“magistratura məRKƏZİ”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix14.05.2018
ölçüsü0,75 Mb.
#44053
1   2   3   4   5   6   7   8   9   ...   29

16 

 

riyazi  iqtisadi  artım  modelinin  nəzəri  əhəmiyyəti  ilə  yanaşı  praktiki  əhəmiyyəti  də 



olmuşdur.  Belə  ki,  bu  modeldən  keçən  əsrin  20-ci  illərinin  sonunda  SSRİ  xalq 

təsərrüfatının  inkişafında,  xüsusilə    birinci  5-illik  planın  tətbiqində    geniş  istifadə 

edilib [43]. 

Sonradan  bu  modelin  davamı  olan  "Xərc  –  məhsul  buraxılışı"  modeli  rus 

riyaziyatçısı  və  iqtisadçısı,  1925-ci  ildən  ABŞ-da  yaşayan  və  bu  ölkənin 

vətəndaşlığını  qəbul  edən  Vasili  Leontyev  tərəfindən  işlənib  hazırlanmışdır.  V. 

Leontyev  milli  təsərrüfatı  maddi  və  dəyər  göstəricilərinin  köməyilə  şahmat  cədvəli 

formasında  təsvir  etmişdir.  V.  Leontyevin  sahələrarası  balansı  aşağıdakı  dörd 

kvadratdan  ibarətdir:  1)  Məhsulun  istehsalına  çəkilən  maddi  xərc  göstəriciləri;  2) 

Bilavasitə  istehlak,  yığım  və  ixrac  üçün  istifadə  olunan  son  məhsul  göstəriciləri;  3) 

Xalis  məhsul  göstəriciləri  (əmək  haqqı,  mənfəət,  vergilər);  4)  Xalis  məhsulun 

yenidən bölüşdürülməsi. 

Yuxarıda iqtisadi artım modellərini müəyyən edən nəzəriyyələrin təhlili göstərir 

ki,  iqtisadi  artımın  mahiyyətinin,  tipinin  və  amillərinin  müəyyən  edilməsində 

iqtisadçılar  arasında  vahid  fikir  yoxdur.  Hər  bir  dövrün  tələblərinə  və    iqtisadi 

prosesdəki  dəyişmələrə  uyğun  olaraq,    iqtisadçı  alimlər  tərəfindən  müxtəlif  fikirlər 

irəli  sürülüb.  Buna  baxmayaraq,  hər  bir  nəzəriyyə  əsaslandığı  nəzəri,  statistik  və 

empirik  araşdırmalara  uyğun  olaraq,  qarşıya  qoyduqları  problemin  həlli  yolunda 

mühüm nəticələr əldə ediblər. İnkişaf problemlərinin  mövcud  olduğu müasir dövrdə 

də həm iqtisadi artım nəzəriyyələri barədə tənqidi fikirlər, həm də yeni nəzəriyyələrin 

yaradılması davam edəcək.   

 

1.2. İqtisadi artımın amillərinin əsas meyarları və milli iqtisadiyyatın inkişafında 

onların rolu 

İqtisadi  artımın  tədqiqində  əsas  yeri  onun  amillərinin  müəyyən  edilməsi  və 

təhlili  tutur.  İqtisadi  artımın  amilləri  dedikdə,  istehsalın  real  həcminin  artmasına, 

onun  səmərəliliyinin  və  keyfiyyətinin  yüksəldilməsinə  təsir  edən  proseslər  başa 

düşülür.  Bu  amillər  iqtisadi  artımın  dinamikasını  və  səviyyəsini  müəyyən  edir, 

istehsalın  real  həcminin  artmasına  birbaşa  təsir  göstərir,  onun  səmərəliliyinin 




17 

 

artırılmasında mühüm rol oynayır. İqtisadçılar iqtisadi artımın amillərini müxtəlif cür 



qiymətləndirirlər.  Əsasən  iqtisadi  artımın  amillərini  birbaşa  və  dolayı,  intensiv  və 

ekstensiv,  idarə  olunan  və  idarəolunmaz,  iqtisadi  və  qeyri-iqtisadi  və  s.  qruplara 

bölürlər.  (Bax:  Şəkil  1.1.)  Məsələn,  K.R.  Makkonel  və  S.L.Bryu  amilləri  funksional 

əlamətlərinə görə qruplaşdırır: təklif, tələb, bölgü və digər amillər.  



İqtisadi artımın əsas amilləri 

Müəllif 

İnsan kapitalı 

A.Smit, D.Rikardo, H.Myurdal, M.Fridmen, T.Şults və b. 

Fiziki kapital 

C.Keyns, R.Harrod, E.Domar və s. 

Əmək, kapital, texnologiya 

V.Peti, R.Solou, Kobba-Duqlas, E.Denison, K.Marks 

İnstitutsional mühit 

E. de Soto 

İqtisadiyyatın strukturu 

U.Lyus, C.Fey və b. 

İqtisadiyyatın açıqlığı 

H.Ranis, C.Fey və b. 

Dövlət xərcləri 

A.İllirianov, L.Barro və b. 

Demoqrafik və ekoloji amillər 

T.Maltus, S.Kuznets, C.Forrester, D.Medouz  və b. 

 

Şəkil 1.1. Ayrı-ayrı iqtisadçıların iqtisadi artımın amillərinə dair baxışları 

Təklif amilləri iqtisadi artımın fiziki həcmini, yəni vəziyyətini, tələb amilləri isə 

keyfiyyətini  əks  etdirir.  Təklif  amillərinə  bazarların  inhisarlaşma  dərəcəsinin  aşağı 

salınması;  istehsal  resurslarının  qiymətinin  azalması;  mənfəətə  görə  verginin 

azalması;  kreditalma  imkanının  genişləndirilməsi  və  s.  daxildir.  Tələb  amilləri 

istehsalın  həcminin  artması  imkanını  müəyyən  edir,  istehlak  və  dövlət  xərcləri, 

məhsulların  rəqabət  qabiliyyəti  və  s.  kimi  göstəricilərlə  xarakterizə  olunur.  (Bax: 

Şəkil 1.2.) 



Amillər qrupu 

Əlamətləri 

1.Təklif amilləri 

1) təbii ehtiyatların kəmiyyəti və keyfiyyəti 

2) əmək ehtiyatlarının kəmiyyəti və keyfiyyəti 

3)  fiziki  kapital,  maşın,  avadanlıq  və  binalardan  ibarət  əsas  fondların 

mövcudluğu 

4) məhsul istehsalında istifadə edilən texnologiya və ETT-nin səviyyəsi 

5) istehsal ehtiyatlarının qiyməti 

6) kredit almaq imkanı və s. 

2.Tələb amili 

İxracın genişlənməsi, istehlak, investisiya. Dövlət xərclərinin artması 

3.Bölgü amili 

İstehsal  ehtiyatlarının  ölkənin  regionları,  sahələr  və  müəssisələr  arasında 

bölgüsü 


4.Digər amillər 

Cəmiyyətdə sosial və mənəvi mühit, ölkədə siyasi vəziyyət 



 

Şəkil 1.2. Funksional əlamətlərə görə iqtisadi artımın qruplaşdırılması 

 



18 

 

Birinci qrup amillər istehsalın genişlənməsinin maddi əsasını təşkil edirsə, ikinci 



qrup  amillər  onun  səmərəliliyini  ifadə  edir.  Birinci  qrup  amillər  iqtisadiyyatın 

uzunmüddətli  artım  imkanlarını  göstərdiyi  halda,  ikinci  qrup  amillər  ÜDM-in  real 

həcminin qısamüddətli dinamikası ilə bağlıdır və əsasən  məcmu tələbin təsiri altında 

dəyişir.  Ona  görə  də  ölkə  iqtisadiyyatının  istehsal  potensialını  artırmaq  üçün  təbii 

resurslardan  tam  və  səmərəli  istifadə  edilməli  və  yüksək  əmək  məhsuldarlığına  nail 

olunmalıdır.  Əgər  istehsal  amillərinin  hamısından  tam  və  səmərəli  istifadə  edilərsə, 

istehsalın real həcmi maksimuma çatır ki, bu da istehsalın potensial həcmi adlanır. 

Denison iqtisadi artımın 23 amilini göstərir ki, onun da 4-ü əməyə, 4-ü kapitala, 2-si 

təbii  ehtiyatlara  və  13-ü  elmi-texniki  potensiala  aiddir.  R.  Harrod  iqtisadi  artımın 

aşağıdakı amillərini  göstərir: beynəlxalq, dövlət, sahə; elmi, texniki, resurs; struktur, 

təşkilati  və  idarəetmə;  intensiv  və  ekstensiv;  maddi  və  qeyri-maddi;  iqtisadi,  siyasi, 

sosial; obyektiv və subyektiv. Məsələn, L. Barro göstərir ki, iqtisadi artım sürətli olan 

ölkələrdə  orta  təhsilin  səviyyəsi  yüksək,  dövlət  istehlakının  ÜDM-də  xüsusi  çəkisi 

aşağı,  əhalinin  artım  səviyyəsi  zəif,  uğurlu  çevriliş  və  inqilabların  «nadirliyi» 

xarakterik haldır [84].  

Alesina  «Yüksək  və  aşağı  artımın  siyasi  iqtisadiyyatı»  əsərində  empirik 

araşdırmalar nəticəsində iqtisadi artım amillərini aşağıdakı kimi təhlil edir: 

  institutların keyfiyyəti, korrupsiya  və rüşvətxorluğun aşağı səviyyədə olması, 

mülkiyyət hüquqlarının qorunması və qanunun aliliyi iqtisadi artımın əsas amilidir; 

  dövlət  xərclərinin  artması  ümumilikdə  iqtisadi  artıma  gətirib  çıxarmır  (zəif 

iqtisadi və sosial institutları olan ölkələrdə bu, özünü daha çox büruzə verir); 

  yoxsulluq  və  gəlirlərin  qeyri-bərabər  bölgüsü,  sosial-siyasi  vəziyyətin 

pisləşməsi və biznesin vergi yükünün artması iqtisadi artıma mənfi təsir edir. 

  Sala-Martin empirik araşdırmalarla iqtisadi artıma təsir edən 62 amil göstərib: 

[80]  

  coğrafi  (məsələn,  əgər  ölkə  Afrika,  Cənubi  Saxarada  və  ya  Latın 



Amerikasında yerləşirsə, bu, iqtisadi artıma mənfi təsir göstərir); 

  siyasi  (qanunun  aliliyi,  siyasi  hüquqlar  və  vətəndaş  azadlığı  iqtisadi  artıma 

müsbət, müharibə, inqilablar və dövlət çevrilişləri isə mənfi təsir göstərir); 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə