M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə51/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   ...   47   48   49   50   51   52   53   54   ...   171

123 

 

Axundov  1988)  dә  yazılmışdır.  Hәmin  әsәrlәrdә  yeri  gәldikcә  türk  dillәri  materiallarından 



istifadә edilmişdir. Fonetika, morfologiya vә sintaksis kimi sırf linqvistk sahәlәr daha çox ümumi 

dilçilik әsasında araşdırılmaya cәlb olunmuşdur. XX yüzil boyunca vә hәtta günümüzә qәdәr әsas 

etibarilә  әnәnәvi-linqvistik  yöntәmlәrlә  yazılan  türkoloji  dilçilik  әsәrlәrinin  sayı  gözәçarpacaq 

dәrәcәdә çoxdur. Hәmin әsәrlәrin bir qismi  ayrı-ayrı dilçi-türkoloqlar, digәr qismi  isә  yaradıcı-

professional  sәviyyәli  müәllif  heyyәtlәri  tәrәfindәn  yazılmışdır.  Onların  böyük  bir  hissәsini 

mövzularına vә yazıldığı ayrı-ayrı türk dillәrinә görә aşağıdakı şәkildә qruplaşdıraraq olar:  

1.

 

Ümumi vә xüsusi qrammatika mövzuları  



1.1.

 

Türkiyә  türkcәsinә  dair  XX  yüzildә  qrammatika  mövzusunda  yazılmış 



fundamental әsәrlәrdәn aşağıdakıların adlarını çәkmәk olar

 24


1.1.1.  Jan  Deni  “Türk  dilinin  qrammatikası:  Osmanlı  lәhcәsi”  (1921).  Sözügedәn  әsәr 

fransız dilindә yazılmışdır. Türk dili müәllimi Ali Ülvi Elöve tәrәfindәn fransız dilindәn Türkiyә 

türkcәsinә tәrcümә olunmuş vә 1941-ci ildә İstanbulda yayımlanmışdır. Hәmin әsәrdәn sonralar 

Cümhuriyyәt  dönәmindә  Türkiyә  türkcәsinә  dair  müxtәlif  qrammatik  araşdırmaların 

aparılmasında  vә  türk  dilinin  tәdris  olunması  üçün  qrammatika  kitablarının  yazılmasında  ilk 

mәnbәlәrdәn biri kimi çox geniş istifadә olunmuşdur. Kitab bu gün dә öz aktuallığını müәyyәn 

ölçüdә qoruyub saxlamaqdadır. 

1.1.2. A. Samoyloviç “Müasir Osmanlı-Türk dilinin qısa tәdris qrammatikası” (1925);  

1.1.3.  V.  Qordlevski  “Türk  dilinin  qrammatikası:  morfologiya  vә  sintaksis”  (1928). 

Sözügedәn  әsәrlәr  daha  çox  Türkiyәdә,  XX  yüzilin  әvvәllәrindә  Atatürklә  başlayan  dil 

inqilabından  öncәki  türk  dilinә,  bir  başqa  sözlә,  Osmanlı  vә  ya  Tәnzimat  dönәmi  türkcәsinә 

aiddir vә hәcmcә kiçik olub kitabça şәklindәdir. Hәmin әsәrlәr XX yüzilin әvvәllәrindә rusların 

vә ya rusdilli oxucuların Sovetlәr Birliyindә türk dilini öyrәnmәsi mәqsәdilә yazılmışdır.   

1.1.4.  A.  N.  Kononovun  “Müasir  türk  әdәbi  dilinin  qrammatikası”  (1956)  adlı  әsәri 

Cümhuriyyәt  dönәmi  türkcәsi  gәlişmlәrini  vә  qrammatik-üslubi  özәlliklәrini  dә  öz  içәrisindә 

ehtiva edәn böyük hәcmli mükәmmәl bir qrammatika kitabıdır. Bu kitabdan Türkiyәdә bu gün dә 

çox istifadә edirlәr. 1950-ci illәrdә kitab rus dilindәn Türkiyә türkcәsinә tәrcümә olunmuşdur vә 

                                                 

24

  Sözügedәn  әsәrlәrin  vә  ümumiyyәtlә  müxtәlif  dillәrdәki  dilçiliyә  vә  türkologiyaya  dair  elmi  mәnbәlәrin  adları 



mәtn içәrisindә Azәrbaycan dilindә verilmişdir. Bu, tәlәbәlәrin vә Azәrbaycan dilli oxucuların hәmin mәnbәlәri daha 

asanlıqla  başa  düşәrәk qavraya  bilmәsi üçün belә  edilmişdir. Әdәbiyyat  siyahısında  isә  istifadә  olunan  mәnbәlәrin 

adları yazıldığı dillәrdә göstәrilmişdir. 

 



124 

 

bu  tәrcümә  indi  dә  Türk  Dil  Qurumunun  kitabxanasında  saxlanılır.  Ancaq  tәrcümә  o  qәdәr  dә 



uğurlu alınmadığı üçün yayımlanmamışdır.   

1.1.5.    Muharrem  Erginin    “Türk  dilinin  qrammatikası”  (1972)  adlı  kitabı  Türkiyәdә 

türkcәnin  qrammatik  quruluşuna  dair  özünәmәxsus  çox  önәmli  elmi  korrektivlәri  vә  linqvistik 

açıqlamalrı  ilә  seçilәn  bir  әsәrdir.  Әsәr  istәr  milli-linqvistik  dәrinliyi,  istәrsә  dә    özәl  metodik 

müşahidәlәri ilә yazılmış sanballı bir әsәr olaraq türk tәhsil vә tәdris sistemindә bu gün dә hәlә öz 

aktuallığını qoruyub saxlamaqdadır.    

1.1.6. Vәcihә Hatipoğlunun  “Türk dilinin sintaksisi” (1972) vә  

1.1.7. Yüksәl Göknәlin “Modern türk dilinin qrammatikası” (1974) adlı kitabları isә daha 

çox modern vә “öztürkcә” (türkcә mәnşәli)  xarakterli bir dilçilik terminologiyası ilә yazılmışdır. 

1.1.8. S. N. İvanovun “Türk qrammatikası kursu. İsmin qrammatik kateqoriyaları” (1975) 

adlı  kitabı  Türkiyә  türkcәsindә  isimlә  bağlı  xüsusi  qrammatik  mövzulara  hәsr  olunmuş  bir 

әsәrdir. Әsәr, әlbәttә, rus dilindә yazılmış olub keçәn әsrdә SSRİ ali mәktәblәrinin filologiya vә 

ya  şәrqşünaslıq  fakültәlәrinin  türkoloji  bölümlәrindә  bir  dәrs  kitabı  olaraq  işlәdilmәk  üçün 

yazılmışdır.  

1.1.9.  Leyla  Karahanın  “Türk  dilinin  sintaksisi”  (1995)  adlı  kitabında  Türkiyә 

türkologiyasında  mürәkkәb  cümlәlәrin  sintaktik  quruluşuna  dair  ilk  dәfә  olaraq  yeni  bir  elmi-

metodik  münasibәt  bildirilmişdir.  Belә  ki,  hәmin  kitabda  feli  sifәt,  feli  bağlama  vә  mәsdәr 

tәrkiblәrinin  budaq  cümlә  vә  feli  sifәt,  feli  bağlama  vә  mәsdәrlәrin  isә  budaq  cümlәnin  xәbәri 

olmadığı  göstәrilmişdir. Feli tәrkiblәrә belә bir münasibәt  eynilә  Sovet  türkologiyası  әnәnsindә 

olduğu kimidir. Ancaq sözügedәn kitabın son nәşrindә Leyla Karahan (2009) ümumiyyәtlә türk 

dilindә  mürәkkәb  cümlә  quruluşunun  olmadığı  qәnaәtinә  gәlmişdir.  O,  tәrkibli  cümlәlәrin  türk 

dilindә  mürәkkәb  cümlә  yerindә,  funksional  olaraq  onun  әvәzindә  işlәnildiyini  iddia  etmişdir. 

Sadәcә Türkiyә türkcәsi sintaksisinin faktlarına dayanılaraq söylәnilәn belә bir fikirlә razılaşmaq 

çәtindir. Çünki, mürәkkәb cümlәlәr söz birlәşmәlәri, kәlmә qrupları, sadә cümlәlәr vә mürәkkәb 

sintaktik  bütövlәrlә  birlikdә  ümumtürk  dili  sintaksisinin  әsas  sintaqmatik  yaruslarından  birini 

tәşkil  edir.  Ayrıca  olaraq  hәmin  sintaktik  quruluş  әn  müxtәlif  dünya  dillәrindә  dә  dil-danışıq 

universaliyalarından biri kimi özünü göstәrir.    

1.1.10.  Tәhsin  Banquoğlunun  “Türk  dilinin  qrammatikası”  (1998)  adlı  kitabı  fransız 

dilçiliyi  vә Yan Deninin  yuxarıda göstәrilәn “mәşhur qrammatikası”nın  elmi-praktik  prinsiplәri 





Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə