Məktəb informatika kursunun predmeti və məzmunu Ibtidai siniflərdə informatika üzrə Milli Kurikulum


Əsas informasiya proseslərinin öyrədilməsi metodikası



Yüklə 47,02 Kb.
səhifə6/16
tarix09.06.2023
ölçüsü47,02 Kb.
#116294
1   2   3   4   5   6   7   8   9   ...   16
imtahan 23

8.Əsas informasiya proseslərinin öyrədilməsi metodikası
Informasiya proseslərinin öyrədilməsi 1-4-cü siniflərdə informatikanın tədrisi prosesində xüsusilə böyük əhəmiyyətə malikdir. Belə ki, informasiya prosesləri ilə bağlı anlayışlar 1-ci sinifdən başlayaraq şagirdlərə mənimsədilir. Şagirdlər:
-qarşılıqlı əlaqədə olan obyektlər sisteminin, elementlər arasındakı siqnalların, informasiya mübadiləsinin nədən ibarət olduğunu;
- informasiya proseslərinin təsnifatını, informasiyanın 2-lik say sistemində təsvirinin;
İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır. İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir. oplanan informasiyanın emal edilməsi üçün o, emal vasitələrinə ötürülməlidir. Informasiyanın ötürülməsi üçün istifadə olunan yardımçı vasitələrə informasiyanın ötürülmə vasitələri deyilir. Bunlara misal olaraq telefon, radio, televizor, kompüteri göstərmək olar. İnformasiya kompüterlərdə kodlaşdırılaraq saxlanılır və istifadəçilərə çatdırılır. Bu isə informasiyanın diskret və ya rəqəmsal formaya çevrilməsi sayəsində baş verir.
9.İnformasiyanın kompüterdə təsviri
Müasir kompüterlər bütün növ informasiyalarla - ədəd, simvol, qrafik və səs informasiyaları ilə işləyir. Lakin ilk kompüterlər yalnız 10-luq say sistemində verilmiş ədədi informasiya ilə işləyə bilirdi. Kompüter hesablamaları 2-lik say sistemində yerinə yetirir, 2-lik say sistemində verilmiş ədədlər isə maşın sözləri vasitəsilə təsvir olunur. Kompüterin yaddaşında hər bir simvol 1 bayt yer tutur. Dar mənada “kodlaşdırma” termini dedikdə informasiyanın bir təqdimetmə formasından digərinə çevrilməsi başa düşülür. Kompüter yalnız ədədi informasiya ilə işləyir. Kompüterdə mətn informasiyası da analoji olaraq emal edilir. Hər bir hərf kompüterə daxil ediləndə o, müəyyən ədədlə əvəz olunur, yəni kodlaşdırılır. Mətnlər kompüterdə ədədlər şəklində emal edilir. Səs informasiyası da kompüterdə 2-lik kod şəklində saxlanılır və emal edilir. Səs informasiyası səsin amplitudu, tezliyi və periodu ilə xarakterizə edilir. Ümumiyyətlə, metodik vəsaitlərdə informasiyanın kodlaşdırılması ilə bağlı çox müxtəlif və maraqlı tapşırıqlar və dərs nümumələri təqdim olunmuşdur. Kodlaşdırma nümunələrinə Azərbaycan nağıllarında və filmlərində də rast gəlinir.



Yüklə 47,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə