M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə94/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   98

 
303
Milli Bankın pul siyasətinin aralıq hədəflərindən asılı olaraq 
onun əməliyyat hədəflərini müəyyənləşdirilir. 
• NEM-in müəyyən olunmuş illik aralıq hədəfinə nail olmaq 
üçün Mərkəzi Bank valyuta səbəti üzrə hədəf göstəricidən istifadə 
edir. Valyuta səbəti müəyyən miqdarda götürülən xarici valyutalar 
toplusudur. Səbətin hədəflənən dəyəri ilə NEM-in hədəf səviyyəsi 
arasında əlaqə səbətə daxil olan iki əsas valyutanın - avro və dol-
ların  mübadilə  məzənnələrinin  və  digər  valyutaların  proqnozları 
ə
sasında müəyyən olunur; 
• Pul  kütləsi  üzrə  aralıq  hədəfə  nail  olmaq  üçün  Mərkəzi 
Bank əməliyyat hədəfi kimi pul bazasından istifadə edir. Pul baza-
sı  üzrə  əməliyyat  hədəfindən  asılı  olaraq  pul  siyasəti  alətlərinin 
kəmiyyət  parametrləri,  o  cümlədən  açıq  bazar  əməliyyatlarının 
məbləği və s. müəyyənləşdirilir. 
Ümumilikdə, 2008-ci ildə Mərkəzi Bankın yeritdiyi pul siya-
səti,  preventiv  rejimdə  qəbul  edilən  qərarlar  və  görülən  qabaqla-
yıcı tədbirlər maliyyə sabitliyinin qorunmasına yardım etmişdir. 
2008-ci ildə iqtisadi artımın daha da sürətlənməsi şəraitində 
pula tələbin artımı davam etmişdir. 
Pula  tələbin  artmasına  adekvat  olaraq  pul  siyasətinin 
operativ  hədəfi  olan  manatla  pul  bazası  ötən  ilə  nisbətən  48,5% 
bəndi  artaraq  2008-ci  ilin  sonuna  4781,3  mln.  manat  təşkil 
etmişdir. 
Mövsümi  amillərin  təsiri  ilə  bağlı  hesablamalar  göstərir  ki, 
2008-ci ilin yekunu üzrə mövsümi təmizlənmiş pul bazası da ötən 
ilə  nisbətən  50,4%  artmışdır.  Pul  bazasının  əsas  artım  kanalı 
Mərkəzi Bankın alış yönlü müdaxiləsi olmuşdur. 
2008-ci  il  ərzində  Mərkəzi  Bankın  valyuta  bazarına  xalis 
müdaxiləsinin  həcmi  ötən  illə  müqayisədə  12,3%  bəndi  artaraq 
2,24 mlrd. ABŞ dollar təşkil etmişdir. 
Pul  bazasının  dəyişimi  pul  multiplikatoru  vasitəsilə  pul 
kütləsinin  dəyişiminə  təsir  göstərmişdir.  2008-ci  ihn  sonuna 
ümumi  pul  multiplikatoru  1.71,  manatla  pul  multiplikatoru  isə 
1.27 səviyyəsində olmuşdur. 


 
304 
2008-ci ilin sonuna manatla geniş pul kütləsi (M2) ötən ilin 
ə
vvəlinə  nəzərən  1679,4  mln.  manat  və  ya  38,2%  artaraq  6081,0 
mln. manat təşkil etmişdir. 
M2  pul  aqreqatının  strukturunda  keyfiyyət  dəyişiklikləri 
davam  etmişdir.  Belə  ki,  geniş  pul  kütləsinin  mühüm  elementi 
olan nağdsız dövriyyənin yüksək templə artması davam etmişdir. 
Ötən  ilə  nisbətən  manatla  əmanətlər  və  depozitlər  12,5%,  o 
cümlədən  manatla  tələb  olunanadək  əmanət  və  depozitlər  6,0%, 
manatla müddətli əmanət və depozitlər isə 20,6% artmışdır. 
2008-ci  ildə  M0  pul  kütləsi  52,78%  artmış,  onun  geniş 
mənada  manatla  pul  kütləsinin  strukturunda  xüsusi  çəkisi  ilin 
sonuna 68,2% təşkil etmişdir. 
2008-ci  il  ərzində  manatla  geniş  mənada  pul  kütləsinin 
artımı  ölkə  iqtisadiyyatının  pulla  təminatını  yaxşılaşdırmış, 
monetizasiya  göstəricisi  (M2/qeyri-neft  Ümumi  Milli  Məhsul) 
35,6%-ə yüksəlmişdir. 
lin  sonuna  M2  üzrə  dövr  etmə  sürəti  2,87  vahid,  M3  üzrə 
dövr etmə sürəti isə 2,05 vahid təşkil etmişdir. 
Məzənnə siyasəti və beynəlxalq rəqabət qabiliyyəti. 2008-
ci ildə Milli Bankın məzənnə siyasəti daxili və beynəlxalq valyuta 
bazarlarında  son  meyllər  nəzərə  alınmaqla  formalaşdırılmış  və 
həyata  keçirilmişdir.  Son  illər  dünyanın  aparıcı  valyutalarının 
məzənnələrinin kəskin tərəddüdləri bir çox ölkələrdə olduğu kimi 
Azərbaycanda  da  məzənnə  siyasətinin  səmərəliliyini  artırmaq 
zərurətini aktuallaşdırmışdı. 
Belə  ki,  dünyanın  aparıcı  valyutalarının  məzənnələrində 
müşahidə  edilən  əhəmiyyətli  tərəddüdlər  iqtisadi  subyektləri 
müəyyən dərəcədə məzənnə riskinə həssas edirdi. Bundan başqa, 
Azərbaycanda  milli  valyutanın  məzənnəsinin  ABŞ  dollarına 
nəzərən  formalaşması  və  bu  valyutanın  dünyanın  digər  aparıcı 
valyutalarına qarşı kifayət qədər dəyişkən olması şəraitində Milli 
Bankın  əsas  operativ  hədəfı  olan  nominal  effektiv  məzənnə  üzrə 
hədəfə  nail  olunması,  son  nəticədə  isə  milli  iqtisadiyyatın 
beynəlxalq  rəqabət  qabiliyyətinin  qorunması  kimi  vəzifələrin 
yerinə yetirilməsini mürəkkəbləşirdi. 


 
305
Qeyd  olunanları  nəzərə  alaraq  Milli  Bank  məzənnə 
siyasətinin  operativ  hədəfləri  ilə  onun  strateji  hədəflərini 
sinxronlaşdırmaq,  Avropa  ölkələri  ilə  iqtisadi-ticarət  əlaqələri 
saxlayan  subyektlərin  məzənnə  risklərini  azahmaq  məqsədilə 
«2008-ci  il  üçün  pul  siyasətinin  əsas  istiqamətləri  barədə 
Bəyanatlarına uyğun olaraq 11 mart 2008-ci il tarixindən məzənnə 
siyasətini  Avrodan  və  ABŞ  dollarından  ibarət  səbət  vasitəsilə 
həyata  keçirməyə  başlamaq  barədə  qərar  qəbul  etdi.  lkin  olaraq 
səbətin strukturunda ABŞ dollarına 90%, Avroya isə 10% pay ve-
rilmiş, sonradan isə səbətin strukturunun tədricən optimallaşdırıl-
ması həyata keçirilmişdir. 
Məzənnə siyasətinin bivalyuta mexanizmi vasitəsilə reallaş-
dırılmasına  keçiddən  sonra  Milli  Bankın  valyuta  bazarındakı 
müdaxilələri  yalnız  «müdaxilə  dəhlizi»  çərçivəsində  həyata 
keçirilmişdir.  Nəticədə  hesabat  ilinin  sonuna  valyuta  bazarının 
özünü  tənzimləmə  qabiliyyəti  iki  dəfə  artmış,  fiskal  sektorunun 
valyuta təklifinin 65%-i bazar tərəfindən absorbsiya edilmişdir. 
Özünü tənzimləmə rejimində fəaliyyət göstərən və səbət me-
xanizmi çərçivəsində tənzimlənən valyuta bazarında manatın ABŞ 
dollarına qarşı məzənnəsi il ərzində 5.2% möhkəmlənmişdir. 
2008-ci il ərzində manatın məzənnəsi real olaraq yapon yeni 
istisna olmaqla təhlil olunan bütün ölkələrin valyutalarına nəzərən 
bahalaşmışdır. 
Məzənnə  siyasətinin  tətbiqinin  yeni  mexanizminə  keçid 
Milli  Bankın  nominal  effektiv  məzənnəyə  təsir  imkanlarını  artır-
mış və inflyasiya idxalını neytrallaşdırmağa şərait yaratmışdır. Ti-
carət  partnyoru  olan  ölkələrin  valyutalarına  nəzərən  ikitərəfli 
nominal  məzənnələrinin  dəyişiminin  ticarət  xüsusi  çəkiləri 
nəzərə alınmaqla həndəsi ortasınıəks etdirən manatın nominal 
effektiv  məzənnəsi  2008-ci  ildəümumi  ticarət  dövriyyəsi  üzrə 
17.2%  bahalaşmışdır.  Qeyri-neft  sektoru  üzrə  isə  bu  göstərici 
20.7%  olmuşdur  ki,  bu  da  partnyor  ölkələri  üzrə  orta  çəkili 
inflyasiyanın əhəmiyyətli üstələyir və beləlikləölkəyə inflyasiya 
idxalını tam neytrallaşdırır. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə