M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə33/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   29   30   31   32   33   34   35   36   ...   48

72
Mədəniyyət.AZ / 9 • 2016
İ
nformasiya-kommunikasiya və kompüter texnologiyaları in-
kişaf etdikcə bəşəriyyətin indiyədək toplanmış bütün bilikləri 
və mədəni irsi tədricən rəqəmsal formata keçirilərək virtual 
resurslara çevrilir (1). Fərəhli haldır ki, Azərbaycan xalqının milli 
mədəni irsi, korifey sənətkarlarımızın bioqrafiyası, biblioqrafiyası və 
əsərləri də tədricən beynəlxalq internet şəbəkəsində getdikcə daha 
geniş spektrdə təmsil olunur. Bu isə elmi-tədqiqatçılara iş otaqla-
rından çıxmadan dünyanın ən nüfuzlu universitetlərinin və kitabxa-
nalarının internet portallarında, elektron resurslarında araşdırmalar 
aparmağa geniş imkanlar yaradır. Biz də Azərbaycan professional 
musiqi sənətinin banisi Üzeyir bəy Hacıbəyli irsinin xarici ölkələrin 
virtual resurslarında təmsilçiliyi dərəcəsini araşdırıb ilkin nəticələrin 
təqdimatına çalışdıq.
Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 18 sentyabr 1885-ci 
ildə Ağcabədi mahalında anadan olmuşdur. Hazırda bu tarix 
Azərbaycanda Musiqi Günü kimi qeyd olunur. Üzeyir bəyin ailəsi 
Azərbaycanın qədim mədəniyyət ocaqlarından olan Şuşadan idi və 
özü də ilk təhsilini orada almışdır. Gürcüstanda, Qori Müəllimlər Se-
minariyasında oxuduğu 1899–1904-cü illərdə həm Avropa musiqisi 
ilə yaxından tanış olmuş, həm də bir neçə musiqi alətində ifa etməyi 
öyrənmişdir.
Problemin Azərbaycan səviyyəsində öyrənilmə dərəcəsi 
Üzeyir Hacıbəylinin irsi sənətşünaslarımız tərəfindən araşdırılır, 
çoxlu sayda dissertasiyalar müdafiə olunur, sanballı monoqrafi-
yalar və elmi məqalələr işıq üzü görür. Azərbaycan bəstəkarları 
arasında ilk sənətşünaslıq namizədi olmuş Əşrəf Abbasov hələ 
1952-ci ildə Moskvada, Üzeyir bəyin vəfatından cəmisi 4 il sonra 
“Üzeyir Hacıbəyov və onun “Koroğlu” operası” mövzusunda dis-
sertasiya müdafiə edib. Üzeyir Hacıbəylinin irsi ilə bağlı aparılmış 
tədqiqatların, yazılmış namizədlik və doktorluq işlərinin sayı-he-
sabı yoxdur. Görkəmli ədəbiyyatşünas, tənqidçi Abbas Abdulla 
“Üzeyir Hacıbəyovun sənətkarlığı” mövzusunda doktorluq disser-
tasiyası müdafiə edib. Tanınmış publisist ziyalımız, mərhum Qu-
lam Məmmədli Ü.Hacıbəylinin salnaməsini tərtib edib. Musiqişü-
nas Zemfira Səfərova Ü.Hacıbəyli yaradıcılığının ən az öyrənilmiş 
sahəsini – onun musiqi-estetik görüşlərini, elmi tədqiqatlarına 
əsas mövzu seçib. Kinoşünas A.Kazımzadə isə Üzeyir bəyin kino 
sənətkarlığının tədqiqatını aparıb. Üzeyir bəy Hacıbəylinin nəsr 
əsərləri də filoloqlarımız tərəfindən geniş araşdırmaya cəlb olunub. 
Belə qürurverici faktlar çoxdur. Lakin müasir dünyada Üzeyir irsinə 
dair belə ənənəvi çap materialları ilə yanaşı, xarici dillərdəki virtual 
resurslarda da geniş təbliğat işlərinin görülməsi xalqımızı, ölkəmizi, 
mədəniyyətimizi və incəsənətimizi təbliğ etmək baxımından həyati 
vacib aktual məsələdir.
Fərəhli haldır ki, Ü.Hacıbəylinin həyat və yaradıcılığı ilə bağ-
lı internetdə bir sıra mənbələr var. Hətta yaradıcılığını təbliğ edən 
xüsusi sayt da yaradılmışdır. Həmin resursda bəstəkarın bioqrafi-
yası, musiqi əsərləri, librettoları yerləşdirilib. Belə hesab edirəm 
ki, Üzeyir bəy irsinin təbliği baxımından “Musiqi dünyası” jurnalı və 
onun iki dildə olan virtual versiyası ən uğurlu media layihəsi kimi 
diqqətəlayiqdir.
Tədqiqat metodları 
Tədqiqat prosesində problem üzrə internet resursların 
öyrənilməsi və nəzəri təhlili metodundan istifadə edilib. Bundan 
əlavə, mövzu üzrə mövcud sənətşünaslıq elmi ədəbiyyatı da müva-
fiq internet resurslarla müqayisəli təhlilə cəlb olunub.
Tədqiqat işinin müzakirəsi 
İngilis və rusdilli virtual resurslarda Ü.Hacıbəyli irsinin təmsilçiliyi 
baxımından professor Fərəh Əliyevanın 1997-ci ildə “Azerbaijan 
İnternational” jurnalında ingilis dilində işıq üzü görmüş və virtual 
resurslarda yer almış “Azərbaycanın məşhur musiqiçi ailələri” adlı 
məqaləsi təqdirəlayiqdir (2). Üzeyir bəy haqqında rusdilli saytlarda 
da kifayət qədər materiallar vardır. Rusiyanın teatr və kino sənəti 
üzrə ən böyük internet portallarından birində dahi həmyerlimiz haq-
qında geniş məqalə verilib. 
1908-ci ildə gənc bəstəkarın “Leyli və Məcnun” operası geniş ta-
maşaçı kütləsinə təqdim olundu. Əsər tək Azərbaycanda deyil, dün-
ya musiqi tarixində özünəməxsus yer tutur. Bu janrın ilk nümunəsi 
kimi Şərqin tarixinə qızıl hərfl ərlə yazılmaqdan əlavə, həm də ilk 
milli opera nümunəmizdir. Haqqında beynəlxaq şəbəkədə müəyyən 
məlumatlara da rast gəlmək mümkündür. Tacikistanlı alim, “Şa-
hidi Mədəniyyət Fondu”nun sədri Munirə Şahidi fondun internet 
səhifəsində, ingilis dilində “İpək yolunda opera” adlı məqaləsində 
Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun”unun adını çəkir, onun 
həm Qafqaz, həm də digər Şərq ölkələrinin musiqisinə təsiri haq-
qında söhbət açır (3). Onu da qeyd etmək lazımdır ki, məqalə müəllifi 
səhvə yol verərək bu musiqi əsərinin Məhəmməd Füzulinin deyil, 
Nizami Gəncəvinin eyniadlı poeması əsasında bəstələndiyini yazır. 
ÜZEYİR BƏY HACIBƏYLİ İRSİ VİRTUAL ALƏMDƏ
Elşad Əliyev,
sənətşünaslıq üzrə fəlsəfə doktoru,
AMEA Memarlıq və İncəsənət İnstitutu, estetika və informasiya mədəniyyəti şöbəsi
 E-mail: aliyev.science@gmail.com
ELM



73
Mədəniyyət.AZ / 9 • 2016
Müstəqil jurnalist və tədqiqatçı Jeyms Minahanın müəllifi olduğu 
“Şimal, Şərq və Mərkəzi Asiyanın etnik qrupları” ensiklopediyasında 
Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti haqqında ətrafl ı 
məlumat verilir (4). Məqalədə “Leyli və Məcnun” operasının 
müsəlman dünyasında ilk opera olduğu xüsusi vurğulanır. 
“Dünyanın etnik qrupları” seriyasından olan bu kitab ingilis dilində 
nəşr olunmuş, həm də internet şəbəkəyə yerləşdirilmişdir. İngilisdilli 
elmi ədəbiyyatda faktı təsdiqləyən çoxsaylı məqalələr mövcuddur. 
Qeyd etdiyimiz kimi, Üzeyir dühasının məhsulları bir çox saytlar-
da yerləşdirilib. Həmin saytlarda əsərləri dinləməklə yanaşı, həm 
də müxtəlif formatlarda yükləmək də mümkündür. Hacıbəylinin 
operalarına “Youtube” portalında baxmaq mümkündür. Müxtəlif za-
manlarda istifadəçilər tərəfindən portala yerləşdirilmiş bu videolar 
bəstəkarın yaradıcılığı ilə yaxından tanışlıq imkanı yaradır. “Youtube” 
portalında Hacıbəylinin əsərləri ilə yanaşı, onun şəxsi görüntüləri 
olan tarixi videomateriallar da vardır.
ABŞ Kaliforniya Universiteti nəşriyyatının saytında (5) veril-
miş materiallar da Üzeyir bəy yaradıcılığının beynəlxalq inter-
net şəbəkəsində təmsil olunması baxımından çox maraqlıdır. 
Saytda göstərilir ki, Marina Frolova-Uolkerin Amerika Musiqi 
Cəmiyyətinin jurnalında işıq üzü görmüş məqaləsində (6) Üzeyir 
bəy Hacıbəyli sənətinə, onun musiqi üslubuna və sovet ideologiya-
sının tələblərinə uyğunluğu baxımından nəzər salınmışdır. Məqalədə 
sovet hakimiyyəti illərində Qafqaz və Orta Asiya respublikalarında 
milli musiqi mədəniyyətlərinin inkişaf ideologiyası tədqiq edilir. İm-
periyanın mərkəzindən diktə edilən ideologiyaya görə, Moskvadan 
və Leninqraddan “müttəfiq respublikalar”a göndərilən bəstəkarlar 
qarşısında XIX əsrdə Rusiyada mövcud musiqi millətçiliyi modelini 
həmin xalqların mədəniyyətinə köçürməklə onların “harmonizasi-
yası” məsələsi qoyulmuşdu. M.Frolova-Uolker sovet ideoloqlarının 
irəli sürdüyü modelin Qafqaz və Orta Asiya operalarındakı imitasiya-
sı (təqlidi) və bununla bağlı sosializm realizmi və orientalizm haq-
qında müzakirə açır. Qeyd olunur ki, milli musiqi mədəniyyətlərinin 
harmonizasiyası ideyasına münasibət bildirmiş Üzeyir bəy Hacıbəyli 
belə hesab edirdi ki, birtərəfl i “harmonizasiya” musiqidəki mil-
li ruhu məhv edə bilər, digər tərəfdən isə milli musiqi “monodik”, 
yəni dəyişməz, sırf milli olaraq da qala bilməz. Bu baxımdan rus 
musiqisinə, o cümlədən dini (kilsələrdə oxunan) musiqilərə xas po-
lifoniyanı, çoxsəsli xor ifalarını öz operalarında uğurla tətbiq etmişdi. 
M.Frolova-Uolkerin fikrincə, məhz Üzeyir bəyin özünəməxsus ya-
naşması sayəsində Azərbaycan professional musiqi sənətində milli 
üslubla kənardan gətirilən harmonizasiya bir-birini tamamlamaqla 
həm də yeni üslub yarandı. Üzeyir bəyin yaratdığı polifoniya akkord-
ların sadəcə düzgün ardıcıllığı və ya harmonik intonasiyalara deyil, 
milli melodiya əsasında qurulmuş məntiqi kombinasiyaya əsaslanır. 
Nəticədə Üzeyir bəyin əsərlərində sovet ideologiyasının melodiya 
üzərindəki zorakılığı hiss olunmur.
1997-ci ildə Amerika Kino İnstitutu “Amerika bədii filmlərində 
etnik mənsubiyyət: 1911–1960” adlı kataloq nəşr edib (7). Kalifor-
niya Universiteti nəşriyyatının internet portalında (8) yerləşdirilmiş 
həmin kataloqda 1937-ci ildə ABŞ-da erməni dilində istehsal 
olunmuş “Arşın mal alan” bədii filmi haqqında məlumat və onun 
Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin Azərbaycan folklor 
musiqisi üzərində yaratdığı eyniadlı operettası əsasında çəkildiyi 
qeydi var. Bundan başqa, kataloqdakı digər məqalədə 1945-ci ildə 
Sovet İttifaqında rejissor Rza Təhmasibin, gələcəyin iki nəhəng sənət 
korifeyi səviyyəsinə qalxacaq Rəşid Behbudov və Leyla Cavanşi-
rovanın (Leyla Bədirbəyli – E.Ə.) iştirakı ilə lentə aldığı “Arşın mal 
alan” filmi haqqında da məlumat verilmişdir. Kataloqdakı məqalələri 
PDF-formatda internetdən oxumaq mümkündür. Bu film həm yerli, 
həm də dünya kinoteatrlarında uğurla nümayiş olunmuş, 1946-cı 
ildə nüfuzlu Stalin mükafatına layiq görülmüşdür. Müxtəlif rusdilli 
saytlarda internet istifadəçilərinin “Arşın mal alan” haqqında yaz-
dıqları fikirlər filmin yaradıcı heyəti, xüsusilə də bəstəkar Üzeyir bəy 
Hacıbəylinin sənətkarlığı haqqında ümumi müsbət rəy yaradır. 
Beynəlxalq internet şəbəkəsində gürcü rejissor Mixail Çiaure-
li tərəfindən 1942–43-cü illərdə Tbilisi Kinostudiyasında çəkilmiş 
ikihissəli “Georgi Saakadze” filmi haqqında da bəzi məlumatlar yer 
alıb. Orada filmin bəstəkarı kimi Andrey Balançivadze ilə yanaşı, 
Ü.Hacıbəylinin də adı çəkilir. Filmə “Youtube” portalında rus dilində 
baxmaq mümkündür. 
Təəssüf ki, bu əsərlə bağlı gürcü kinosaytlarında Üzeyir bəy 
Hacıbəylinin adı çəkilmir, halbuki “Georgi Saakadze” filmindəki 
hadisələr İran şahı Qacarın sarayında cərəyan etdiyindən bəstəkarın 
musiqisindən gen-bol istifadə olunub.
İran şahı Rza Pəhləvinin hakimiyyətdə olduğu ilk illərdə 
mədəniyyət və mədəni siyasətə həsr olunmuş Beynəlxalq Simpozi-
umun (26–28 iyun, 2009) internet saytında verilmiş materiallarda (9) 
Xristof Uernerin məruzəsi tədqiqatlarımız baxımından böyük maraq 
doğurur. X.Uernerin təqdim etdiyi məqalədə (10) göstərilir ki, 1927–
1941-ci illərdə Təbriz Teatrının repertuarında görkəmli Azərbaycan 
bəstəkarı Üzeyir Hacıbəylinin əsərləri üçüncü yer tuturdu.


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə