Məktəb informatika kursunun predmeti və məzmunu Ibtidai siniflərdə informatika üzrə Milli Kurikulum


Məktəb informatika kursunun predmeti və məzmunu



Yüklə 47,02 Kb.
səhifə2/16
tarix09.06.2023
ölçüsü47,02 Kb.
#116294
1   2   3   4   5   6   7   8   9   ...   16
imtahan 23

1.Məktəb informatika kursunun predmeti və məzmunu
Informatikanın bir elm kimi formalaşması keçən əsrin ikinci yarısına təsadüf edir. İnformatika elmi kibernetika elminin əsasında yaradılmış və təkmilləşdirilmişdir. İnformatika elmi komkret informasiya proseslərinin hamısına aid olan ümumi qanunauyğunluqları öyrənir. İnformasiya texnologiyaları və prosesləri informatika elminin obyektini təşkil edir. İnformatikanın predmeti bu elmin müxtəlif tətbiq sahələrinin olması ilə müəyyən edilir. Ibtidai siniflərdə informatika dörd əsas bölmə üzrə öyrədilir. Bunlar aşağıdakılardır:
· informasiya və informasiya prosesləri;
· formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma;
· kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri;
· cəmiyyətin informasiyalaşdırılması
Yarım əsrdən çoxdur ki, məktəblərdə hesablama riyaziyyatı, alqoritm və proqramlaşdırma, məntiq elmi, diskret riyaziyyatın elementləri tədris edilir. yışından istifadə edir. İTM-in obyekti təbiətdə və cəmiyyətdə informasiya prosesləri və informasiya texnologiyalarıdır. İTM-in predmeti təbiətdə və cəmiyyətdə informasiya proseslərinin ümumi xüsusiyyətləri və qanunauyğunluqlarıdır. Informatikanın tədrisi nəzəriyyəsi və metodikası günbəgün inkişafda olan bir sahədir. İnformatikanın tədrisi metodikası aşağıdakı vəzifələri yerinə yetirir:
· informatikanın tədrisinin konkret məqsədlərini və məktəb tədris planında bu fənnin rolunu müəyyən etmək
· məktəb müəlliminə informatika dərslərinin təşkili üçün ən əlverişli tədris formalarını seçmək imkanını yaratmaq,
· müəllimlərin praktik fəaliyyəti üçün tövsiyyə və məsləhətlər hazırlamaq.
İbtidai siniflərdə informatika tədrisinin əsas məqsədləri bunlardır:
- İnformasiya, informasiya prosesləri və sistemləri, texnologiyaları və modelləri haqqında elmi təsəvvürlərin əsasını təşkil edən biliklərin mənimsədilməsi
- Kompüterdən istifadə etməklə müxtəlif növ informasiya ilə (mətn, səs, qrafik və s.) iş vərdişlərinin yaradılması; və s.
Ibtidai siniflərdə informatika tədrisi: 1) tədris; 2) praktik; 3) tərbiyəvi məqsəd daşıyır.
İnformatika fənninə didaktik yanaşmanın mənasını aydınlaşdıraq. İnformatikanın məzmunu bir-birilə dialektik cəhətdən əks vəhdət təşkil edən iki əsas faktorlar qrupundan ibarətdir.



Yüklə 47,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə