Məktəb informatika kursunun predmeti və məzmunu Ibtidai siniflərdə informatika üzrə Milli Kurikulum


Şagird nailiyyətlərinin qiymətləndirilməsi



Yüklə 47,02 Kb.
səhifə4/16
tarix09.06.2023
ölçüsü47,02 Kb.
#116294
1   2   3   4   5   6   7   8   9   ...   16
imtahan 23

4.Şagird nailiyyətlərinin qiymətləndirilməsi
Metodik vəsaitlərdə hər mövzunun sonunda formativ qiymətləndirmə meyarları verilmişdir. Müəllim ilkin qiymətləndirməni təqdim olunmuş cədvəl əsasında da apara bilər.. Müasir qiymətləndirmədə məzmun standartlarının mənimsənilməsi, şagirdin qazandığı dəyərlər qiymətləndirilir. Bu qiymətləndirmə müəllimin subyektiv rəyinə əsaslanmır, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir, qiymətləndirmə standartları əsasında qurulur, daha obyektiv, dəqiq, adekvat və sistemli həyata keçirilir. Yeni ümumi orta təhsil proqramı nəticəyönümlülük prinsipi ilə hazırlandığına görə şagirdlərin əldə etdikləri təlim nəticələrinin qiymətləndirilməsi vacibdir.
1.Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsinin müəyyənləşdirilməsinə və bunun əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir.
2.Formativ qiymətləndirmə təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsidir. Bu qiymətləndirmə tədris prosesinin düzgün istiqamətləndirilməsini, səmərəliliyini, şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan yaradır. Formativ qiymətləndirmə dərsdə reallaşdırılması nəzərdə tutulmuş alt-standartlardan çıxarılmış təlim nəticələrinə görə müəyyən edilmiş meyarlara əsasən aparılır.
3.Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsidir. Summativ qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir. Summativ qiymətləndirmə kiçik summativ və böyük summativ qiymətləndirmədən ibarətdir.


5.İnformatika tədrisinin forma və metodları
İnformatikada metodlar seçilərkən onun kibernetik əsaslarının olduğu nəzərə alınmalıdır. Bu nöqteyi-nəzərdən üç qrup metodlar ayırd edilir:
· Tədris işinin təşkili və həyata keçirilməsi üçün istifadə edilən metodlar;
· Tədrisdə stimullaşdırma və motivasiyaya sövq edən metodlar;
· Nəzarət və özünənəzarət metodları.
İzahedici-illüstrativ metodlar. Bu metod materialın şagirdlərə hazır şəkildə verilməsini və müəllim tərəfindən onun şagirdlərə tam izahını tələb edir.
Evristik metod yeni biliklərin axtarışı ilə müəyyən edilir. Müəllim tərəfindən biliyin bir qismi şagirdlərə hazır verilir, bir qismini isə şagirdlər özləri tapır.
Reproduktiv metodlar. Bu metodlar yuxarıda adı çəkilən metodlardan onunla fərqlənir ki, onlar dəfələrlə çalışmalar həlli vasitəsilə təkrar edilir və şagirdlərə bu formada mənimsədilir.
Əyani təlim metodları – yüksək keyfiyyəti təmin edən və praktik vərdişlərin formalaşdırılmasına yönəldilən metodlardır.
Didaktik oyunlar – öyrənilən obyekt, hadisə və prosesin modelləşdirilməsi məqsədilə tətbiq edilir. Oyun şagirdi əməyə və təlimə hazırlayır.
İnformatika dərslərində tətbiq edilən metodların bəzi cəhətlərin qeyd edək. Təlimin ilk illərində klaviatura və mausla işi öyrədərkən reproduktiv metodlardan istifadə etmək səmərəlidir. Müəllim şagirdlərin hər birinə yaxınlaşaraq onlara əllərini düzgün qoymağı öyrətməlidir.
Diferensial təlim üsulları təlim materialını müxtəlif qavrama və düşüncə tərzinə malik olan şagirdlərə öyrətmək və mənimsəməni təmin etmək üçün tətbiq olunan təlim üsullarıdır. Diferensial təlimi proses kimi başa düşmək lazımdır. İnformatikanın tədrisinin təşkilinin əsas forması dərsdir. İnformatikanın məktəbdə tədris edilən digər fənlərdən fərqi bu dərslərdə kompüterdən istifadə zərurətidir. İnformatika fənni kabinetindən istifadənin üç əsas növü var – nümayiş, frontal laborator iş və praktikum. İnformatikanın təlimində dörd iş formasından istifadə olunması məqsədəuyğun hesab edilir: kollektivlə iş, qruplarla iş, cütlərlə iş və fərdi iş. Hər bir iş formasından dərsin məqsədinə uyğun olaraq istifadə edilir.

Yüklə 47,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə