Korrupsiyaya qarşı mübarizədə hökumət-vətəndaş əməkdaşlığı, ictimai



Yüklə 340,43 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix20.02.2018
ölçüsü340,43 Kb.
#27238
1   2   3   4   5   6   7   8   9   ...   12

 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



14 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

baş  vermir.  Digər  tərəfdən,  biznesin  zəif  inkişafı,  kiçik  və  orta  biznesin 



sıxışdırılması  və  büdcə  vəsaitlərinin  mənimsənilməsi  sonda  sosial  rifahı 

ağırlaşdırır.  Xüsusilə,  məişət  korrupsiyası  birbaşa  olaraq  vətəndaşların  ailə 

büdcəsinə  mənfi  təsir  etməklə  ümumi  alıcılığı  zəiflədir  ki,  bu  da  sonda  pilləli 

şəkildə bütünlüklə iqtisadi inkişafı əngəlləyir.   

 

İctimai vəsaitlərdən səmərəsiz istifadəyə yol açır – təbii ki, korrupsiyanın ilk və ən 



böyük  qurbanı  ictimai  vəsaitlər  hesab  edilir.  İctimai  vəsaitlərin  korrupsiya 

predmetinə  çevrilməsi,  ölkənin  sosial  siyasətini  sarsıtmaqla  yanaşı,  bu  vəsaitlərin 

süni  xərc  maddələri  üzrə  xərclənməsini,  real  dəyərliliyin  azalmasını,  gərəksiz 

layihələr  üzrə  xərcləmə  hallarının  artmasını  sürətləndirir.  Digər  tərəfdən  isə 

korrupsiyalaşmış hökumətlərdə prosesin ilk təzahürləri büdcə sənədi hazırlanarkən 

başlamaqla hökumətin fiskal kursunda belə dəyişiklərə səbəb olur.  

 

Gəlirlərin  ədalətli  bölüşdürülməsi  prinsipi  pozulur,  cəmiyyətdə  ədalətsiz 



təbəqələşmə  sürətlənir  –  korrupsiya  və  rüşvətin  əsas  səbəbi  kimi  fərdin  maddi 

imkanlarını  sürətlə  artırılması  cəhdi  olduğu  üçün  bu  hallar  müəyyən  qrupların, 

xüsusilə  də  məmurların  ciddi  şəkildə  varlamasına  yol  açmaqla  cəmiyyətdə 

təbəqələşməni sürətləndirir ki, nəticədə buna bənzər cəmiyyətlərdə aqressiya halları 

artır,  sosial  balans  o  cümlədən  iqtisadi  tarazlıq  pozulur.  Təcrübə  onu  göstərir  ki, 

uzun  müddət  korrupsiyanın  hakim  olduğu  cəmiyyətlərdə  bu  amili  aradan 

qaldırmadıqda  idarəetmədə  və  davranışlarda  ciddi  boşluqlar  meydana  gəlir, 

bazarlarda  nağd  pul  qıtlığı  yaranır,  ölkənin  maliyyə  balansı  belə  pozulur.  Yəni, 

korrupsiya pullarının bazarlara axını dayandıqda alternativ maliyyə qaynaqlarına və 

maliyyə  siyasətində  ciddi  dəyişikliyə  ehtiyac  yaranır.  Əks  halda,  hətta  iqtisadi 

daralmalar belə mümkündür ki, bu da korrupsiyanın bir ölkənin həyatında yaratdığı 

fəsadların dərinliyini təsəvvür etmək üçün daha real nümunə hesab edilə bilər. 

 



 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



15 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

Göründüyü kimi, korrupsiya və rüşvət həyatın bütün sferalarında insanların qarşısına çıxır ki, 



bu  da  problemin  sektorial  deyil,  daha  genişmiqyaslı  olmasını,  həmçinin  milli  maraqları, 

dövlətçiliyi,  beynəlxalq  münasibətləri,  iqtisadi  və  sosial  sferanı,  hökumət-vətəndaş 

münasibətlərini daim təzyiq altında saxlamaqla təbii inkişafı əngəlləyir. Məhz bu səbəbdəndir ki, 

müasir cəmiyyətlərdə korrupsiya və rüşvətlə mübarizə prioritet məsələlərdən biri olmaqla, hətta 

bu  istiqamətdə  beynəlxalq  əməkdaşlığa  və  birgə  mübarizə  üsullarının  tətbiqinə  zəmin  yaradıb. 

Hazırda  dünyada  korrupsiyanın  olmadığı  ölkə  yoxdur.  Hətta  dünya  demokratiyasının  beşiyi 

hesab  edilən  Avropa  cəmiyyətlərində  belə  korrupsiya  və  rüşvətxorluq  kimi  problemlər  tam 

olaraq həll edilməyib. Belə ki, aparılan sorğular onu göstərir ki, avropalıların 74% korrupsiyanın 

milli  hökumətlər  üçün  ən  böyük  problem  olduğuna  inanır.  Xüsusilə,  Yunanıstan  və  İtaliya 

vətəndaşları  maliyyə  böhranlarının  kökündə  korrupsiyanın  dayandığı  fikrindədilər.  Maliyyə 

böhranından  çıxış  yolu  kimi  kəmərsıxma  siyasəti  həyata  keçirmək  istəyən  Avropa  ölkələrində 

hökumətlər  haqlı  olaraq  cəmiyyətin  etirazı  ilə  üzləşir.  Belə  ki,  hökumət  əmək  haqlarını 

azaltmaqla,  dövlət  proqramlarını  dayandırmaqla,  büdcənin  sosial  yükünü  zəiflətməklə,  vergi 

dərəcələrini  artırmaqla  dövlətin  borclanma  sürətini  azaltmaq  fikrini  müdafiə  etdiyi  halda, 

vəsaitlərin korrupsiya predmetinə çevrilməsini əngəlləməkdə ciddi mövqe ortaya qoymur ki, bu 

da ictimai qınaq və ictimai etirazlara yol açır. Son bir neçə ildə Yunanıstan, Portuqaliya, İspaniya 

və  İtaliya  kimi  ölkələrdə  yaşanan  xalq  etirazlarının  kökündə  də  məhz  hökumətlərə  ictimai 

inamsızlıq, korrupsiya ilə mübarizədə nəticəsizlik kimi amillər dayanır. 

 

 

 




 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



16 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

Müasir mübarizə metodları 

Korrupsiya  və  rüşvətxorluq  yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  fərdi  və  yaxud  qrup 

maraqlarının  ictimai  maraqları  üstələdiyi  anda  ortaya  çıxır.  Korrupsiya  aktını  şərtləndirən 

obyektiv  və  subyektiv  səbəblər  var.  Obyektiv  səbəblərə  hökumətin  problemə  loyal  yanaşması, 

münbit şərait, iyerarxik tələblər, cəzasızlıq və s. aid edilir. Lakin  bir çox hallarda korrupsiyaya 

və  rüşvətxorluq  halları  subyektiv  səbəblərdən  doğur.  Subyektiv  səbəblərə  şəxsin  dünya  görüşü, 

psixoloji vəziyyəti, təhsil səviyyəsi, strateji hədəfləri kimi amillərlə yanaşı, ağır maddi vəziyyət, 

şöhrətpərəstlik,  hegemoniya  iddiası,  pis  mənada  rəqabət  və  s.  aiddir.  Məhz  bu  səbəbdəndir  ki, 

hətta  obyektiv  səbəblərin  olmadığı,  ən  sərt  və  ən  səmimi  mübarizəni  aparıldığı  ölkələrdə  belə 

korrupsiya  hallarına  rast  gəlinir.  Lakin  bu  korrupsiya  ilə  mübarizədə  usanmağa  əsas  vermir. 

Çünki  mübarizə  nəticəsində  həm  idarəetmənin  aliliyi  qorunur  və  həm  də  problemin  daha  çox 

yayılması    əngəllənir.  Korrupsiya  ilə  mübarizənin  nəticələri  sonda  beynəlxalq  hesabatlarda 

ölkələrin  mövqeyində  öz  əksini  tapır.  Bu  hesabatlar  həmçinin  hökumətlərin  səmimiliyini  üzə 

çıxarmış olur. Ümumiyyətlə, ölkələrin korrupsiyalaşma səviyyəsinin ölçülməsi üzrə ixtisaslaşmış 

müxtəlif  beynəlxalq  qurumların  olmasına  baxmayaraq,  daha  əhatəli  və  müstəqil  mövqe 

sərgiləyən “Transparency International” təşkilatı xüsusilə seçilməkdədir. Təşkilat 1993-cü ildə 

Berlində təsis edilib. Hazırda isə 100-dən artıq ölkədə təşkilatın rəsmi nümayəndəliyi yerləşir ki, 

bu da ölkələrin korrupsiya qavrama indeksinin daha dəqiq hazırlanmasını şərtləndirir.  

Hazırkı  şərtlər  daxilində  korrupsiya  ilə  mübarizənin  müxtəlif  üsulları  kompleks  şəkildə 

tətbiq edilir ki, bunlara aşağıdakıları aid etmək lazımdır: 

 



Dövlət  qurumlarında  hesabatlılığın  artırılması-nəticədə  hər  hansı  qanun 

pozuntusu və yaxud mənimsəmə halları daha tez aşkarlanır. Digər tərəfdən, 

hesabatlılıq məmur məsuliyyətini artırır.  

 



İctimai  vəsaitlərə  kənar  nəzarətin,  o  cümlədən  ictimai  nəzarətin 

təkmilləşdirilməsi -hökumətin fəaliyyətinə nəzarət edən, fəaliyyətin-ictimai 


Yüklə 340,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə