MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə32/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   28   29   30   31   32   33   34   35   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

99 


getdiyini aĢkara çıxarmıĢdır. 

Birinci  halda  ana  dilindəki  çoxmənalı  sözlərin  təsir 

altında ikinci dildə səhvlər meydana gəlir. ġagirdlərə belə gəlir 

ki,  əgər  ana  dilində  eyni  sözlə  müxtəlif  mənaları  ifadə  etmək 

mümkündürsə , deməli öyrənilən dildə də həmin yolla getmək 

olar.  Bununla  əlaqədar  baĢ  verən  səhvləri  N.Ġmedadze  nitq 



səviyyəsində  leksik  interferensiya  hadisəsinə  aid  etmiĢdir. 

Müəllifin fikrincə bu cür interferensiyanın qarĢısını almaq üçün 

qavrayıĢ  zamanı  ana  dilindəki  çoxmənalı  sözlərin  müxtəlif 

mənalarını  fərqləndirməyi  təmin  etmək  lazımdır.  Ona  görə  də 

burada  ana  dili  ilə  ikinci  dildə  qarıĢdırılan  sözlərin 

müqayisəsini verməyə və ana dilinə istinad etməyi zəruri hesab 

etmiĢdir.  

N.Ġmedadze 

müəyyənləĢdirmiĢdir  ki,  ikinci  dilin 

semantik  quruluĢunun  ana  dili  quruluĢu  ilə  əvəz  edilməsi 

zamanı  özünü  göstərən  ikinci  tip  çətinlik  o  zaman  meydana 

gəlir  ki,  öyrənilən  ikinci  dildə  ana  dilinə  nisbətən  hadisələri 

ifadə  edən  simvollar  daha  çox  olsun.  Müəllif  bu  cür  çətinliyi 

daha  mürəkkəb  çətinlik  hesab  edir  və  onu  dekotatlar 

səviyyəsində  leksik  interferensiya  adlandırır.  Ġkinci  dilin 

mənimsənilməsi  zamanı  bununla  əlaqədar  səhvlər  daha  çox 

yayılmıĢ olur. Buradakı çətinlik ikinci dildə bir neçə korrelyatı 

olan ana dili sözünün dekotatları dəqiq, fərqləndirilmiĢ Ģəkildə 

qavramamaqdan  irəli  gəlir.  Bu  zaman  ana  dilinə  və  onun 

dekotatlar  sisteminə  istinad  etmək  imkanı  aradan  çıxır.  Ona 

görə də müəllif belə bir fikrə  gəlir ki,  dekotatlar  səviyyəsində 

leksik interferensiyanı aradan qaldırmaq üçün gerçəkliyi gerçək 

münasibətləri  yeni  yolla  əks  etdirməyin  mənimsənilməsinə 

diqqət yetirmək lazımdır. 



Bacarıqlar.  Fəaliyyətin  mənimsənilməsi  zamanı  vərdiĢ-

lərlə yanaĢı bacarıqlar da formalaĢır. 

Bacarıqlar  –  qarĢıya  qoyulmuĢ  məqsədə  müvafiq  olaraq 

iĢ priyomlarının seçilməsi və həyata keçirilməsi üçün mövcud 

bilik  və  vərdiĢlərdən  istifadə  olunmasıdır.  Bacarıq  yarandıqda 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



100 

insan  qarĢıda  duran  məsələnin  həllində  lazım  olan  yolları  və 

əməliyyatları  düzgün  seçə  bilir  və  onlara  nəzarət  etmək  üçün 

zəruri  məlumatlardan  istifadə  qaydalarına  yiyələnmiĢ  olur. 

Bacarıqların  formalaĢması  biliklərə  daxil  olan  məlumatların 

iĢlənməsi  ilə  bağlı  olan  əməliyyatların,  bu  məlumatın  aĢkara 

çıxarılması,  həmin  məlumatın  hərəkətlərlə  müqayisəsi  və  ona 

aid edilməsi əməliyyatlarının bütün sisteminə yiyələnməkdir. 

Ġnsanın  bacarığa  yiyələnməsi  müxtəlif  yollarla  həyata 

keçirilə bilər. Psixoloqlar bunlardan ikisini xüsusi olaraq qeyd 

edirlər.  Birinci  yolda  öyrənən,  fəaliyyyəti  mənimsəyən  adam 

zəruri  biliklərə  malik  olur.  Onun  qarĢısında  həmin  bilikləri 

lazım olan yerdə səmərəli tətbiq etmək vəzifəsi qoyulur. Ġnsan 

fəaliyyətinin  müvafiq  istiqamətlərini,  məlumatları  iĢləmək 

yollarını  və  priyomlarını  səhv  və  sınaq  yolu  ilə  aĢkara 

çıxarmaqla  bu  vəzifənin  həllinə  çalıĢır.  Mütəxəssislər  az 

səmərəli olmasına baxmayaraq bu yolun hazırda təlimdə geniĢ 

yayılmıĢ  yol  oldugunu  göstərirlər.  İkinci  yol,  Ģagirdlərin 

bilikləri  tətbiq  etməsi  üçün  zəruri  olan  psixi  fəaliyyətini 

müəllimin  idarə  etməsindən  ibarət  olan  yoldur.  Bu  zaman 

müəllim  Ģagirdləri  lazım  olan  əlamətləri  və  əməliyyatları 

seçmək istiqamətləri ilə tanıĢ edir, qarĢıya qoyulmuĢ məsələni 

həll  etmək  üçün  Ģagirdlərin  aldıqları  məlumatları  iĢləmək  və 

onlardan  istifadə  etmək  sahəsindəki  fəaliyyətlərini  təĢkil  edir. 

Bu yol hazırda pedaqoji psixologiyada səmərəli Ģəkildə iĢlənən 

yoldur.  Bacarıqlara  yiyələnmənin  səmərəliliyini  təmin  edən 

ümumi  Ģərtlərə  a)  Ģagirdin  ümumiləĢmiĢ  qaydanı  anlaması  və 

b) yeni məsələnin həlli prosesindəki əks əlaqə daxildir. 

VərdiĢlərdən  fərqli  olaraq  bacarıqlar  həmiĢə  fəal  əqli 

fəaliyyətə əsaslanır və mütləq təfəkkürü həmin fəaliyyətə daxil 

edir.  Zəruri  əqli  nəzarət  bacarıqları  vərdiĢlərdən  fərqləndirən 

baĢlıca cəhətdir.  



Adətlərə  gəldikdə, o da vərdiĢlər kimi  iĢin, hərəkətlərin 

icrasının  avtomatlaĢmasıdır.  Lakin  vərdiĢlərdən  fərqli  olaraq 

adət  yarandıqda  həmin  iĢ  və  ya  hərəkətin  icrası  insanın 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

101 


tələbatına  çevrilir.  Ġnsan  daima  özünün  həmin  tələbatını 

ödəməyə can atır. Məsələn, insanda oxu vərdiĢi  yarandıqda o, 

çətinlik  çəkmədən  götürdüyü  kitabı  səhvsiz  və  sürətlə  oxuya 

bilir,  lakin  bu  iĢi  yalnız  lazım  olduqda  həyata  keçirir.  Adətdə 

isə belə deyildir. Məsələn, hər  gün  yatağa uzanmaqdan qabaq 

kitab  oxumağa  adət  etmiĢ  adam  bu  iĢi  görmədən  yata  bilmir. 

Yaxud,  həmiĢə  bayırdan  gəldikdə  və  ya  yeməkdən  qabaq 

əllərini yumağa adət etmiĢ adam buna əməl etməyə bilmir.  

VərdiĢlər  Ģüurlu  təkrarlar  –  mümarisələr  sayəsində 

yaranır.  Adətlər  isə  bəzən  bu  cür  Ģüurlu  təkrarlar  olmadan  da 

yarana  bilir.  Məsələn,  Ģagird  dərsdə  yerindən  danıĢmağı 

qarĢısına  məqsəd  qoymur.  Təsadüfən  bir  neçə  dəfə  yerindən 

danıĢır və nəticədə danıĢqanlığa adət edir. 

Həyati  faktlardan  aydın  olur  ki,  insanın  yiyələndiyi 

düzgün vərdiĢ əgər xeyirli deyildirsə o qədər ziyanı da olmur. 

Lakin insanda formalaĢan adət həm xeyirli, həm də ziyanlı ola 

bilər.  Məsələn,  böyük  gələndə  ayağa  qalxmaq,  baĢqasının 

sözünü kəsməmək xeyirli (faydalı), müsbət adət olduğu halda, 

böyüyə qarĢı, laqeydlik, gobudluq,  dərsdə  yerindən söz atmaq 

və s. ziyanlı, mənfi adətdir. 

 

 

      II.3.5.  Fəaliyyətin əsas növləri 



 

Ġnsan  fəaliyyətini  nəzərdən  keçirdikdə  onun  məxtəlif  və 

çoxsaylı olduğunu görürük. Adətən insanlar həyatları boyu öz 

tələbatlarını  ödəmək  üçün  məxtəlif  fəaliyyət  növlərindən 

istifadə edirlər. Bunlardan bəziləri ötəri, dəyiĢkən, digərləri isə 

uzun  müddətli,  insanın  bütün  həyatı  boyu  onun  tələbatlarını 

ödəyəcək  fəaliyyət  kimi  özünü  göstərir.  Demək  olar  ki, 

istisnasız  olaraq  bütün  insanların  hamısı  üçün  xas  olan 

fəaliyyət  növlərini  əsas  fəaliyyət  növləri  adlandırırlar.  Ġnsanın 

bütün həyatı boyu istifadə etdiyi bu cür əsas fəaliyyət növlərinə 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə