Малик башга бир јердә дејир


ON ALTINCI FƏSİL «MÜLAZİMƏ» QANUNU



Yüklə 1,54 Mb.
səhifə16/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

ON ALTINCI FƏSİL

«MÜLAZİMƏ» QANUNU


«Bari hər tayfadan bir dəstə (dini elmləri öyrənmək, sonra da dindaşlarına öyrətmək üçün) qalsın»38.

Əvvəlki fəslimizdə İslamın tövsiyə etdiyi və daha dəqiq desək, əmr etdiyi məsələlərdən biri - dini məsələlərin dərindən araşdırılması haqda söhbət açdıq. Bizə məlum oldu ki, təfəqquh şəri hökmlərin dərindən araşdırıb, üzə çıxarılmasına deyilir. Bu araşdırmalardan biz belə bir qənaətə gəlirik ki, şəri hökmlər iki hissədən, yəni zahir və batindən ibarətdir.

Zahir və batin dedikdə, biz əvvəlki fəsildə qeyd etdiyimiz mətləbi nəzərdə tuturuq. Burada da biz bir neçə misal çəkərək, söhbətimizi davam etmək istəyirik.

İctihad, İslam dininin əsas hissəsini təşkil edir. Bu yolla biz dini məsələlərin dərinliklərinə yol tapıb, onların fəlsəfə və mahiyyətini dərk etmiş oluruq.

İslamın zühur etdiyi ilk illərdən müsəlmanları maraqlandıran suallardan biri də şəri hökmlərin hansı səbəblər üzündən verildiyi və hikmət və fəlsəfənin nədən ibarət olduğu olmuşdur. İslam nöqteyi-nəzərindən Allaha iman gətirmiş hər bir şəxs, öz imanını «bəndəlik»i ilə sübuta yetirməlidir.

Bəndəlik heç də o demək deyildir ki, biz müsəlmanlar yalnız fəlsəfəsi bizə məlum olan hökmlərə əməl etməli, qalanların isə kənara qoymalıyıq. Əgər din hər hansı bir hökmü qəti olaraq verərsə, istər onun fəlsəfəsi bizə məlum olsun, istərsə də yox, tabe olaraq həyata keçirməliyik. Çünki ilahi qanunların hər birinin hikmət və fəlsəfəsi vardır. Bunun üçün də din alimləri bir-birinin tam əksinə olan iki qanun tərtib edərək, adını «yəbəbiyyət qanunu» qoymuşlar. Onlar deyirlər: «Ağılın verdiyi hökm ilə şəri hökmlər arasında daimi həmahənglik və bağlılıq mövcuddur. Yəni dinin hökm olmuş hər hansı bir şeyi, hökmən ağılda təsdiq edir və onu tələb edir. Beləki, əgər ağıl hər hansı bir şeyi üzə çıxararsa (zənn və güman doğuran yox, hər hansı bir qəti şeyi), belə bir qənaətə gəlməliyik ki, İslam da bu məsələni zəruri hesab etmişdir».

Müctehidlər bəzən şəri baxımdan heç bir nəqli dəlillər olmayan fitvalar verirlər. Demək, onlar bu kimi hallarda yalnız ağıla istinad edirlər. Məsələn, fiqhdə biz “Hakimin rəhbərliyi” adlı mövzu ilə qarşılaşırıq (Hakimin rəhbərliyi dedikdə, dini rəhbərin bir çox hallarda mövcud şəraiti nəzərə alaraq, qərar qəbul etməsi nəzərdə tutulur). Məsələn, bir şəxs vəsiyyət etmədən dünyasını dəyişər və özündən sonra var-dövlətinə nəzarət edəcək bir şəxs olmazsa, uşaqlarının aqibəti necə olmalıdır?

Deyirlər bu kimi hallarda onlara düşən payı hakim (qazi) təyin etməlidir. Belə bir addım yalnız o zaman atılır ki, qarşıya çıxan məsələ barədə nə müəyyən ayə nazil olmuş, nə də hədis və rəvayət nəql edilmiş olsun. Çünki İslam insanların bütün ehtiyaclarını təmin və bütün suallarına cavab verən ümumbəşər bir dindir. Din nəyi hökm edirsə, ağıl onu təsdiq edir. Lakin bu heçdə o demək deyil ki, dinin verdiyi hər bir hökmü ağılda dərk etmiş olsun. Məsələn, şəriət donuz ətini haram etmişdir. İnsan yəqinliklə onun nə üçün haram olduğunu bilmirmi? Xeyr! Sadəcə olaraq verilən hər bir hökmün özünəməxsus hikmət və fəlsəfəsi vardır. Və insan həmin şeydən agah olduqda, onu qəbul edir. Buna da səbəbiyyət qanunu deyilir.

Bütün bunları nəzərə alaraq, müsəlman alimləri belə bir qənaətə gəlmişdir ki, İslamın verdiyi bütün hökmlər istər vacib olsun, istərsə də haram və istər müstəhəb olsun, istərsə də məkruh müəyyən səbəblər üzündən veribmiş, hər hansı bir şey vacib edildikdə ,zəruriyyət və əhəmiyyəti, haram edildikdə isə, qoyduğu mənfi təsirlər nəzərə tutulmuşdur. Demək, hər bir hökmün müəyyən hikmət və fəlsəfəsi vardır. Ağıl ilə din arasında olan bağlılıq və həmahənglik İslam dinindən başqa heç bir dində müşahidə olunmur. Müxtəlif dinlərin alimlərindən soruşun görün, ağıl ilə din arasında nə kimi rabitə vardır. Onlar cəmiyyətlə sizə bu iki şeyin arasında heç bir əlaqənin olmadığını bildirəcəklər. Məsihilər üçlüyə (Allah, oğul, və müqəddəs ruha) etiqad bəsləyirlər. Onlara belə bir etiqadın ağıl və məntiq ilə uyğun gəlmədiyi dedikdə, buna tam adi bir hal kimi baxıb deyirlər: «Gəlmir gəlməsin!». Onlar bəndəlik dedikdə, ağıl və məntiqi kənara qoyub, Allah qarşısında kor-korana təslim almağı nəzərdə tuturlar. İslam kor-korana iman gətirməyi qətiyyətlə rədd edir.

«MÜHÜM VƏ ƏN ƏHƏMİYYƏTLİ» QANUNU


İslamın qəbul etdiyi iman, əqli və məntiqi imandır. Məhz belə bir xüsusiyyət İslama əbədilik bəxş etmişdir. İki mühüm məsələ ilə qarşılaşdıqda necə? Hansını seçməli?

İslam bu kimi məsələlərdə öz davamçılarını cavabsız qoymamışdır. Bu kimi hallarda insan qarşılaşdığı iki şeyin hansının daha çox əhəmiyyət kəsb etdiyinə diqqət yetirməlidir. Məsələn, Sahibi daxil olmağa icazə verməyən həyətın hövzunda uşağın batdığını gördükdə nə etməli?

Biz icazə verilmədiyini nəzərə alaraq, ya uşağa yardım etməyə bilərik və ya buna əhəmiyyət vermədən uşağı xilas edə bilərik. Yaranmış belə bir şəraitdə bu ikisindən hansının daha çox əhəmiyyət kəsb etdiyinə diqqət yetirməliyik. Sözsüz ki, kimisə ölümdən xilas etmək, razılığını almadan kiminsə şəxsi mülkünə daxil olmamaqdan daha çox əhəmiyyət kəsb edir. Başqa bir misal: Sizə məhrəm olmayan bir qadını gözləyirsiniz, önündə maşın vurur. Nə etməli? Ona məhrəm olan şəxsləri gözləyib, tələf olmasına şərait yaratmalıyıqmı? Naməhrəm qadının bədəninə toxunmaq haram olsa da, yaranmış belə bir vəziyyətdə yardım etmək və lazım gəldikdə başqa bir naməhrəm cərrahın onun bədəninə toxunmasına da razı olmaq lazımdır. Qadının özü və ya ona məhrəm olan şəxslər buna etiraz edə bilərmi? Xeyr! Çünki İslam sağlamlığını, məhrəm olmayan bir şəxsin, qadının bədəninə toxunmasından daha zəruri hesab edir.

Bunu da deyim ki, bəzən bəzi qadınlar hələ doğum vaxtları çatmamış doğum zamanı qabilənin kişi olmasını tələb edir. Qəribədir, bütün sahələrdə kişilərlə bərabərlik iddiası edən qadınlar nə üçün bu məsələdə rəqabətə qatışmaq istəmirlər?! Mamalıq kişiyə yox, qadına xas olan işdir. İlk gündən də bu iş qadınların üzərinə düşmüşdür. Qadınlar deyə bilər ki, tarix boyu onlar bir çox işlərdən uzaq düşdükləri üçün inkişaf edə bilməmişlər. Əgər onlara imkan yaradılmasaydı, nə qədər inkişaf etdiklərinin şahidi olardıq. Lakin mamalıq digər sahələrdən olduqca fərqlənir. Qeyd etdiyimiz kimi, mamalıq ilk gündən qadınlara aid olmuş və kişilər bu sahədə fəaliyyət göstərməmişlər. Lakin bu heç də o demək deyildir ki, zərurət duyulduqda da, kişi mütəxəssislərinə müraciət olunmamalıdır.


«TƏŞRİH» MƏSƏLƏSİ


Tələbələri maraqlandıran və bəzilərinin əlində İslamı sual altına aparmaq üçün bəhanəyə çevrilən məsələlərdən biri də tibbin təşrih sahəsidir.

Qədim zamanlardan belə, tibb elminin bir sahəsini təşkil etmiş və hal-hazırda da etməkdədir. Təlimlər bəzən insan cəsədlərinin, bəzən də heyvanların üzərində aparılır. Lakin heyvan orqanizmi insan orqanizmi ilə tam oxşar deyildir. Demək, tibb sahəsində fəaliyyət göstərmək istəyən hər bir şəxs bu sahə ilə yaxından tanış olmalıdır. Lakin İslam, dünyasını dəyişmiş şəxsin cənazəsinə hörmətsizlik etməyi, cəmiyyətdə yasaq etmiş və cənazənin qüsl olunub kəfənləndikdən sonra dərhal basdırılmasına dair gistərişlər verilmişdir.

Bu olduqca mühüm bir məsələdir. Hər şeydən əvvəl bilməliyik ki, bütün deyilənlər (yəni cənazəyə hörmətlə yanaşıb, ona qüsl verib kəfənlədikdən sonra torpağa basdırmaq) müsəlman cənazəsinə aiddir. Əlbəttə qüsl verib kəfənləmədə qeyri-müsəlmanların da cənazəsinə hörmətlə yanaşmalı və başdı-başına buraxılmamalıdır. Deyirsiniz ki, bir çox xəstəlikləri tanımaq və onlarla mübarizə aparmaq və ümumiyyətlə, tibb elmini inkişaf etdirmək üçün insan bədənləri yarılıb üzərlərində təlim və təhqiqat işləri aparılmalıdır.

Cavabında deməliyik ki, tibb kimi İslam nöqteyi-nəzərdən meyitin qüsl edilməsi, kəfənlənməsi və dəfn olunmasına ehtiyac duyulduqda, bu, hər bir müsəlmana vacib olur. Lakin kimlərsə bu kimi işləri gördükdə, əgər ehtiyac aradan qalxarsa, artıq bu işləri görmək başqalarına vacib olmayır (fiqhdə bu məsələyə vacibi-kifayi deyilir).

Demək, cəmiyyətin ehtiyac duyduğu hər hansı bir sahəyə yiyələnmək ehtiyac duyulanadək hər bir müsəlmana vacib olur. Kimlərinsə bu sahələrə yiyələnməsi ilə ehtiyac aradan qaldırıldıqda isə, artıq kimsəyə vacib olmayır. Cəmiyyət həkimə və ya hər hansı bir dərmana ehtiyac duyduqda, tibbin sahəsinə yiyələnmək zərurət halını tapır. Bir sözlə, biz iki vacib məsələ ilə qarşılaşmış oluruq və onlardan birinin daha çox əhəmiyyət kəsb etdiyi üçün onu ön plana çəkirik. Tələbə əgər müsəlman olarsa bilməlidir ki, bu sahəyə (tibbə) yiyələnməklə başqalarına vacib olan şeyi onların üzərindən götürmüş olur. Bəzən qeyri-müsəlman şəxslər özlərini və ya vəfat etmiş yaxınlarının bədənlərini tibb elminin ixtiyarına qoyurlar. Elə olduqda onların bədənləridən istifadə etməklə, bütün çətinlikləri aradan qaldırmaq olar. Əcnəbilər buna razı olmadıqda isə, biz bu suala cavab tapmalıyıq. Tibb elminin inkişafı daha çox əhəmiyyət kəsb edir, ya müsəlman bir şəxsin cənazəsinə edilən hörmət? Cavabı artıq məlumdur. Təbii ki, tibb elminin inkişafı, olduqca incə bir məsələdir və bunun öhdəsindən yalnız müctehid və ya dini mütəxəssis gələ bilər. Müasir alimlərdən biri bu sualı vermiş və özü də bu suala cavab vermişdir. Fərz edək ki, qeyri-müsəlmanın bədənini tapmaq mümkün deyildir. Və bu çətinliyi yalnız müsəlman olmuş şəxslərin bədənlərindən istifadə etməklə aradan qaldıra bilərik. Belə olduqda da, onların arasında fərq qoyulmalıdır. Ayətullah Brucərdinin bədəni adi müsəlmanın bədəni ilə eyni ola bilərmi? Xeyr! Onun bədəninə olunan hörmətsizlik bütün müsəlmanların bədəninə olunan hörmətsizliklə bərəbərdir. Çünki bu dahi şəxsiyyət İslamın və müsəlmalığın döyünən ürəyi və sim yolu olmuşdur. Sağlığında ona nə qədər hörmət və ehtiramla yanaşılmışsa, vəfat etdikdən sonra da ehtiramını gözləmək, hər bir müsəlmanın borcudur. Minlərlə adi müsəlmanın bədənindən istəfadə etmək mümkün olduğu bir halda təbii ki, Ayətullah Brucərdinin bədənindən yox, onların bədənindən istifadə etmək lazımdır. Bu sahədə istifadə olunan bədənlərin hamısı müsəlman bədəni olduqda belə, yenə də hansılarının sahibi sağ olub-olmamasına diqqət yetirmək lazımdır.

Bütün bunlar İslamın həmişə fəal və məntiqi din olmasından xəbər verir. İslam iki mühüm məsələ ilə qarşılaşdıqda, hansının daha çox cəmiyyət kəsb etdiyinə diqqət yetirilməsini əmr edir. İslam meydana gəldiyi ilk gündən İslam dini belə bir xüsusiyyətə yiyələnmiş və öz rəngarəngliyi ilə dikər dinlərdən fərqlənmişdir. İstəyirik biz dində belə bir dəyişiylik aparmağa qadir olardıq, səlahiyyətimiz çatardı.


DİNİ GÖSTƏRİŞLƏRİN MÜXTƏLİF FORMALARI


Bir qədər diqqət yetirdikdə, dini hökmlərin müxtəlif şəraitlərdə asanlıqla əvəz olunduğunun şahidi oluruq. Məsələn şəriət bizə namaz qılmağı, oruc tutmağı və namaz qılmaq üçün dəstəmaz almağı əmr edir. Bütün bunlara əməl etmək vacib və zəruridir. Lakin bütün bunlarla yanaşı, İslam şəraiti nəzər alaraq, müəyyən istisnalar qeyd edir: əgər ayaq üstə qıla bilmirsənsə, oturduğun yerdə qıl Bu da mümkün deyilsə, uzanılmış vəziyyətdə qıl. Əgər həkim danışmağı belə yasaq edərsə, işarə ilə namaz qılmaq və daha heç bir bəhanə axtarmamaq lazımdır.

Bir neçə il bundan əvvəl alimlərdən biri gözünü cərrahiyə etməli oldu. Həkimlər onun üzünü yumağı qadağan etsələr də, buna heç bir əhəmiyyət verməyib deyərdi: «Həkimlər bədəni yarıb tikməkdən başqa heç bir şey bilməyirlər...». Xəstəxanadan çıxdıqdan sonra hamama gedir və çox keçmədən gözü çirk edib tamamilə kor olur. Bu şəxs İslalmın göstərişlərinə əməl etmişdir, ya onun əksinə? Əlbəttə əksinə! Suyun bədənə yetirəcəyini zərəri nəzərə alıb əgər İslam dəstəmaz əvəzinə təyəmmüm almağı əmr edirsə, təhlükə davam edənədək şəxsin dəstəmaz almağa haqqı yoxdur, lakin bu şəraitdə dəstəmazla qıldığı namaz səhv və batildir. Əgər həkim kimə oruc tutmağı qadağan edərsə, artıq həmin şəxsin oruc tutmağa heç bir haqqı yoxdur. Tutsa belə, oruc batildir. Sonradan isə qəzasını tutmalıdır. Yaranmış şərait bir-birindən fərqli və müxtəlif olur. Səfərdə olaraq dörd rükətli namazların iki rükət qılınmasını və oruc tutmamağı əmr edir. Bəqərə surəsinin 185-ci ayəsində bu haqda deyilir: «Xəstə ya səfərdə olanlar isə, tutmadığı günlərin sayı qədər başqa günlər tutsunlar». Nə üçün? Bunun səbəbi həmin ayədə belə açıqlanır «Allah sizin üçün ağırlıq (çətinlik) deyil, yüngüllük (asanlıq) istər». Lakin bir çoxları bunu qəbul etmək istəmirlər.

Məlum olduğu kimi “Bədr” döyüşü hicrətin ikinci ilində - Ramazan ayına təsadüf etmişdir. Qoşun səfərdə olduğu üçün Peyğəmbər (s) müsəlmanlara oruc tutmamağı əmr edir. Müsəlmanlar isə bununla razılaşa bilmirdilər. Mərhum Şeyx Əbdülkərim qoca və xəstə olmasına baxmayaraq, Ramazan ayının bəzi günlərini oruc tuturdu. Ona «verdiyimiz fitva bunun tam əksinədir». Mənfi təsir göstərdikdə, oruc tutmağı siz özünüz buyurmusunuz.

Ümumiyyətlə, oruc tutmaq qoca kişi qoca qadına vacib deyildir. Beləki, ziyanı olmadıqda belə, qoca kişi qoca qadın oruc tutmalıdırdedikdə buyurardı. Bəli bu mənim fitvamdır, lakin avamlıq damarım tutmuş məni orucumu yeməyə qoymayır. {fikir qarışıqdır}

Lakin İslam bunun tam əksini deyir.

Bütün bunlar İslamın özünü müxtəlif şəraitlərlə tətbiq eləməsini dərk etməyimiz üçündür. Lakin bəzən şəraitin dəyişilməsini bəhanə gətirərək, kimlərsə azanın sözlərini dəyişir, namazı hər millətin öz dinində qılmasına dair fikir irəli sürür. Bütün bunlar cəhalət və nadanlıqdan başqa bir şey deyildir.

Demək, bu kimi çətinlikləri aradan qaldırmaq üçün İslamın özünə (yəni Qurana, hədis və rəvayətlərə, icma və əqlə) müraciət etmək lazımdır.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə