“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

31 

 

Beləliklə,  qeyd  edilənlər  göstərir  ki,  investisiya  qoyuluşlarının  həcm  və 



strukturunun  tənzimlənməsi    yolu  ilə  iqtisadiyyatın    inkişafın  artım  tempini  və 

proporsiyalarını tənzimləmək mümkündür. 

Bütövlükdə,  investisiya  qoyuluşlarının  həcminə  əsasən  üç  amil  təsir  göstərir. 

Bunlardan  birincisi,  faiz  dərəcəsinin  səviyyəsi  ilə  əlaqədardır.  Ölkədə  sahibkarlar 

hətta  investisiya  qoyuluşlarını  öz  vəsaitləri  hesabına  həyata  keçirsələr  də,  faiz 

dərəcəsi  pulun  alternativ  dəyəri  kimi  investisiya  qərarlarına  təsir  göstərir.  Investi-

siyanın  həcmi  isə  bir  tərəfdən  faiz  dərəcəsindən,  digər  tərəfdən  isə  onun  səmərəli-

liyindən  asılıdır.  Investisiya  qoyuluşundan  gözlənilən  mənfəət  norması  faiz  dərə-

cəsindən  yüksək  olduqda  investisiya  qoyuluşları  həyata  keçirilir  (şəkil  2).  Istənilən 

zaman firmalar, həyata keçirmək istədikləri çoxlu sayda hazır investisiya layihələrinə 

malik  olurlar.  Lakin  faiz  dərəcəsinin  yüksək  səviyyəsində  bu  layihələrin  çox  az 

hissəsi, aşağı faiz dərəcəsində isə çox hissəsi gəlirli olur. Bu da o deməkdir ki, yüksək 

faiz dərəcəsi firmaların investisiya qoyuluşuna maraqlarını azaldır, əksinə olduqda isə 

investisiya qoyuluşlarının həcmi artır [62].  

Ölkədə  investisiyanın  həyata  keçirilməsi  üçün  sahibkarın  gözlədiyi  mənfəət 

normasının  normal  səviyyəsi  mövcud  olur  ki,  bu  da  faiz  dərəcəsi  ilə  investisiyanın 

qoyulduğu sahədəki riskin səviyyəsi  ilə  müəyyən edilir. Belə ki,  Amerika iqtisadçısı 

P.Samuelson  qeyd  edir  ki,  rəqabətli  iqtisadiyyatda  riskin  və  inflyasiyanın  olmadığı 

şəraitdə kapitalın gəlirlik norması faiz dərəcəsinə bərabər olacaqdır

 [61].  


Investisiya  fəallığına qənaətin  investisiyaya çevrilməsi  mexanizminin təkmilliyi 

də  təsir  göstərir.  Ölkədə  maliyyə  bazarlarının  zəif  inkişafı  çox  vaxt  sərbəst  maliyyə 

vəsaitlərinin  səmərəli  şəkildə  səfərbər  edilməsi  və  istifadəsi  imkanlarını  məhdud-

laşdırır.  Belə  hal  faiz  dərəcəsinin  yüksək  olmasına  və  resursların  səmərəli  bölüş-

dürülməməsinə  gətirib  çıxarır.  Aparılmış  tədqiqatlar  göstərir  ki,  90-cı  illərin  son-

larında  inkişaf  etmiş  maliyyə  bazarlarına  malik  ölkələrdə  maliyyə  resurslarının 

yenidən  bölüşdürülməsinin  səmərəliliyi  keçid  iqtisadiyyatlı  ölkələrə  nisbətən  10 

dəfədən çox olmuşdur [34]. 

Dövlətin  investisiya  fəaliyyətinin  tənzimlənməsi  istiqamətlərindən  biri  ölkədə 

həyata keçirilən struktur dəyişilikləri ilə əlaqədardır. Ayrı-ayrı sahələrdə və ərazilərdə 




32 

 

mənfəət  norması    investisiya  qoyuluşunun  istiqamətini  müəyyən  edən  əsas  amildir. 



Bu  baxımdan,  dövlət  firmaların  xərclərinə  və  gəlirlərinə  müxtlif  vasitələrlə  təsir 

etməklə  iqtisadiyyatın  sahə  və  ərazi  strukturunun  təkmilləşdirilməsinə  nail  ola  bilər. 

Bu  məqsədlə  dövlət  vergi,  kredit,  amortizasiya  siyasətini  həyata  keçirir,  ayrı-ayrı 

region və sahələri güzəştlə maliyyəlşdirir və s. vasitələrdən istifadə edir.   

Bütövlükdə, ölkədə investisiya fəallığının artırılması üçün qeyd edilən amillərin 

nəzərə 


alınması 

və 


onların 

təsirinin 

qiymətləndirilməsi 

zəruridir. 

Bu 

qiymətləndirmələri  nəzər  almaqla  ölkədə  investisiya  fəallığının  artırılması 



istiqamətində  konkret  tədbirlər  planının  hazırlanması  və  reallaşdırılması  hesabına 

iqtisadi artımın təmin olunmasına  və  iqtisadiyyyatın səmərəliliyinin  yüksəldilməsinə 

nail olmaq olar. 

Dövlət investisiya qoyuluşları iqtisadi siyasətin həyata keçirilməsi vasitələrindən 

biridir.  Bu  investisiya  qoyuluşları  müəyyən  layihələr  şəklində  həyata  keçirilir  ki, 

bunlar  da  iqtisadi  inkişaf  siyasətinə  müvafiq  olur  və  bu  siyasətin  icrası  üçün  tərtib 

olunan sosial-iqtisadi inkişaf proqramlarının tərkib hissəsi kimi çıxış edir. Investisiya 

layihəsi  sosial-iqtisadi  inkişaf  strategiyasının  və  ayrı-ayrı  proqramların  müstəqil 

şəkildə planlaşdırılan və yerinə yetirilə ilkin həlqəsidir.  

Investisiya  qoyuluşlarının  reallaşdırılmasının  sosial-iqtisadi    inkişafa  təsirini 

qiymətləndirilməsi zamanı investisiya layihəsinin həyata keçirilməsi halı ilə layihənin 

həyata  keçirilməməsi  halı  müqayisə  edilir.  Layihənin  həyata  keçirildiyi  vəziyyətlə 

həyata  keçirilmədiyi  vəziyyətin  müqayisə  edilməsi  istənilən  layihənin  xalis 

gəlirlərinin hesablanmasında əsas rol oynayır.  



 

 

 

 

 

 

 

 


33 

 

FƏSIL II AZƏRBAYCANDA IQTISADI ARTIM ƏSAS MƏRHƏLƏLƏRİ VƏ 



İNVESTİSİYA FƏALİYYƏTİNİN MÖVCUD VƏZİYYƏTİNİN 

QİYMƏTLƏNDİRİLMƏSİ 

 

2.1. Azərbaycanda iqtisadi artımın əsas mərhələləri və iqtisadi artımın Azərbaycan 



modeli 

 

2004-2014-cu  illər  Azərbaycan  iqtisadiyyatının  tarixində,  sovet  dövrü  də  daxil 



olmaqla, iqtisadi artım templərinə görə ən uğurlu dövr olub. Bu dövrdə respublikamız 

ÜDM-in  artım  sürətinə  görə  dünya  görə  dünya  ölkələri  arasında  lider  olmuş,  xarici 

investisiya  qoyuluşu,  sənaye  məhsulunun  həcmi  və  əhalinin  real  gəlirlərinin  artması 

və s. göstəricilərə görə bir çox ölkələri qabaqlamışdı. Əldə edilmiş iqtisadi uğurların 

əsas  səbəblərini  araşdıran  tədqiqatçılar  bunu,  iqtisadi  inkişaf  modelinin  əsas 

xüsusiyyətləri  və  prinsipləri  ilə  əlaqələndirirlər.  Bu  baxımdan,  ölkə  iqtisadiyyatında 

tətbiq  edilmiş  iqtisadi  inkişaf  modelinin  əsas  prinsiplərinin  araşdırılması,    kəmiyyət 

artımının  keyfiyyət  artımına  keçməsi,  dayanıqlı  iqtisadi  inkişafa  nail  olunması  üçün 

iqtisadi  artım  yaradılmasının  daxili  vəxarici  amillərinin  öyrənilməsi,  həmçinin  bu 

sahədəki mövcud problemlərin araşdırılması xüsusi əhəmiyyət kəsb edir.  

Müstəqillik  dövründən  bu  günə  kimi  ölkədə  mövcud  iqtisadi  inkişafı  üç  əsas 

mərhələyə  ayırmaq  olar.  Birincisi,  1991-1995-ci  illəri  əhatə  edən  iqtisadi  böhran  və 

ya  tənəzzül  dövrü.  İkincisi,  1996-cı  ildən  başlayaraq  2003-cü  ilə  qədər  davam  edən 

iqtisadi  islahatlar  və  iqtisadiyyatın  bütün  sahələrində  bərpa  dövrü.  Üçüncüsü, 

makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.  

Birinci  mərhələdə  Azərbaycan  Respublikasının  qarşılaşdığı  siyasi  (1991-1993-

cü  illərdə  siyasi  vəziyyətin  qeyri-sabitliyi),  hərbi  (Ermənistanın  Azərbaycana  qarşı 

hərbi  təcavüzü)  və  iqtisadi  tənəzzül  ölkədə  iqtisadi  islahatların  aparılmasına  mane 

olmuş, iqtisadiyyatın bütün sahələri demək olar ki, fəaliyyətini dayandırmışdı.  Bütün 

bu  problemlər  Azərbaycanda  iqtisadi  islahatlara  digər  postsovet  respublikaları  ilə 

müqayisədə  daha  gec  başlamasına(1994-cü  ilin  sonu  1995-ci  ilin  əvvəli)  səbəb 

olmuşdu.  Müstəqillik  əldə  olunandan  sonra  siyasi  böhranlar  və  Ermənistanla 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə