KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə48/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   44   45   46   47   48   49   50   51   ...   88

108 
 
“Qurani  –  K
ərim”i və  ərəb  əlifbasını  öyrənmək üçün məktəblər meydana 
g
əldi. Bununla əlaqədar olaraq məktəblərin  yanında  kitablar  toplanmağa 
başlandı və belliklə məktəb (məscid ) kitabxanaları meydana gəlmişdir. 
Şəhərlərdə  mədəniyyət xeyli  inkişaf  etmiş,  mədrəsələr  yaranmışdır. 
B
ərdədəki Cümə məscidində əlyazma materialları və kitablar toplanmışdı. Bu 
dövrd
ə  eyni  zamanda  şəxsi kitabxanalar da var idi. Bu haqda ilk məlumatı 
Ərəb şairi ƏbuTəmmaminin  “Divan” kitabından alırıq.  
XII 
əsrin ortalarında  Azərbaycanda qüdrətli Atabəylər dövlətinin 
yaranması elm və mədəniyyətin inkişafına böyük təkan verdi . Azərbaycanda 
böyük aliml
ər,  şairlər, memarlar  yetişdi.  Elm  sahəsində şərqdə  böyük şöhrət 
qazanmış  İbn  Əhməd Məkki  əl-Bərdən, Bəhmənyar ibn Mərzban, Xətib 
T
əbrizi və  s.  kimi  şəxsiyyətlər  yetişmişdir.  Azərbaycan  ədəbiyyatı  misilsiz 
inkişaf etmiş, dünya şöhrəti qazanan  şəxsiyyətlər yetişmişdir.  
XI  –  XII 
əsrlərdə  Pir  Hüseyin  Şirvani,  Qətran Təbrizi,  Əbül  –  üla 
G
əncəvi, Məshəti, Fələki Şirvani, Əfzələddin Xaqani, Mücirəddin Beyləqani, 
Nizami G
əncəvi  kimi dahi sənətkarlar və şairlər yaşayıb yaratmışlar .  
Az
ərbaycanda bu dövrdə kitabxana əsasən 3 istiqamətdə inkişaf edirdi: 
1. Hökmdarlar t
ərəfindən təşkil edilən saray kitabxanaları 
2. M
əscidlərin  kitabxanaları  və  ya  onların  yanında  təşkil  olunmuş 
m
əktəb və mədrəsə kitabxanaları 
3. Böyük şairlərin, filosofların, alimlərin, feodalların və vəzirlərin şəxsi 
kitabxanaları 
Tarixi m
ənbələrdən məlumdur ki, XI əsrdə  Gəncədə  zəngin saray 
kitabxanası olmuşdur. Dahi Nizamidən öyrənirik ki, XII yüzillikdə Bərdədə də 
əlyazmalar saxlanılan kitabxanalar var imiş. Tarixdən məlumdur ki, XII əsrin 
II  yarısında  Şirvanşahlar  sarayında  böyük  saray  kitabxanası  da  mövcud 
olmuşdur.  Bu  kitabxana  əsasən  Şirvan  hakimi  Məniçöhrün  zamanında  xeyli 
inkişaf etmişdir.  
XIII 
əsrdə  Azərbaycanın  Hülaki  dövlətinin  tərkibinə  qatılması  və 
monqolların  islam  dinini  qəbul etməsi kitab və  kitabxana  işinin  inkişafına 
güclü t
əsir göstərdi. Elm, mədəniyyət,  ədəbiyyat  güclü  inkişaf  etmiş  Hülaki 
s
arayı ətrafında toplanan ədiblər yeni əsərlər yaratmışlar. 
Az
ərbaycan xalqının böyük oğlu, böyük alim, ictimai xadim N. Tusinin 
r
əhbərliyi ilə  yaradılan  (1259)  Marağa  Rəsədxanasının  elmi  şöhrəti bütün 
dünyaya yayılmışdır. Rəsədxananın ətrafında böyük alimlər ordusu toplanmış 
v
ə burada Şərqin ən inkişaf  etmiş ölkələrindən alimlər fəaliyyət göstərmişlər . 
M
əmmədbəyli öz tədqiqatında 20 nəfərdən artıq görkəmli alim Marağa 
R
əsədxanasındasında işlədiyini  demiş, onlar haqqında məlumat vermişdir.  
Əməkdar elm xadimi, professor A. A Xələfov  yazır  ki,  XIII  əsrdə 
Az
ərbaycanda  Şərqdə  tayı  –  bərabəri olmayan, öz fondunun nadirliyinə  və 
z
ənginliyinə görə dünyanın ən böyük kitabxanaları ilə yarışa girə bilən Marağa 


109 
 
R
əsədxanasının  Elmi  Kitabxanası  fəaliyyətə  başlamışdır.  Professor Xələfov 
qeyd edir ki, bu kitabxana Az
ərbaycanda  kitabxana  işinin  tarixində  öz 
m
əqsədi, vəzifələri və yaranma tarixi dəqiq məlum olan ilk elmi kitabxanadır. 
Bu 
kitabxananın  yaranması  da  100-dən  artıq  elmi  əsərin müəllifi olan N. 
Tusinin  adı  ilə  bağlıdır.  Tusinin  səyi nəticəsində  rəsədxanada  Şərqdə  əsaslı 
elmi kitabxana kimi m
əşhur olan və o dövrdə ağıla gəlməyən dərəcədə böyük 
fonda malik olan bir kitabxa
na  yaranmışdı. Kitabxanada 400 000 kitab 
(
əlyazması) toplanmışdı .  
Əməkdar elm xadimi, tarix elmləri doktoru, professoru Abuzər  Alı 
oğlu Xələfov çoxillik tədqiqatları əsasında göstərir ki, kitabxananın işinə Tusi 
özü r
əhbərlik  edirdi. Kitabxanada digər  işlərlə  yanaşı    kitab  üzü  köçürən 
x
əttatlar da fəaliyyət göstərirdilər ki, bu da xəttatlıq  sənətinin  inkişafında 
böyük rol oynamışdır .Bu məsələlərlə bağlı pedoqoji elmlər namizədi , dosent 
Knyaz Aslanın da tədqiqatları  maraqlıdır.  
Az
ərbaycan kitabxanaşünaslıq elminin banisi, professor A. A. Xələfov 
“Az
ərbaycanda  kitabxana  işinin  tarixi    (ən qədim  dövrlərdən XXI əsrin 
əvvələrinə qədər )”kitabından məlum olur ki, XIII əsrin Iin yarısında Təbrizin  
Q
ərb səmtində  Şəm  adlı  yerdə  Arquniyyə  adlı  şəhər  salınmış  ,  böyük 
Az
ərbaycan alimi, dövlət xadimi,  Qazan  xanın  vəziri Fəzlullah Rəşidəddin 
t
ərəfindən burada öz fondunun zənginliyinə  görə  Marağa  Rəsədxanası 
Kitabxanasındansonra  ikinci  olan  böyük  bir  elmi  kitabxana  yaradılmışdı. 
F
əzlullah Rəşidəddin öz dövrünün görkəmli alimi kimi 60 mindən çox fondu 
olan  kitabxananın  təşkilinə, onun ədəbiyyatla təşkil  olunmasına, 
komplektl
əşdirilməsinə xüsusi diqqət yetirirdi.  
XVI 
əsri  əvvələrində  Azərbaycan Səfəvi dövlətinin  yaranması 
Az
ərbaycan tarixində mühüm rol oynayır. Bu dövlətin başında duran görkəmli 
dövl
ət xadimi, şair Şah İsmayıl Xətai ölkədə kitabxana işinin inkişafına ciddi 
fikir vermiş, bu sahə ilə bağlı ilk dövlət fərmanı vermişdir . Onun fərmanı ilə 
Şərqin böyük rəssamı,  kitabçılıq  işinin  dərin bilicisi Kəmaləddin Behzad 
T
əbriz saray kitabxanasının rəisi təyin edilir.  
T
ədqiqatçı Ə.Məmmədov göstərir ki, Şah İsmayıl Xətayi 1514-cü ildə 
Sultan S
əlimlə  başlanan  müharibədən  əvvəl Kəmaləddin  Behzadın  və  xəttat 
Mahmud  Nişapurinin  düşmən  əlinə  keçməsindən ehtiyyat edərək  onların 
salamat qalması üçün tədbir görmüşdür.  
Akademik  H.Araslı  yazır  ki, “ Hələ  XVI  əsrin  əvvəllərindən siyasi 
f
əaliyyətə başlayan Xətai Ağqoyunlu sarayının bütün mədəni irsinə sahib olub 
, T
əbrizdə  öz  sarayında  və  Ərdəbildə  Şeyx  Səfi məqbərəsində  böyük 
kitabxanalar t
əşkil etməyə nail olmuşdur.”  
Şah  İsmayıl  hakimiyyəti dövründə  yaranmış  kitabxanalardan  biri  də 
onun  Ərdəbildə  babası  Şeyx  Səfinin  tikdirdiyi  Şeyx  Səfi məqbərəsindəki 
kitabxana idi
.  Şah  İsmayıldan  başlayaraq  bütün  Səfəvi  hökmdarları  bu 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə