Korrupsiyaya qarşı mübarizədə hökumət-vətəndaş əməkdaşlığı, ictimai



Yüklə 340,43 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix20.02.2018
ölçüsü340,43 Kb.
#27238
1   ...   4   5   6   7   8   9   10   11   12

 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



26 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

sonrakı  qanunsuz  fəaliyyətlərində  təkanverici  amillərdən  birinə  çevrilir.  Prosesin  dərinləşməsi, 



insanlarda  korrupsioner  məmura  və  yaxud  rüşvətxora  simpatiya  yaranmasını  təmin  etməklə 

bərabər  gənc nəslin dünya görüşündə dərin izlər buraxır ki, bu da gələcəkdə daha ağır fəsadlara 

yol açır. 

Göründüyü kimi, ictimai fikir və  yaxud el misalları heç də daimi insanları ədalətə, düzgünlüyə, 

ləyaqətə səsləmir. Bəzi hallarda biz bunu əksinə şahidlik edirik ki, təəssüflənməyə bilmirik. Necə 

ola bilər ki, valideyin öz övladının gələcək taleyini mənəviyyatsızlığa, haqsızlığa, oğruluğa layiq 

görsün. Təəssüf ki,  günümüzdə  öz övladının  rüşvət  almaq, ictimai  vəsaitləri mənimsəmək kimi 

imkanların  olduğu vəzifələrdə çalışmasını arzu edən və hətta bu istiqamətdə fəaliyyət  göstərən 

valideynlər  kifayət  qədər  çoxdur.  Bu  isə  cəmiyyətin  mənəvi  deqradasiyasının  dərinliyinin 

təzahürü hesab edilməlidir.  

Korrupsiya  və  rüşvət  təbii  fəlakət  olmamaqla  yanaşı  qarşısıalınmaz  proses  də  deyil.  Sadəcə  bu 

istiqamətdə  fəaliyyətlərdə  hökumət  siyasi  iradə  nümayiş  etdirməklə  yanaşı,  insanlarla  işləməyi 

bacarmalı,  ictimaiyyət  bu  prosesə  cəlb  edilməli,  yerli  və  xarici  təcrübəyə  söykənən,  müasir 

metodların  köməyi  ilə  kompleks  mübarizə  təşkil  etməlidir.  Təbii  ki,  ilk növbədə  insan  faktoru 

nəzərə  alınmalı  və  mübarizə  cəmiyyətin  bütün  təbəqələrinə  şamil  edilməlidir.  Sadəcə  məmurla 

mübarizə  bir  çox  hallarda  problemi  köklü  şəkildə  həll  etmir.  Çünki,  bu  günün  gənci  sabahın 

məmurudur,  bu  gün  özəl  sektorda  fəaliyyət  göstərən  biri  sabah  məmur  olaraq  həyatını  davam 

etdirə bilər ki, əslində mübarizə strategiyası bunları nəzərə almadan mümkün deyil.  

 

 



 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



27 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

Beynəlxalq təcrübə 

Beynəlxalq  təcrübə  göstərir  ki,  korrupsiyaya  qarşı  mübarizə  vətəndaşın  dəstəyi,  iştirakçılığı  və 

ayıqlığı  olmadan  uğurlu  nəticə  vermir.  Vətəndaş  cəmiyyəti  və  biznes  assosasiyaları,  medya, 

ticarət  birlikləri  və  digər  maraqlı  tərəflərin  iştirakçılığı  korrupsiyanın  mənfi  təsirləri  haqqında 

maarifləndirmədə  və  bu  mövzuda  müzakirələrin  intensivləşməsində  xüsusi  rol  oynayır.  Bu 

tərəflər həmçinin hökumətin fəaliyyətinə nəzarəti həyata keçirməklə, məmurların gündəlik həyat 

tərzini  izləyir,  nəticələri  ictimai  müzakirəyə  və  aidiyyatı  qurumların  istintaqına  təqdim  edir  və 

sonda mübarizənin effektivliyini artırır. 

İctimai  birliklərin,  medyanın  və  digər  maraqlı  tərəflərin  korrupsiya  ilə  mübarizədə  işinin 

effektivliyini  təmin  etmək  üçün  iki  əsas  şərt  vacibdir.  Birincisi,  bəhs  etdiyimiz  ictimai 

iştirakçılığın  hüquqi  bazasının  formalaşdırılmasıdır.  Əks  halda  korrupsiya  kimi  həssas  və 

gərginliyi  artıran  mövzularda  hər  hansı  formada  iştirakçılıq  cəhdləri  uğursuzluğa  məhkumdur. 

Necə  ki,  günümüzdə  bir  çox  dünya  ölkələrində  bu  istiqamətdə  hər  hansı  cəhdlər  ciddi  şəkildə 

əngəllənir.  İkincisi  isə  qanunvericilik  bazasının  olduğu  təqdirdə  hökumətin  bu  əməkdaşlığa  və 

qeyri-hökumət  institutlarının  mübarizə qatqısına loyal  münasibət  sərgiləməsi  və  işbirliyinə  açıq 

olmasıdır. 

Baxmayaraq ki, XXI  əsrdə yaşayırıq hələ də bir çox ölkələrdə hökumətlər vətəndaşla, vətəndaş 

cəmiyyəti ilə, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın mahiyyətini ya başa düşmür və yaxud 

da  bu  əməkdaşlıq  onların  maraqlarına  cavab  vermir.  Lakin,  dünya  ölkələrinin  böyük  bir  qismi, 

inkişaf  etmiş  ölkələrin  hər  biri  idarəetmədə,  korrupsiya  ilə  mübarizədə  və  s  problemlərdə 

vətəndaşın  iştirakçılığını deyure və  defakto  təmin edir və  vətəndaş  cəmiyyətinin  potensialından 

kifayət qədər səmərəli istifadəyə çalışır. 

 

 




 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



28 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

Hökumət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq  

Vətəndaş  cəmiyyətinin  korrupsiya  ilə  mübarizə  prosesinə  müxtəlif  formalarda  töhvə  verə  bilər. 

Müasir dövrdə aşağıdakı üsullar daha geniş yayılıb. 

-

 

Maarifləndirmə kampaniyaları həyata keçirilir 



-

 

Məmurlar üçün treyninqlər təşkil edilir 

-

 

Mövcud qanunvericilik və rəsmi prosedurlar təhlil edilir 



-

 

Qanunvericilik təşəbbüsü ilə çıxış edir 

-

 

Sorğular həyata keçirir, tədqiqat aparır 



-

 

Beynəlxalq təcrübəni öyrənir 

-

 

Rəsmi hesabatları təhlil edir və nəticələri ictimailəşdirir 



-

 

Dövlət məmurlarının davranış və yaşamlarına nəzarət edir 

Məhz  bu  səbəblərdəndir  ki,  inkişaf  etmiş  ölkələr  vətəndaş  cəmiyyətinin  elmi  potensialından, 

ekspertlərindən, ictimai fikri əks etdirən tədqiqatlarından daha geniş istifadə edirlər. Son illər bir 

çox Asiya ölkəsində  də  vətəndaş  cəmiyyətinin  imkanlarından istifadə  istiqamətində  irəliləyişlər 

hiss  edilməkdədi.  Məsələn,  Pakistan  hökuməti  Milli  Antikorrupsiya  Strategiyası  çərçivəsində 

vətəndaş  cəmiyyəti  ilə  sıx  əməkdaşlıq  edir.  Bu  ölkədə  dövlət  nümayəndələrinin,  vətəndaş 

cəmiyyəti,  medya,  biznes  və  akademik  çevrələrin  nümayəndələrinin  təmsil  olunduğu  hökumət 

yanında    məşvərətçi  orqan  təsis  edilib.  Bu  qurum  milli  anti-korrupsiya  siyasətinin  hərtərəfli 

inkişafı və müvafiq tövsiyyələrin hazırlanıb hökumətə təqdim edilməsinə cavabdehdir. Xüsusi ilə 

də  qeyd  etmək  lazımdır  ki,  məşvərətçi  qurumun  informasiya  azadlığı  haqqında  hazırladığı 

qanunun  Pakistan  hökuməti  tərəfindən  rəsmiləşdirilməsi  dövlət  idarəetməsində  şəffaflığı  təşviq 

edən başlıca dəyişiklərdən hesab edilir.  

Yeni  Qvineyada  isə  buna  bənzər  qurum,  biznesin,  vətəndaş  cəmiyyəti  və  hökumət 

nümayəndələrinin əməkdaşlıq etdiyi məsləhətçi komitədir.  



Yüklə 340,43 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə