Korrupsiyaya qarşı mübarizədə hökumət-vətəndaş əməkdaşlığı, ictimai



Yüklə 340,43 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix20.02.2018
ölçüsü340,43 Kb.
#27238
1   ...   4   5   6   7   8   9   10   11   12

 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



29 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

Digər Asiya ölkəsi olan Filippində hökumət qeyri-hökumət təşkilatları və aidiyyatı institutlar ilə 



dövlət  satınalmalar  sistemində  islahatların  aparılması,  qanunvericiliyin  təkmilləşdirilməsi 

prosesində yaxından əməkdaşlıq edir. Belə ki, hökumət dövlət tərəfindən həyata keçirilən bütün 

növ  satınalmaları  və  prosedur  qaydalarını  təhlil  üçün  QHT-lərə  təqdim  edir.  Bu  təhlillər 

nəticəsində QHT-lər boşluqları müəyyən edir, islahat imkanlarını hökumətə təqdim edir və lazım 

gəldikdə  isə  uyğun  dövlət  institutlarında  çalışanlar  üçün  təlimlər  təşkil  etməklə  onların  bu 

sahədəki bacarıqlarını daha da gücləndirir. Həmçinin QHT-lər tenderlərin təşkilinə nəzarət etmək 

hüququna sahibdir. Fillippində hökumət və vətəndaş cəmiyyəti dövlət sektorunda korrupsiya ilə 

mübarizədə birgə addımlamaqdadı. Bu koalisiyanın əsas hədəfi dövlət məmurunun həyat tərzinə 

nəzarəti  həyata  keçirməklə  mümkün  korrupsiya  hallarının  qarşısını  almaqdır.  Koalisiyada 

vətəndaş cəmiyyətinin əsas işi dövlət rəsmilərinin həyat tərzi haqqında məlumatları toplamaqla, 

daha  sonra  isə  bu  məlumatlar  iştirakçı  tərəflərin  təsdiqi  ilə  istintaq  üçün  Ombudsman  Ofisinə 

təqdim  edilir.  Yetərli  dəlillər  toplandıqdan  sonra  iş  sənədlərlə  birlikdə  mülki  məhkəmələrə 

təqdim  edilir.  Vətəndaş  cəmiyyətinin  işi  yalnız  qanun  pozuntusu  aradan  qaldırıldıqda  və  yaxud 

uyğun cəzalar tətbiq edildiyində sona çatır. 

Ümumilikdə vətəndaş cəmiyyəti daha çox qanunvericiliyin təkmilləşdirilməsində iştirak edirlər. 

Məsələn,  Yaponiya,  Koreya,  Pakistan  və  İndoneziya  kimi  ölkələrdə  informasiya  əlçatanlığı 

qeyri-hökumət  təşkilatlarının  vəkilliyi  sayəsində  kifayət  qədər  genişlənib.  Həmçinin,  bu 

təşkilatlar  yenilənmiş  qanunvericiliyin  ictimaiyyət  tərəfindən  daha  yaxşı  qavranılması 

istiqamətində aparılan  maarifləndirmə işlərində də mühüm rol oynamaqda. 

 

 



 

 



 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



30 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

Korrupsiya  halları:    İctimai  məlumatlılığın  artırılması  və  maarifləndirici 



addımlar 

Korrupsiyaya  qarşı  mübarizədə  qeyri-hökumət  aktyorlarının  ikinci  əsas  funksiyası  cəmiyyətdə 

baş  verən  korrupsiya  əməlləri  haqqında  məlumatlılığı  artırmaq  və  maarifləndirmə  hesab  edilir. 

Artıq  inkişaf  etmiş  ölkələrlə  yanaşı  inkişaf  etməkdə  olan  Kambodca,  İndoneziya,  Malaziya. 

Pakistan,Yeni Qvineya kimi ölkələrdə də qeyri-hökumət təşkilatları maarifləndirici funksiyanı öz 

üzərlərinə  götürməkdədir.  Bəhs  etdiyimiz  ölkələrdə  hökumət  vətəndaş  cəmiyyətini  bu 

istiqamətdə  fəaliyyətini  dəstəkləməyə  başlayıb.  Məsələn,  Cənubi  Koreyada  hökumət 

korrupsiyaya  qarşı  mübarizədə  iştirak  edən  vətəndaş  cəmiyyəti  institutlarına  maliyyə  dəstəyi 

göstərir.  Kambodcada  isə  dövlət  məktəblərində  anti-korrupsiya  məqsədli  təlimlər  təşkil  edilir, 

gənc nəsl arasında korrupsiya meyllərinin səviyyəsini ölçən tədqiqatlar hazırlanır və buna uyğun 

atılacaq  addımlar  müəyyənləşdirilərək  QHT-lərə  dövlət  sifarişləri  verilir.  QHT-lər  təhsil 

proqramlarının təkmilləşdirilməsi və vətəndaşın hələ uşaqikən dövlət məmurlarının etik davranış 

qaydalarına  uyğun  tərbiyyə  alması  istiqamətində  layihələr  icra  edir.  Bəzi  hallarda  isə  təhsilə 

cavabdeh  uyğun  dövlət  qurumları  ilə  razılaşdırılmaqla  hətta  dərsliklər  hazırlanır,  tədris 

müddətində  xüsusi  dərslər  müəyyən  edilir.  Pakistan,  Qazağıstan  və  Filippin  kimi  ölkələrdə  də 

oxşar  təcrübələrdən  istifadə  edilməklə  orta  və  ali  təhsil  müəssisələrində    vətəndaşlıq,  etik 

qaydalar öyrədilməsi dövlət qurumları tərəfindən təşviq edilir. 

2003-cü  ilin  yanvarında  isə  Malaziya  hökuməti  Milli  İnteqrasiya  Planı  çərçivəsində 

korrupsiyanın  ictimai  qavrama  səviyyəsini  tədqiq  etmək  və  ictimai  məlumatlandırmanı 

artırmaqla dövlət idarəçiliyində şəffaflığı təmin etmək məqsədi ilə Malaziya Dürüstlük İnstitutu 

(Malaysian Institute of Integrity) təsis edib. 

Pakistanda isə kütləvi informasiya vasitələrində istintaq materialları, uğurlu nəticələnmiş cinayət 

işləri  haqqında  məlumatlar  ictimailəşdirillir,  hətta  bir  çox  hallarda  bu  məlumatlardan  yerli 

teleserialların  çəkilişində ana xətt olaraq  istifadə edilir. Honq-Konq, Çin  və Cənubi  Koreyada 




 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



31 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

anti-korrupsiya  agentlikləri  müntəzəm  olaraq  media  vasitəsi  ilə  korrupsiya,  onun  ictimai 



fəsadları haqqında təbliğat kompaniyaları təşkil edir. 

Qazağıstanda isə ayrı-ayrı regionların, idarə və nazirliklərin korrupsiya göstəriciləri və bu sahədə 

davranışları  dərc  edilərək  ictimailəşdirilir  ki,  bu  da  cəmiyyətin  müqayisəsinə  imkan  yaradır. 

Buna  bənzər  tədbirlərin  müntəzəm  olaraq  həyata  keçirilməsi  sonda  məmur  davranışına  və 

korrupsiya səviyyəsinin azalmasına müsbət təsir edir. 

İndoneziya  hökuməti  idarəetmədə  islahatların  səmərəli  davam  etdirilməsi  məqsədi  ilə 

korrupsiyaya  qarşı  mübarizə  kampaniyalarına  QHT  və  özəl  sektor  təmsilçiləri  ilə  yanaşı 

beynəlxalq təşkilatların nümayəndələri ilə də sıx əməkdaşlıq modeli tətbiq edir. 

Göründüyü kimi  bəzi  Asiya ölkələri korrupsiyaya qarşı mübarizədə  ictimai  dəstəyə  ciddi önəm 

verməklə  yanaşı  bu  istiqamətdə  özünəməxsus  metodlardan  istifadə  edərək  mümkün  uğuru 

yüksəltməyə can atır.  

 

 




Yüklə 340,43 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə