Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix10.11.2017
ölçüsü0,59 Mb.
#9590
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

26 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Xam neftin emal sxemi 

 

  Neftin  fiziki  emalı  xüsusi  qurğularda  –  atmosfer  –vakuum  qurğularında 



aparılır. (Şəkil 2) 

  Neftin  fiziki  emal  etmək  üçün  əvvəlcə  onu  qızdırırlar.  Qızdırma  radiont 

borulu sobalarda aparılır. Borulu soba metal gövdədən hazırlanmışdır. Gövdə özülə 

möhkəm  bərkidilir.  Sobanın  divarları  içdən  odadavamlı  kərpiclə  hörülmüşdür. 

Birbaşa 

destillə  

Aromatikləşmə  

Xam 


neft 

benzin 


avtobenzin 

Sürtkü 


yağları 

Kerosin 


qazoyl 

fraksiyası  

Toloul 

Benzol 


Ksilol 

Aromatik benzin  

benzin 

Mazut və ağır 



qalıqlar 

 

qudron 



bitum 

metan 


Qazan yanacağı 

Termiki və 

katalitik 

krekinq 


Avia, 

avtobenzin 

və dizel 

yanacağı 

izobutan 

Alkilləşmə 

izopentan 

Dehidratlaşma  

izopren 

etan 


propan 

Piroliz   

Etilen, propilen, butilen 

Propilen və 

butilenin 

polimerləşməsi   

Avtobenzin komponentləri 

Etilen, propilen 

alkilbenzollar 



27 

 

Onun  daxilində  iki  kamerada  (6)  yerləşdirilmiş  radiont  borular  (2)  ardıcıl 



birləşdirlmişdir.  Bu  borularda  neft  və  neft  məhsulları  sürətlə  hərəkət  edərək 

yanacaqdan  alınan  tüstü  qazlarının  hesabına  qızır.  Sonra  tüstü  qazları  tüstü 

borularına  daxil  olur.  Yanacaq  kimi  qaz  və  maye  yanacaqlardan  istifadə  olunur. 

Yanacaq sobanın içərisinə forsunkalar (3, 8, 11) vasitəsilə püskürdülür. 

 

 

Şəkil 2. İkimərhələli distillə qurğusunun prinsipial sxemi 

1,  6-borulu  soba,  2,  7-rektifikasiya  kolonları,  3,  8,  11-istilikdəyişdiricilər,  4, 

9-kondensatorlar, 5, 10-soyuducular 

 

Emal məhsulları kamerlarda (6) yerləşən borulara daxil olur və orada közərən 



saxsı plitələrin istiliyindən radiont borular qızır və beləliklə də neft buxara çevrilir. 

Sobada  buxara  çevrilən  neft  distillə  olunmaq  üçün  rektifikasiya  kalonuna  verilir. 

Kalonda gedən distillə prosesi birbaşa distillə adlanır. 

  Xam neft əvvəlcə istilik dəyişdiriciləri (3, 8, 11) keçərək, neft məhsullarının 

istiliyi hesabına 170-175ºC -yə qədər qızır. Sonra borulu sobaya (1) daxil olan neft 

burada  300-350ºC  -yə  qədər  öz  temperaturunu  artırır  və  yarımbuxar-yarımmaye 

halda  aşağıdan  rektifikasiya  kalonuna  (2)  verilir.  Kalonda  (2)  neft  fraksiyalara 

ayrılmağa  başlayır.  Rektifikasiya  prosesini  effektli  aparmaq  üçün  kalonun 




28 

 

içərisində üfüqi vəziyyətdə 32-yə qədər nimçə yerləşdirilir. Bir nimçədən digərinə 



yol olur. Neft buxarları aşağıdan yuxarıya hərəkət edərək müxtəlif nimçələri keçir. 

Yüngül  fraksiya buxarları kalonun  yuxarısından  xaric olaraq kondensatorlarda (9) 

soyuyur  və  mayeləşir  və  kolonun  aşağı  hissəsinə  axaraq  orada  yenidən  buxara 

çevrilir.  Ən  yüngül  fraksiya  benzin  fraksiyasıdır.  Benzin  buxarları  kolonun 

yuxarısından  xaric  olur  və  kondensatorlarda  kondensləşir.  Əsas  hissəsi  istifadə 

üçün  göndərilir.  Bir  qismi  isə  geri  qaytarılır  və  kalonu  suvarmaq  üçün  işlədilir. 

Bundan məqsəd benzin buxarlarını ağır fraksiyalardan təmizləməkdir.  

Neftin birbaşa distillə məhsulları aşağıdakı cədvəldə verilmişdir. (Cədvəl 2.1) 



Cədvəl 2.1  

Neftin birbaşa distilləsi 

Distillyat 

Temperatur intervalı (ºC -lə) 

Distilyatın çıxımı 

%-lə 

Benzin 


Liqroin 

Kerosin 


Qazoyl 

Mazut 


 170ºC -dək  

 170 – 200 

 200 – 300 

 300 – 500 

 – 

 14,5 


 7,5 

 18,0 


 5,0 

 55,0 


 

  Mazut  neftin  distilləsində  son  məhsul  deyil.  Ona  görə  də  o  yenidən  distillə 

prosesinə  daxil  edilərək  ondan  müxtəlif  yağ  fraksiyaları  alınır.  Lakin,  mazutun 

distilləsi  adi  şəraitdə  deyil,  vakuumda  aparılır.  Bundan  məqsəd  mazutun 

parçalanmasının  qarşısını  almaqdır.  Mazut  yüksək  molekullu  karbohidrogenlər 

qarışığından  ibarət  olduğu  üçün  qaynama  temperaturundan  aşağı  temperaturda 

parçalanmağa başlayır. Ona görə də onu vakuumda (aşağı təzyiqdə) distillə etmək 

lazım gəlir.  Kolonun  aşağısından  xaric  olan  mazut  ikinci  borulu  sobaya  (6), 

oradan da vakuum rektifikasiya kolonuna (7) verilir. Borulu sobada (6) mazut 400-

420ºC  –yə  qədər  qızdırılır.  Rektifikasiya  kolonunun  aşağısından  qudron  və  digər 

hissələrindən  isə  yeni  fraksiyalar  (Şəkil  2)  ayrılır.  Benzinin  çıxımı  3-15%  olur. 

Belə  benzinin  oktan  ədədi  50−78-dən  çox  olmur.  Etil  mayesi  əlavə  etməklə 




29 

 

benzinin  oktan  ədədini  87−95-ə  çatdırmaq  mümkündür.  Mazutun  vakkumda 



distilləsindən  alınan  məhsulların  çıxımı  və  temperatur  intervalı  2.2-ci  cədvəldə 

göstərilir. 



Cədvəl 2.2  

Mazutun distillə məhsulları 

Fraksiyalar 

Temperatur intervalı (ºC -lə) 

Məhsulun çıxımı %-lə 

Veretyan yağı 

Maşın yağı 

Yüngül silindr yağı 

Ağır silindr yağı 

Qudron 


 230 – 250 

 260 – 305 

 315 – 325 

 350 – 370 

 350 – 370 

 10 – 12 

 5 

 3 


 7 

27 – 30 


 

  Hazırda  neftin  ilk  distilləsi  borulu  qurğularda  aparılır.  Açıq  rəngli  yüngül 

məhsullar almaq üçün neft atmosfer təzyiqi altında su buxarının iştirakı ilə distillə 

edilir.  Yağ  fraksiyaları  alanda  isə  mazutun  emalı  (distilləsi)  ,  eyni  zamanda  su 

buxarının  iştirakı  və  vakkum  altında  aparılır.  Odur  ki,  neftin  emalı  adətən  iki 

pillədə başa çatdırılır: 

- Birinci  pillədə  atmosfer  (borulu)  qurğularında  açıq  rəngli  yüngül  məhsullar 

(benzin, reaktiv və dizel yanacaqlar); 

- İkinci  pillədə  isə  mazutdan  vakkum  qurğularında  yağ  distillatları  və  yaxud 

katalitik krekinq qurğuları üçün xammal−geniş vakkum distillatı alınır. 

Neft  emalı  zavodlarında  hər  üç  sxemlə  işləyən  texnoloji  qurğulara  rast 

gəlmək olar. 

Birdəfəlik buxarlanma qurğularında emulsiyasız, suyu və yüngül fraksiyaları 

az olan neftlər emal edilir (Şəkil 3). 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə