Klinik protokol Az ərbaycan Respublikas



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix19.11.2017
ölçüsü0,77 Mb.
#11166
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

39

BƏDƏN ÇƏKİSİ

Artıq  bədən  çəkisi və piylənmə ÜDX  olduğu  hallarda  ölüm 

riskini  artırır

172,181


.  Bütün  səbəblərdən  ölüm  halları  ilə BKİ  arasında 

asılılıq  mövcuddur

172

.  Bütün  səbəblərdən  ölüm  hallarının  ən  aşağı 



səviyyəsi  BKİ-si  20-25  kq/m

2

olanlardadır



172,181

.  Hesab  olunur  ki, 

bədən  çəkisinin  bundan  artıq  azaldılması  ÜDX-nin  əmələ gəlməsi 

riskinin azaldılmasına yardım etmir

136

.

Bədən çəkisinə dair tövsiyə



► Bədən çəkisinin azaldılması artıq bədən çəkisi və piylənməsi olan 

pasiyentlərə tövsiyə olunur,  çünki  bu, AT  səviyyəsinə və

dislipidemiyaya  müsbət  təsir  göstərməklə, ÜDX-nin  inkişaf 

etməsi riskini azalda bilər (A)

172,181

Bədən çəkisi və ÜDX riski

Piylənmə ÜDX riski amillərinə və ümumiyyətlə ÜDX risklərinə

təsir edir. 

Artıq  bədən  çəkisinin  potensial  kardio-vaskulyar  təsirləri 

aşağıdakılardır:

► insulinə qarşı  rezistentliyinin  artması (qlükozaya  tolerantlığın 

pozulması, II tip ŞD)

► AT-nin artması

► sistemli  iltihabın  güclənməsi  və protrombotik  vəziyyətin  inkişaf 

etməsi


► albuminuriya

► dislipidemiya  (ümumi  XS,  ASLP,  qeyri-YSLP  xolesterin,  TQ, 

apolipoprotein  B  və ÇASLP-nin  artması  və XS-YSLP  və

apolipoprotein A

I

-nın azalması)



► ürək-damar 

beyin-damar  pozuntuları 



(endoteliumun 

disfunksiyası, 

ürək 

çatışmazlığı, 



ÜİX, 

qulaqcıqların 

fibrilyasiyası,  sol  mədəciyin  həndəsi  quruluşunun  pozulması, 

sistolik və diastolik disfunksiya, simpatikotoniya)

BKİ  (çəki (kq)/boy  (m)

2

)  bədən  çəkisinin kateqoriyalara 



bölünməsi  üçün  geniş  istifadə olunur,  çünki  BKİ-nin  artması  ÜDX 

riski  ilə sıx  əlaqəlidir.  Böyüklərdə artıq  BKİ  bu  göstərici                      

25-29,9  kq/m

2

arasında olan hallarda,  piylənmə diaqnozu  isə             



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




40

BKİ  >30  kq/m

2

olduqda  müəyyən  edilir.  Ürək-damar  riskinin 



müəyyən edilməsində piy  toxumasının  regional paylanması bədənin 

ümumi  çəkisindən  daha  böyük  əhəmiyyətə malikdir.  Bel  ölçüsünün 

bud  ölçüsünə nisbəti  BKİ  ilə müqayisədə Mİ-nin  daha  etibarlı 

göstəricisidir

181

.

Bel  ölçüsü  ayaqüstü  vəziyyətdə qabırğaların  aşağı  kənarı  ilə ön 



qalça  sümüyünün  ön  üst  kənarı  arasında  olan  məsafənin  ortasında 

döşəməyə parallel  olaraq  götürülməlidir.  Ən  geniş  yayılmış  hədd 

göstəriciləri  ÜST  tərəfindən  tövsiyə olunan  göstəricilərdir

179


.  Bu 

göstəricilər əsasında iki növ müdaxilə müəyyən edilir:

► tədbirlərin birinci səviyyəsi – bel ölçüsü ≥94 sm olan kişilərə və

≥80  sm  olan  qadınlara  bədən  çəkisinin  artırılmasına  məsləhət 

görülmür

► tədbirlərin ikinci səviyyəsi – bel ölçüsü ≥102 sm olan kişilərə və

≥88 sm olan qadınlarda bədən çəkisinin azaldılması tövsiyə edilir

Artıq bədən çəkisi və piylənmənin müalicəsi

Artıq  çəkinin  və piylənmənin  (Cədvəl  6)  müalicəsinin  əsas 

istiqamətləri  pəhriz,  fiziki  hərəkətlər  və

həyat  tərzinin 

dəyişdirilməsindən  ibarət  olmasına  baxmayaraq,  əksər  hallarda 

uzunmüddətli nəticələrin əldə edilməsi üçün bu yetərli deyil.



Cədvəl 6. Böyüklərdə BKİ-in təsnifatı

120


Böyüklər (18 yaşdan yuxarı)

Bədən Kütləsi İndeksi (kq/m

2

)

Çəki azlığı



<18,5

Norma


18,5-24,9

Artıq çəki

25-29,9

Piylənmə


>30

1-ci dərəcə

30-34,9

2-ci dərəcə



35-39,9

3-cü dərəcə

>40

4-cü dərəcə



>50

5-ci dərəcə

>60

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




41

BKİ  ≥40  kq/m

2

və ya  ≥35  kq/m



2

və əlavə olaraq  komorbid 

vəziyyətlərin yüksək riski olan xəstələr üçün seçim üsulu orlistat ilə

medikamentoz  müalicə

51

və/və ya  bariatrik  cərrahiyyə



121

olmalıdır. 

Bariatrik cərrahiyyə üsullarına aiddir:

► mədənin bandajlanması

► mədə şuntlanması

► biliopankreatik şuntlama

► qastroplastikanın müxtəlif növləri

► mədədaxili balonun qoyulması



ARTERİAL HİPERTENZİYA

Yüksək  AT  ÜİX-nin,  ürək  çatışmazlığının,  beyin-damar 



xəstəliklərinin, 

periferik 

arteriya 

xəstəliklərinin, 

böyrək 

çatışmazlığının  və son  zamanlar  göstərildiyi  kimi  qulaqcıq 



fibrilyasiyasının  (QF)  risk  amilidir

98,170


.  ÜİX  və insult  səbəbindən 

ölüm hallarının sayı sistolik AT-nin 115 mm c.s. və diastolik AT-nin 

75 mm c.s. səviyyəsindən başlayaraq artması ilə daim artır

92

.



Yüksək AT olan  insanların,  adətən,  digər  ÜDX  riskləri  (diabet, 

insulinə qarşı  rezistentlik,  dislipidemiya)  və hədəf  orqanların 

zədələnməsi olur. Risk amillərinin qarşılıqlı təsiri ola biləcəyinə görə

hipertenziyalı  xəstələrin  ümumi  riski  hətta  AT-nin  cüzi  və ya 

mülayim yüksəlmiş olduğu halda belə yüksək ola bilər.

Son  məlumatları  nəzərə alaraq  bütün  hipertenziyalı  xəstələrdə

SAT/DAT-nin  130-139/80-85  mm  c.s.  diapazonuna  və mümkün 

qədər  bu  diapazonun  ən  aşağı  göstəriciləri  səviyyəsinə salınması 

tövsiyə edilməlidir.

Arterial  hipertenziyanın  səviyyəsinin  müəyyən  edilməsi  və

təsnifatı Cədvəl 7-də verilmişdir.

                                                

bax: “Arterial  hipertenziyanin  diaqnostika  və müalicəsi  üzrə klinik  protokol”. Azərbaycan



Respublikasının Səhiyyə Nazirliyi, Bakı, 2009. - 64 səh.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə