Məktəb informatika kursunun predmeti və məzmunu Ibtidai siniflərdə informatika üzrə Milli Kurikulum



Yüklə 47,02 Kb.
səhifə10/16
tarix09.06.2023
ölçüsü47,02 Kb.
#116294
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
imtahan 23

16.İnformatika fənninin məqsədi
Informatikanın tədrisi nəzəriyyəsi və metodikası günbəgün inkişafda olan bir sahədir.
İbtidai siniflərdə informatika tədrisinin əsas məqsədləri bunlardır: - İnformasiya, informasiya prosesləri və sistemləri, texnologiyaları və modelləri haqqında elmi təsəvvürlərin əsasını təşkil edən biliklərin mənim sədilməsi;
- Kompüterdən istifadə etməklə müxtəlif növ informasiya ilə iş vərdişlərinin yaradılması;
- İKT vasitələri ilə şagirdlərin idraki marağının, yaradıcı və intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi;
- Şagirdlərdə informasiya anlayışına hüquqi və etik cəhətdən ciddi yanaşma tərbiyə etmək, informasiyadan istifadəyə seçici yanaşmaq;
- Gündəlik həyatdan alınan informasiyanı tətbiq etmək, fərdi və kollektiv proyektlər hazırlamaq
Ibtidai siniflərdə informatika tədrisi: 1) tədris; 2) praktik; 3) tərbiyəvi məqsəd daşıyır. Bu fənnin tədrisində qarşıya qoyulan vəzifələr həmin məqsədlərin yerinə yetirilməsinə yönəldilməlidir. Tədris məqsədinə informatikanın öyrədilməsində bu elmin fundamental anlayışlarının mənimsədilməsi, o cümlədən informasiyanın təsviri, ötürülməsi, istifadəsi daxildir. Praktik məqsədlərə şagirdlərə texnoloji bacarıqları aşılamaq, onları gələcək praktik fəaliyyətlərində lazımi bilik və bacarıqlarla təmin etməkdir. Tərbiyəvi məqsəd hesablama texnikası və texnologiyalarından cəmiyyətin və sivilizasiyanın inkişafı üçün necə istifadə edilməsini şagirdlərə aydınlaşdırmaq, onlarda informasiya mədəniyyəti formalaşdırmaqdır


17.Təhsilin təşkil edilməsində didaktik prinsiplər və kriteriyalar
Informatikanın bir elm kimi formalaşması keçən əsrin ikinci yarısına təsadüf edir. İnformatika elmi kibernetika elminin əsasında yaradılmış və təkmilləşdirilmişdir. Məhz informasiya texnologiyaları və prosesləri informatika elminin obyektini təşkil edir. İnformatikanın predmeti bu elmin müxtəlif tətbiq sahələrinin olması ilə müəyyən edilir.İnformatika fənninə didaktik yanaşmanın mənasını aydınlaşdıraq. İnformatikanın məzmunu bir-birilə dialektik cəhətdən əks vəhdət təşkil edən iki əsas faktorlar qrupundan ibarətdir. 1. Elmilik və praktiklik. Bu o deməkdir ki, kursun məzmunu informatika elminə əsaslanaraq onun müasir inkişafına, praktikaya uyğun şəkildə qurulmalıdır. 2. Əlyetənlik və ümumilik. Bu o deməkdir ki, kurs şagirdlərin hamısı üçün aydın və anlaşıqlı olmalı, həmçinin onların bilik, bacarıq və vərdişlərinin ümumi inkişafını nəzərdə tutmalıdır. Başqa sözlə, məktəb informatikası bir tərəfdən müasir olmalıdır, digər tərəfdən isə elementar, aydın və sadə dilə malik olmalıdır.



Yüklə 47,02 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə