Məktəb informatika kursunun predmeti və məzmunu Ibtidai siniflərdə informatika üzrə Milli Kurikulum


İnteraktiv təlim metodlarından istfadə etməklə müasir fəal dərsin mərhələləri



Yüklə 47,02 Kb.
səhifə16/16
tarix09.06.2023
ölçüsü47,02 Kb.
#116294
1   ...   8   9   10   11   12   13   14   15   16
imtahan 23

28.İnteraktiv təlim metodlarından istfadə etməklə müasir fəal dərsin mərhələləri
İnteraktiv təlim metodlarından istfadə etməklə müasir fəal dərsin mərhələlərini aşağıdakı kimi formalaşdırmaq daha məqsədəmüvafiq hesab edilir:
1. Motivasiya
2. Tədqiqat işi (qruplarla iş).
3. Məlumat mübadiləsi (şagirdlərin cavabları, qrupların cavablarının bir- birinə təqdimatı)
4. Məlumatın müzakirəsi və onun təşkili (hər alınan cavabdan sonra).
5. Ümumiləşdirmə və nəticələrin formalaşdırılması.6. Qiymətləndirmə.7. Yaradıcı tətbiqetmə
Müasir dərsin planlaşdırılmasından sonra, dərsə qədər, dərs prosesi və dərsdən sonrakı mərhələlərin geniş təhlili aparılmalı, dərsin məzmununa keçmədən əvvəl, mövzunun əhəmiyyəti, eləcə də onun öyrənənlər qarşısında qoyduğu məqsəd və vəzifələrə dair suallar formalaşdırılmalıdır. Tədris-təlim prosesində müasir dərsin paradiqmalarının həyata keçirilməsində üç əsas prinsip- humanistləşmə, humanitarlaşma və informatlaşmanın tətbiqi həmişə nəzərdə tutulmalıdır.
Humanistləşmə prinsipi. Müasir ekzistensial fəlsəfi baxışlarda öyrənənlərə subyekt kimi yanaşma, onun unikal, fəal, daxilən azad və mənəviyyatlı bir şəxsiyyət kimi tanınması əsas faktor kimi qəbul olunur.
Humanitarlaşma prinsipi. Bu prinsip tədris-təlim prosesinin, dərsin mahiyyətcə dəyişdirilməsini nəzərdə tutur. Fəlsəfi və didaktik səviyyədə dərs prosesinin humanitarlaşdırılması hər hansı fənnə aid tədris materialında ümumbəşəri dəyərlərin və öyrənənə aid mənəvi keyfiyyətlərin onun özünə yönəldilməsi mahiyyətinin olmasını tələb edir.
İnformatlaşma prinsipi. Bu prinsip informatika, informasiya və İKT texnologiyalarının nailiyyətlərindən təlim prosesində idarəetmədə və pedaqoji tədqiqatlarda geniş istifadəni nəzərdə tutur. İnformatlaşdırma müxtəlif informasiyaların kompyuter vasitəsilə yaddaşa alınması, saxlanılması, təhlili və təqdiminə əsaslanır.
Təlim prosesində (dərsdə) tətbiq olunan müasir informasiya kommunikasiya texnologiyalarının ən mühümlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
* Birbaşa kompyuterdə və blank formasında pedaqoji testləşdirmə;
* təlim prosesinin (dərsin) müxtəlif informasiyalarla (pedaqoji məzmunlu, yeni texnologiyalara dair məlumatlar, məktəblə bağlı tələb olunan məlumatlar) təmin edilməsi;
* öyrədici və görüntüləri nümayiş etdirən kompyuter multimedia sistemləri.
Yüklə 47,02 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə