Məktəb informatika kursunun predmeti və məzmunu Ibtidai siniflərdə informatika üzrə Milli Kurikulum


İbtidai siniflərdə məntiq elementlərinin öyrədilməsi metodikası



Yüklə 47,02 Kb.
səhifə8/16
tarix09.06.2023
ölçüsü47,02 Kb.
#116294
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
imtahan 23

12.İbtidai siniflərdə məntiq elementlərinin öyrədilməsi metodikası
Məntiq elminin əsası b.e.ə. IV əsrdə qədim yunan filosofu Aristotel tərəfindən qoyulmuşdur.
Məntiqi əməliyyatlar–Bu əməliyyatların beş növü mövcuddur: konyunksiya, dizyunksiya, inkar, implikasiya, ekvivalensiya. İlk üç əməliyyat tam sistem təşkil edir və yerdə qalan iki əməliyyat onların vasitəsilə ifadə oluna bilir.
Məntiqi kəmiyyətlər – doğru və yalan sözləri ilə ifadə olunan anlayışlar.
Məntiqi sabitlər – DOĞRU və YALAN
Məntiqi dəyişənlər – məntiqi kəmiyyətlərin simvolik yazılışları. Məsələn, A, B, X, Y və s.
Konyunksiya – məntiqi vurmadır. Dilimizdə “və” bağlayıcısı ilə işlədilir. Riyazi məntiqdə A və B mülahizələrinin konyunksiyası A∧B kimi yazılır.
Dizyunksiya – məntiqi toplamadır. Dilimizdə “və ya” bağlayıcısı ilə işlədilir
1-ci sinifdə şagirdlərin sadə məntiqi mühakimələri anladığını nümayiş etdirmələri, doğru və yalan mülahizələri fərqləndirmələri, sadə mühakimələrin inkarını qura bilmələri və təqdim olunanlar arasından mühüm hərəkət variantlarını göstərmələri nəzərdə tutulur. 2-ci sinifdə məntiq bölməsinə alqoritm t. v.-nin tərkibində yer ayrılmışdır. 3-cü sinifdə şagirdlər artıq kvantor sözlərlə tanış edilirlər. Çoxluqlar nəzəriyyəsinə görə hamısı çoxluğun özünə, bəzisi altçoxluğuna, heç biri isə inkarına uyğundur. IV sinifdə məntiq bölməsi alqoritm t. v.-nin tərkib hissəsi kimi keçilir. Burada “və” və “və ya” sözləri daxil olan cümlələr və mürəkkəb mülahizələr öyrədilir. İki yaxud daha artıq fikirdən ibarət olan mülahizə mürəkkəb mülahizə adlanır


13.Azyaşlı məktəblilər üçün öyrədici kompüter proqramları və inkişafetdirici oyunlar
Məktəblərin kompüterlərlə təmin olunması ilə paralel olaraq müxtəlif mövzularda öyrədici proqramların tərtib edilməsi işi də başlandı. İlk öyrədici proqram 90-cı illərdə Robotlandiya idi. Öyrədici proqramlar və inkişafetdirici kompüter oyunları şagirdlərin özgüvən hissini möhkəmləndirir, onlarda “ağıllı” maşın üzərində hakimlik hissi yaradır. Bu emosional duyğunu düzgün qiymətləndirmək və nəzərə almaq lazımdır. Öyrədici proqramların hazırlanmasında süni intellekt və bilik mühəndisliyindən istifadə olunur. Hazırda 1-4-cü siniflər üçün tərtib edilmiş müxtəlif öyrədici proqramlar var. Oyunların didaktik məqsədləri müəllim tərəfindən müəyyənləşdirilməlidir. Oyunun özü isə uşaqlar tərəfindən reallaşdırılır. Oyunların keçirilməsi zamanı şagirdlərdə kollektivçilik, fəallıq, müəyyən qaydaqanunlara əməl etmək kimi mühüm keyfiyyətləri formalaşdırır. 2-ci sinifdə “Oyun tipli proqramlarla iş” adlı mövzu tədris edilir. Bu mövzu şagirdlərə “Obyekt və obyektlər qrupu” və “İnformasiya” tədris vahidlərinin daha mükəmməl öyrədilməsini nəzərdə tutur. Oyunlar kompüter proqramları vasitəsilə yerinə yetirilir və şagirdlərin böyük summativ qiymətləndirməyə hazırlıqları kimi aparıla bilər.



Yüklə 47,02 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə