Klinik protokol Az ərbaycan Respublikas



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix19.11.2017
ölçüsü0,77 Mb.
#11166
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

36

və arterial hipertoniyası olan xəstələrdə AT-nin enməsinə səbəb olur, 

ХS-YSLP  sıxlığını  artırır,  bədən  çəkisinə nəzarət  edir  və II  tip          

ŞD-nin  əmələ gəlməsi  riskini  azaldır

67,163

.  Bundan  başqa,  fiziki 



məşqlər ötüb keçən miokard işemiyası zamanı yüklənməni artırmaqla 

sonradan  baş  verə biləcək  daha  uzunmüddətli  işemik  təsirə qarşı 

miokardın  dözümlü  olmasını  artırır.  Beləliklə,  miokardın 

zədələnməsi  və potensial  ölümcül  mədəcik  taxiaritmiya  hallarının 

baş verməsi riskini azaltmış olur.

Fiziki aktivliyə dair tövsiyələr

► İstənilən  yaşda  olan  sağlam  böyüklər  fiziki  aktivliyə və ya  orta 

intensivli aerob fiziki məşqlərə həftədə 2,5-5 saat və ya intensiv 

fiziki məşğələlərə həftədə 1-2,5 saat ayırmalıdırlar. Oturaq həyat 

tərzi  keçirən  insanlar  yüngül  intensivli  fiziki  məşğələlər 

proqramından başlamalıdırlar (A)

154

► Fiziki  aktivlik/aerob  fiziki  məşqlər  həftədə bir  neçə dəfə



aparılmalıdır.  Hər  bir  məşqin müddəti  10  dəqiqədən  çox  olmalı 

və həftə ərzində 4-5  gündən  az  olmamaqla  bərabər  şəkildə

bölüşdürülməlidir (A)

154


► Mİ, aorta-koronar şuntlanma (AKŞ), dərialtı koronar müdaxilələr 

(DKM), sabit stenokardiya

və ya xronik ürək çatışmazlığı





olan 


xəstələr həftədə 3 dəfədən çox 30 dəqiqəlik orta intensivli aerob 

fiziki  məşqlər  etməlidirlər.  Oturaq  həyat  tərzi  keçirən  insanlar 

yüngül 

intensivli



fiziki 

məşqləri 

mümkün 

risklər 


qiymətləndirildikdən sonra başlamalıdırlar (A)

119,155


Sağlam insanlarda fiziki aktivliyin intensivliyi və həcmi

Sağlam  insanlar  arasında  fiziki  aktiv  və fiziki  inkişaf  edənlərdə

ÜDX  əmələ gəlməsi  riski  aşağıdır.  Sadə fiziki  aktivlik  edənlərlə

müqayisədə aerob fiziki məşqlər edənlərin riski iki dəfə azdır

159,175

.

Ümumi  və ÜDX  səbəbindən  ölüm  hallarının  azalmasını  təmin 



edə bilən fiziki aktivliyin və ya orta intensivli aerob fiziki məşqlərin 

həcmi həftədə 2,5-5 saat təşkil edir

130,163

. Həftə ərzində görülən fiziki 



                                                

bax: “Sabit  stenokardiyanın  diaqnostika  və müalicəsi  üzrə klinik  protokol”. Azərbaycan



Respublikasının Səhiyyə Nazirliyi, Bakı, 2009. - 48 səh.



bax: “Ürək  çatışmazlığının  diaqnostika  və müalicəsi  üzrə klinik  protokol”. Azərbaycan



Respublikasının Səhiyyə Nazirliyi, Bakı, 2010. - 64 səh.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




37

aktivliyin və ya aerob fiziki məşqlərin daha da artırılması əlavə fayda 

verir.  Belə nəticələr,  eyni  zamanda,  həftədə 1-2,5  saat  ərzində artıq 

intensvliyə malik  fiziki  aktivlik/aerob  fiziki  məşqlər  və ya  orta  və

intensiv  fiziki  aktivliyin/aerob  fiziki  məşqlərin  ekvivalent 

kombinasiyası vasitəsi ilə də əldə olunur.

Fiziki  fəaliyyətin/aerob  fiziki  məşqlərin  ümumi  həftəlik  tövsiyə

olunan  həcminə gündəlik  10  dəqiqədən  çox  olan  məşqlərin 

toplanması ilə nail olmaq olar və bu halda fiziki fəaliyyət/aerob fiziki 

məşq həftənin günləri arasında bölüşdürülməlidir.

Fiziki  fəaliyyətin/aerob  fiziki  məşqlərin  nümunəsi  qismində

piyada  turizm,  qaçış  və ya  sürətlə qaçış,  velosiped  gəzintisi, 

avarçəkmə,  üzgüçülük,  ayaq  xizəyi idmanı  və aerobika  kimi  təkcə

idman  məşqləri  deyil,  həm  də gündəlik  fəaliyyət,  məsələn,  sürətli 

gəzinti, pilləkənlərlə qalxmaq, ev işlərinin görülməsi, bağda iş, aktiv 

əyləncə tədbirləri ola bilər. Fiziki fəaliyyətin intensivliyinin müəyyən 

edilməsi  üsullarından  biri  də ürək  döyüntülərinin  tezliyinin 

sayılmasıdır

130

.

Risklərin  qiymətləndirilməsi. Orta  yaşda  olan  insanların  və



yaşlıların  idman  üçün  asudə vaxtlarının  təşkilinə mütləq  qaydada 

fərdi  ürək-damar  risklərinin  qiymətləndirilməsi,  gündəlik  fiziki 

fəaliyyətin  səviyyəsinin  və daha  aktiv  skrininq  vasitəsi  ilə aerob 

fiziki  yüklənməyə qarşı  dözümlülüyün  (məsələn,  yüklənmə testi 

vasitəsi  ilə)  müəyyən  edilməsi  daxildir.  Oturaq  həyat  tərzi  sürən 

və/və ya  ürək-damar  risk  faktorları  olan  şəxsləri  intensiv  fiziki 

yüklənmələrə hazır olan  şəxslərdən ayırmaq lazımdır

23

. Bəzən məşq 



edən şəxslərdə fiziki yüklənmə zamanı və ya onlardan sonra koronar 

hadisələr  və qəfil  ürək  patologiyasına  görə ölüm  hallarının  baş 

verməsi  riskləri  daha  yüksəkdir

62,157


.  Bu  səbəbdən  oturaq  həyat  tərzi 

keçirən və ürək-damar risk amilləri olan şəxslər üçün aşağı intensivli 

yüklənmələrdən başlamaq məsləhət görülür.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




38

ÜDX diaqnozu müəyyənləşdirilmiş xəstələrdə                                   

fiziki aktivliyin xüsusiyyətləri

ÜDX  olan  xəstələrdə aerob  fiziki  fəaliyyət,  adətən,  kardioloji 

reabilitasiya proqramının  bir hissəsi  kimi qəbul  olunur. Aerob  fiziki 

məşqlər  proqramına  riayət  etmə proqnostik  faydanın  müəyyən 

edilməsində aparıcı rol oynayır

112


.

ÜDX  olan  xəstələrdə ilk  növbədə fiziki  fəaliyyətin  adi 

səviyyəsinin  qiymətləndirilməsinə deyil,  ürək-damar  sisteminin 

funksional  göstəricilərinə diqqət  yetirmək  lazımdır.  Beləliklə,  belə

xəstələrdə həm  fiziki  fəaliyyət  qabiliyyəti,  həm  də fiziki  yüklənmə

ilə əlaqəli risklər qiymətləndirilməlidir.



Fiziki fəaliyyətin intensivliyi və həcmi. ÜDX xəstələrində fiziki 

məşqlər  proqramı  onların  klinik  vəziyyətinə əsasən  fərdi  qaydada 

müəyyən  edilməlidir  (Əlavə 1).  Aşağı  klinik  riski  olan  (SCORE 

şkalası əsasında müəyyən edilir) və Mİ, AKŞ, DKM keçirmiş və ya 

stabil stenokardiyası və ya xronik ürək çatışmazlığı olan xəstələr, hər 

bir  məşqin  müddəti  30  dəqiqə olmaqla,  həftədə 3-5  dəfə orta  və

yüksək  intensivlikdə məşq  edə bilərlər  və həmin məşqlər  xəstənin 

klinik  vəziyyətinə uyğunlaşdırılaraq  mütləq  nəzarət  altında 

edilməlidir.  Orta  və yüksək  klinik  riski  olan  xəstələr,  xoşagəlməz 

əlamət  və simptomları  olmadan  davamgətirmə qabiliyyətindən  asılı 

olaraq  fiziki  yüklənmənin  fərdiləşdirilmiş  proqramına  daha  ciddi 

riayət  etməlidirlər.  Hətta  ən  ağır  hallarda  belə minimal  nəzarət 

altında  olan  fiziki  fəaliyyət  xəstənin  özünə xidmətetmə bacarığının 

saxlanması və xəstəliklə bağlı depressiyanın azaldılması üçün faydalı 

olan bilər

118


.

Risk  dərəcəsinin  klinik  qiymətləndirilməsi. ÜDX  xəstələrində

fiziki yüklənmənin təyin edilməsi yalnız həmin yüklənmə ilə əlaqəli 

olan  nisbi  risklə müəyyən  olunur.  Riskin  stratifikasiyasına  dair 

mövcud alqoritm yüksək ürək-damar fəsadlaşması riski olan və daha 

ciddi 

kardioloji 



monitorinq 

tələb 


edəcək 

xəstələri 

müəyyənləşdirməyə yardım  edir

9,10


.  Riskin  belə stratifikasiyasını 

nəzərə alan  fiziki  məşq  proqramlarının  təhlükəsizliyi  çox  yaxşı 

məlumdur

61,144


.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə