M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə37/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   33   34   35   36   37   38   39   40   ...   48

79
Mədəniyyət.AZ / 9 • 2016
taktik normanın pozulması deməkdir. İdarə əlaqəsi əsasında yara-
nan söz birləşmələrinin əsas tərəfl əri adətən feillərdən ibarət olur. 
Lakin bəzi hallarda əsas tərəf digər nitq hissələrindən də düzələ bilir
məsələn: evlərdən biri, dünyanın gözəlləri, onun ürəyi və s. 
Yanaşma əlaqəsi üçün heç bir qrammatik vasitə işlənmir. Lakin 
bu o demək deyildir ki, qrammatik vasitə yoxdursa, kontekstdəki 
sintaktik normalara əməl edilmir. Belə birləşmələr məna və intona-
siya əsasında qurulur və buradakı sintaktik norma sözlərin sərbəst 
şəkildə bir-birinə yaxınlaşa bilməsi zəminindədir ki, nəticədə sintak-
tik bütöv əmələ gətirir; məsələn: gözəl qız, qırmızı kitab, yaşıl alma, 
hündür divar və s.
Söz birləşmələrinin norma problemlərinə nəzər saldıqda burada 
söz birləşməsi və cümlə arasında oxşar cəhətlər çoxdur. Xüsusən 
söz birləşməsindəki sintaktik əlaqələrin cümləyə də xas olması-
nı vurğulamaq lazımdır; məsələn: “şəhərə getmək” birləşməsi ilə 
“şəhərə getdim” cümləsi arasında da əlaqə eynidir. Hər ikisində yön-
lük halla olan idarə əlaqəsi işlənmişdir. Baxmayaraq ki hər ikisində 
birinci tərəf eynidir və yönlük halla işlənmişdir, təhlil zamanı birinci 
nümunə cümlədə sintaktik bütöv kimi təhlilə cəlb olunur, amma 
ikinci nümunədə hər iki tərəf ayrılıqda cümlə üzvü kimi çıxış edir.
Əlövsət Abdullayevin də müəllifi olduğu “Müasir Azərbaycan dili 
sintaksisi” kitabının “Cümlə üçün iki mühüm əlamətin varlı-
ğı vacibdir. Bunlardan biri predikativlik, ikincisi isə cümləyə 
məxsus intonasiyadır” (2, s. 42) fikri ilə yanaşdıqda cümlə 
və söz birləşməsi arasındakı fərqi aydın görə bilərik. Aşa-
ğıdakı nümunəyə diqqət edək: “Biz məktəbdən evə getdik” 
cümləsində iki predikativlik vardır. Birinci predikativlik 
“biz getdik” və ikincisi isə “evə getdik”. Birincisində uzlaş-
ma, ikincisində isə idarə kimi sintaktik əlaqələ onları söz 
birləşmələrinə yaxınlaşdırır. Lakin söz birləşmələrinin nor-
malarında predikativliyin mövcud olmaması bir-birindən 
fərqləndirir.
Şifahi nitqdə intonasiyanın hesabına söz birləşmələrinə 
yaxın olan, lakin predikativliyi ilə fərqlənən birləşmələri 
ayırmaq mümkündür. Çünki şifahi nitqdə intonasiyanın gücü 
buna imkan verir. Elə söz birləşmələri var ki, onlar arasında 
predikativlik özünü göstərir. Buna görə də dilçilik tarixində 
söz birləşmələri ilə münasibətdə “predikativ və qeyri-predi-
kativ söz birləşmələri məsələsi” problemi meydana çıxmış-
dır. Bir sıra birləşmələr quruluşuna və səslənməsinə görə 
söz birləşmələrinə predikativliyinə görə çox bənzəyir. Bu cür 
birləşmələrə Yusif Seyidov daha aydın izahat verərək yazır: 
“Biz də belə düşünürük ki, predikativ birləşmələr konkret 
olaraq söz birləşməsi təliminə daxil ola bilməz, “predikativ 
birləşmə” ilə “cümlə” eyni sintaktik kateqoriyanın müxtəlif 
adlarıdır” (səh.130)
Doğrudan da, diqqətlə nəzər yetirdikdə evə gedirsən, 
dünən gördü və s. bu kimi birləşmələrdə cümlə üçün va-
cib sayılan mübtəda–xəbər əlaqəsi yoxdur. Lakin bu heç də 
predikativ əlaqə olmadan cümlə yaranmasını inkarlamır. 
Belə cümlələr predikativ birləşmə kimi cümlə formalaşdı-
rır. Bildiyimiz kimi, mübtədasız cümlələr də mövcuddur və 
dilçilikdə onlar cümlə kimi rədd edilmir; məsələn: ağacdan 
meyvə dərildi, yemək yeyildi, evlərə su verildi və s. Yaxud 
mübtədası cümlədə verilməyən mətndə qeyd edilən cümlələr; 
məsələn: Aslan işdən tez gəlməyi qərara aldı. Şəhərdən gələndə özü 
ilə yükü də gətirdi və s. Göründüyü kimi, ikinci cümlədə mübtəda 
verilməyib, nəzərdə tutulub.
Söz birləşmələrinin əsas tərəfl əri ifadə vasitələrinə görə üç yerə 
bölünür:
1. İsmi birləşmələr. 2. Zərf birləşmələri. 3. Feili birləşmələr.
İsmi birləşmələrdə əsas tabe edən tərəf isimlərlə, yaxud 
substantivləşmiş isimlərlə düzəlir. Buna görə də onlar ismi 
birləşmələr adlanır. 
İsmi birləşmələr norma baxımından, əsasən, aşağıdakı modellər 
əsasında formalaşır: isim+isim (polad qılınc, uşaqların otaqları və 
s.); sifət+isim (gözəl qız, gözəllər oylağı və s.); say+isim ( beş qələm, 
onuncu otaq və s.); feili sifət+isim (alınmış kitab, gülən insan və s.).
İsmi birləşmələrin bəzi nümunələri də vardır ki, onlar az dairədə 
işlənir. Qeyd edilən sintaktik birləşmələr, əsasən, ismin halları və fe-
ili məsdərin köməyi ilə əmələ gəlir. Bu birləşmələrin birinci tərəfl əri 
müxtəlif nitq hissələri əsasında meydana çıxır; məsələn: sizlərdən 
biri, böyüklərə kömək, uşaqların biri, düşünmədə fayda və s. 


80
Mədəniyyət.AZ / 9 • 2016
Nümunələrin birincisində birinci tərəf ismin çıxışlıq halı ilə işlənmiş 
əvəzlik, ikincisində ismin yönlük halı ilə işlənmiş isim, üçüncüsündə 
ismin yiyəlik halı ilə işlənmiş isim, dördüncüsündə yerlik halla 
işlənmiş isimdir.
İsmi birləşmələr iki yolla meydana çıxır: analitik yol və sintetik 
yol. Analitik yolla yaranan söz birləşmələrində heç bir xüsusi şəkilçi, 
yəni söz birləşməni əmələ gətirən şəkilçili norma olmur. Yalnız ya-
naşma yolu ilə yaranır; məsələn: dəmir qapı, göy kitab və s. Sintetik 
yol isə analitik yoldan fərqli, birləşməni əmələ gətirmək üçün xüsusi 
şəkilçilərdən bəhrələnir. Bu şəkilçilər əsasında söz birləşmələrinin 
norma modeli yaranmış olur; məsələn: kitabın cildi, dağ havası, gö-
zün nuru və s.
Qeyd olunanlara əsasən söz birləşmələri tədqiqatçılar tərəfindən 
2 yerə ayrılır:
1. Təyini söz birləşmələri. 2. Təyini söz birləşmələrinə daxil olma-
yan ismi birləşmələr.
Təyini söz birləşmələri təyin olunanla təyin edən arasında 
münasibətlərə görə meydana gəlir. Sintaktik normalara uyğun, təyini 
söz birləşmələri üç yerə bölünür: birinci növ təyini söz birləşmələri, 
ikinci növ təyini söz birləşmələri, üçüncü növ təyini söz birləşmələri.
Birinci növ təyini söz birləşmələri yanaşma əlaqəsinin köməkliyi 
ilə yaranır. Birinci növ təyini söz birləşməsində əvvəlcə tabe tərəf, 
sonra isə tabe edən tərəf gəlir. Deməli, sintaktik norma olaraq təyin 
edənin təyin olunandan əvvəl işlənməsi formulunu yaradır. Bu cür 
təyini söz birləşmələrinin yaranması, əsasən, analitik yolla baş verir. 
Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, heç bir xüsusi şəkilçidən 
istifadə olunmur; məsələn: yaşıl qələm, qara çanta, meyvəli bağ və s.
Analitik yolla yaranan birinci növ təyini söz birləşmələrində 
bəzən qoşmalardan da istifadə edilir; məsələn: günəş kimi parlaq, 
elm üçün çalışmaq və s. Həm bu, həm də yuxarıda qeyd olunan 
nümunələrdə müəyyən əlavələrin işlənməsi heç də sintaktik nor-
maların pozulmasına gətirib çıxarmır. Əksinə, onların işlənməsi söz 
birləşmələrinin həmin tipini normaya salmış olur. Birinci növ təyini 
söz birləşmələrində işlənən bu cür şəkilçilər və qoşmalar onları sin-
taktik vahidə çevirmiş olur. Həmçinin qeyd etmək lazımdır ki, qoş-
malarla əmələ gələn söz birləşmələrində qoşmalar əsas tərəf deyil, 
asılı tərəf kimi, əsas tərəfin təyininə xidmət göstərir.
Duzlu göl, yaralı ceyran, istəkli insan və s. bu tip nümunələrə fikir 
verdikdə görürük ki, burada da birinci tərəfə şəkilçilər artırılmışdır və 
bu şəkilçilər də təyinedənlə birgə ikinci tərəfi təyin edir. Bu şəkilçilər 
qrammatik norma deyil, sadəcə, yeni sözlər əmələ gətirir və leksik 
məna daşıyaraq yanaşma yolu ilə söz birləşməsi yaradır. Həmin 
səbəbdən də bunu sintaktik norma pozuntusu kimi qəbul etmək 
düzgün olmaz. Birinci növ təyini söz birləşmələrinin əsas tərəfl əri 
həmişə isim və substantivləşmiş sözlərlə (hündür qoca, qəribə 
gözəl və s.) ifadələnsə də, tabe olan tərəfl əri aşağıdakı yolla düzəlir:
a) isimlə ifadə olunanlar – dəmir qapı, ipək paltar, rezin çəkmə, 
daş hasar və s.
b) sifətlə ifadə olunanlar – qəşəng geyim, gözəl danışıq, uzun qız, 
sevimli kitab və s.
c) sayla ifadə olunanlar – beş uşaq, xeyli insan, az kitab, beşinci 
qapı və s.
d) əvəzliklə ifadə olunanlar – o qələm, həmin idarə, bu şagird və 
s.
e) feili sifətlə ifadə olunanlar – gülən qız, danışan robot, ağlayan 
uşaq və s.
Birinci növ təyini söz birləşmələrinin birinci tərəfl əri adına uyğun 
şəkildə cümlədə təyin mövqeyində qalır, ikinci tərəfl əri isə qramma-
tik cəhətdən dəyişərək mübtəda, xəbər, tamamlıq, zərfl ik, bəzən də 
təyin olur. Həmçinin qeyd etmək lazımdır ki, birinci növ təyini söz 
birləşmələrinin ikinci tərəfl əri cümlədəki vəzifələrindən asılı ola-
raq hal, kəmiyyət, mənsubiyyət, xəbərlik əlamətlərini qəbul edir; 
məsələn: “gözəl uşaqlar”,“böyük kitabdır” enli küçələrdən” və s.
İkinci növ təyini söz birləşmələri – bu tip söz birləşmələrinin bi-
rinci tərəfi də heç bir qrammatik göstərici iştirak etmədən düzəlir. 
İkinci tərəfində isə mənsubiyyət şəkilçisi iştirak edir. İkinci növ 
təyini söz birləşmələri müəyyən məna və qrammatik xüsusiyyətlərə 
malikdir ki, sintaktik normalara əsaslandığını göstərir. Bütün bu 
cəhətlər onları başqa növ təyini söz birləşmələrindən fərqləndirir; 
məsələn: bulaq suyu, kənd havası, dəniz sahili, tələbə yeməyi və s.
Belə birləşmələr ümumilik, mücərrədlik xüsusiyyətinə malikdir; 
məsələn: şəhər havası, meyvə bağı, gül ətri və s.
Bu növ birləşmələrin tərəfl əri, əsasən, isimlə ifadə olunur; 
məsələn: göl suyu, baş ağrısı, göz yaşı və s. Lakin bəzi hallar-
da digər nitq hissələri ilə də ifadələnə bilir. Bu zaman həmin söz 
substantivləşmiş olur; məsələn: qoca həvəsi, dünya gözəli, beş 
istəyi və s.
İkinci növ təyini söz birləşməsi yalnız üçüncü şəxsin mənsubiyyət 
şəkilçisini qəbul edir. Səbəb, şəxs əvəzlikləri ilə işlənə bilməməsidir. 
Buna görə ikinci və üçüncü şəxsin mənsubiyyət şəkilçisi işlənmir. 
İkinci növ təyini söz birləşmələrinin arasına söz girə bilmir. 
Səbəb, komponentlərin sintaktik cəhətdən tam əlaqəliliyidir. Birinci 
tərəfin qeyri-müəyyən yiyəlik halı və eyni zamanda idarə və uzlaş-
ma əlaqəsinin mövcudluğu araya söz girməsinin qarşısını alır. Bulaq 
suyu, bağ meyvəsi, dağ küləyi və s. kimi birləşmələrdə birinci tərəf 
ikincini idarə əlaqəsi ilə saxlayır. Burada hansısa hal şəkilçisinin 
iştirak etməməsi idarə əlaqəsinin yoxluğu anlamına gəlmir. Çün-
ki aralarında qeyr-müəyyən yiyəlik hal mövcuddur. Buna görə də 
birləşmənin ikinci tərəfi birinciyə uzlaşma əlaqəsi ilə bağlanır. Həm 
də ikinci tərəf üçüncü şəxsin xüsusiyyətini daşıdığına görə həmin 
şəxsin mənsubiyyət şəkilçisini qəbul edir.
İkinci növ təyini söz birləşmələrinin tərəfl əri eyni zamanda 
cəmlənə bilmir, lakin istisna hallarda bu mümkündür; məsələn: 
həmkarlar ittifaqları, atalar sözləri və s.
Üçüncü növ təyin söz birləşmələrinin əmələ gəlməsi üçünsə 
birləşmənin hər iki tərəfi qrammatik əlamətlər qəbul edir. Birinci 
tərəf ismin yiyəlik halında, ikinci tərəf isə mənsubiyyət şəkilçili olur. 
Bu birləşmələrdə həm idarə, həm də uzlaşma əlaqəsi iştirak edir. 
İkinci növ təyini söz birləşmələrində olduğu kimi, burda da birinci 
tərəf ikinciyə idarə, ikinci tərəfsə birinciyə uzlaşma əlaqəsi ilə bağ-
lanır; məsələn: kitabın cildi, qələmin rəngi, gülün ləçəyi və s. Üçün-
cü növ təyini söz birləşmələri ikinci növ təyini söz birləşmələrindən 
fərqli olaraq müəyyənlik məzmununa malikdir. Fərq də, bildiyimiz 
kimi, ikinci növ təyini söz birləşmələrinin birinci tərəfinin qeyri-


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə