Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə96/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   92   93   94   95   96   97   98   99   ...   306

3)

 

Aİ-nin inkişaf etməkdə olan ölkələr qrupu ilə bağladığı xüsusi sazişlər 



əsasında preferensial ticarət və Aralıq dənizi ölkələri ilə ticarət

4)

 



inkişaf etməkdə olan ölkələrlə ticarət

5)

 



keçid iqtisadiyyatlı ölkələr ilə ticarət. 

Avropa  bazarlarına  təkcə  Amerikanın  və  Yaponiyanın  deyil,  həmçinin, 

Çinin,  Honkonqun,  Ta5rvanın  və  çox  zaman  işçilərə  (malları  və  xidmətləri 

istehsal edən və bazarda səmərəli satan) ödənilən maaşın aşağı olması sayəsində 

rəqabət  üstünlüklərindən  yararlanan  müxtəlif  ölkələrin  fınnalan  da  hücuma 

keçmişlər. Onlar Avropa İttifaqı ilə ticarətdə böyük müsbət saldoya malikdirlər; 

ancaq qlobal böhranın Avropa bazarlarının vəziyyətinə təsir etməsi nəticəsində 

onların Aİ-ya ixracı ixtisar olunmuşdur. 



10.7.

 

Qərbi Avropa, Yaponiya 

və Çinin əmtəə münasibətləri 

Yaponiya-Avropa  iqtisadi  münasibətləri  1970-ci  illərdən  başlayaraq 

sürətlə  artmağa  başlamışdır.  Doğrudur,  həmin  dövrdə  onlar  birtərəfli  xarakter 

daşıyırdı: Yaponiya dinamik surətdə AİB-ə daxil olurdu, amma Qərbi Avropanın 

şirkətləri bir sıra səbəblər, o cümlədən təcrübənin və biliklərin olmaması, habelə 

Yaponiyada möhkəm qoruyucu sədlərin mövcudluğu üzündən oraya «getməyə» 

hazır deyildi. 

Yaponiya həmişə Aİ-də gedən inteqrasiya proseslərini diqqətlə müşahidə 

etmiş  və  Qərbi  Avropanın  birləşmiş  bazarına  nüfuz  edilməsi  ilə  bağlı  şərtlərə 

uyğunlaşmağa  hazırlaşmışdı.  Bu  zaman  Yaponiya  Avropa  inteqrasiyasının 

dərinləşməsinin  yapon  şirkətlərinin  maraqları  üçün  maneələr  yaratmayacağma, 

əksinə, bütün Qərbi Avropanın irimiqyaslı, birləşmiş bazarında müvəffəqiyyətlə 

fəaliyyət göstərməsi üçün əlavə imkanlar yaradacağına əmin idi. Həmin vaxt bu 

cür  optimizm  üçün  Yaponiyanın  tutarlı  əsasları  var  idi:  onun  uğur  qazanmış 

sahibkarları  və  mühəndisləri  ən  müasir  texnologiyalara  istinad  edən  güclü 

super-sənaye  bazası  yaratmış,  yüksək  səviyyəli  menecerləri  isə  Avropanın 

bazarlarına bacarıqla daxil olmaqla, Brüsselin üçüncü dövlətlərə qarşı hazırladığı 

ticarət  maneələrindən  yan  keçməklə.  Qərbi  Avropa  dövlətləri  sənayesinin 

müxtəlif  sahələrində  birbaşa  investisiyalar  fonnasmda  klasterlər  yarada 

bilmişdilər. Bu məsələ Qərbi Avropada (həmçinin ABŞ-da) daim ciddi narahatlıq 

doğururdu, amma 1990-cı illərin ortasında Yaponiya ilə Aİ 

242 



arasındakı  gərginlik  xeyli  azaldı  (10  illik  depressiya  səbəbindən  Yaponiyanın 

ticarət ekspansiyası zəifləmişdi). 

Qeyd  olunmalıdır  ki,  1990-cı  illərin  ikinci  yarısından  Yaponiya  ilə  Aİ 

arasında  ticari-iqtisadi  ziddiyyətlərin  nisbətən  yumşaldılmasma  bir  sıra,  ilk 

növbədə,  Yaponiyanın  həyata  keçirdiyi  tədbirlər:  Amerika  və  Qərbi  Avropa 

kapitalının yapon daxili bazarına girişinin müəyyən dərəcədə liberallaşdırılması, 

habelə  daxili  tələbatın  stimullaşdırılması  siyasəti  nəticəsində  Qərbi  Avropanın 

Yaponiyaya  ixracının  nəzərəçarpan  dərəcədə  artması  öz  təsirini  göstəraıişdir. 

Müqayisə  üçün:  Aİ-nin  Yaponiyaya  ixracının  həcmi  1990-cı  ildə  12  milyard 

dollar,  2000-ci  ildə  60  milyard  dollar,  2008-ci  ildə  isə  95  milyard  dollar 

olmuşdur.  Qərbi  Avropadan  Yaponiyaya  avtomobillər  (əsasən  alman,  fransız, 

italyan və İsveç), kimya-əczaçılıq məhsulları və ərzaq ixrac edilir. İyenanın Qərbi 

avropalıların  rəqabət  qabiliyyəti  mövqelərinin  yaxşılaşdırılmasına  yönəlmiş 

revalvasiyası da buna xidmət edir. 

Yaponiyanın Qərbi Avropaya təzyiqini zəiflədən digər amil regionda Çin 

iqtisadi  nəhənginin  gücünün  və  nüfuzunun  sürətlə  artdığı  şəraitdə  onun  daxili 

vəziyyətinin  pisləşməsi,  artım  templərinin  aşağı  düşməsi  və  staqnasiyanm  baş 

venTiəsidir. 

Bununla bərabər, Yaponiyanın Aİ ilə münasibətlərində ticarət siyasətinin 

bir çox məsələləri üzrə kifayət dərəcədə əhəmiyyət kəsb edən ziddi}^ətlər hələ də 

qalmaqdadır.  Yaponiya  tərəfi  Aİ-də  mövcud  olan  proteksionizm  nəticəsində 

Avropa  bazarlarına  yapon  mallarının  və  xidmətlərinin  daxil  olmasını 

çətinləşdirməklə,  onlardan  daha  çox,  ilk  növbədə.  Birliyin  və  onun  əhalisinin 

maraqlarına  ziyan  dəydiyini  iddia  edir.  Burada  Yaponiya  ayrı-ayrı  ölkələrin 

bazarlarına  seçimlə  yanaşaraq.  Birlik  daxilindəki  ziddiyyətlərdən  məharətlə 

yararlanmışdı.  Lakin  Aİ-də  yapon  şirkətlərinə  Avropa  firmalarının  rəqabət 

mövqelərini ciddi surətdə sarsıda bilən qüvvə kimi yanaşırlar. 

Yapon  tərəfinin  fikrincə,  bazar  münasibətlərini  tənzimləyən  əsas  qayda 

Qərbi  Avropanın  formalaşmaqda  olan  vahid  bazarına  istənilən  ölkədə,  bütün 

formalarda sərbəst və qeyd-şərtsiz daxilolma imkanlarının təmin edilməsidir və 

yalnız belə halda həmin bazarın üstünlüklərindən ticari cəmiyyətin hər bir üzvü 

bəhrələnəcək.  Buna  cavab  olaraq  avropalılar  (həmçinin  amerikalılar)  yapon 

standartlarının (xüsusilə də adətlərinin) Avropada istehsal olunan malların yapon 

bazarına  daxil  olmasını  çətinləşdirdiyini,  şirkətlərinin  fəaliyyət  sərbəstliyini 

məhdudlaşdırdığını sübuta yetinnəyə çalışırlar. 

243 



Bunu da qeyd etməliyik ki, neft alınması ilə əlaqədar olaraq Yaxın Şərq 

ölkələri ilə ticarətdə daimi kəsir istisna edilməklə, 1990-cı illərdən başlayaraq, 

Yaponiyanın  başqa  iri  ticarət  tərəfdaşları,  xüsusilə  də  Aİ  və  Asiya  ilə 

münasibətlərində  ticarət  balansının  aktiv  saldosu  əhəmiyyətli  məbləğdə  artırdı. 

Vəziyyət  1990-cı  illərin  ikinci  yarısı  -  XXI  əsrin  əvvəllərində  yapon  ixracı 

azalmağa  başladıqda  dəyişdi.  Bunun  əsas  səbəbi  iqtisadi  artım  templərinin 

zəifləməsinə  görə  Yaponiyada  xarici  mallara  tələbatın  azalması  idi. 

Yarımfabrikatlarm idxalı xüsusilə azalmışdı: məsələn, Aİ-dən və ABŞ-dan idxal 

41%, Yaxın Şərq zonasından neft məhsullarının idxalı isə təqribən 20% ixtisar 

edilmişdi. 1997-1998-ci illərdə ASEAN ölkələrində baş verən böhranla əlaqədar 

olaraq, Yaponiyanın bu ölkələrdən idxalının azalması  yapon ticarətinin ümumi 

dinamikasında əks olunmuşdu. Doğrudur, 2000-2007-ci illərdə Yaponiya ilə Al 

arasında  ticarətin  həcmi,  cüzi  də  olsa,  yenidən  artmışdı.  Buna,  bir  tərəfdən, 

Yaponiyada  başlayan  iqtisadi  artımın  nəticəsində  ABŞ  və  Aİ-dən  idxalın 

çoxalması  şərait  yaratmışdı.  Digər  tərəfdən  isə  Yaponiya-  Avropa  ticarətinin 

artımı  yapon  mallarının  və  xidmətlərinin  iri  istehlakçısı  olan  Almaniyadan, 

Fransadan 

və 


Böyük 

Britaniyadan 

idxalın 

ixtisarı 

nəticəsində 

məhdudlaşdırılmışdı. 

Bütün bunlar Yaponiyanın Avropa İttifaqındakı mövqelərini zəiflədir və 

onun işgüzar dairələrinin diqqətini Uzaq Şərq və Asiya regionlarına, xüsusilə də 

Çin  və  ASEAN  ölkələri  ilə  daha  sıx  ticari-iqtisadi  əlaqələrin  qurulmasına 

yönəldir. Çox güman ki, bəzi ərazi iddiaları (Çin, Yaponiya və Vyetnamın tələb 

etdiyi  bəzi  adalar),  habelə  Yaponiyanın  Çin  və  Cənubi  Koreya  ilə  qarşılıqlı 

münasibətlərində  əzəli  etibarsızlıq  və  dərin  psixoloji  problemlər  olmasaydı, 

Yaponiya Asiya regionunda daha inamla, dinamik hərəkət edə bilərdi. Amma bu 

amillərin  mövcudluğuna  baxmayaraq,  Yaponiyanın  gələcəkdə  qlobal 

ticarət-investisiya  oyunçusu  rolunu  oynaya  bilməyəcəyini  başa  düşən  yapon 

şirkətləri  Asiya  regionunda  kifayət  qədər  fəal  hərəkət  edir.  Bu  ölkə  açıq-aşkar 

regional  iqtisadi  fövqəldövlətə  transformasiya  edir,  burada  birinci  dominant 

iqtisadi  oyunçu  rolu  isə  özünün  bütün  göstəricilərinə  görə  qlobal  iqtisadi 

fövqəldövlətə çevrilmək imkanlarına malik olan Çinə keçir. 

10.8.

 

Aİ - Çin münasibətləri: yeni təzahürlər 

Çinin Aİ ilə ticari-iqtisadi və maliyyə əməkdaşlığı sürətlə inkişaf edir. 

2011-

 

ci ilin yanvarında Pekin kreditə ehtiyacı olan Aİ ölkələrinə maliyyə 



244 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə