Korrupsiyaya qarşı mübarizədə hökumət-vətəndaş əməkdaşlığı, ictimai



Yüklə 340,43 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix20.02.2018
ölçüsü340,43 Kb.
#27238
1   2   3   4   5   6   7   8   9   ...   12

 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



17 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

vəsaitlərdən  istifadənin  effektivliyini,  məqsədliliyini,  qanuniliyini  öyrənən 



və ictimailəşdirən müstəqil qurumlar - Ali Audit İnstitutları yaradılır. Bu 

qurumlar ictimai  vəsaitlərin  hökumət tərəfindən idarəedilməsi, saxlanması 

və  xərclənməsini  izləyən  tam  səlahiyyətli  orqan  olaraq  təsis  edilir. 

Qurumun  ictimai  hesabatlılığı  hökumətin  fəaliyyətinə  rəyləri  və  bir  çox 

hallarda istintaq funksiyası korrupsiyalaşma prosesinin inkişafını ləngidir. 

 



Elektron  hökumətin  formalaşdırılması  -  beləliklə,  məmur-vətəndaş 

münasibətləri minimuma endirilir, fərdi yanaşma aradan qalxır, məmur və 

ya qurumların fəaliyyətinə nəzarət imkanları genişlənir. 

 



Məmur  maaşlarının  onların  zəhmətlərinə  adekvatlığının  təmini  – 

korrupsiya  və  rüşvətə  rəvac  verən  hallardan  başlıcası  hesab  edilən 

əməkhaqqı  azlığı  aradan  qaldırılmaqla  məmurun  öz  neqativ  əməlinə  haqq 

qazandırması kimi bəhanəsi əlindən alınır. 

 

Korrupsiya ilə mübarizə qurumlarında andlı idarəetmə sisteminin tətbiqi – 



bir  çox  dünya  ölkələrində  korrupsiya  və  rüşvətə  qarşı  mübarizə  aparan 

qurumlarda  andı  fəaliyyət  tətbiq  edilir.  Məqsəd  mübarizədə  qətiyyətliliyə 

və  tərəfsizliyə  nail  olmaq,  həmçinin  bu  qurumun  özünün 

korrupsiyalaşmasının qarşısını almaqdır. 

 

Ali  Audit  İnstitutları  statusu  və  müstəqilliyinin  möhkəmləndirilməsi  – 



məqsəd  hökumətin  fəaliyyətinə  kənar  nəzarəti  həyata  keçirən  qurumların 

(AAİ)  maliyyə  və  siyasi  müstəqilliyini  təmin  etməklə  qurumun  işində 

nəticəliliyin  təmin  edilməsi  və  icra  hakimiyyətinin  təsir  imkanlarının 

aradan qaldırılmasıdır 

 

 



 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



18 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 



 

Korrupsiya  və  rüşvətxorluqla  mübarizədə  müasir  texnologiyanın 

imkanlarından  geniş  istifadə, 

yalan 

dedektorlarının 

tətbiqinə  başlanması  –  bəzi 

ölkələrdə 

korrupsiyanın 

qarşısının 

alınmasında 

texnoloji 

yeniliyin 

imkanlarından  geniş  şəkildə 

istifadə edilməklə prosesin vaxtında aşkarlanması, həmçinin NƏZARƏT - in 

ciddiliyi  mifinin  formalaşdırılması  istiqamətində  işlər  görülür.  İşəgötürmə 

və  istintaq  prosesində  yalan  dedektorlarından  istifadə  edilir.  Hazırda 

dünyanın  103  ölkəsində  işə  qəbul  zamanı  “yalan  detektoru“nun 

imkanlarından  istifada  olunur.  Postsovet  ölkələrindən  –  Rusiya,  Belarus, 

Moldova,  Latviya  kimi  ölkələrdə  də  bu  yeniliyin  imkanlarından  istifadə 

edilməkdədir.  Hətta  ABŞ  xüsusi  xidmətinin  əməkdaşları  üçün  yalan 

dedektorunun  tətbiqi    məcburidir.  Kadr  seçimi  zamanı  cihazdan  insanın 

mənəvi  keyfiyyətlərini  öyrənilməsi  üçün  bir  çox  ölkələrdə  isə  poliqrafın 

imkanlarından  korrupsiyaya  qarşı  mübarizdə  profilaktik  element  olaraq 

istifadə edilir.  

 



Məmurların  işə  qəbulu  prosesində  himayədarlığın  aradan  qaldırılması  və 

imtahanların  bir  mərhələliyinin  təmini,  müsabiqələrin  ləğvi,  imtahanların 

birtərəf qurum (məsələn: TQDK)  tərəfindən keçirilməsi – bu üsulla yüksək 

intellektuala sahib, etik davranış qaydalarını mənimsəmiş və eyni zamanda 

psixoloji  problemləri  olmayan  məmur  heyəti  formalaşdırılır,  təsadüfi  və 

yaxud  himayədarlıq  prinsipinin  köməyi  ilə  məmur  statusu  alma  halları 

aradan  qaldırılır.  Bu  daha  çox  prefight  (  ilk  mübarizə)  olaraq  xarakterizə 

edilir. Məqsəd qanunsuz cəhdlərin sayının azaldılması və sonrakı mübarizə 




 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



19 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

xərclərinin minimuma endirilməsi hesab edilir. 



 

Korrupsiyaya qarşı mübarizə istiqamətində təkmil qanunvericilik bazasının 



formalaşdırılması,  cəza  tədbirlərinin  sərtləşdirilməsi  –  qanunvericilikdə 

ziddiyyətli  məqamların  aradan  qaldırılması,  tərəfsiz  fəaliyyətin  təmin 

edilməsi 

və 


qanunların  əhatə 

dairəsinin 

genişləndirilməsi 

nəticəsində 

mübarizənin 

effektivliyi artırılır. Bu zaman sərt cəza üsullarının tətbiqi də geniş yayılmış 

metodlardan  hesab  edilməkdədir.  Nəticədə  korrupsiya  və  rüşvətə  təşviq 

hesab edilən cəzasızlıq sindromu aradan qaldırılır. 

 

İctimai  maarifləndirmə,  anti-korrupsiya  tədbirlərinin  təbliği,  prosesin 



şəffaflığını  şərtləndirən  hesabatlılığın  genişləndirilməsi  –  təbii  ki, 

korrupsiya  və  rüşvətlə  mübarizə  üsullarından  biri  və  ən  vacibi  prosesin 

zərərçəkənlərinin məlumatlandırılması-ictimai maarifləndirmə hesab edilir. 

Belə  ki,  vətəndaş  öz  hüquqlarını  bilirsə  və  onu  müdafiə  edəcək  bilgilərə 

sahibdirsə,  o  zaman  qarşı  tərəfin  qeyri-qanuni  tələblərlə  (pul,  hədiyyə, 

xidmət)  çıxış  etmək  imkanı  azalır.  İctimai  maarifləndirmə  prosesinə  start 

hökumət tərəfindən verilsədə əsas ağırlıq mətbuatın və vətəndaş cəmiyyəti 

institutlarının  üzərinə  düşür.  Maarifləndirmə  tədbirlərinə  treyninqlərin 

keçirilməsi,  broşuraların  hazırlanması  və  yayılması,  kütləvi  informasiya 

vasitələrində informasiya xarakterli proqramların yayılması və s aid edilir. 

Beləliklə,  ictimai  savadlılıq  yüksəlir,  vətəndaşın  öz  hüquqlarını  qoruma 

instinkti möhkəmləndirilir. 

 



Proseslərdə  vətəndaş  və  vətəndaş  cəmiyyəti  institutlarının  iştirakçılıq 


Yüklə 340,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə