Məktəb informatika kursunun predmeti və məzmunu Ibtidai siniflərdə informatika üzrə Milli Kurikulum


İnformatika tədrisinin vasitələri



Yüklə 47,02 Kb.
səhifə5/16
tarix09.06.2023
ölçüsü47,02 Kb.
#116294
1   2   3   4   5   6   7   8   9   ...   16
imtahan 23

6.İnformatika tədrisinin vasitələri
İnformatika tədrisində aşağıdakı vasitələr sistemindən istifadə olunur: - kompüter və kompüter sinifləri; - informatika kursunun proqram-metodik təminatı; - tədris, nümayiş materialları; - telekommunikasiya sistemləri, internet bağlantısı vasitələri və digər lokal şəbəkələr; və s.
nformatika dərsləri xüsusi otaqlarda – kompüterlə təchiz olunmuş kompüter siniflərində keçirilməlidir. Kompüter siniflərində kompüterlərin sayı şagirdlərin sayının yarısına bərabər olmalıdır. Kompüter siniflərində kompüterlər xüsusi qaydada yerləşməlidirlər. İki cür sxemdən daha çox istifadə edilir – sıralar üzrə və otağın perimetri boyunca. Otaq düzbucaqlı formasında olduqda sıralar üzrə sxemi daha məqsədəuyğundur. Kurikulumun məzmun standartları əsasında hazırlanmış 1-4-cü siniflər üçün “İnformatika” dərslik komplektinin bəzi xüsusiyyətlərini qeyd edək- Qruplaşdırılmış təlim materialları fəal təlimin mərhələləri üzrə yerləşdirilmişdir və şagirdə müstəqil fəaliyyət üçün imkan yaradır. Təlim materialları kurikulum sənədində informatika fənni üzrə məzmun standartlarının reallaşdırılmasını təmin edən fəaliyyət xətlərinə uyğun hazırlanmışdır.


7.İnformatikanın əsas anlayışlarının öyrədilməsi metodikası
Informasiya anlayışı informatikanın əsas anlayışıdır. Bu anlayış şagirdlərə 1-ci sinifdən başlayaraq bütün informatika kursu boyunca öyrədilir. 2-ci sinifdə informasiyanın növləri – qoxu, dad, vizual, səs və taktil informasiya haqqında məlumat verilir. Informasiya insanın bütün həyatı boyu onu təqib edir. Bu məlumatlar vasitəsilə insan ətraf aləmi dərk edir. Məişətdə informasiya dedikdə kimin üçünsə maraqlı olan məlumat, bilik və s. başa düşülür. İnformasiya ixtiyarı simvollar ardıcıllığı və ya sözlərdir. İnformasiya ətraf aləmin simvollar, işarələr vasitəsilə təsviridir. İnformasiya məlumatın, yaddaşa gələn siqnalların məzmunudur, həmçinin xəbər, siqnal və yaddaşda olan məlumatlardır. Metodik ədəbiyyatlarda informasiya və onun ölçülməsinə aşağıdakı yanaşmalar da mövcuddur: 1) semanti; 2) kompüter; 3) kibernetik.
Kibernetik yanaşma.- Kibernetikada qara qutu adlı giriş və çıxış informasiyasından ibarət modeldən istifadə olunur. Bu modeldə informasiya siqnallar vasitəsilə ötürülür.
Subyektiv yanaşma- insan bütün informasiyaları öz yaddaşında saxlamır, o, həmçinin dəftər, kompakt-disk və s.-dən də istifadə edir. Bu cür yaddaş xarici yaddaş adlandırılır. İnsan bu yaddaşdan istifadə etmək üçün əvvəlcə onu oxumalıdır.



Yüklə 47,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə