MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə165/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   161   162   163   164   165   166   167   168   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

268 



268 

baĢ  verir.  Bu  dövr  yeni  əxlaq  səviyyəsinə  -  konvensional 

əxlaqa keçidlə xarakterizə olunur (L.Kolberq). Psixoloqlar bu 

cəhəti  onunla  izah  edirlər  ki,  uĢaq  öz  inkiĢafı  prosesində 

əvvəlcə  əxlaqi  davranıĢın  “xarici”  normalarına  istinad  edir. 

Böyüklərin  onu  cəzalandırmasından  yaxa  qurtarmaq,  onlar 

tərəfindən  rəğbətləndirilmək  üçün  özünü  yaxĢı  aparır, 

hərəkətlərinin  böyüklər  tərəfindən  necə  qarĢılanacağını  əsas 

götürürlər.  Lakin  inkiĢafın  sonrakı  mərhələsində  Ģagirdlərdə 

əxlaqi  davranıĢın  “xarici”  norma  və  qaydaları  daxili  -  əqli 

plana  keçir.  Ona  görə  də  bu  dövrdə  böyük  məktəblilər  onlar 

üçün  əhəmiyyətli  olan  adamlar  tərəfindən  bəyənilmək  və 

müəyyən  qaydanı  gözləmək  tələbatının  təsiri  altında  özlərini 

yaxĢı  aparmağa  çalıĢırlar.  Buradan  isə  aydın  olur  ki,  bu 

dövrdə  məktəblilər  hələ  də  xarici,  formal  əlamətləri  əxlaqi 

tələblərin  mənbəi  kimi  qavrayırlar.  Tədricən  psixi  inkiĢafın 

yüksəlməsi ilə bağlı olaraq böyük məktəblilərdə dərkolunmuĢ 

əxlaqi prinsiplər təĢəkkül  tapmağa baĢlayır. Əxlaqi  davaranıĢ 

konkret  Ģəraitin  və  ayrı-ayrı  Ģəxslərin  təsirindən  azad  olur. 

Oğlan və qızlar avtanom əxlaqa malik olur.  

Müasir gənc oğlan və qızlarda həyatın özü əvvəlki on 

illiklərindən  fərqli  psixologiyanın  formalaĢmasına  səbəb 

olmuĢdur.  Bununla,  əlaqədar  olaraq  gənclərin  əxlaqi-etik 

problemlərə  münasibəti  də  dəyiĢmiĢdir.  Bu  sahədə  gənclərin 

daha cəsarətli baxıĢları özünü göstərir.  

Müasir gənc oğlan və qızların bir sıra əxlaqi anlayıĢlara 

münasibəti  dəyiĢmiĢdir.  Məsələn,  «ədalətlilik»  anlayıĢı  artıq 

gənclər  tərəfindən  əvvəllər  baĢa  düĢülən  stereotip  Ģəklində  – 

«ədalətlilik  odur  ki,  heç  kimin  arasında  fərq  qoyulmasın» 

Ģəklində  qavranılmır.  Müasir  böyük  məktəblilər  ədalətliliyi 

«hər  kəsdən  imkanlarına  görə  və  hər  kəsə  gördüyü  iĢə  və  ya 

insanların  ümumi  rifahı  üçün  verdikləri  real  töhvəyə  görə» 

yanaĢmaqda görürlər. 

Müasir gənclərin təmizlik, saflıq, düzgünlük kimi əxlaqi 

anlayıĢlara  münasibətləri  də  dəyiĢmiĢdir.  Bu  anlayıĢlar,  bir 

tərəfdən  yaĢ  artdıqca  böyük  məktəblilər  üçün  öz  əbədi 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



269 

269 


269 

269 


269 

269 


269 

269 


269 

romantikliyini  itirir,  digər  tərəfdən,  gənclər  tamamilə  real 

mövqeyə  əsaslanır və adamların: valideynlərin,  müəllimlərin, 

yoldaĢların və dostların həqiqi hərəkətləri bundan asılı olaraq 

qiymətləndirilir.  Bu  prinsip  daha  aydın  Ģəkildə  böyük 

məktəblilərin  öz  müəllim  və  valideynlərinə  münasibətlərində 

təzahür edir. Gənc oğlanlar və qızlar onları həmin cəhətə görə 

daha  çox  qiymətləndirir  və  qəlbən  sevirlər.  Bu  hal  kiçik 

məktəb yaĢı və yeniyetməlik dövründə özünü göstərmir. 

Psixoloji  tədqiqatlar  göstərmiĢdir  ki,  gənclik  dövründə 

məktəblilər borc, Ģərəf, Ģəxsi qürur hissi, vicdan, təvazökarlıq 

kimi  mürəkkəb  əxlaqi  kateqoriyaların  mahiyyətini  dərk 

edirlər.  Bununla  belə  onlar  həmin  anlayıĢların  Ģərhi  zamanı, 

eləcə də əxlaqi davranıĢı həyata keçirərkən bəzi qüsurlara yol 

verirlər.  

Ümumiyyətlə  götürdükdə,  orta  məktəbi  qurtaran  oğlan 

və qızların əksəriyyəti özlərini praktik olaraq əxlaqi cəhətdən 

formalaĢmıĢ,  yetgin  və  kifayət  qədər  davamlı  əxlaqa 

yiyələnmiĢ  adam  kimi  göstərirlər.  Bu  isə  qabiliyyətlər, 

motivlər  və  xarakter  əlamətləri  ilə  yanaĢı  Ģəxsiyyətin 

dördüncü mühüm yenitörəməsi kimi özünü göstərir. 

 

 



VI.22.3. Böyük məktəblilərin təlim fəaliyyəti və idrak 

proseslərinin inkiĢafı 

Ġlk  gənclik  dövründə  təlim  fəaliyyətinin  ümumi 

xarakteristikası. Ġlk gənclik dövründə təlim fəaliyyəti bir sıra 

xüsusiyyətlərinə  görə  məktəb  yaĢının  əvvəlki  dövrlərindən 

fərqlənir.  Bu  dövrdə  təlim  fəaliyyəti  həm  məzmun,  həm  də 

formaca  yeni  xüsusiyyətlər  kəsb  edir.  Təlim  fəaliyyətinin 

məzmununa yeni anlayıĢlar sistemi daxil olur. Onlar özlərinin 

əhatəliyinə görə əvvəlkilərdən fərqlənir. Mücərrəd anlayıĢların 

miqdarı  artır.  Yeni  fənlərin  və  bilik  sahələrinin  öyrənilməsi 

tələb  olunur.  Təlimin  formasında  da  dəyiĢiklik  baĢ  verir. 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

270 



270 

Tədris prosesində müasir texniki vasitələrdən istifadəyə geniĢ 

yer verilir. Bütün bunları mənimsəmək böyük məktəblilərdən 

yüksək hazırlıq, nəzəri təfəkkürün inkiĢafını, yaradıcılıq qabi-

liyyətlərinin təĢəkkülünü tələb edir.  

Böyük  məktəblilər  təlimin  nə  kimi  həyati  əhəmiyyət 

daĢıdığını  dərk  edirlər.  Ona  görə  də  məktəblilərdə  təlimə 

münasibət  əsaslı  Ģəkildə  dəyiĢilir.  Bu  dövrdə  məktəblilərdə 

müxtəlif  bilik  sahələrinə  seçici  münasibət  təzahür  etməyə 

baĢlayır.  Böyük  məktəblilərin  təlim  fəaliyyəti  onların  əqli 

inkiĢafına əsaslı təsir göstərir.  

Böyük  məktəblilər  təlim  fəaliyyətinin  subyekti  kimi 

daxil  olduqları  spesifik  sosial  inkiĢaf  Ģəraitinin  təsiri  altına 

düĢürlər.  Bu  dövrdə  təlim  fəaliyyəti  özünün  keyfiyyəti,  yeni 

məzmunu  ilə  fərqlənir.  Tədris  fənnlərində  nəzərdə  tutulmuĢ 

biliklərə  yiyələnmə  zamanı  Ģəxsi  məna  əhəmiyyəti  daĢıyan 

daxili idrak motivləri ilə yanaĢı geniĢ sosial və dar Ģəxsi xarici 

motivlər  də  özünü  göstərir.  Bunların  içərisində  nailiyyət, 

müvəffəqiyyət  motivləri  xüsusi  yer  tutur.  Təlim  fəaliyyətinin 

özü  böyük  məktəblilərin  gələcək  həyat  planlarını  həyata 

keçirmək  vasitəsi  olduğu  üçün,  təlim  motivləri  də  öz 

quruluĢuna  görə  keyfiyyətcə  dəyiĢir.  Təlimi  biliklərə 

yiyələnməyə  yönəlmiĢ  fəaliyyət  kimi  bir  sıra  motivlərlə 

səciyyələndirmək olar, Ģagirdlərin əksəriyyəti üçün əsas daxili 

motiv kimi nəticəyə nail olmağa yönəliĢlik təĢkil edir. 

Böyük  məktəblilərin  təlim  fəaliyyətinin  predmetini, 

baĢqa  sözlə,  onun  nəyə  yönəlməsini,  onun  struktur  təĢkili, 

fərdi  təcrübənin  stimullaĢdırılması,  bunun  hesabına  yeni 

məlumatların  geniĢləndirilməsi,  əlavə  olunması,  daxil 

edilməsi  təĢkil  edir.  Məsələlərin  həllinə  müstəqil,  yaradıcı 

Ģəkildə yanaĢma, qərar qəbul etmək, mövcud variantları təhlil 

etmək  və  onları  tənqidi  konstruktiv  Ģəkildə  anlamaq  bacarığı 

da  böyük  məktəblilərin  təlim  fəaliyətinin  məzmununu  təĢkil 

edir.  Bu  yaĢ  dövründə  mühüm  psixoloji  yenitörəmə  olan 

Ģagirdin  həyati  planları  tərtib  etmək,  onları  həyata  keçirmək 

vasitələrini  axtarmaq  bacarığı  böyük  məktəblilərin  təlim 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə