“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

22 

 

Son illər qloballaşmanın genişlənməsi, ölkələr arasında inteqrasiya proseslərinin 



güclənməsi  nəticəsində dünya ölkələrində  iqtisadi artımın ekzogen amilləri  ön plana 

çıxarıb. Ekzogen amilləri aşağıdakı qruplara ayırmaq olar. 

1.  İqtisadi  amillər  -  xammal,  kapital  və  digər  istehsal  amillərinin  konyunktura 

vəziyyəti,  transmilli  şirkətlərin  fəaliyyəti,  digər  ölkələrdə  iqtisadi  inkişaf  dinamikası 

və s. 

2. Sosial amillər: miqrasiya, sosial bərabərsizlik və digər sosial problemlər. 



3. Təbii amillər: təbii fəlakətlər, texnogen təhlükə, qlobal problemlər və s. 

4. Ümumdünya inkişaf meylləri: qloballaşma, inteqrasiya, postsənayeləşmə və s. 

Qeyd  edək  ki,  yuxarıda  göstərilən  amillər  birbaşa  və  ya  dolayı  yolla  xarici 

iqtisadi sferaya aiddir.  

İqtisadi artımın daxili amilləri ilə yanaşı, ölkələr arasında təsərrüfat əlaqələrinin 

genişlənməsi  və  inteqrasiya  proseslərinin  sürətlənməsi  nəticəsində  xarici  amillər  ön 

plana  çıxır.  Dünya  iqtisadiyyatının  qloballaşması  şəraitində  ölkələr  açıq  iqtisadiyyat 

modelinə  keçir.  Milli  iqtisadiyyatların  dünya  iqtisadiyyatının    proses  və  meyllərində 

iştirakı genişlənir. Bir ölkədə baş verən böhranların təsirləri  digər ölkələrdən də yan 

keçmir.  Bu  baxımdan,    dünyada  mövcud  olan  inkişaf  modellərinin  prinsiplərini 

nəzərdən keçirmək və  iqtisadi inkişafın xarici iqtisadi amillərinin sistemli tədqiqatını 

aparmaq  zərurəti  yaranır.  Belə  amillərə    əməyin  beynəlxalq  bölgüsü,  xarici  iqtisadi 

fəaliyyət,  eyni  zamanda  ixrac  və  idxal  əməliyyatları,  xarici  borc,  kapital  axını,  

yüksək səmərəliliyə malik olan investisiya layihələri və sair aid edilir. 

Keçən  əsrin  sonlarından  başlayaraq  qloballaşmanın  genişlənməsi,  dünya 

ölkələrində  liberallaşma  meyllərinin  güclənməsi,  əmtəə,  xidmət,  sərmayə  və  iş 

gücünün beynəlxalq hərəkətinə maneələrin aradan qaldırılması ölkələr arasında turist 

axınını daha da gücləndirib. İnformasiya cəmiyyətinin inkişafı ilə internetin dünyada 

daha  çox  əhali  tərəfindən  istifadəsi  turistlərə  getməmişdən  öncə  ölkələr  haqqında 

daha çox məlumat əldə etməyə, tarixi və mədəni yerlər barədə informasiya toplamağa 

şərait  yaradır.  Texnoloji  inkişaf,  nəqliyyat  və  infrastrukturun  müasirləşməsi  də  son 

illərdə  turizmin  inkişafında  böyük  rol  oynayıb.      Turizm  sahəsində  ölkələr  arasında 

rəqabət  ötən  əsrin  90-cı  illərindən  başlayaraq  güclənmiş,  turizm  sektoru  bir  çox 



23 

 

ölkələrin  iqtisadi  inkişafında  əsaslı  rol  oynamağa  başlamışdır.  Son  illərin  statistik 



məlumatlarına  görə,  beynəlxalq  turizm    dünyanın  83%  ölkəsinin  gəlir  mənbəyini 

təşkil edən 5 əsas sahədən biri, 38% ölkənin  isə valyuta gəlirlərinin əldə edilməsində 

əsas  mənbədir.  Turizm  gəlirləri  inkişaf  etmiş  ölkələrdə  ÜDM-in  3%-i  ilə  10% 

arasında dəyişir. Bəzi ada ölkələrində bu göstərici 40%-ə qədərdir [55].  

Beləliklə, yuxarıda göstərilən nəzəri və praktiki araşdırmalar göstərir ki, iqtisadi 

artımın  yaradılmasında  xarici  iqtisadi  əlaqələrin  bütün  formaları  xüsusi  əhəmiyyətə 

malikdir.  Həmçinin  son  illər  Azərbaycan  iqtisadiyyatında  gedən  proseslər  də    sübut 

etdi  ki,  ölkə  daxilində  iqtisadi  artımın  təmin  edilməsi,  əhalinin  həyat  səviyyəsinin 

yüksəldilməsi, qeyri-neft sektorunun inkişafında xarici iqtisadi əlaqələrin əhəmiyyəti 

olduqca böyükdür. 

XXI  əsrin  əvvəllərində  qloballaşmanın  geniş  təkrar  istehsal  prosesinin  bütün 

mərhələlərinə  təsir  göstərməsi  nəticəsində  milli  iqtisadiyyatdakı  artım  bir-birindən 

asılı  olan  determinantlarla  müəyyən.    olunur.    Aşağıda  sadaladığımız 

determinantlarda da  əsas rol xarici iqtisadi sferaya məxsusdur: 

  dünya  iqtisadiyyatına  inteqrasiya  olunan  milli  iqtisadiyyatların  qarşılıqlı 

əlaqəsi; 

  dünya bazarının prioritetləri; 

  beynəlxalq  rəqabət  və  milli  iqtisadiyyatların  rəqabət  qabiliyyətliliyinin 

artırılması; 

  istehsal amillərinin, əsasən də insan kapitalının keyfiyyəti və səmərəliliyi;  

  daxili məcmu tələbin şərtləri (həcmi, xarakteri və strukturu); 

  dövlətin effektiv iqtisadi siyasəti; 

  transmilli şirkətlər və bankların siyasəti. 

Statistik  rəqəmlərin  təhlili  göstərir  ki,  ölkədə  iqtisadi  artım  əsasən  xarici 

amillərlə  bağlıdır.Buna  görə  də  Azərbaycan  hökumətinin  həyata  keçirdiyi  iqtisadi 

strategiyanın  əsas  məqsədi  xarici  iqtisadi  əlaqələr  sahəsində  mövcud  problemlərin 

aradan  qaldırılmasından,  istehsal  amillərinin  dünya  ölkələri  arasında  sərbəst 

hərəkətini nəzərə alaraq yerli müəssisələrin beynəlxalq istehsal prosesində iştirakının 




24 

 

təmin  edilməsindən,  investisiya  və  xarici  ticarətin  genişləndirilməsi  ilə  maksimum 



fayda əldə olunmasına şərait yaradılmasından  ibarət olmalıdır.  

 

1.3. Investisiyanın məzmunu və iqtisadi inkişafda onun rolu 

Ölkənin  iqtisadi  sisteminin  səmərəli  fəaliyyətində  və  iqtisadi  artımın  təmin 

olunmasında  investisiya  qoyuluşlarının  həcmi  və  strukturu  əsas  rol  oynayır.  Çünki 

uzunmüddətli  dövürdə  iqtisadi  inkişafın  təmin  olunması  bilavasitə  həyata  keçirilən 

investisiya  qoyuluşlarından  asılıdır.  Ölkədə  investisiya  fəaliyyəti  hesabına  milli 

iqtisadiyyatın  struktur  baxımından  yenidən  qurulması,  texniki  tərəqqinin  təmin 

olunması,  məşğulluq  və  gəlirlərin  səviyyəsinin  artırılması  və  s.  kimi  məsələlər  həll 

edilir. 


Investisiya,  gəlir  (mənfəət)  və  ya  sosial  səmərə  əldə  etmək  məqsədilə  sahib-

karlıq  və digər  fəaliyyət  növləri obyektlərinə qoyulan  maliyyə vəsaitlərindən,  habelə 

maddi  və  intellektual  sərvətlərdən  ibarətdir.  Investisiya  fəaliyyəti,  hüquqi  şəxslərin, 

dövlətin  və  vətəndaşların  investisiyanı  reallaşdırmaq  üçün  praktiki  fəaliyyətlərinin 

məcmusudur.  Belə  fəaliyyət  maddi  və  maliyyə  vəsaitlərinin  uzunmüddətli  istifadə 

üçün ayrılmasını nəzərdə tutur. Geniş mənada «investisiya» anlayışı gələcəkdə əlavə 

gəlir  götürmək  məqsədilə  pul  vəsaitləri  üzərində  müəyyən  vaxt  ərzində  və  müəyyən 

risk  əsasında  sərəncam  hüququnun  itirilməsi  ilə  bağlıdır.  Investisiya  qoyuluşunun 

həyata  keçirilməsi  nəticəsində  çəkilən  xərclər  gələcəkdə  gəlir  gətirməyə  başlayır  ki, 

bu  gəlirlərin  həcmi  də  əvvəlcədən  məlum  olmur.  Ingilis  iqtisadçısı  A.Marşal  qeyd 

edirdi ki, «müdrik adam öz vəsaitlərini onun bütün təyinatları - indiki və gələcək təyi-

natları  üzrə  elə  bölüşdürür  ki,  onlar  hər  bir  halda  eyni  son  hədd  faydalılığına  malik 

olsunlar.  Lakin  vaxta  görə  gələcəkdə  zövq  almaq  mənbəyinin  indiki  son  hədd 

faydallığını 

qiymətləndirərkən 

iki 


dəqiqləşdirmənin 

nəzərə 


alınması 

məqsədəuyğundur: birincisi, onun qeyri-müəyyən olmasını (bu obyektiv  xassədir ki, 

bütün  səriştəli  şəxslər  bunu  eyni  şəkildə  qiymətləndirirlər)  və  ikincisi,  vaxta  görə 

uzaq  olan  zövq  almağın  indiki  ilə  müqayisəsinin  ayrı-ayrı  insanlar  üçün 

əhəmiyyətinin  fərqini  (bu  subyektiv  xassədir  ki,  bunu  da  müxtəlif  insanlar  öz 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə