Məktəb informatika kursunun predmeti və məzmunu Ibtidai siniflərdə informatika üzrə Milli Kurikulum


Kompüter texnologiyalarının texniki vasitələrinin öyrədilməsi metodikası



Yüklə 47,02 Kb.
səhifə7/16
tarix09.06.2023
ölçüsü47,02 Kb.
#116294
1   2   3   4   5   6   7   8   9   10   ...   16
imtahan 23

10.Kompüter texnologiyalarının texniki vasitələrinin öyrədilməsi metodikası
İnformatika kursunda kompüter onun arxitekturası səviyyəsində öyrənilir. Arxitektura dedikdə kompüterin qurğuları və onların iş prinsipləri texniki xarakterlərini nəzərə almadan başa düşülür. Kompüterin arxitekturası aşağıdakı ardıcıllıqla öyrədilir:
- Kompüterin təyinatı;
- Kompüterin əsas qurğuları və onların funksional xarakteristikaları;
- Kompüterin daxili və xarici yaddaşı;
Hər bir insan gündəlik həyatda, əməli fəaliyyətdə informatikanın tətbiqi ilə qarşılaşır və informatika üzrə bilik və bacarıqlarından faydalanır. Kompüterin müxtəlif qurğuları öz aralarında informasiyanın ötürülmə kanalları vasitəsilə əlaqələndirilir. İnformasiya ətraf mühitdən kompüterə giriş qurğuları ilə daxil olur, daxil olmuş informasiya yaddaşda yerləşdirilir Kompüterin proqram təminatı aşağıdakı üç prinsipə əsaslanır: - kompüter hər bir işi proqram əsasında yerinə yetirir; - icra edilən proqramlar operativ yaddaşda yerləşir; - proqramlar avtomatik icra edilir. Kompüterin təlimdə iki funksiyası var – öyrənmə obyekti və öyrətmə vasitəsi olmaq. Bu funksiyalar bir-birilə sıx əlaqədar olsa da, ayrı-ayrı fənlərin tədrisində kompüter məhz öyrətmə vasitəsi kimi nəzərdən keçirilə bilər. Kompüterin öyrənmə vasitəsi olmaq funksiyası məhz təhsilin keyfiyyətini artıraraq, bütün dünyada təhsilin kompüterləşməsinin əsasını təşkil edir.


11.İnformasiyanın modelləşdirilməsinin və alqoritmləşdirmənin tədrisi metodikası
Model – obyektin, hadisənin və ya prosesin müəyyən xüsusiyyətlərini əks etdirən təqdimolma formasıdır. Modelin yaradılması prosesi modelləşdirmə adlanır. Modelləşdirmə ibtidai siniflərin informatika kursunda ayrıca tədris vahidi kimi tədris edilmir, lakin informatika kursunun bütün nəzəri bazasını modelləşdirmə təşkil etdiyindən bu mövzunun öyrənilməsi çox mühümdür. Təqdimolma formasına görə modellərin 2 növü var – maddi modellər və informasiya modelləri. Metodistlərin fikrincə modellər 3 səviyyədə öyrədilməlidir: minimal, tamamlanmış və dərinlədirilmiş.
Minimal səviyyədə modelləşdirmənin əsas anlayışları öyrədilməlidir. Bu zaman müəllim təlim metodu kimi söhbətdən istifadə edə bilər. şagirdlərin özləri çox sayda nümunələr bilirlər və müəllimin düzgün istiqamət verməsi ilə onlar modellərə aid misallar göstərə bilərlər.
“Modelləşdirmə obyekti – məqsəd – model” anlayışları zəncirində son element modeldir. İnformatika kursunda daha çox informasiya modelləri nəzərdən keçirilir. İnformasiya modellərinin aşağıdakı formaları var: - Təsviri və ya verbal; - Qrafik; - Riyazi; - Cədvəl
Alqoritm anlayışının daxil edilməsi zamanı şagirdlərin diqqətini ona yönəltmək lazımdır ki, alqoritm tərtib edərkən əsas obyekt olaraq alqoritmin icraçısı götürülür. İcraçı elə bir obyekt və ya subyektdir ki, alqoritm onun üçün qurulur. Alqoritm – qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilən əməliyyatlar ardıcıllığıdır.

Yüklə 47,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə