Məktəb informatika kursunun predmeti və məzmunu Ibtidai siniflərdə informatika üzrə Milli Kurikulum



Yüklə 47,02 Kb.
səhifə11/16
tarix09.06.2023
ölçüsü47,02 Kb.
#116294
1   ...   8   9   10   11   12   13   14   15   16
imtahan 23

18.İnformatikanın tədrisi metodları
Informatikanın tədrisində digər fənlərin tədrisində istifadə edilən metodlar tətbiq edilir. Lakin bu metodların tətbiqinin bəzi özünəməxsus xüsusiyyətləri vardır.
· Tədris işinin təşkili və həyata keçirilməsi üçün istifadə edilən metodlar; · Tədrisdə stimullaşdırma və motivasiyaya sövq edən metodlar;
· Nəzarət və özünənəzarət metodları.
İzahedici-illüstrativ metodlar. Bu metod materialın şagirdlərə hazır şəkildə verilməsini və müəllim tərəfindən onun şagirdlərə tam izahını tələb edir.
Reproduktiv metodlar. Bu metodlar yuxarıda adı çəkilən metodlardan onunla fərqlənir ki, onlar dəfələrlə çalışmalar həlli vasitəsilə təkrar edilir və şagirdlərə bu formada mənimsədilir
Evristik metod yeni biliklərin axtarışı ilə müəyyən edilir. Müəllim tərəfindən biliyin bir qismi şagirdlərə hazır verilir, bir qismini isə şagirdlər özləri tapır.
Tədqiqat metodunun mahiyyəti ondan ibarətdir ki, müəllim tapşırığı izah edir, bu sırada şagirdlər müstəqil şəkildə bəzi faktları özləri aşkar edirlər.
Əyani təlim metodları – yüksək keyfiyyəti təmin edən və praktik vərdişlərin formalaşdırılmasına yönəldilən metodlardır.
Didaktik oyunlar – öyrənilən obyekt, hadisə və prosesin modelləşdirilməsi məqsədilə tətbiq edilir. Oyun şagirdi əməyə və təlimə hazırlayır.
19.Multimedia texnologiyalarının növləri, vəzifələri, rolu, tətbiqi

Multimedia texnologiyalarının xüsusiyyətləri informasiya istiqamətinin inkişafı üçün əsasdır. Bu gün kompüter elminin ən perspektivli, populyar, davamlı inkişaf edən sahələrindən biridir. Multimedia texnologiyaları interaktiv interfeys və digər idarəetmə mexanizmlərini də əhatə edir. Multimedia texnologiyalarının tətbiqi aşağıdakılara bölünür:


ümumi və ya fərdi istifadə;
• peçəkar və ya adi istehlakçı üçün;
• interaktiv və qeyri-interaktiv istifadə üçün;
• məlumatdan yerli və ya məsafədən istifadə etmək.
1. Ümumi və ya fərdi istifadə üçün texnologiyalar. Ümumi istifadədə olan texnologiyalara gəldikdə, aşağıdakı növləri ayırmaq olar: interaktiv terminallar, kompüter vasitəsilə yaradılan təqdimat texnologiyaları. Öz növbəsində fərdi istifadə üçün texnologiyalara multimedia iş yerləri, sinif otaqları, müxtəlif sənədlərin saxlanılması üçün multimedia kompüterləri daxildir.
2. Peşəkarlar və adi istehlakçılar üçün texnologiyalar. Bu kateqoriyaya multimediya iş sahələri (kompüter qrafika, layihələr və s.) daxildir.
3. Məlumatların yerində və məsafədən istifadəsi. Multimedianın ilkin mərhələsindəki sürətli inkişaf, bu gün hər kəsin evində olduğu stasionar kompüterlərin sürətli inkişafı ilə izah edilə bilər.
4. İnteraktiv və qeyri-interaktiv texnologiyaların tətbiqi. Bir çox mütəxəssislər interaktiv olmayan sistemlərin multimediya adlandırılmasına etiraz edirlər.
Multimedia texnologiyasının rolunu anlamaq xüsusilə vacibdir. Bu daha ətraflı müzakirə edilməlidir.

Yüklə 47,02 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə