M. Ə. MƏMMƏdov



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə71/81
tarix07.11.2018
ölçüsü1,57 Mb.
#77960
1   ...   67   68   69   70   71   72   73   74   ...   81

“Avtomatla
şdırılmış  kitabxana-informasiya  sistemləri” (Ba-
k
ı,  2007) kitabında geniş izah edilmişdir.  
 
5.4. 
İnformasiyanın seçilmiş yayılması rejimində xidmət  
 
Bütün  tip  kitabxanalarda,  o  cüml
ədən ETK-larda fərdi 
informasiya  xidm
ətinin  tarixən  tətbiq  edilmiş  və  hazırda  ən 
geniş  yayılmış  üsulu  informasiyanın  seçilmiş  yayılması 
adlanan  biblioqrafik  xidm
ət üsuludur. Əgər kompleks halda 
yanaşsaq informasiyanın seçilmiş yayılması (İSY) üsulu fər-
di biblioqrafik xidm
ət forması deyil, həm də kitabxana-infor-
masiya xidm
əti formasıdır. Çünki İSY sistemi vasitəsilə yal-
nız biblioqrafik informasiyalar deyil həm də “əks əlaqə” yolu 
il
ə  soruşulan  sənədlərin  surəti  çıxarılıb  abonentlərə  göndə-
rilir. XX 
əsrin 60-cı illərindən mustəqillik illərinə qədər olan 
dövrd
ə RETK-da və bir neçə idarə ETK-sında; Elmlər Aka-
demiyasının Fundamental Kitabxanasında İSY-nin avtomat-
laşdırılmış sistemləri fəaliyyət göstərmişdir.  
90-
cı  illərə  qədərki  dovrdə  İSY  sistemi  SSRİ-nin və 
xarici ölk
ələrin 10 minlərlə muəssisə və idarələrində istismar 
edil
ən avtomatlaşdırılmış elmi-texniki informasiya sistemlə-
rinin 
(ASNTİ-lər)  ən  vacib  alt  sistemi  kimi  mütəxəssis  və 
aliml
ərə fərdi informasiya xidməti göstərmişdir.  
 Mü
əssisə və idarə ETK-larında İSY sistemi adi əl üsu-
lu, yaxud 
avtomatlaşdırılmış üsulla tətbiq edilə bilər. Sistem 
ümumi halda bel
ə təşkil edilir: müəssisə və ya idarənin mü-
t
əxəssislərinin  daimi  informasiya  sorğuları  toplanılır,  UOT-
la indeksl
əşdirilir və bu əsasda abonent kartoçkası tərtib edi-
lir. Onun tipoloji 
forması belə ola bilər.  
237 


Abonementin qeydiyyat kartı  
 (üz t
ərəfi) 
Abonent nömr
əsi__________________________________ 
Adı, soyadı ______________________________________ 
İş yeri(şöbə, sex, sektor və s.)________________________ 
V
əzifəsi_________________________________________ 
Elmi d
ərəcəsi və adı________________________________ 
Xarici dill
əri bilməsi________________________________ 
İş telefonu________________________________________ 
Xidm
ətə götürülmüşdür______________________________ 
(tarixi) 
Daimi sorğular (UOT indeksləri və sorğunun mövzusu) 
 
İndeks: Mövzunun adı_______________________________ 
_________________________________________________ 
_________________________________________________ 
_________________________________________________ 
_________________________________________________ 
 
İnformasiyanın verilmə dövriliyi: _____________________ 
(h
əftə ay) 
 
Maraqlandığı sənəd növləri __________________________ 
(adlarını göstərməli) 
_________________________________________________ 
Xidm
ətdən çıxarılması haqqında qeyd __________________ 
Xidm
ətdən çıxarılmasının səbəbləri____________________ 
(kartın arxa tərəfi) 
238 


 
Sorğunun nömrəsi 
 
Xidm
ətin dövriliyi 
 
 
Abonent kartoçkası tərtib edildikdən sonra kitabxanaya 
daxil olan cari s
ənədlər UOT indeksi ilə  müqayisə  edilir. 
Müqayis
ə  UOT-un 4-5 bölgü həddinə  qədər  aparıla  bilər. 
Bölgü (iyerarxiya) pill
əsi nə  qədər çox olarsa,  sorğuya  in-
formasiya 
verilişinin dolğunluğu azalır, lakin dəqiqliyi artır. 
Sonuncu 
meyarın  təmin edilməsi  daha  vacib  sayılır.  Müəy-
y
ən sənəd  abonenti  sorğusuna  uyğun  olduqda  iki  nüsxədə 
çap edilir v
ə  abonentin  iş  yerinə  göndərilir.  Buna “siqnal 
informasiyası” deyirlər. Onun tipik forması belədir: 
Abonentin N-si 
Abonentın adı və soyadı 
UOT indeksi v
ə sənədin biblioqrafik təsviri 
Qiym
ətləndirmə şkalası 
M
əsələn: 
Abonentin N  
Əliyev Həsən Məmməd oğlu 
İşlədiyi şöbə (bölmə)-Texniki təchizat şöbəsi 
631. 116 K
ənd təsərrüfatında istifadə edilən 
kombaynlar. 
Bakı, 1996 
 5 4 3 2 1 
Sonuncu veril
ən  əyani nümunə  iki nüsxədə  çap edilir 
v
ə  hər ikisi abonentə  göndərilir.  Abonent bu siqnal infor-
masiyanı aldıqdan sonra qiymətləndirmə şkalasındakı rəqəm-
l
ərdən birini dairəyə  alır  və  göndərən  kitabxanaya  qaytarır. 
Qiym
ətləndirmə şkalası ifadə edir: 
239 


1-
 
gönd
ərilən sənəd sorğuya uyğun deyil; 
2-
 
s
ənəd  sorğuya  uyğundur,  lakin abonentin fərdi ma-
rağına cavab vermir; 
3- s
ənəd sorğuya cavab verir, lakin digər mənbələrdən 
abonent
ə artıq məlumdur və istifadə edilmişdir;  
4-  s
ənəd  sorğuya  uyğundur,  referatını  göndərmək 
kifay
ətdir;  
5-  s
ənəd  sorğuya  cavab  verir,  əslini,  yaxud ksero-
sur
ətini göndərmək zəruridir.  
Qiym
ətləndirmə şkalasında bir və ikinci ballar (1 və 2) 
çoxdursa, bu o dem
əkdir ki, İSY sistemində sorğunun, yaxud 
s
ənədin UOT indeksi bir daha yoxlanıb dəqiqləşdirilməlidir. 
1 v
ə 2-ci ballar İSY sisteminin mənfi parametrləridir və in-
formasiya t
əminatının kifayət qədər dəqiq olmamasını göstə-
rir.  Qiym
ətləndirmə şkalasındakı 3-cü bal onu ifadə edir ki, 
abonentin istifad
ə  etdiyi digər informasiya verilişi  kanalları 
daha  operativ  işləyir,  yəni  İSY  sisteminin  xidmət operativ-
liyini 
artırmaq lazımdır. 4-cü bal neytral xarakter daşıyır, ya 
abonentin,  ya da s
ənədin informasiya səviyyəsinin,  yəni  
bilik s
əviyyəsinin aşağı olmasını və ya sənədin sərlövhəsinin 
müc
ərrəd və  əlverişsiz  olmasını  ifadə  edir.  5-ci  bal  İSY 
sisteminin s
əmərəliliyini göstərir. Əksər siqnal informasiya-
ları  vasitəsiylə  göndərilən sənədin  əsli,  yaxud surəti istəni-
lirs
ə və o, (onların bəziləri) ETK fondunda yoxdursa KAA, 
yaxud s
ənədin elektron göndərişi  vasitəsilə  alınır  və  abo-
nent
ə verilir. Qiymətləndirmə şkalasının illik təhlili əsasında 
ETK  fondunun komplektl
əşdirmə  profili dəqiqləşdirilir, 
yaxud t
əkmilləşdirilir.  
Abonentl
ərə göndərilən siqnal informasiyalarının, “əks 
240 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə