M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə47/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   ...   43   44   45   46   47   48   49   50   ...   171

114 

 

(leksik  vahidin)  sruktur-semantik  vә  funksional  açıqlanmaları  vә  müqayisәli-tarixi 



canlandırmaları  (rekonstruksiyası)  verilmәkdәdir.  Sözügedәn  әsәrdә  leksik  tәrkib  yuxarıda 

müәyyәnlәşdirilәn oxşar leksik-semantik kәlmә qruplarının tәrtibinә әsasәn yerlәşdirilmişdir:   

1)

 

Meteorologiya;  



2)

 

Göy cismlәri vә göy qübbәsi; 



3)

 

Zaman, mövsümlәr;  



4)

 

Bitkilәr; 



5)

 

Canlılar; 



6)

 

İnsan vә s. 



Qeyd  olunmalıdır  ki,  sözügedәn  çoxcildli  kitabın  digәr  cildlәrindә  olduğu  kimi  bu 

cildindә dә irad tutulacaq xüsuslar yox deyildir. Mәsәlәn, belә bir әsәrdә etnik-milli mәnsubiyyәt; 

din,  inanc,  elm,  yazı,  oxumaq,  saymaq  kimi  әsas  kulturoloji  mövzulara  dair  leksik-semantik 

sahәlәrә  vә  hәmin  sahәlәri  ifadә  edәn  konkret  leksik  vahidlәrә,  demәk  olar  ki,  heç 

toxunulmamışdır.  Nә  üçün,  nәdәn?!  Mәgәr  әcdad  türk  dili  dövründә  türklәr  oxuyub-yazmağı 

bilmәmişdirlәrmi vә ya başqa xalqlar kimi Aya, Günәşә vә digәr güclәrә itaәt etmәmişdirlәrmi? 

Bәs  “Şamanlıq  vә  Göy  Tanrı”  inancları  harada  qaldı?!  Fikrimizcә,  sözügedәn  әsәr  mәhz  bu 

baxımdan hәr hansı bir ciddi tәnqidә dözmür. Çünki, hәr hansı bir dilin vә ya dil ailәsinin әcdad-

ana dil tәbәqәsi hәmin dilin vә ya dil ailәsinin arxetipik mәdәniyyәt sәviyyәsi ilә eyni kontekstdә 

vә müstәvidә müqayisәli olaraq öyrәnilmәlidir. Burada sadәcә quru dil faktlarından çıxış etmәk 

son dәrәcә yetәrsiz qalır! 

C.  Leksikoqrafiya  dilçiliyin  müxtәlif  lüğәtlәrin  hazırlanması  vә  tәcrübәsini  ehtiva  edәn 

bir bölmәsidir. Sözügedәn termin mәnşәcә yunan dilindәn alınmış olub “lexikós” sözә aid olan 

vә    gráphō”  ‘yazıram”  leksik  vahidlәrindәn  ibarәtdir  (LES  1990:  258).  Bu  gün  istәr  praktik, 

istәrsә  dә  elmi  leksikoqrafiyada  kulturoloji  vә  siyasi  baxımlardan  çox  önәmli  işlәr 

görülmәkdәdir.  Bunların  әsas  hissәsi  vә  ya  indiyә  qәdәr  yerinә  yetirilmiş  olanları  mәzmununa, 

kütlәvi vә elmi-praktik mәqsәdlәrinә çataraq xalq arasında geniş yayılması vә istifadә olunmasına 

görә çağdaş elmi-metodoloji tәsniflәndirmәlәri ilә aşağıdakı bölümlәrdә qruplandırılır:  

1) Dil tәdrisi: bir, iki vә çoxdillilik ortamalrında istәr ümumi, istәrsә dә xüsusi olaraq ana 

dilinin tәdrisi vә xarici dilin öyrәdilmәsi durumları sәviyyәlәrinә görә sәciyyәlәndirilir.  

1)

 



Ana  dilinin  vә  müvafiq  olaraq  da  әdәbi  dilin  normalaşması  vә  elmi  tәsviri.  Hәr  iki 

funksiya, hәr şeydәn öncә, izahlı lüğәtlәrlә hәyata keçirilir. Bundan başqa, sözügedәn linqvistik 




115 

 

işlәr frazeologizmlәr (deyimlәr) vә atalar sözlәri; omonim, sinonim vә antonim sözlәr, statistik, 



sıxlıq, tәrs sıralanmalı vә s. lüğәtlәrlә dә yerinә yetirilir.   

2)

 



Dillәrarası retrospektiv vә prospektiv sәciyyәli daimi әlqәlәr: ikidilli, üçdilli, çoxdilli 

lüğәtlәr, danışıq kitabçaları vә әyani vәsait xarakterli digәr dil öyrәnmә vә öyrәtmә vasitәlәri ilә 

yerinә yetirilir. 

3)

 



Dilin  qavramlar  xәritәsinin  vә  buna  bağlı  olaraq  leksikasının  linqvistik  vә 

leksikoqrafik  olaraq  öyrәnilmәsi:  etimoloji,  tarixi,  dialektoloji,  ölü  dillәrin,  yaşayan,  bir-birinә 

yaxın  vә  әn  yaxın  olan  dillәrin  sinxronik  sәciyyәli  uyğunlaşdırmalı-açıqlamalı  (izahlı)  lüğәtlәri 

vasitәsilә yerinә yetirilir.   

Bu  gün  ümumi  vә  xüsusi  dilçilik,  buna  bağlı  olaraq  qohum  olmayan  vә  ya  bir-birilә 

müxtәlif  sәviyyәlәrdә  qohum  olan  dillәrin  leksikalarının  diaxronik  vә  sinxronik  olaraq  tәsvir 

olunması  әsas  etibarilә  klassik  vә  yeni  Hind-Avropa  linqvistik-leksikoqrafik  әnәnәlәrinә  görә 

davam etdirilir. Mәlumdur ki, Hind-Avropa dil ailәsini german, roman, slavyan, fars, hind vә s. 

dillәr  tәşkil  edir.    İber-Qafqaz  dillәri  kimi  bәzi  ozәl  dil  ailәlәri  vә  qrupları  da  genetik  olaraq 

hәmin  dillәrlә  bir  yerdә  tәsniflәndirilir.  Buna  baxmayaraq,  onlardan  bәzilәri  fonetik,  fonoloji, 

morfoloji, sintaktik, leksikoqrafik, frazeoloji vә mәtnlinqvistik quruluşları ilә sözügedәn dillәrdәn 

gözәçarpacaq  dәrәcәdә  fәrqlәnir.  Buna  görә  dә  sözügedәn  dil  ailәsinin  genetik  mәnşәyinin 

öyrәnilmәsi  ilә  bağlı  olaraq  dilçilikdә  formalaşan  müqayisәli-tarixi  vә  tipoloji  tәsniflәndirmә 

metodu  bütün  parametrlәri  ilә  artıq  filoloji  elmdә  1980-ci  illәrdәn  bәri  bir  sәslә  qәbul  edilmir. 

Bununla bәrabәr, sözügedәn dil ailәsinin içәrisindә yer alan slavyan dillәrinin vә digәr bәzi özәl 

dil  ailәlәrinin  öz  aralarında  yaxın  vә  әn  yaxın  qohum  dillәr  olaraq  öyrәnilmәsi  istiqamәti  dә 

çağdaş dilçilikdә diqqәti çәkir. Müqayisәli-tarixi vә tipoloji dilçilikdә yaxın vә әn yaxın qohum 

dillәr  nәzәriyyәsinin  ayrıca  bir  istiqamәt  olaraq  meydana  çıxması  leksikoqrafiyada  uyğun 

lüğәtlәrin yeni bir uyğunlaşdırmalı-açıqlamalı (izahlı) növünün yaxın tarixi keçmişdәn başlayaraq 

tәrtib  olunmasını  şәrtlәndirir.  Bu  baxımdan  türk  dillәri  dә  yaxın  vә  әn  yaxın  әdәbi  dillәr 

sәviyyәsindә  öyrәnilmәlidir.  Sözügedәn  nәzәriyyәdәn  vә  çağdaş  dilçiliyin  digәr  leksikoqrafik 

nәticәlәrindәn  hәrәkәtlә  türk  dillәrinin  sinxronik  sәciyyәli  uyğunlaşdırmalı-açıqlamalı  (izahlı) 

lüğәtlәrinin  tәrtibi  bu  gün  artıq  türkcә  dәrk  etmә  modeli  әsasında  yerinә  yetirilmәlidir.  Bunun 

üçün  qloballaşan  dünya  şәrtlәri  kontekstindә  lazım  olan  bütün  siyasi,  kulturoloji  vә  linqvistik 

şәrtlәr artıq mövcuddur.   






Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə