M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə79/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   75   76   77   78   79   80   81   82   ...   171

196 

 

Sözügedәn elmi-praktik istiqamәtlәrdә morfoloji,  sintaktik, leksikoloji vә leksikoqrafik 



dil  vahidlәrinin  müxtәlif  alqoritmlәri  hazırlanmış  vә  görkәmli  Türk  dünyası  yazıçılarının 

әsәrlәrinin  tezlik  lüğәtlәri  tәrtib  olunmuşdur.  Türkiyәdә  isә  әsas  etibarilә  bilgi  işlәm  vә 

informasiya  texnologiyalarına  aid  türk  dilindә  yaradılmış  terminlәrlә,  sistemlәrlә  vә  müxtәlif 

proqram  tәminatları  vә  ya  yazılımı  ilә  tәdbiqi-praktik  sәciyyәli  müxtәlif  işlәr  görülmüşdür 

(Köksal  1981).    Günümzdә  sözügedәn  işlәr  türkcә  materiallarla  hәm  koqqnitiv  vә  kompüter-

mühәndis  dilçiliyi  (Bozşahin  ve  Zeyrek  2000:  41-48),  hәm  dә  türk  dillәri  arası  әdәbi  mәtn 

uyğunlaşdırması  (Musaoğlu  2010:  11-60)  kontekstlәrindә  dә  aparılmaqdadır.  Gәlinәn  nöqtәdә 

Türk  dillәri  arası  hәm  yazılı,  hәm  dә  şifahi  mәtnlәrin  birindәn  digәrinә  çevrilmәsi  vә  ya  әdәbi 

mәtn uyğunlaşdırılması proseslәri sürәtlә avtomatiklәşdirilmәlidir. Türk dillәrinin işlәnilmәsi vә 

öyrәnilmәsinin  konseptualaşdırılması  vә  müxtәlif  texnoloji  vasitәlәrlә  on-line  olaraq 

informasiyalaşdırılması  işi  dә  buna  paralel  olaraq  aparılmalıdır.  Bunlar  türkoloji  dilçiliyin  әn 

aktual problemlәrindәndir vә aşağıda onlardan da örnәklәrlә bәhs olunacaqdır. 



 

1.2.1.2. Sosiolinqvistik-filoloji araşdırmalar 

Sosiolinqvistik  araşdırmalar  dilçilikdә  әsas  etibarilә  XX  yüzilin  20-ci  illәrindәn  bәri 

davam  etdirilmәkdәdir.  Sözügedәn  araşdırmalarda  “dil  faktları  ilә  sosial  faktorlar  arasındakı 

әlaqәlәr, bunların bir-birinә tәsiri vә bir-birinin variantı kimi ortaya çıxması, başqa sözlә, bu iki 

növ  fenomen  arasındakı  ekvivalentlik  öyrәnilmәkdәdir”  (Berge  1989:  204).  Sosiolinqvistikanın 

yöntәmlәri  hәm  dilçiliyin,  hәm  dә  sosiologiyanın  üslubları  vә  konkret  imkanları  әsasında 

formalaşır (ЛЭC 1990: 482). Dil vә  cәmiyyәt, dil vә etnik-demoqrafik mәdәniyyәt, regional vә 

sosial  dialektlәr  vә  ictimai  sәciyyәli  müxtәlif  dil  amillәri  vә  hadisәlәrinin  bir-birinә  diaqlostik 

tәsiri nәticәsindә ortaya bir çox qeyri-mütәnasib hallar da çıxır. Mәsәlәn, ikidillilik vә çoxdillilik 

ortamları  nәticәsindә  hәr  hansı  bir  dili  danışanların  say  etibarilә  azalması  vә  hәmin  dilin 

işlәnilmәsinin  funksional  imkanlarının  daralması  (Bosnalı  2007:  144)  kimi  mәsәlәlәr  hәmin 

qeyri-mütәnasib  hallara  örnәk  olaraq  göstәrilә  bilәr.  Türk  dillәrinin  regional  lәhcәlәri,  ağızları, 

sosial dialektlәri, әdәbi dillәrindәki norma vә normalaşmaları, müxtәlif mәkanlardakı birinci dil, 

ikinci  dil,  әcdad  dil,  rәsmi  dil,  ana  dili  olma  vә  işlәnilmә  problemlәri  dә  türkoloji  dilçiliyin 

sosiolinqvistika sahәsindә açıqlığa qovuşdurulmalıdır.   



197 

 

Sovetlәr Birliyi dönәmindә türk dillәrinә aid sosiolinqvistik araşdırmalar, әsasәn, rus dili 



vә digәr milli dillәrin әlaqәlәri vә ikidilliliyi kontekstindә, rus dilinin millәtlәrarası bir ünsiyyәt 

vasitәsi  olaraq  problemlәrinin  çözümlәnmәsi  istiqmәtindә  aparılmışdır.  Yalnız  “yenidәnqurma” 

(perestroyka)  dövründә  hәm  ikidillilik,  hәm  dә  çoxdillilik  ortamlarında  digәr  milli  dillәrin  dә 

millәtlәrarası  ünsiyyәt  dili  olma  statusuna  vә  azınlıq  dillәrin  isә  sosiolinqvistik  vәziyyәtlәrinә 

toxunulmuşdur.  Hәmin  dillәrin  praktik  olaraq  öyrәnilә  bilmәsi  üçün  hәmin  dövrdә  müxtәlif 

yayınlar,  o  cümlәdәn  terminoloji  sözlüklәr,  danışıq  kitabçaları,  dәrs  vәsaitlәri  vә  kitabları  belә  

hazırlanmışdır (Koрмушин 1984: 4-5).  



198 

 

Türkiyәdә isә sosiolinqvistik vәziyyәt digәr Türk Cümhuriyәtlәrindәn vә türk xalqlarının 



yaşadığı digәr bölgәlәrdәki uyğun vәziyyәtlәrdәn fәrqlidir. Türk dili vә ya Türkiyә türkcәsi XI-

XII yüzillәrdәn etibarәn Anadoluda bir üst vә ya ortaq rәsmi dil sәciyyәsi daşımışdır. Hәmin dil 

XIV-XIX  yüzillәrdә  Osmanlı  türkcәsi  olaraq  da  eyni  funksiyada  işlәnilmişdir.  Türkiyәnin 

әhalisinin әksәriyyәti müsәlmandır. Buna görә dә türk mәnşәli olmayan müsәlman әhalinin türk 

kimliyini vә dilini müәyyәn bir ölçüdә Osmanlının mirası vә çağdaş milli unitar dövlәtin isә bir 

atributu  kimi  qәbul  etdiyi  müşahidә  olunur.  Türk  insanı  әdәbi  dil  olaraq  da  öncә  Osmanlı 

türkcәsindәn  istifadә  etmiş,  indi  isә  çağdaş  Türkiyә  türkcәsini  işlәtmәkdәdir.  Cümhuriyәt 

qurulduqdan  sonra  ulu  öndәr  Atatürkün  direktivlәri  ilә  başladılan  dil  inqilabı  da  Türk  dilinә 

әsasәn  hәyata  keçirilmişdir.  Dil  haqqında  aparılan  işlәrin  çoxu,  hәr  şeydәn  öncә,  türk  dilinin 

әcnәbi  elementlәrdәn  tәmizlәnmәsi  vә  onların  yerinә  türkcә  qarşılıqlarının  işlәnilmәsi  vә 

yaradılması  fәaliyyәtlәri  ilә  sıx  bağlı  olmuşdur.  Yeni  qavramların,  anlayışların,  elm  vә 

texnologiyanın  inkişafına  bağlı  olaraq  gündәlik  işlәnilәn  sözlәrin,  terminlәrin  düzәldilmәsi, 

onların işlәnilmәsinin tәşviq edilmәsi dil fәaliyyәtlәrindә geniş yer tutmuşdur. Türkologiyada dil 

tarixinә  vә  ona  bağlı  olaraq  da  müxtәlif  türk  şifahi  vә  yazılı  mәnbәlәrinin  tәnqidi  mәtnlәrinin 

hazırlanmasına,  xalq  dilinin  vә  ağızlarının  öyrәnilmәsinә  dair  işlәr  dә  indiyә  qәdәr  әn  çox 

Türkiyәdә  görülmüşdür.  Türkiyәdә,  әsasәn,  ilk  növbәdә  türk  dilinә  görә  müәyyәnlәşәn  milli 

dövlәtin  bir  simvolu  sәciyyәsindәki  tәkdilliliyә  vә  ya  türkcәyә  dayanan  standart  bir  әdәbi  dil 

ortamı  mövcuddur.  Çoxdillilik  ortamları  isә  әvvәllәr  әn  çox  türkcә-fransızca,  indiysә  türkcә-

ingiliscә  paralelli  vә  tәlim-tәdris  sәciyyәli  әdәbi  dillәrin  işlәnlimәsi  durumu  ilә  bilinmәkdәdir. 

Ancaq  son  illәrdә  kürdcәnin  vә  digәr  ana  dillәrinin  dә  müәyyәn  sosial  vә  tәdris  ortamlarında, 

Türkiyә  türkcәsi  ilә  bәrabәr,  milli  dillәr  olaraq  funksionallığını  genişlәndirdiyi  müşahidә 

olunmaqdadır.  Belә  bir  vәziyyәt  Türkiyәdә  dә  sosiolinqvistik  araşdırmaların  aparılmasının 

zәruriyyәtini şәrtlәndirmәkdәdir.   

Belәliklә,  Türkiyә  tükcәsi  digәr  türk  dillәrindәn  ümumi  sosiolinqvistik  vәziyyәti  vә 

funksional olaraq işlәnilmәsi baxımından çox fәrqlidir. O, hәr şeydәn öncә, birinci dil olaraq ana 

dili daşıyıcılarının sayca çoxluğu vә Avrasiya türkcәlәri kontekstindә ortaq bir ünsiyyәt dili kimi 

işlәnilә bilmәsi özәlliklәri ilә hәm türk dillәri, hәm dә çağdaş dünya dillәrindәn seçilir. Belә bir 

seçkinlik aşağıda göstәrilәn amillәrlә birbaşa әlaqәdardır: 

–700  il  boyunca  böyük  bir  coğrafiyada  bu  vә  ya  digәr  şәkildә  bir  rәsmi  dövlәt  dili 

statusunda olması; 




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə