Məmməd Süleymanov: Azərbaycanda Sol hərəkatın



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix06.02.2018
ölçüsü0,51 Mb.
#26447
1   2   3   4   5   6   7   8   9   ...   25

11

Qara Şəhərdə və Ağ Şəhərdə cəmləşmiş neft emalı zavodları neftdən işıqlandırıcı yağ, 

yəni kerosin, sürtgü yağları və mazut alırdı. Qafqazın bütün dəmir yolları, Xəzərdə və 

Volqada üzən gəmilər, zavod və fabriklər Bakı mazutu ilə çalışırdı”.

Yəni,  Bakı  imperiyanın  ən  mühüm  sənaye  mərkəzlərindən  birinə  çevrilmişdi 

və  burada  hər  hansı  etiraz  dalğası  bütün  Rusiya  itisadiyyatında  və  siyasətində  əks-

səda verirdi. Odur ki, şəhərdə sakitliyin qorunub saxlanmasında hakimiyyət olduqca 

maraqlıydı. 

Ancaq işsizlik, maaşların azlığı, hüquqsuzluq, ağır iş şəraiti (neft sahəsində ölüm 

faizi  yüksək  idi,  40  yaşına  çatan  neftçi  artıq  əmək  qabiliyyətini  tam  itirmiş  olurdu, 

peşə xəstəlikləri yayılmışdı, tibbi xidmət yoxdu...) proletariatın səbr kasasını daşdırdı. 

1903-cü  ilin  1  iyulunda  məşhur  Bakı  ümumi  tətili  başladı.  Kadet  partiyasının  üzvü 

olan Aleksandr Xatisovun zavodlarından start götürən etirazlar dərhal digər zavod və 

fabriklərə də yayıldı. Sosial-demokratların (RSDRP) Bakı Komitəsinin rəhbərliyi ilə 

təşkil olunan aksiyaya tezliklə Bibiheybət, Balaxanı, Sabunçu neftçiləri qatıldılar. Artıq 

iyulun 6-da Bakının bütün sənaye və ticarət həyatı dondu.

Manaf Süleymanov yazırdı: “İyul ayında Bakı proletariatının məşhur, əzəmətli 

tətili başlayır. 50 minə yaxın tətilçi “Məhv olsun mütləqiyyət”, “Yaşasın sosializm”, 



Bakıda fəhlə tətili. XX əsrin əvvəlləri


12

 №1 Fevral 2014

“Yaşasın  hürriyyət”,  “8  saatlıq  iş  günü”,  “Məvaciblər  artırılsın”,  “Həbsə  alınmış 

nümayişçilər azad edilsin” şüarları ilə küçələrə çıxıb çarizmə və kapitala qarşı çıxış edir. 

İzdihamdan küçə və mədənlər titrəyirdi. Fəhlələrin bu əzəmətli çıxışına RSDRP-nin 

Bakı Komitəsi rəhbərlik edirdi. Mədənlərin anbarlarında, zavodlardakı rezervuarlarda 

neft aşıb-daşır, heç kim neft daşımır, dənizçilər gəmilərə neft doldurmurdular...”

Tətil  mübarizəsinə  sosial-demokratlar  İ.Vatsek,  M,Məmmədyarov,  İ.Fioletov 

başçılıq  edirdi.  Digər  tələblər  sırasında  işdə  cərimələrin  ləğvi,  yaşayış  şəraitinin 

yaxşılaşdırılması,  normada  nəzərdə  tutulmayan  işlərin  dayandırılması  da  vardı. 

Sahibkarlar  tələbləri  yerinə  yetirməkdən  imtina  edirlər.  Zavod  və  mədənlərə  Bakı 

qarnizonunun qoşunları yeridilir.

Manaf Süleymanov yazır: “ Şəhər bağına toplaşan tətilçi dənizçiləri polis qovur. 

Onlar da gedib şəhər kənarında, Sallaqxanada yığışırlar. Üstlərinə atlı kazak göndərib 

oradan  da  qovurlar.  Hərbi  gəmilərdə  çalışan  fəhlə,  matros,  kapitan  və  mexanikləri 

gəmilərə  yük  vurmağa  vadar  edirlər.  Tətil  3  həftəyə  qədər  sürür.  Bu  tətilin  təsiri 

nəticəsində  bütün  Zaqafqaziyada  və  Rusiyanın  cənub  şəhərlərində  fəhlə  çıxışları 

başlayır.  Bakı  şəhəri  tətil  hərəkatında  fəal  iştirakına  görə  başqa  yerlərdən  fərqlənir, 

hərbi düşərgəyə oxşayır”.

***

Güzəştə  getməyən  sahibkarları tətilçilər onların “silah”ı  ilə vurmağa  başlayır: 



Hər yanda mədənlər alovlanır. Bakı mədənləri böyük və dəhşətli bir tonqala çevrilir. 

“Moskovskiy listok” qazeti həmin vaxt yazırdı:

“Artıq  2-ci  gündür  ki,  Bibiheybətdə  qazma  qüllələri,  neft  anbarı,  Bakı  neft 

cəmiyyətinin fontanı yanır. Hər gün 600 min pud neft havaya sovrulur. Müxtəlif şirkətlərin 

30-dan çox qülləsi, gəmilərin yan alması üçün körpülər, Nobelin yaşayış yerləri alovun 

içindədir. Birjalarda durğunluqdur, qiymətlərin bahalaşacağı gözlənilir”.

Bu  yanğınların  kapitalistlərə  hansı  psixoloji  təzyiq  göstərdiyini  Bakıda  gizli 

fəaliyyət  göstərmiş  sosial-demokrat  Konkordiya  Zaxarova-Sederbaum  (1879-1938) 

özünün “Reaksiya illəri” adlı xatirələrində bu cür təsvir edib:

“Tətillər  və  mədənlərdəki  yanğınlar  neft  sənayeçilərinə  göstərdi:  Onlar  necə 

asanlıqla  və  bir  neçə  günün  içində  böyük  gəlirlərinin  mənbələrindən  məhrum  ola 



13

bilərlər. Dünənki aciz, səbrlə və itaətlə bütün təhqirləri həzm edən işçi özünün kortəbii 

etirazında  onu  istismar  edənlərdən  qəddarcasına  qisas  ala  bilir.  Və  hətta  daha  sakit 

etirazında belə bu kütlə fəhlə hərəkatının daha ibtidai mərhələsinə xas olan mübarizə 

formasına əl ata bilər. Yəni, sabotaja. Guya ki bilmədən qazma qurğusunu xarab edər 

və onda işi bərpa etmək üçün bir neçə gün sərf etmək lazım olacaq. Bu sabotajın işçi 

tərəfindən qəsdən edildiyini sübut etmək isə qeyri-mümkündür”.

Zaxarova-Sederbaumun müşahidələri və nəticəsi çox diqqətəlayiqdir. Yəni, işçilər 

sahibkarları fakt qarşısında qoyur: Sabotaj üçün heç kütləvi dağıdıcı çıxışlara ehtiyac 

da yoxdur. İstədikləri an istənilən sahibkarı onun texnikasını korlamaqla gəlirsiz qoya 

bilərlər. Luddizmin Bakı variantı. Və bunu birdən birə dərk etmək sahibkarlar üçün çox 

acı “kəşf” idi.

***

İyulun 19-dan başlayaraq etirazların kütləviliyi azalır və  Qafqazdakı ilk ümumi 



tətil iyulun 22-də bitir. Bunun yeganə səbəbi heç də geniş vüsət almış repressiyalar 

deyildi. Digər səbəb işçilərin bir çoxunun sahibkarların yağlı dilinə aldanması idi.

Həmin  anı  da  Zaxarova-Sederbaum  maraqlı  təsvir  edib:  Savadlı  və  ixtisaslı 

işçilər daha yüksək maaş almalarına və daha əlverişli məişət şəraitində yaşamaqlarına 

baxmayaraq, mübarizədə daha fəal, ardıcıl və dönməz olduqları halda, ixtisaslaşmamış, 

ən  “qara  işlər”i  görən,  evsiz-eşiksiz,  qəpik-quruş  alan  işçilər  asanlıqla  sahibkarlara 

güzəştə gedir və onların vədlərinə inanırdılar. Sahibkarlar da etiraz hərəkatını bölmək 

üçün bu binəsiblərdən yararlanırdılar.

Zaxarova-Sederbaumun digər maraqlı nəticəsi: məhz həmin lümpenlər kortəbii 

çıxışlarda  irəlidə  gedib  dağıntılar  törədir,  mədənlərə  od  vurur,  hərəkatın  mütəşəkkil 

forma almasına, iqtisadi tələblərin siyasi tələblərə keçməsinə əngəl olurdular. Yəni, öz 

“radikallıq”ları ilə daha uzaq hədəfə tuşlanmış, daha effektli mübarizəyə maneəçilik 

göstərirdilər. Onlardan sonra qazanılan uğur yox, yanan qüllələr qalırdı. Sonra isə elə 

onlar da sahibkarlara aldanaraq özləri üçün ziyanlı razılaşmaya gedərək iş yerlərinə 

dönürdülər.

Buna  baxmayaraq,  Bakıda  fəhlə  hərəkatı  tamamilə  xüsusi  xarakter  daşıyırdı. 

Rusiyanın digər iri sənaye şəhərlərində fəhlələr kollektiv müqavilə haqda heç xəyal 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə