Klinik protokol Az ərbaycan Respublikas



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix19.11.2017
ölçüsü0,77 Mb.
#11166
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

33

Cədvəl 5. Xolesterin

Minerallar

Natrium

Xörək  duzunun  qısa  müddətə 1  q/gün  səviyyəsinə qədər 

azaldılması  SAT-nin  arterial  hipertenziyalı  xəstələrdə 3,1  mm  c.s., 

normal  təzyiqi  olan  şəxslərdə isə 1,6  mm  c.s.  azalmasına  gətirib 

çıxarır

72

. Tövsiyə olunan duzun istifadə səviyyəsi – 5 q/gün-dən az



149

Optimal  səviyyə daha  az  ola  bilər:  ~3  q/gün.  Hazır  qida  məhsulları 



xörək duzunun ən əhəmiyyətli mənbəyidir. 

Kalium

Kalium  istifadəsinin  artması  AT-nin  azalmasına  gətirib  çıxarır. 

Meyvə və tərəvəz kaliumun əsas mənbələridir. Beyin insultunun riski 

əhəmiyyətli  dərəcədə istifadə olunan  kaliumun  səviyyəsindən 

asılıdır: kaliumu çoxlu həcmdə (orta hesabla 110 mmol/gün) istifadə

edən  şəxslərdə insultun  nisbi  riski  daha  az  kalium  (orta  hesabla         

61 mmol/gün) istifadə edən şəxslərlə müqayisədə 40% daha aşağıdır

73

.



Qida lifləri

Qida  liflərinin  qida  tərkibində istifadəsi  ÜDX  riskini  azaldır. 

Məlumdur  ki,  çoxlu  həcmdə qida  liflərinin  istifadə edilməsi 

karbohidratlarla zəngin olan unlu qida qəbulundan sonra postprandial 



Qidada (qidanın 

tərkibində) – içalat 

(qaraciyər, böyrəklər, 

ürək, beyin və s.), 

yumurta, ət (mal, 

qoyun, donuz), quş əti 

(toyuq, qaz, ördək), 

balıq, balıq kürüsü, süd 

və süd məhsullarında, 

kərə yağında. 

Bitki

qidalarında



olmur.

YSLP

yüksək sıxlıqlı

lipoproteinlər

ASLP

aşağı sıxlıqlı

lipoproteinlər

Qan zərdabında 

(zərdabın 

tərkibində)

Xolesterin

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




34

qlikemiyanı  və ümumi  XS  və XS-ASLP  səviyyəsini  azaldır

171



Qida 



liflərinin  ən  əhəmiyyətli  mənbələri  – bütöv dənli  bitkilər

,  lobyalar, 



meyvə və tərəvəzlərdir.  ABŞ-ın  Milli  Akademiyasının  Sağlamlıq 

İnstitutu  tövsiyələrinə görə ~  30-45  q/gün  səviyyəsində böyüklər 

üçün  qida  liflərinin  qəbulu

58

ÜDX-nin  profilaktikası  baxımından 



optimal hesab edilə bilər.

Qida məhsulları və qida qrupları

Meyvə və tərəvəz

Müxtəlif tədqiqatların nəticələri göstərmişdir ki, gün ərzində hər 

əlavə porsiya  meyvə və tərəvəzin  qəbul  edilməsi  ÜİX  riskini  4%, 

insultun riskini isə 5% azaldır

42

. Bu müdafiənin effektivliyini əsasən 



kalium mənbəyi olan meyvə və tərəvəzin AT səviyyəsinə olan təsiri 

ilə izah etmək olar. Meyvə və tərəvəzin tərkibində olan qida lifləri və

antioksidantlar da müəyyən əhəmiyyətə malikdir.

Gün ərzində ən azı 200 q meyvə (2-3 porsiya) və 200 q tərəvəz  

(2-3 porsiya) qəbul etmək tövsiyə olunur.

Balıq

Balıqdan istifadənin müdafiə təsiri balıq ətində yüksək səviyyədə

omeqa-3  yağ turşularının  olması  ilə müəyyən  olunur.  Həftə ərzində

heç  olmazsa  1  dəfə balıqdan  istifadə ÜDX  riskini  15%  azaldır

78



Balıqdan  ayda  bir  dəfədən  az  istifadə edən  insanlarla  müqayisədə



həftədə balıqdan  2-4  dəfə istifadə edənlər  arasında  insultun  riskinin 

18% azaldığı göstərilmişdir

77

. Balığın istifadəsinin həftədə 1-2 dəfəyə



qədər  artırılması  ÜİX-dən  ölüm  hallarını  36%,  ümumi  ölüm 

dərəcəsini  isə 17%  azalda  bilər

105

.  Buna  görə də balıqdan  ən  azı 



həftədə iki  dəfə istifadə edilməsi  tövsiyə olunur  və bu  halda  iki 

dəfədən birində balıq yağlı olmalıdır.

                                                

Dənin tərkibində onun bütün hissələri (rüşeym, dən və gül qabıqları, aleyron təbəqəsi və endosperm) 



olduqda o, bütöv dənli bitki adlanır. Bütöv dənli bitki zülal və kompleks karbohidratların, eləcə də lif, 

B vitaminlərinin və mineralların mühüm mənbəyidir. Bütöv dənli bitkilərdən alınan məhsullara qaba 

üyüdülmüş  undan  çörək  (kəpək  unu),  bütöv  dənli  bitki  unundan  çörək,  bütöv  dənli  bitkilərdən 

makaron  məmulatları,  yulaf,  arpa,  çovdar  kəpəkləri  və s. aiddir. İstehsal  və emal  prosesi  zamanı 

strukturunu  və kimyəvi  tərkibini  dəyişən  dənli  bitkilərdən  alınan  ərzaq  məhsulları  bütöv  dənli 

bitkilərin məhsulları adlandırıla bilməz.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




35

Yüngül şəkər tərkibli içkilər

Yüngül  şəkər  tərkibli  içkilərdən  müntəzəm  istifadə artıq  bədən 

çəkisi və II tip ŞD ilə əlaqələndirilir

99

.



FİZİKİ AKTİVLİK

Oturaq  həyat  tərzi  ÜDX-nin  əmələ gəlməsinin  əsas  risk 

amillərindəndir

169


.  Fiziki  fəaliyyət  və aerob  fiziki  yüklənmə

ÜDX-



nin birincili və ikincili profilaktikasının ən önəmli qeyri-farmakoloji 

üsuludur


67,17,164

.  Müntəzəm  fiziki  aktivlik  və/və ya  aerob  fiziki  məşq 

ÜDX səbəbindən ölüm hallarının ehtimalını azaldır. Müntəzəm fiziki 

aktivlik  və aerob  fiziki  məşqlər  istənilən  yaşda  olan  sağlam

154,163



koronar  risk  amilləri



130

və ÜDX  olan

119,155

insanlar  arasında  ölümlə



nəticələnən  və nəticələnməyən  koronar  hadisələrin  riskini  azaltmış 

olur.


Fizioloji əsaslandırma

Müntəzəm aerob fiziki fəaliyyət fiziki əmək qabiliyyətini  artırır, 

miokardın  oksigenə olan  tələbatını  azaldır

60

,  iri  koronar  damarların 



daxili  diametrini  artırır,  mikrosirkulyasiyanı  və endotelinin 

fəaliyyətini  yaxşılaşdırır

48,95

.  Əlavə olaraq  aerob  fiziki  yüklənmənin 



aterosklerotik  düyünlərin  tamlığı  pozulduqda  koronar  okklüziya 

riskini  azaldan  antitrombotik  təsirə malik  olması

96

və eləcə də



müstəqil  vegetativ  balansın  əlverişli  təsiri  modulyasiyası  hesabına 

aritmiyanın  əmələ gəlməsi  riskinin  azaldılması

19

barədə də



məlumatlar mövcuddur.

Fiziki aktivlik ÜDX-nin müəyyən edilmiş bir çox risk amillərinə

müsbət  təsir  göstərir:  normal  AT  olan  insanlarda  arterial 

hipertoniyanın əmələ gəlməsinin və ya inkişaf etməsinin qarşısını alır 

                                                

Aerob  fiziki  yüklənmə əzələ hərəkətləri  üçün  əsas  enerji  mənbəyi  kimi  oksigendən  istifadə edən 



istənilən  fiziki  məşğələdir.  Aerob  maddələr  mübadiləsi  ilə kifayətlənən  məşğələlər, adətən, uzun 

müddət ərzində həyata keçirilə bilər. Aerob fiziki məşğələlər zamanı iri əzələlər ritmik hərəkət edir. 

Piyada gəzmək, qaçmaq, hoppanmaq,  tullanmaq, üzmək,  rəqs  etmək, pilləkanla qalxmaq, basketbol 

və tennis oynamaq, velosiped sürmək – bunların hamısı aerobika hərəkətlərinə aiddir.

Anaerob fiziki məşğələlər (məsələn, əzələlərin gücləndirilməsi məşqləri və sprint qaçışı) zamanı isə

oksigenin iştirakı olmadan əzələlərdəki maddələrin sürətli kimyəvi reaksiyası hesabına enerji yaranır. 

Bu  proses ani  olaraq  hərəkətə gəlir,  lakin  enerji  ehtiyatlarının  tez  tükənməsilə (0.5-1.5  dəq.) 

nəticələnir ki, bundan sonra aerob enerji istehsalın mexanizmi işə düşür. 

Anaerob  məşğələlərdən  fərqli olaraq  aerob  məşğələlər  insanın  fiziki  gücünü  artırmır.  Buna  görə də

professionallar  (idmançılar,  hərbiçilər,  yanğın  söndürənlər  və polis  işçiləri)  üçün  hər  iki  növ 

məşğələlər vacibdir. Aerob məşğələlər isə ürək-damar sisteminin yaxşılaşdırılması üçün zəruridir.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə