Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə97/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   93   94   95   96   97   98   99   100   ...   306

yardımı göstənnəyə hazır olduğunu rəsmi bəyan etdi. İlin əvvəlində İspaniya və 

Portuqaliyanın mali}/yə mövqelərinin qismən möhkəmlənməsi də, çox güman ki, 

Çinin bu ölkələrin dövlət borc öhdəliklərinin (yəni dövlət istiqrazlarını) böyük 

hissəsini elan edilmiş hərraclarda almaqla, satışının təmin etməsi ilə əlaqədardır. 

Ancaq  Çinin  Avropada  işgüzar  fəallığının  əsas  istiqaməti  Almaniyadır.  Çin 

rekord səviyyəli iqtisadi artım və böyük məbləğdə valyuta potensialı (2011-ci ilin 

əvvəlində  2,85  trilyon  dollar  yaxud  ÜDM-in  artımının  10%-i)  topladığını 

nümayiş etdirir. 2010-cu ilin yekunlarına görə, Aİ üzvü olan dövlətlər arasında ən 

münasib göstəricilər Almaniyada olmuşdur. Hər iki ölkə 2010-cu ildə ixrac üzrə 

rekord  göstəricilərə  nail  olmuşdur:  Çin  -  1,58  trilyon  dollar,  Almaniya  -  959 

milyard  dollar.  Çinin  Aİ-yə  ixracının  30%-i  Almaniyanın  payına  düşür.  Bəzi 

göstəricilər  miqyasına  görə  heyrətlən-  diricidir:  məsələn,  2010-cu  ildə 

«Volksvagen»  öz  məhsullarının  Çində  satışını  37%  artırmışdır  (1,92  milyon 

avtomobil satılmışdır). Ötən il iki ölkə arasında ticarətin ümumi dövriyyəsi 140 

milyard dollar olmuşdur (həmin ildə Rusiya- Çin mübadiləsi 55,4 milyard dollar 

idi). 2011-ci ilin yanvarında Çinin baş nazir müavini Li Kiçiyan Kansler Angela 

Merkel  və federal  nazirlərlə  görüşmüş, iki ölkənin sənaye-iqtisadi əməkdaşlığı 

sahəsində  9  milyard  avro  məbləğində  yeni  müqavilələr  bağlanmışdır.  Çindən 

Almaniyaya nadir metalların göndərilməsi barədə danışıqlar aparılmışdır. Nadir 

metalların dünya üzrə hasilatının 97%-i Çinin payına düşür, onların 17 növü isə 

kompüterlərin,  hibrid  avtomobillərin,  mobil  telefonların  və  başqa  yüksək 

texnologiya  məhsullarının  istehsalı  üçün  zəruridir.  Öz  növbəsində,  Çin  tərəfi 

Aİ-nin  hərbi  texnikanın  satılması  üzərində  qoyduğu  qadağanın  götürülməsini, 

habelə  Qərbin  onu  dempinqdə  günahlandırmasmdan  qurtulmaq  üçün  ölkənin 

bazar statusunun tanınmasını Berlindən xahiş etmişdi. Hazırda Rusiyada 6,1 min 

alman firması təmsil olunduğu halda Çində onların sayı 4,5 mindir. 

İkitərəfli əlaqələrin inkişaf templəri o qədər yüksəkdir ki, Çin Almaniya 

üçün Aİ xaricində olan istənilən ölkə, o cümlədən təkcə Rusiya deyil, həmçinin, 

ABŞ ilə müqayisədə daha prioritet tərəfə çevrilir. 

Xülasə 

• Avropa müasir kapitalizmin vətənidir və buradan bütün dünyaya yayılıb, 

ilkin «artım nöqtələri» yaratmaqla, ölkələri və qitələri vahid ticari- iqtisadi məkan 

halında birləşdirmişdir. Ticarətin və iqtisadi inkişafın bütün əsas 



245 


nəzəriyyələri  Avropada  meydana  çıxmışdır;  30-a  yaxın  ölkənin  ticarətə  və 

insanların  hərəkətinə  mane  olan  gömrük  və  başqa  maneələri  aradan  qaldıraraq 

unikal Birlik yaratması burada baş vennişdir. 

 



İndi Avropa  İttifaqı böyük ticarət  gücünə, imkanlarına və potensialına 

malikdir.  Təbii  ki,  bu,  İttifaqa  daxil  olan  ölkələrin  iqtisadiyyatının  dünyanın 

başqa  dövlətləri  ilə  münasibətlərdə  qapalılığını  ifadə  etmir.  Bundan  əlavə, 

rəqabət mübarizəsinin güclənməsi İttifaqın hər bir üzvünün yeni satış bazarları, 

xammal  mənbələri,  kooperasiya  üzrə  tərəfdaşlar  axtarmasını  labüdləşdirir. 

Onların  üçüncü  ölkələrlə  ticarətində  aşağıdakı  5  istiqaməti  fərqləndinuək  olar: 

Avropadaxili,  o  cümlədən  AATA  ilə  ticarət,  ABŞ,  Yaponiya  və  sənayeləşmiş 

başqa  ölkələrlə  (Kanada,  Avstraliya,  Yeni  Zelandiya  və  s.)  ticarət,  keçid 

iqtisadiyyatlı  ölkələrlə  ticarət  və  inkişaf  etməkdə  olan  ölkələrlə  ticarət.  Son 

illərdə  mallara  və  xidmətlərə  tələbatın  artmasının  müşahidə  olunması,  jdiksək 

ixrac göstəricilərinin qorunub saxlanması Aİ-nin ixrac fəaliyyətinin nəticələrinə 

müsbət  təsir  etmiş,  həmin  dövrdə  Birliyə  daxil  olan  ölkələrin  beynəlxalq 

səviyyədə yüksək rəqabət qabiliyyətinə nail olduğunu göstərmişdir. 

 



Aİ-nin  ekspansiyasının  əsas  istiqamətləri  Amerika  və  Uzaq  Şərq  - 

Asiyadır;  Afrika  və  Latın  Amerikası  istiqamətlərinin  də  əhəmiyyəti  getdikcə 

artır. Amma Avropa ixracının 30-35%-i Amerikanın, 15%-i Yaponiya və Çinin, 

6-8%-i başqa Asiya ölkələrinin payına düşürsə, burada Afrikanın, Yaxın və Orta 

Şərqin payı 7%, Latın Amerikasının payı 5%, Şərqi Avropanın payı 3- 4% təşkil 

edir. İdxalın vəziyyəti də təxminən bu cürdür. 

 

XXI əsrin birinci onilliyində Aİ-nin əsas ölkələri və onların beynəlxalq 



ticarəti  tənəzzül  keçirmiş,  mənfi  saldoların  həcmləri  artmışdır.  Avronun 

bahalaşması  nəticəsində  Avropa  mallarının  və  xidmətlərinin  cəlbediciliyi  bir 

qədər azalmış, Amerika və Yaponiyanın Avropa bazarlarında fəaliyyət göstərən 

ticarət-sənaye  korporasiyaları  isə  qısa  müddət  ərzində  də  olsa,  rəqabətdə 

müəyyən üstünlüklər qazanmışdır. 

 



Avropa bazarlarına təkcə Amerika və Yaponiyanın deyil, həmçinin Çin, 

Honkonq,  Tayvan  və  müxtəlif  ölkələrin  malları  və  xidmətləri  istehsal  edib, 

bazarlarda səmərə ilə satan işçilərinin aşağı maaşı hesabına rəqabət üstünlükləri 

qazanan firmaları hücuma keçmişdir. Həmin fimıalann yerləşdiyi ölkələr Avropa 

İttifaqı ilə ticarətdə böyük müsbət saldoya malikdir. 

 



Aİ üzvü olan dövlətlərin xarici ticarətinin əsas hissəsi Avropa İttifaqının 

daxilində  qarşılıqlı  ticarətin  payına  düşür.  Ticari-iqtisadi  təşkilatın  mövcud 

olduğu onilliklər ərzində istehsal-texnoloji və iqtisadi əlaqələr, işçi 

246 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə