindən 

başqa, biznes xidmətlərinin ənənəvi olan növləri ilə fəal beynəlxalq ticarət həyata 

keçirilir.  Bunlardan  biri  insan  resurslarının  iki  növünün:  yüksək  ixtisaslı 

mütəxəssislərin  və  yarımixtisash  işçi  qüvvəsinin  olmasını  tələb  edən 



mühəndis-inşaat  xidmətləridir.  Buna  görə  də  podrat  işləri  ilə  məşğul  olan 

beynəlxalq  şirkətlər  çox  vaxt  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrin 

firmalarının iştirakı ilə müştərək müəssisə formasında fəaliyyət göstərir. 

Xidmətlərin  bu  növünün  yüksək  ixtisaslı  mütəxəssislərin  əməyi  ilə 

əlaqədar olan hissəsində (məsələn, mühəndis-məsləhətçilər) inkişaf etmiş ölkələr 

bazarda dominant mövqedədir. 225 aparıcı şirkətin gəlirlərinə baxsaq, görərik ki, 

hələ  onilliyin  ortalarında  beynəlxalq  inşaatdan  əldə  olunan  160  milyard  dollar 

məbləğində ümumi gəlirin 80%-dən çoxu inkişaf etmiş ölkələrin payına düşürdü. 

Bu  ölkələr  arasında  lider  Yaponiyadır  (20%),  onun  ardınca  isə  ABŞ  (16%), 

Fransa  (13%),  Böyük  Britaniya  (12%)  və  Almaniya  (11%)  gəlir.  Amma 

2005-2010-cu illərdə Çinin mövqeləri sürətlə möhkəmlənməyə başlamış, bu ölkə 

ABŞ ilə birlikdə beynəlxalq inşaat layihələrinin həyata keçirilməsində ilk yerləri 

tutmağa  başlamışdır.  Çin  şirkətləri  hətta  böhranlı  2008-2010-cu  illərdə  ABŞ, 

Kanada,  Aİ,  Şərqi  Asiya  və  Latın  Amerikasında  dayanıqlı  artım  nümayiş 

etdirmişdir.  Daha  geniş  müqayisə  olunduqda,  birinci  yerdə  inşaat  bazarındakı 

payı 30% (2003-cü ildə - 47%) olan Avropa İttifaqıdır. 

İnkişaf  etməkdə  olan  ölkələrin  regional  bazarları  arasında  Şərqi  və 

Cənub-Şərqi Asiyanın bazarı daha dinamik inkişaf edir. Bu regionda podrat 



263 


tikintisi  infrastruktur  layihələrinin  (elektrik  stansiyalarının  və  nəqliyyat 

sistemlərinin  inşası  kimi)  həyata  keçirilməsindən  kimya  müəssisələrinin,  neft 

emalı  zavodlarının,  emal  sənayesinin  başqa  istehsal  güelərinin  və  iri  binaların 

inşasmadək  dəyişir.  Regionun  ölkələri  əsas  inşaat  xidmətlərini  transmilli 

şirkətlərdən  alır  və  bu,  yerli  mütəxəssislərin  ixtisas  səviyyəsinin  aşağı  olması, 

maliyyə vəsaitlərinin çatışmazlığı ilə izah edilir; amma yuxarıda qeyd etdiyimiz 

kimi,  bu  ölkələrin  bəzisi  inşaat  xidmətlərini  ixrac  da  edir.  Biznesin  mühasibat 

uçotu, hüquq, tibbi xidmətlər, teleradio yayımı, kinematoqrafıya və reklam kimi 

digər növlərinin inkişafını isə transsərhəd əməlij^atlarmm aparılması üçün əcnəbi 

təchizatçının  ixtisas  səviyyəsinə  dair  tələblərin  qoyulması,  ölkənin  milli 

təhlükəsizliyi,  əhalinin  sağlamlığının  qorunması,  mədəniyyətin  mühafizəsi 

mülahizələri  əsasında  həmin  xidmətlərin  göstərilməsinin  qadağan  olunması 

ləngidir.  Eyni  zamanda  infonuasiya  texnologiyalarının  inkişafı  sayəsində  bu 

xidmətlərin  göstərilməsi  qarşısındakı  texnoloji  maneələr  xeyli  endirildiyindən, 

onlarla ticarət genişlənir. 

11.7.

 

Beynəlxalq iqtisadi münasibətlər sistemində təhsil 

ötən  əsrdə  təhsil,  sadəcə  olaraq,  milli  mədəniyyətlərin  deyil,  həmçinin, 

millətlərin  özünün  də  formalaşmasında  çox  mühüm  rol  oynamışdır.  Təhsil, 

nəsillərin  təcrübəsini  və  dünyada  mövcud  olan  pozitiv  bilikləri  özünə 

hopduraraq,  dövlətlərin  təşəkkül  tapmasında  başlıca  və  bəlkə  də,  həlledici  rol 

oynamaqla  inkişaf  etmişdir.  Təhsil  dövlətin  müdafiə,  məhkəmə  hakimiyyəti, 

polis idarələri kimi təbii funksiyası qismində çıxış edirdi. Buna görə də dövlət 

maarif qurumlarını: universitetləri və məktəbləri saxlayırdı. 

Son illərdə təhsil sistemində köklü dəyişikliklər baş verir. Bir tərəfdən, ona 

daha  milli  mədəniyyətin  əsas  dayaqlarından  biri  kimi  yanaşılmır,  dövlət  isə 

maarifçilik  funksiyasını  aktiv  surətdə  «üzərindən  atır»  (bütövlüklə  sosial 

funksiyalar  kimi),  təhsil  amansızcasına  bazara  və  müvafiq  pul  münasibətləri 

sahəsinə  sıxışdırıhb  çıxarılır.  Digər  tərəfdən,  təhsil,  xüsusilə  də  ali  məktəblər 

getdikcə  daha  dinamik  surətdə  beynəlxalq  iqtisadi  münasibətlər  sisteminə,  bu 

sahədə  ümumdünya  əməkdaşlığına,  habelə  hələlik  beynəlxalq  hesabatların 

təsnifatlarında özünə yer tapmamış təhsil almaq məqsədilə beynəlxalq miqrasiya 

proseslərinə də nüfuz edir. Bu halda peşə əlamətlərinə əsasən təhsilin müəyyən 

ümumi  standartlarının  və  modellərinin  fonnalaşmasma  yönəlmiş  qlobal 

tendensiya meydana çıxmışdır. Görünür ki, son dərəcə 

264 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə