M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə25/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   21   22   23   24   25   26   27   28   ...   48

54
Mədəniyyət.AZ / 9 • 2016
A
zərbaycan rəssamlar 
ordusu sıralarında 
belə bir ad var: Hü-
seyn Hacıyev. O, 1947-ci ildə 
Bakıda, ziyalı ailəsində dün-
yaya gəlib. Hüseyn hələ ki-
çik yaşlarından rəssamlığa 
həvəs göstərirdi. Gah evdə ailə 
üzvlərinin, gah da həyətdəki 
yaşıdlarının rəsmlərini çəkirdi. 
Həmin rəsmlər əldən-ələ gəzir, 
qohumların, qonşuların böyük 
marağına, təəccübünə səbəb 
olurdu. İllər keçdikdən sonra 
gənc Hüseyn rəssam olmaq ar-
zusu ilə sənədlərini Azərbaycan 
Dövlət İncəsənət İnstitutunun 
rəssamlıq fakültəsinə təqdim 
edir. Burada təhsil alarkən o, 
müəllimlərindən rəssamlıq 
sənətinin incəliklərini öyrənir 
və yaradıcılıq həvəsi daha da 
artır. Hələ tələbə ikən çəkdiyi 
rəsmlər Bakının müxtəlif sərgi 
salonlarında nümayiş etdirilir. 
1975-ci ildə institutu fərqlənmə 
diplomu ilə bitirən Hüseyn Ha-
cıyev respublikamızın müxtəlif təşkilatlarında tərtibatçı rəssam kimi 
işləməyə başlayır. 
Xidməti işlərini görməklə yanaşı, rəssam həm də fərdi yaradı-
cılıqla məşğul olur. 1983-cü ildə Azərbaycan Rəssamlar İttifaqı-
nın üzvü seçilir, dəfələrlə müsabiqələr laureatı adını qazanır, fəxri 
fərmanlarla təltif edilir. Fırçasını rəssamlığın, demək olar, bütün 
janrlarında sınayır. Özünün dediyinə görə isə plakat portretlər möv-
zusu onun ən çox sevdiyi sahədir. Bu qəbildən olan Dədə Qorqudun, 
M.Ə.Sabirin, C.Məmmədquluzadənin, S.Vurğunun, Qara Qarayevin 
portretləri hazırda respublikamızın rəsm qalereyalarını, sərgi salon-
larını bəzəməkdədir. “Qovun və nar”, “Balıq və soğan”, “Ananas” və s. 
natürmortlarına baxdıqca tamaşaçı onun eyni zamanda natürmort 
ustalığını da təsdiqləyir.
 Rəssam 200-dən ar-
tıq kitaba bədii tərtibat verib. 
Müqəddəs kitabımız “Qurani-
Kərim”in Azərbaycan dilinə 
tərcüməsi 1984-cü ildə Hü-
seyn Hacıyev və Xalq rəssamı 
Oqtay Sadıqzadənin birgə bədii 
tərtibatında işıq üzü görüb. 
Əli Vəliyevin “Qaşsız üzük” 
(1978), M.Ə.Sabirin fars dilində 
nəşr edilmiş “Hophopnamə”si 
(1977), Molla Vəli Vidadinin 
əsərləri (1977), Əhməd Ba-
kıxanov haqqında “Onun sarı 
simi” adlı xatirələr kitabı (1985), 
Qumral Sadıqzadənin “Mənim 
nakam qardaşım” (2002), Fazil 
Rəhmanzadənin “Lütfiyar İma-
nov” (2008) və s. kitablarının 
tərtibatçı rəssamı Hüseyn Ha-
cıyevdir. 
 Rəssamın gözəl musiqi 
duyumu da var. Royalda ifa 
edir, bəzi musiqi pyeslərinin, 
etüdlərin, sonatinaların, 
miniatürlərin müəllifidir. 
Təsadüfi deyil ki, onun tərtibat verdiyi kitabların əksəriyyəti klavir 
və partituralardan ibarətdir. Bunlara nümunə olaraq İ.S.Baxın “İki və 
üçsəsli invensiyalar” (1979), Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” 
operasının klaviri (bəstəkar Sərdar Fərəcovun redaktəsi ilə, 2008), 
Hacı Xanməmmədovun “Sənin gözlərin” (1983), Elza İbrahimova-
nın “Mahnılar” (1980), Tofiq Bakıxanovun “Tar ilə simli kvartet üçün 
iki nömrəli konsert” (1988), Bülbülün “Azərbaycan xalq mahnıları” 
(1981), Səid Rüstəmovun “Azərbaycan xalq rəngləri” (1980), Asəf 
Zeynallının “Uşaq süitası” (1981), Azər Rzayevin “Mahnılar” (1980), 
Telman Hacıyevin “Mahnılar” (1980), Qara Qarayevin “Yeddi gözəl” 
(1988), Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin (1982) klavirini 
göstərə bilərik.
ÜZEYİR 
TƏRƏNNÜMÇÜSÜ


55
Mədəniyyət.AZ / 9 • 2016
Hüseyn Hacıyevin gözəl fırçası olduğu kimi, iti qələmi də vardır 
– bir çox satirik və lirik şeirlər, təmsillər müəllifidir. Onun “Xatirinə”, 
“Əsl canavar”, “Yaltaqlıq” və sair lirik və satirik şeirləri, təmsilləri 
respublikamızın müxtəlif mətbuat orqanlarının səhifələrində oxucu-
lara təqdim edilib.
Bu yazıya “Üzeyir tərənnümçüsü” adı verməyimiz heç də 
təsadüfi  deyil. Belə ki, Hüseyn Hacıyev dahi Üzeyir bəy 
irsinin vurğunudur. O, dəfələrlə bəstəkarın əsərlərinin 
nəşrlərinə tərtibat vermiş, illüstrasiyalar çəkmiş, 
bəstəkarın obrazlarını yaratmış və onun əsərlərinin 
personajlarının surətlərini işləmişdir. Məsələn, 1984–
85-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi ilə 
əlaqədar YUNESKO-nun sifarişiylə akademik nəşrə 
hazırlanan “Leyli və Məcnun”, “Koroğlu” operalarının 
partitura və klavirlərinin, “Sənsiz” və “Sevgili canan” 
romanslarının klavirlərinin baş rəssamı olub, dəfələrlə 
onun əlyazmalarını bərpa edib. Rəssam həmçinin dahi 
bəstəkarın qardaşları Zülfüqar və Ceyhun Hacıbəylilərin 
orijinal portretlərini də yaradıb.
 Hazırda Üzeyir Hacıbəylinin ev-muzeyinin rəsm qalereya-
sının divarlarını Hüseyn Hacıyevin “Arşın mal alan”, “Leyli və 
Məcnun”, “O olmasın, bu olsun”, “Koroğlu” əsərlərinə çəkdiyi gözəl 
rəsmlər bəzəyir. Son zamanlarda isə rəssam “Üzeyir Hacıbəyli və 
C.Məmmədquluzadə” adlı yeni bir rəsm işləyərək muzeyə təqdim 
edib. Çox maraqlıdır ki, sənətkar bu rəsmlərin əksəriyyətini təbii 
boyalarla işləyir. Özünün dediyinə görə, həmin boyaları müxtəlif 
bitkilərin şirəsindən hazırlayır. 
 Hüseyn Hacıyevin əl işləri ilə təkcə Azərbaycan tamaşaçıları de-
yil, dünyanın digər ölkələrinin sənətsevərləri də tanışdır. Buna misal 
olaraq “Şah İsmayıl Xətainin musiqi və şeir məclisi” adlı miniatür 
əsərini göstərə bilərik. Bu sənət nümunəsi Fransada da böyük ma-
raqla qarşılanıb. 
Rəssam həm də gözəl dekorçudur desək, yanılmarıq. O, Bakı 
metropoliteninin “Ne  çilər” stansiyasındakı mozaik görüntülərin 
müəllifl 
ərindən biridir. Şəhid döyüşçülərin barelyefl 
ərini, 
qorelyefl ərini yaradıb. Yasamal rayonunda 60 saylı məktəbin diva-
rındakı şəhid Paşa Nəzərovun mərmərdən düzəldilmiş barelyefi bu 
qəbildəndir. Onun çəkdiyi rəsmlər Milli Azərbaycan Tarixi və Musi-
qi Mədəniyyəti muzeylərində, həmçinin başqa ev-muzeylərində də 
özünəməxsus yer alıb.
Hüseyn Hacıyev dəfələrlə respublikamızda və xaricdə keçirilən 
müsabiqələrin diplomlarına layiq görülüb.
O, hazırda Bakı Musiqi Akademiyasında tərtibatçı rəssam 
vəzifəsində çalışır. Fərdi yaradıcılığını da durmadan davam etdirən, 
yorulmaq bilməyən işgüzar sənətkara möhkəm cansağlığı və yeni-
yeni uğurlar arzulayırıq! 
 Gülnarə Ələsgərova,
 Üzeyir Hacıbəylinin ev-muzeyinin 
 ekspozisiya şöbəsinin müdiri 


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə