M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə23/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   19   20   21   22   23   24   25   26   ...   48

50
Mədəniyyət.AZ / 9 • 2016
qarğalardır. Bu qarğaların qarıldaşması mənim yadıma Qarabağın 
düzlərini və ümumiyyətlə, Qafqazı salır”.
 Burada Üzeyir bəy böyük ustalıqla XX əsrin əvvəllərinin Mosk-
vasını təsvir edir. Və bir də vətən həsrətini bir neçə kəlmə ilə bildirir.
 Özünün xeyriyyəçilik xüsusiyyətləri ilə tanınan Ü.Hacıbəyli 
Moskvadakı çətinliklərindən, konsertlərə gedə bilmədiyindən, 
hətta iki dəst paltarının birini satdığı üçün peşmançılıq hissi 
keçirdiyindən bəhs edərək belə yazırdı: “Paltarsızlıq ucundandır 
ki, indiyə qədər heç bir teatra və konsertə getməmişik. Məsələn, 
məşhur dirijorun (Artur Nikişin) konsertinə bütün Moskva yüyür-
düyü halda, indi Şalyapinin səsini eşitmək üçün bilet alanları atlı 
qorodovoylar basdığı surətdə biz bunlardan məhrum qalırıq. Çünki 
teatr libasımız yoxdur. Moskvada teatr üçün xüsusi libas lazımdır. 
Və illa içəri buraxmazlar. Şkol yoldaşlarımdan birisi (Bolşoy İmpe-
ratorski) teatrda kontrabas çalandır. O bizə kontramarka təklif edir. 
Piano müəlliməsi mənə öz konsert biletini verdi ki, konsertə ge-
dim. Amma mən bunlardan mənfəətbərdar bilmədim, çünki paltar, 
paltar, paltar yox...” 
 Lakin həyat təzadlarla doludur. Üzeyir bəyin Moskvada konser-
tini dinləyə bilmədiyi Fyodor Şalyapin bir neçə il sonra Bakıda kon-
sert verməyə gələrkən dahi Üzeyir bəy Hacıbəylinin evinə nəzakət 
ziyarətinə getmiş, onunla görüşmüşdür.
 Böyük sənətkar “Üzeyir, Moskva 1912” imzası ilə yazdığı digər 
bir məktubunu belə başlayır: “Nuri-didə Ceyhun! Salam-duadan 
sonra elan əhvalatı xüsusun-
da səndən və Orucovlardan 
əhval gözləyirəm. Amma 
heç birinizdən cavab yoxdur. 
Əlbəttə, sən bu barədə Oru-
covlar və Haşım (Vəzirov) ilə 
görüş, danış və mənə əhval 
yaz. Vaqedə əgər bu işin da-
lına düşülsə, bir şey olar. 
Qəzet idarələri mənə kartoç-
ka ilə bərabər qəbz kitabları 
göndərməlidirlər.
 
Bir də bundan 
belə mən sizə gündə və ya gü-
naşırı buradakı dolanacağımızı 
yazıb göndərəcəyəm. Əlbəttə, 
o kağızları itirməyib verərsən 
Camala (böyük bacısı Sayad 
xanımın oğlu – S.Q.) ki, saxla-
sın. Çünki gələcək üçün mənə 
lazım olacaqdır”.
Dahi bəstəkar ali musiqi 
təhsili almaq üçün 1913-cü 
ildə Sankt-Peterburq Kon-
servatoriyasına qəbul olunur. 
Oradan qardaşına yazdığı 
18 avqust 1913-cü il tarixli 
“Bəradərin Üzeyir, Peterburq” 
imzalı məktubunda isə Ceyhun bəydən nigaran qaldığını söyləyərək 
yazırdı: ” ... Neçə vaxtdır ki, səndən heç bir xəbər yoxdur. Bilmirəm 
nə olubdur. Qəzetlərdə məqalən görünmürdü. Çox nigaran idim. 
Amma bu günlərdə artistlər barəsində yazdığın məqaləni oxudum. 
Təskin oldum”.
Yazışmalardan da göründüyü kimi, Üzeyir bəy çox 
qayğıkeş, həssas insan idi. Hər bir hadisəyə ürəklə 
yanaşırdı. Heç nəyə biganəlik göstərmirdi. Ölkəmizin 
mədəni həyatını da unutmurdu. Məsələn, həmin 
məktubda bəstəkar bunları qeyd edirdi: “Mən səhərdən 
axşama qədər işləyirəm Bir tərəfdən imtahana 
hazırlaşıram (Sankt-Peterburq Konservatoriyasına 
qəbul olunmaq üçün veriləcək imtahanlar nəzərdə 
tutulur – S.Q.). Bir tərəfdən də operettanı yazıram. 
Operetta yaxşı çıxacaqdır. Baş rol Sarabskinindir ki, 
“Arşın mal alan” olacaqdır”.
Üzeyir bəyin yazdığı məktublar bədii əsərin yaratdığı təəssürat 
qədər maraqlıdır.
Bildiyimiz kimi, Ceyhun bəy Hacıbəyli yeni qurulmuş Azərbaycan 
Xalq Cümhuriyyətini Avropada tanıtmaq məqsədilə 1919-cu ilin 
yanvar ayında Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında 
nümayəndə heyətinin tərkibinə salındığı üçün Fransaya Versal 
Ceyhun Hacıbəyli (solda)


51
Mədəniyyət.AZ / 9 • 2016
sülh konfransına yola düşür, lakin bir daha geri qayıda bilmir. Çün-
ki onlar Parisdə ikən Azərbaycanımız rus ordusu tərəfindən işğal 
edilir. Nümayəndə heyəti üzvlərinin, o cümlədən də Ceyhun bəyin 
vətənə yolu bağlandığından ömrünün sonuna kimi Fransada mü-
hacir həyatı yaşamalı olur. 1920-ci ilin aprelinə qədər hələ heç kəs 
bilmirdi ki, yeni hökumətə dəstək almaq üçün gedənlər məcburən 
həmişəlik qürbətdə qalacaqlar. Bununla belə, Üzeyir bəy 1919-cu 
ilin martından başlayaraq qardaşına mütəmadi olaraq məktublar 
yazırdı. Azərbaycandakı siyasi vəziyyətdən, müstəqilliyimizdən, 
özünün ali təhsil məsələsindən, mədəniyyətə dair mülahizələrdən, 
ailə üzvlərindən, anası Şirinbəyim xanımdan, bacılarından, bacı 
uşaqlarından, böyük qardaşı Zülfüqar bəy və onun ailəsindən 
Ceyhun bəyə müfəssəl məlumatlar verirdi. Qardaşının maddi 
vəziyyətinin yaxşılaşdırılması üçün ona yardım əli uzadırdı.
 Qardaşının dönəcəyinə ümid edən Üzeyir bəy 19 mart 1919-cu il 
tarixli “Nuri-didələr Ceyhun, Zurya və Ceyçik” başlıqlı məktubunda 
yazırdı: ”Yevropadan o qədər material gətirərsən ki, səndən ötrü 
böyük bir mənbəyi-mədaxil olar”. Sonra Üzeyir bəy qəzetlərimizin 
taleyindən bəhs edərək bunları qeyd edirdi: “Bu saət Bakıda 
igirmidən çox qəzetə çıxıyor. “Kaspi” pulsuzluq üzündən bağlandı. 
Azərbaycan işinə gəldikdə Xan Xoyski hökuməti istefa verdi. Səbəbi 
“İttihadçı”lar oldu. Yəni kabinə işi Nəsib 
bəyə həvalə olundu. Yəni baş vəzir oldu. 
Lakin hələ hökuməti düzəltməyibdir. Yəqin, 
sabah düzələcəkdir. Hər halda, işimiz yax-
şıdır. Könüllüləri və sairləri şəhərdən qov-
duq, ingilis polisasına da ehtiyac qalmadı; 
bu günlərdə öz qoşunumuz gəldi. Flot dəxi 
tərk-silah etdirildi. ...Qərəz, arzumuz budur 
ki, tez işlərini qurtarıb qayıdasınız ki, tez-
lik ilə görüşək. Hamımız hamınızı çox-çox 
öpürük, ba xüsusi Ceyçiki! (Ceyhun bəyin 
böyük oğlu Ceyhun  – S.Q.).
Üzeyir bəy Hacıbəylinin həyatını yaxşı 
bilənlərə məlumdur ki, böyük sənətkarımız 
M.Ə.Rəsulzadə, N.Yusifbəyli və başqa ta-
nınmış şəxsiyyətlərlə yaxın dost idi. O 
dövrün hökumət adamları tez-tez Üze-
yir bəyin evində qonaq olurdular. Elə bu 
barədə Ü.Hacıbəyli 8 oktyabr 1919-cu ildə 
qardaşına yazdığı məktubda qeyd edirdi: “O 
günü yaxşı bir qonaqlıq qayırdıq. Nəsib bəy 
özü, arvadı, Məhəmmədəmin, Şəfi bəy dəxi 
bizdə idilər. Sizi də yad-bud etdik...
 Siyasi işlərə gəldikdə, hal-hazırda 
hökumət böhranı mövcuddur. Nəsib 
bəy kabinəsi istefa vermişdir. Lakin bu 
günlərdə yenə başında Nəsib bəy olmaq 
üzrə yeni kabinə düzələcəkdir. Nazirlərin 
ədədi bir az azalıb. Əlavə zənn edirəm ki, 
sosialistlərə yer verilməyəcəkdir. Əhvali-
siyasimiz dedikcə yaxşıdır. Nəsib bəy işi 
çox gözəl apardı və məmləkəti, demək olar ki, hər bir təhlükədən 
qurtarmaqla bərabər, abad, məmur və qüvvətli bir hala saldı. Bu 
saət tam mənası ilə müstəqil dolanırıq. İçimizdə heç bir biganə 
əl yoxdur. Qarabağ və Lənkəran məsələləri bizim nəfimizə ola-
raq həmən qan dökülmədən həll edildi. Bir əndişəmiz varsa, o da 
Şimaldandır. Lakin o barədə də bizə ümüd verənlər yox degildir. 
Qərəz, işimiz “xod”dur.
 Yalnız bir arzumuz odur ki, siz gələsiniz, tezlik ilə görüşək”.
Ceyhun bəygilin qayıtmasını səbirsizliklə gözləyən 
Üzeyir bəy 13 yanvar 1920-ci il tarixli namədə qeyd 
edirdi: “Salam-duadan sonra bugunki gun 13 yanvardır, 
Azərbaycanınsa təsdiqi bayramına məşğuluq. Bu 
əhvalata hamıdan artıq nənəm (Şirinbəyim xanıma 
övladları nənə deyirdilər – S.Q.) söyündü, çünki dedim 
ki, indi Ceyhun, Cəlil gərək tez qayıtsınlar. Filhəqiqə, 
yəqin, sizə xəbər olacaqdır ki, tez qayıdasınız”.
 Maraqlıdır ki, Azərbaycan ədəbi dilini dərinliyinə qədər bilən 
Üzeyir bəy məktublarında sərbəst danışıq dilinə, şirin Qarabağ 
ləhcəsinə üstünlük verirdi. Yəqin, bu da ondan irəli gəlirdi ki, Cey-


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə