20
divarlarına çökür. İçərisində su olan çənlərin dibində kükürd və dəmir qalvanik cüt
əmələ gətirir və bu hal korroziyanın da güclənməsinə səbəb olur. Eyni zamanda
kükürdlü birləşmələr ətraf mühitin çirklənməsinə səbəb olur.
Neftin oksigenli birləşmələri: Neftin oksigenli birləşmələrinə −turşular,
fenollar, ketonlar, efirlər və laktonlar, həmçinin furan və anhidrid birləşmələri
aiddir.
Neft
fraksiyalarının
qaynama
temperaturu
artdıqca,
oksigenli
birləşmələrinində miqdarı artır. Neftin oksigenli birləşmələrinin miqdarı onun
geoloji və əlaqədar olduğu süxurun təbiəti ilə sıxı sürətdə əlaqədardır. Belə ki,
müxtəlif neftlərin analizindən alınan ümumiləşdirilmiş nəticələrə əsasən müəyyən
edilmişdir ki, oksigenin orta miqdarı (%-lə) 0,2-dən (paleozoy qalıqlarında) 0,4-
dək (kaynazoy) artır. Karbonat süxurları ilə əlaqəli neftlərdə isə oksigenin miqdarı
neftin yaşı artdıqca azalır. Amma qumdaşı ilə əlaqəli neftlərə nisbətən xeyli yaşlı
karbonat süxurları ilə əlaqəli neftlərdə oksigenin miqdarı çox olur.
Neftin oksigenli birləşmələri içərisində turşular və fenollar miqdarca daha
çox olur. Bu birləşmələr turşu xassəsinə malik olduqlarına görə istər neftdən və
istərsə də neft fraksiyalarından qələvilərin köməyi ilə ayrıla bilər. Bütün oksigenli
birləşmələr kimi, turşu xassəli maddələrin miqdarı da neft yatağının dərinliyi və
yaşı artdıqca azalır.
Neftin azotlu birləşmələri: Neftin tərkibində azotun miqdarı çox nadir
hallarda 1 %-dən çox olur. Neftin yerləşdiyi layın dərinliyi və yaşı artdıqca azotun
miqdarı azalır və bu miqdar neftin təmasda olduğu süxurların təbiətindən az
asılıdır.
Azotun miqdarı çox olan neftlər daha cavan hesab olunur. Heteroatomlu
komponentlər içərisində azotlu birləşmələr və az öyrənilmişdir. Bu birləşmələr iki
qrupa bölünür: 1. Neytral xassəli; 2. Əsasi xassəli.
Azotlu birləşmələrin az hissəsini −əsasi, çox hissəsini isə neytral azotlu
birləşmələr təşkil edir. Əsasi xassəli azotun ümumi azota olan nisbəti Azərbaycan
neftlərində 29−32 % -ə, Qərbi Sibir neftlərində 8−30 % -ə, Saxolin neftlərində isə
21
44 % -ə çatır. Azotlu birləşmələrin əsas hissəsi ağır fraksiyaların və xüsusilə ağır
qalıqların tərkibinə daxil olur.
Yanacaqların tərkibinə daxil olan azotlu birləşmələr başqa sinif birləşmələrlə
birlikdə yanma prosesinə məruz qalır. Azotlu birləşmələr də yanarkən atmosferi
çirkləndirir (azot oksidlərilə). İlkin tullantılardan olan azot oksidləri atmosferdə
zəhərli törəmə tullantılarının əmələ gəlməsində fəal rol oynayır və atmosfer
çirkləndiricilərinin çoxalmasına səbəb olur.
Hazırda neft və onun fraksiyalarından 50-dən çox əsasi xassəli fərdi azotlu
birləşmələr ayrılmışdır. Bunlara -mono, -di və trimetilpridinlər, həmçinin onların
metil qrupu ilə yanaşı etil-, propil-, həmçinin izopropil-, butil-, tsiklopentil- və
başqa törəmələri aiddir.
Neftin mineral komponentləri: Hazırda müxtəlif mədənlərdən çıxarılan
neftlərin tərkibində 30-dan çox metal, 20 - yə yaxın qeyri-metal elementlərinin
olması aşkar edilmişdir. Neftin tərkibində olan elementləri bele qruplaşdırmaq
olar:
- Qələvi və qələvi-torpaq metalları – Li, Na, K, Ba, Ca, Sr, Mg;
- Mis yarımqrupu metalları – Cu, Ag, Au;
- Sink yarımqrupu metalları – Zn, Cd, Hg;
- Bor yarımqrupu metalları – B, Al, Ga, İn, Ti;
- Vanadium yarımqrupu metalları – V, Nb, Ta;
- Dəyişkən valentli metallar – Ni, Fe, Mn, Co, W, Cr, Sn və.s
Elementlərin cüzi miqdarının neftin tərkibində aşağıda göstərilən formalarda
olmaları qəbul olunmuşdur: duzların suda məhlullarının xırda dispers hissəcikləri
şəklində; mineral süxurların xırda asılqan dispers hissəcikləri formasında; üzvi
maddələrlə kompleks və ya molekulyar birləşmələr şəklində. Sonuncunun özü də
Kamyanovun verdiyi məlumata görə aşağıda göstərilən qruplara bölünür:
1. Element üzvi birləşmələr, yəni karbon-element əlaqəsi saxlayanlar;
2. Turşunun funksional qruplarındakı protonu əvəz etmiş metal duzları;
3. Molekuldaxili metal kompleksləri;
4. Bir çox eynicinsli və ya qarışıq liqand kompleksləri;
22
5. Hetereatomlarla və ya π−sistemli poliaromatik asfolten quruluşulu
komplekslər;
Neftin tərkibində metal elementlərin üzvi birləşmələrin tərkibində olması
dəqiq müəyyən edilmişdir. Lakin dolayı yolla alınan məlumatlara görə neftin
tərkibində qurğuşun, qalay, stibium, civə, germanium, tallium həmçinin silisium,
fosfor, selen, tellur və halogenli birləşmələr vardır. Bu birləşmələrə həm
fraksiyalarda, həm də ağır qalıqlarda təsadüf edilir.
Neftin tərkibində metal duzlarının, xüsusilə fərdi birləşmələrin olması da hələ
sübut olunmamışdır. Mədən sularında xeyli miqdarda olan qələvi və qələvi-torpaq
metalların duzları ilə neft turşuları arasında gedən kation dəyişmək nəticəsində
əmələ gəlməsi daha çox ehtimal olunur. Neftin qatran-asfalten hissəsinin daha
mürəkkəb polifunksional qruplarının dəmir, molibden, manqan və.s ilə duzlar
əmələ gətirməsi ehtimal olunan fikirlər də səslənir.
Neftin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, onun tərkibində nikel və
vanadiumun qatılığı başqa elementlərə nisbətən xeyli yüksək olur. Adətən
kükürdlü neftlərdə vanadiumun, az kükürdlü neftlərdə (azotun miqdarı çox olan)
isə nikelin qatılığı daha çox olur. Bu metalların daha çox öyrənilmiş birləşmələri
porfirin kompleksləridir.
Mikroelementlərin neftin tərkibində miqdarının hədsiz dərəcədə az olmasına
baxmayaraq, onların neftin emalı prosesinə və neft məhsullarının istismarına
mühüm təsiri vardır. Neftin tərkibində mikroelementlərin cüzi miqdarı katalizator
zəhəri hesab olunur və neft emalı sənayesində işlədilən katalizatorları qısa
müddətdə dezaktivləşdirir. Ona görə də texnoloji prosesləri düzgün təşkil etmək və
səmərəli katalizator seçmək üçün mikroelementlər miqdarı və vəsfi təyin
olunmalıdır.