MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə211/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   207   208   209   210   211   212   213   214   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



403 

403 


403 

403 


403 

403 


403 

403 


403 

pedaqogika  və  yaxud  tərbiyə  və  təlimin  humanistik 



psixologiyası  adlandırmaq  olar  (L.D.Stolyarenko).  Bunların 

məktəb  təcrübəsində  praktik  Ģəkildə  həyata  keçirilməsi 

məktəbdə  psixoloji  xidmətin  nəticələrinin  mühüm  praktik 

tələblərə  uyğun  olması,  həmin  psixoloji  xidmət  fəaliyyətinin 

məktəbdə  təlim  və  tərbiyənin  səmərəliliyini  əsaslı  Ģəkildə 

yüksəltməsini  təmin  etmək  üçün  burada  psixoloji  xidmətin 

pedaqoji  prosesin  real  Ģəraitinə  uyğun,  sistemli  əsasda 

aparılması  zəruridir.  

Məktəbə  psixoloji  xidmətin  təĢkilinin  sistemli  xarakter 

daĢıması  üçün  aĢağıdakı  prinsiplərə  əməl  edilməsi  tələb 

olunur: 

1.Sistemli  məqsədəuyğunluq  prinsipi.  Bu  prinsipə 

görə məktəbdə psixoloji xidmətə daha ümumi olan  «məktəb» 

sisteminin  tərkib  hissəsi  kimi  baxmaq  lazımdır.  Burada 

sistemyaradan  komponent  məqsəd  və  nəticədən  ibarətdir 

(məqsədə nail olmaq dərəcəsi kimi). «Məktəb» sistemində bu 

cür  məqsəd  (və  nəticə)  Ģagird  Ģəxsiyyətinin    inkiĢafından 

ibarətdir. Həmin sistemin tərkib hissəsi, o cümlədən psixoloji 

xidmət  ümumi  istiqaməti  konkretləĢdirən  özünün  spesifik 

məqsədinə malik ola bilər.  

2.Tamlıq  prinsipi.  Bu  prinsipə  görə  psixoloji  xidmət 

bir  tam  sistem  olan  tədris  müəssisəsinə  istiqamətlənməli, 

yönəlməli,  onu  əhatə  etməlidir.  Bu  o  deməkdir  ki,  psixoloji 

xidmət məktəbdə oxuyan Ģagirdlərin tam əksəriyyətini (ən azı 

70 %-ni) əhatə etməlidir.  

3.PeĢə-pedaqoji  fəallıq  prinsipi.  Bu  prinsipə  görə 

məktəb  müəllimləri  məktəbə  psixoloji  xidmətin  strukturunda, 

onun həyata keçirilməsində fəal rol oynamalıdırlar. Bu zaman 

müəllimin  üzərinə  Ģagirdlərlə  fərdi  psixoloji-pedaqoji  iĢ 

(məsləhət, korreksiya, tərbiyəvi iĢ) aparmaq vəzifəsi düĢür. Bu 

prinsipin  həyata  keçirilməsi  mahiyyət  etibarilə  klassik  fərdi 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

404 



404 

psixoloji məsləhət modeli olan  «psixoloq-Ģagird»  modelindən 

xüsusi  model  olan  «psixoloq-müəllim-Ģagird»  modelinə 

keçmək deməkdir. Bu modelin həyata keçirilməsi müəllimdən 

yüksək peĢəkarlıq tələb edir. 

4.Kifayət  qədər  məhdudluq  prinsipi.  Bu  prinsip 

diaqnostik  metodikanı  seçməklə  bağlıdır.  Bu  prinsipə  görə 

konkret  məktəbdə  Ģagirdlərin  bir  Ģəxsiyyət  kimi  və  tədris-

idrak  fəaliyyətinin  subyekti  kimi  öyrənilməsinin  sistemi 

yaradılmalıdır.  SeçilmiĢ  metodika  vaxta  qənaət  nöqteyi-

nəzərdən  olduqca  qısa  olmalıdır.  Bununla  yanaĢı  olaraq 

yaradılan  metodik  sistem  kifayət  qədər  tam  olmalıdır  ki, 

Ģəxsiyyətin  strukturunun  bütün  komponentlərinin:  psixi 

proseslərin,  emosional  sahənin,  Ģəxsiyyətin  xassələrinin, 

motivləĢməsinin  psixodiaqnostik  tədqiqini  həyata  keçirməyə 

imkan versin. 

5.QarĢılıqlı  əlaqə  prinsipi.  Bu  prinsipə  görə  psixoloq, 

müəllim  və  məktəb  rəhbərlərinin  fəaliyyəti  təkcə  onların 

fəallıq  dərəcəsi  ilə  məhdudlaĢmamalıdır.  Məktəb  sisteminin 

ünsürləri  kimi  onların  qarĢılıqlı  əlaqəsinə  də  xüsusi  yer 

verilməlidir. 

6.ĠnkiĢaf  prinsipi.  Bu  prinsip  mərkəzi  sistemyaradıcı 

komponentdir.  Lakin  müasir  məktəb  təcrübəsində  «inkiĢaf» 

heç  də  həmiĢə  kompleks  vəzifə  kimi  anlaĢılmır.  Burada  çox 

vaxt  əqli və Ģəxsiyyətin  inkiĢafında disbalans özünü göstərir, 

birinciyə daha çox üstünlük verilir. 

Qeyd  olunan  prinsiplərə  əməl  edilməsi  məktəbə 

psixoloji  xidmətin  səmərəli  Ģəkildə  həyata  keçirilməsinə 

imkan yaradır.  

Bəs məktəbə psixoloji xidmət hansı mərhələlərdə həyata 

keçir? 


Mövcud  psixoloji  ədəbiyyatda  qeyd  olunan  prinsipləri 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



405 

405 


405 

405 


405 

405 


405 

405 


405 

əsas  götürməklə  məktəbdə  psixoloji  xidmətin  aĢağıdakı 

mərhələlər üzrə həyata keçirilməsini məqsədəuyğun sayırlar. 

1.Birinci  mərhələ  bir  növ  məktəbdə  psixoloji  xidmətin 

ilkin  mərhələsi  olub  bunun  düzgün  həyata  keçirilməsindən 

onun sonrakı davamı çox asılıdır. Ġlkin mərhələdə əvvəlcədən 

seçilmiĢ  psixodiaqnostik  metodların    köməyi  ilə  imkan 

daxilində 

məktəbin 

bütün 


Ģagirdləri 

yoxlamadan 

keçirilir.Məktəb  daxilində  bu  cür  ekspres  diaqnostikanın 

aparılmasını direktorun müavinlərindən biri təĢkil edir.  

2.Psixodiaqnostika  prosedurasının  aparılması  ilə  bir 

vaxtda  məktəbin  müəllimləri  üçün  psixoloji-pedaqoji 

seminarlar  seriyası  keçirilir.  Adətən,  4-5  bu  cür  seminar 

keçirilir.  Bu  məĢğələlərin  məqsədi  müəllimləri  aparılacaq 

iĢlərlə  tanıĢ  etmək,  Ģagirdlərin  hansı  cəhətlərini  öyrənməklə 

tanıĢlıq, metodikalarla tanıĢ olmaq, diaqnostikadan keçiriləcək 

keyfiyyət,  xassə  və  proseslərin  psixologiyasını  qısaca 

nəzərdən keçirməkdən ibarət olur.  

3.Diaqnostik  iĢlər  baĢa  çatdıqdan  sonra  əldə  edilmiĢ 

nəticələrin iĢlənməsi həyata keçirilir. Hər bir Ģagird haqqında 

məlumat  sinfin  xüsusi  psixoloji  xəritəsində  qeyd  olunur. 

Psixoloji xəritələr adətən psixologiya kabinetində saxlanılır. 

4.Əldə  edilmiĢ  nəticələr  psixoloq  tərəfindən  təhlil 

edildikdən və yoxlanılan bütün siniflər üzrə psixoloji xəritələr 

doldurulduqdan  sonra  daha  mühüm  mərhələ  –  əldə  edilmiĢ 

nəticələrin  psixoloq  və  müəllimlər  tərəfindən  birgə  təhlili 

mərhələsi baĢlayır. Bu iĢ aĢağıdakı Ģəkildə həyata keçirilir: 

4.1.Bütün  siniflər  üzrə  fərdi  («psixoloq-sinif  rəhbəri» 

diadında)  qrafik  tərtib  olunur.  Psixodiaqnostikanın  psixoloji 

xəritələrdə  əks  olunan  nəticələrinin  təhlili  prosesində  sinif 

rəhbəri  psixoloqun  köməyi  ilə  sinifdəki  psixoloji  iqlimi 

müəyyənləĢdirir  və  bu  və  ya  digər  Ģagirdə  fərdi  yanaĢmağın 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə