Korrupsiyaya qarşı mübarizədə hökumət-vətəndaş əməkdaşlığı, ictimai



Yüklə 340,43 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix20.02.2018
ölçüsü340,43 Kb.
#27238
1   ...   4   5   6   7   8   9   10   11   12

 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



32 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

İctimai nəzarət və məlumatların əlçatanlığı 



 

Korrupsiya  ilə  mübarizədə  cəmiyyətin  digər  vacib  rolu  ictimai  nəzarəti  həyata  keçirmək, 

qanunsuz  əməlləri,  korrupsiya  fəaliyyətlərinin  cəzalandırılma  mexanizmini  izləməkdir.  Bu 

nəzarətin korrupsiyanın qarşısının alınmasında güclü vasitə olması üçün onun qanunvericilik və 

dövlət  tərəfindən  dəstəklənməsi  lazımdır.  Xüsusi  ilə  də  sərbəst  müzakirə  və  lazımi 

informasiyaların əlçatanlığı təmin edilməlidir. Lakin, bəzi ölkələrdə bir çox hallarda bu mühüm 

şərtlərə kifayət qədər maneələr mövcuddur. 

a) İctimai nəzarət, monitorinqlər və korrupsiyanın müzakirəsi 

Vətəndaş  cəmiyyətinin  hökumət  və  biznesin  fəaliyyətinə  nəzarəti  və  onların  fəaliyyətlərinin 

araşdırılması korrupsiya ilə mübarizəyə ciddi dəstək edir. Buna baxmayaraq hazırkı dövrdə belə  

bəzi  ölkələrdə  siyasi  hakimiyyət  vətəndaş  cəmiyyətinin  güc  və  imkanlarının  düzgün 

qiymətləndirmir. Lakin, tenderlərə nəzarəti QHT-lərə həvalə edən Filippin təcrübəsi göstərir ki, 

korrupsiya  ilə  mübarizədə  ciddi  uğur  yalnız  vətəndaş  cəmiyyətini  proseslərə  cəlb  etməklə 

mümkündür.  Hökumət  və  dövlət  qurumlarının  fəaliyyətinə  ictimai  nəzarətin  həyata 

keçirilməsində  medianın rolu xüsusi qeyd  edilməlidir. Bir çox hallarda mediada  yayılan  faktlar 

korrupsiya  halının  aşkarlanmasına  və  bu  istiqamətdə  araşdırmaların  başlanmasına  səbəb  olur. 

Həmçinin KİV-in ictimailəşdirdiyi korrupsiya faktları cəmiyyətin maarifləndirilməsi baxımından 

da  əhəmiyyətlidir.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  bir  çox  hallarda  hesabatların  dəqiqliyi  və 

şəffaflığı  medianın  müstəqilliyi  və  məlumatların  əlçatanlığı  ilə  düz  mütənasibdir.  Məhz  bu 

prizmadan  yanaşdıqda,  günümüzdə  bir  çox  ölkələrdə  qeyd  etdiyimiz  istiqamətdə  islahatlar 

həyata  keçirməklə  yəni,  müstəqil  media  və  məlumat  əlçatanlığını  təmin  etməklə  korrupsiyaya 

qarşı mübarizədə daha uğurlu nəticələr əldə etmək mümkündür. 

b) İnformasiya əlçatanlığı 



 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



33 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

Dövlət adminstrasiyası, hökumət, siyasi partiyalar və seçilmişlər haqqında dolğun informasiyalar 



ictimai nəzarətin başlıca elementlərindən biridir. Təəssüf ki, son vaxtlar bəzi ölkələrdə vətəndaş 

cəmiyyətinin  inkişafını  əngəlləyən  istiqamətdə  dəyişiklərin  şahidi  oluruq.  Bir  çox  hallarda  isə 

informasiya  azadlığı  dövlət  sirri,  gizlilik  kimi  ənənəvi  səbəblərə  görə  əngəllənir.  Bununla  belə 

bir çox dövlətlərdə keçmişdə gizli saxlanılması məcburi olan informasiyaların ictimailəşdirilməsi 

istiqamətində  də  dəyişiklərin  şahidi  odur  ki,  bu  da  korrupsiya  ilə  mübarizədə  gələcəyin  daha 

ümidverici olduğunu deməyə əsas verir. 

Hazırda  hökumətlər  özfəaliyyətləri  haqqında  informasiyaların  ictimailəşdirilməsində  müxtəlif 

metodlardan istifadə edir. 



1. Dövri olaraq məlumatlandırma 

Çin,  Honq-Konq,  Malaziya,  Koreya,  Filippin  kimi  ölkələrdə  dövlət  qurumlarının  informasiya 

texnologiyalarından  xüsusi  ilə  də  daha  ucuz  və  sürətli  olan  internetdən  istifadə  edərək  öz 

hesabatlarını, o cümlədən audit nəticələrini ictimailəşdirilməsi qanunvericiliklə təsbit edilir. Bəzi 

hallarda dövlət qurumlarının ictimailəşdirdiyi informasiyaların həcmi onların daxili siyasətindən 

və  idarəetməsindən  asılı  olaraq  fərqlənir.  Əksər  hallarda  dövlət  müəssisələri  inzibati 

idarəetmənin  bir  parçası  olmasına  baxmayaraq  öz  hesabatlarını  ictimailəşdirmirlər.  Bu  kimi 

hallar  daha  çox  biznes  sirri  kimi  izah  edilsədə,  təcrübə  göstərir  ki,  inkişaf  etmiş  ölkələrdə 

dövlətin  iştirakçısı  olduğu  istənilən  müəssisə  və  qurum  öz  hesabatını  ictimailəşdirmək 

məcburiyyətindədir.  



2. İnformasiya tələbi 

Son  vaxtlara  qədər  bir  çox  ölkələrdə  ictimai  xidmətlərin  gizliliyinə  üstünlük  verilirdi.  Bu 

tendensiya  bəzi  ölkələrdə  bu  gündə  dövlətin  təhlükəsizliyini  əsas  gətirərək  davam  etdirilir.  Bu 

ölkələr konstitusiya ilə vətəndaşlara fundamental informasiya hüququ versələr də digər tərəfdən 

müxtəlif formada informasiya əlçatanlığı  əngəllənir. Təcrübə göstərir ki,  vətəndaş cəmiyyətinin 



 

  

Korrupsiyaya qarşı mübarizədə  



 

Rəşad Həsənov 

hökumət-vətəndaş əməkdaşlığı 

  

 



 

 

 



34 

İSİM

 

                        



İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

                                      Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

 

məqsədli  mübarizəsi  Avstraliya,  Hindistan,  Yaponiya,  Cənubi  Koreya,  Pakistan  kimi  ölkələrdə 



informasiya  azadlığı  haqqında  qanunun  qəbulu  ilə  nəticələnib.  İndoneziya  və  Nepalda  isə 

müvafiq  qanunvericilik  aktları  artıq  parlamentlərin  müzakirəsinə  təqdim  edilib.  Bəzən  isə 

informasiya azadlığı haqqında qanunvericilik ilk əvvəl daha kiçik icmalarda sınaqdan çıxarılır və 

sonra ölkəyə tətbiq edilir. Məsələn, Hindistanda bu qanun ilk olaraq quberniyalarda daha sonra 

isə federal səviyyədə tətbiq edilməyə başlandı. 

 



Vətəndaşların informasiya əlçatanlığının hüquqi vasitələri 

Bir  çox  ölkələrdə  konstitusyon  haqların  oxşar  şəkildə  ifadə  olunduğuna  baxmayaraq 

informasiyanın əldə edilməsinin hüquqi yolları bir o qədər fərqlənir. Bəzi ölkələr də isə 

müvafiq  qanunvericiliyin  olmaması  vətəndaşların  konstitusyon  hüququ  önündə  əngələ 

çevrilir. Məsələn buna bənzər şikayət üzrə məhkəmə prosesində Fillippin Ali Məhkəməsi 

konstitusiyanın  informasiya  azadlığı  tələbinin  icrasını  təmin  edəcək  qanunvericiliyini 

hazırlanmasını qanunverici orqan və hökumət qarşısında tələbə çevirən hökm vermişdir. 

 



İnformasiya azadlığının hüdudları 

Müxtəlif  ölkələrdə  informasiya  azadlığının  əhatə  dairəsi  və  yaxud  hüdudları  müxtəlif 

ölçülərdə  müəyyən  edilir.  Qanunlar  informasiyanın  əldə  edilməsinin  üç  əsas  faktoru 

müəyyən edir: istisnalar, məxfi məlumatlar, şikayət etmə hüququ və cərimələmə. 

İnformasiya  azadlığını  tənzimləyən  qanunlar  müəyyən  istisna  hallar  nəzərə  alınmaqla 

beynəlxalq  hüququn  tələblərinə  uyğun  hazırlanır.  Məsələn  Hindistan,  Banqladeş  və 

Pakistanda  ordu  və  polis  haqqında  bütün  məlumatlar  (buraya  onları  maliyyə-büdcə 

məlumatları da daxildir) informasiya azadlığı haqqında istisnalar siyahısında əks olunur. 

Məhz  bu  səbəbdəndir  ki,  yuxarıda  qeyd  edilən  ölkələrdə  ordu  və  polis  ən 

korrupsiyalaşmış qurumlar siyahısındadır. Başqa sözlə ictimai nəzarətin imkansızlığı bu 

qurumlarda  özbaşınalığı  və  qanunsuzluğu  təşviq  edən  vasitəyə  çevrilir.  Yaponiyada  isə 

yalnız ölkənin təhlükəsizliyinə zərər verəcək məlumatlar qanunla müdafiə olunur. Digər 




Yüklə 340,43 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə