Klinik protokol Az ərbaycan Respublikas



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix19.11.2017
ölçüsü0,77 Mb.
#11166
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

25

həm  də ÜİX  olan  şəxslər  arasında  passiv  tütünçəkmənin  təsirinin 

minimal səviyyəyə qədər azaldılması zəruridir.

Hazırda  tütünçəkən  insanlar  arasında  heç  vaxt  çəkməyən  və ya 

əvvəllər çəkən insanlarla  müqayisədə risk daha  yüksəkdir və həmin 

risk çəkilən siqaretlərin sayı çox olduqca daha yüksəkdir.

ÜDX  riskinin  artması  tütünçəkmə ilə aterosklerozun  inkişafının 

sürətlənməsi  və trombların  əmələ gəlməsi  tezliyinin  çoxalması  ilə

əlaqəlidir.

Tütünçəkmədən imtina

Bütün  tütünçəkənlər  bu  vərdişdən  imtina  etməyə təşviq 



edilməlidirlər.  Tütünçəkmənin  intensivliyinin  azaldılması  (nikotin 

abstinensiyası 

simptomlarının 

profilaktikası 

məqsədi 

ilə) 


tütünçəkmədən imtinaya alternativ kimi tövsiyə oluna bilməz, çünki 

bu halda yalnız sağlamlığa dəyən zərərin cüzi azalması baş vermiş olur.

Tütünçəkmədən  imtinaya  qarşı  heç  bir  yaş  məhdudiyyəti 

qoyulmur.  Tütünçəkənlərə və yüksək  ÜDX  riski  olanlara  və ÜDX 

diaqnozu  qoyulmuş  tütün  çəkməyən  şəxslərə passiv  tütünçəkmənin 

zərərləri  və ondan  imtinanın  əhəmiyyəti  barədə tövsiyələr 

verilməlidir.

Tütünçəkmədən  imtinanın  bəzi  üstünlükləri  özünü  dərhal 

göstərir, bəzilərinin üzə çıxması üçün isə zaman tələb olunur.

Tütünçəkmədən  imtina  edildikdən  10-15  il  sonra  risk  heç  vaxt 

çəkməyən insanların riski səviyyəsinə yaxınlaşır, lakin heç bir zaman 

həmin  səviyyəyə çatmır

79

,  çünki  aterosklerotik  düyünlərin  əmələ



gəlməsi prosesi heç zaman tam olaraq geri dönmür. ÜDX olmayan və

tütünçəkmədən  imtina  etmiş  insanlarda  risk  hazırda  çəkənlərlə heç 

vaxt çəkməyənlərin riskinin tam ortasındadır (A)

79

.



Keçirilmiş  Mİ-dən  sonra  tütünçəkmədən  imtina  potensial  olaraq 

bütün digər profilaktik tədbirlərdən daha effektivdir (B)

40



Klinik  təcrübədə xəstənin  tütünçəkmədən  imtina  etməyə



çalışmağa  hazır  olmasının  qiymətləndirilməsi,  sağlamlığa  dəyən 

zərər  barədə qısamüddətli  söhbət  və sonrakı  müşahidə ilə

tütünçəkmədən  imtina  planının  birgə tərtib  edilməsi  ilkin 

konsultasiya  zamanı  ən  mühüm  ilk  addımlardandır.  Tütünçəkən 

                                                

bax: “Tütünçəkmədən imtina üzrə klinik protokol”. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, 



Bakı, 2012. - 44 səh.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




26

şəxsin  tütünçəkmədən  imtina  etməsi  üçün  konsultasiya  zamanı 

tütünçəkmədən  imtina  etmə üzrə alqoritmə (Cədvəl  2)  riayət  etmək 

lazımdır.

İmtinaya  yardımın  və farmakoloji  təsir  növünün  müəyyən 

edilməsi zamanı  gün ərzində çəkilən  siqaretlərin  sayını və tütündən 

asılılıq  dərəcəsini  nəzərə almaq  lazımdır

71

(adətən,  qiymətləndirmə



üçün  Faqerstrem  testindən  istifadə olunur  (Cədvəl  3)).  Bu  halda 

tütünçəkənləri  məlumatlandırmaq  lazımdır  ki,  tütünçəkmədən 

imtinadan  sonra  onların  çəkisi  təxminən  5  kq  arta  bilər  və

tütünçəkmədən  imtinanın  faydası  çəkinin  artması  riskindən  daha 

üstündür.

Tütünçəkmədən imtinanın dəstəklənməsi üçün                   

farmakoloji vasitələr

Tütünçəkmədən imtinanın gücləndirilməsi üçün nikotin əvəzedici 

terapiya (NƏT), bəzi hallarda vareniklin (A)

56

və ya bupropion (A)



56

təyin edilir. NƏT, vareniklin və ya bupropion xəstə ilə tütünçəkmənin 

dayandırılması 

tarixi 


razılaşdırıldıqda, 

adətən, 


xəstələrə

abstinensiyanın  müalicəsi  üçün  təyin  edilir

107

.  Saqqız  (A)



56

transdermal  plastır  (A)



56

,  nazal  sprey  (A)

56

,  inqalyator  (A)



56

və ya 


dilaltı  həblər  (B)

56

formasında  NƏT  ilk  həftələr  və aylar  ərzində



tütünçəkmədən  imtina  stressinin  yüngülləşdirilməsi  üçün  geniş 

yayılmış vasitələrdir

126

.

Daha  sonrakı  nəticələr  baxımından  antidepressant  bupropion 



uzun  müddət  ərzində tütünçəkmədən  imtinaya  kömək  edir  və belə

təsir  NƏT  ilə müqayisə olunandır.  Vareniklinin  təyin  edilməsi 

farmakoloji  dəstəyin  olmaması  ilə müqayisədə,  ÜDX  xəstələri  də

daxil olmaqla, tütünçəkmədən uzunmüddətli imtina hallarının sayının 

üç-dörd  dəfə artmasına  gətirib  çıxarır

26,131


.  Yanaşı  təsirlər  nadir 

hallarda,  lakin  kifayət  qədər  ciddi  olur,  o  cümlədən  depressiya, 

həyəcanlanma,  narahatlıq  və özünəqəsd  cəhdləri.  Məhz  buna  görə

psixi  anamnez və özünəqəsd  riskinin  qiymətləndirilməsi  onun  təyin 

edilməsindən  əvvəl  aparılmalıdır.  Yanaşı  gedən  xəstəliklər  və ya 

psixi pozuntular olduğu hallarda söhbətlər aparmaq və NƏT tövsiyə

olunur;  NƏT-dən  başqa  digər  dərman  vasitələrinin  təyin  edilməsi 

təxirə salınmalıdır.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə