Məmmədov Mahil İsa oğlu


  və s. rənglərdə də kompüter gövdələri istehsal olunurlar.  Qida  mənbəyi



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 

41 

və s. rənglərdə də kompüter gövdələri istehsal olunurlar. 



Qida  mənbəyi.  Sistem  blokları  arasındakı  fərq  yuxarıda 

göstərdiyimiz  gövdə  növlərindən  başqa,  gövdənin  daxilində 

yeganə  elektron  qurğusu  olan  qida  mənbəyidir.  Ona  görə  də, 

gövdəni seçdikdə güc və ticarət markasına fikir vermək lazımdır. 

AMD  Athilon  və  Pentium  4  kimi  yeni  prosessorlar  bazasında 

qurulmuş  müasir  kompüterlərin  qida  mənbəyi  ona  uyğun  gücə 

malik  olmalıdır.  Bunların  gücü 300  vatdan  aşağı  olmamalıdır. 

NVİDİA GeForce 6800 kimi güclü videoplata ilə təchiz olunmuş 

müasir kompüterlər isə artıq qida mənbəyinin gücünün 400 vatt 

olmasını tələb edir. Ən yaxşı qida mənbəyinin istehsalçısı Power 

Master firmasıdır. 

 

 



 

 

42 



3. FƏRDİ KOMPÜTERİN DAXİLİ QURĞULARI 

 

Şəkil 2.2. Sistem blokun daxili görünüşü. 



1. Korpus; 2. Elektrik qida bloku; 3. Mərkəzi prosessor 

(mikroprosessor, CPU); 4. Korpus ventilyatoru; 5. Operativ (əməli) 

yaddaş (RAM) modulu; 6.Videokart; 7-8. PCI-qurğuları (slotları) 9-

10. CD/DVD qoşucusu; 11. Sərt disk (HDD, vinçestr); 12. Ana 

(sistem) platası 

 

 

downloaded from KitabYurdu.org



 

43 

3.1.Ana plata (Sistem platası) 

Anakart, bir kompüterin bütün hissələrini üzərində saxlayan 

və  bu  parçaların  rabitəni  təmin  edən  elektron  sxemdir.  Şüşə 

lifdən  (sərt  plastik  törəmə)  hazırlanmış,  üzərində  mis  yolların 

olduğu;  Adətən  tünd  yaşıl  bir  lövhədir.  Ana  plata  üzərində, 

mikro  prosedur  aparan  yuvası,  yaddaş,  genişlənmə  yuvaları, 

BIOS, digər kartlar üçün genişlənmə yuvaları və digər köməkçi 

dövrələr  (sistem  saatı,  nəzarət  dövrələri  kimi)  yer  alır.  Bir  PC 

hansı xüsusiyyətlərə sahib olduğunu müəyyən edən ən mühüm 

komponentdir. 

 

 

AT  İlk  fərdi  kompüterlərdə  istifadə  edilən  əsas  kartlardır. 



8086 və ya 8088 mikroprosessorları üzərində sabit olaraq daşıyır 

bu  halda  prosedur  aparan  dəyişdirilməsi  üçün  anakart-ın 

dəyişdirilməsi  lazım idi  ki, ana  kartın  əlavə təchizat məntəqəsi 

 

44 

yalnız 8 bit olmalıdır. 

XT  anakartlardan  sonra  günümüzdə  istifadə  edilən  ATX 

anakartlara  bənzəyən  lakin  yalnız  5  və  12  volt  güc  alan 

anakartlardır. PS/2 dəstəyi  yoxdur. ISA, PCI və AGP göstərici 

yolları ilə dəyişdirilə prosedur aparan dəstəyi bildir. 

Pentium2 prosedur aparan ilə birlikdə ilk dəfə bazara təqdim 

olunmuş. Günümüzdə istifadə edilən anakart-lardır. 

 Əsas  anakart  istehsalçıları  Intel,  Dell,  Asus,  ECS,  MSİ, 

Gigabyte, Foxcon, Biostar, EPoX, Asrock dur. 

İndi bir ana kartın üzərində nələr var onlara baxaq...  

 

1-Arxa  panel  əlaqələri;  2-  Processor  güc  pini  girişi;  3-



Processor  yuvası;  4-Processor  soyuducusunun  ayaqlarını 

anakarta  taxmaq  üçün  dəliklər;  5-Processor  feni  pin  girişi;  6- 

Ram  (əməli  yaddaş)  yuvaları;  7-Ana  kart  güc  pini  girişi;  8,9- 

Ekran kartı yuvaları. Bəzi anakartlarda bu yuvaların sayı çoxdur. 

(Birden çox ekran kartını birlikdə istifadə etmək üçün.); 10-Sata 

informasiya  kabeli  girişləri  (Sata  kabellər  sərt  disk  ilə  anakart 

downloaded from KitabYurdu.org



 

45 

arasında  informasiya  əlaqəsini  təmin  etmək  üçün.);  11-Sistem 

Bloku feni pin girişi; 12-Ön panel əlaqə yeri (ön tərəfdə olan usb, 

qulaqlıq,  mikrofon  əlaqələri  üçündür.);  13-Şimal  körpüsü  (Bu 

körpüyə ana kartın ana informasiya qovşağı deyə bilərik, çünki 

processor,  ram,  ekran  kartındakı  bütün  məlumatlar  buradan 

keçir.); 14-Cənub körpüsü ( USB, SATA, PCİ (ses kartı internet 

kartı), yəni giriş çıxış portlarını nəzarət edər.) 

Şimal  və  cənub  körpülərindən  məlumatlar  keçdiyi  üçün 

qızırlar,  bu  səbəbdən  ana  kart  istehsalçıları  bu  körpülər  üçün 

metal  bloklar  ilə  soyutma  sistemi  təmin  edirlər.  Bəzi 

markalar   marka  yazısını  bu  körpülərə  yazarlar.  (Aşağıdakı 

şəkildəki 14 nömrədə ASUS yazısı kimi.)

1

 



Ana kart Arxa Panel Əlaqələri : 

Demək olar ki, bütün ana kartlarda arxa panel portları eynidir. 

 

1-PS/2 Mouse girişi bütün anakartlarda yaşıl rəngdədir; 2-PS/2 



Klaviatura  girişi  bütün  anakartlarda  bənövşəyi  rəngdədir;  3-

COM ardıcıl portudur; 4-LPT paralel porttur. Bu portlara printer, 

faks,  və  s.  cihazlar  qoşulur;  5-Ana  kart  üzərindəki  ekran 

kartından  gələn  görüntü  çıxışıdır.  Monitorunuza görüntü  verir. 

Təbii  ki, 3  ölçülü  oyunlar  üçün  zəif  bir  ekran  kartıdır;  6-USB 

portları (Flash disk, USB hard disk, USB TV kartı, USB səs kartı 

və s. qısaca bütün USB cihazlarınızı bu portları istifadə edəcək 

kompüterinizə  bağlaya  bilərsiniz;  7-  İnternetə  bağlana  bilmək 

üçün ana kart üzərində olan, modemdən gələn və ethernet kartına 

qoşulan  kabel  girişidir;  8-Səs  çıxışı  və  mikrofon  girişidir. 

(mikrofon  girişi  bütün  anakartlarda  qırmızı  rəngdədir.). 

Kompüterinizdə  musiqi  dinləmək  üçün,  dinamikləri  bu  səs 

çıxışlarına taxmanız lazımdır. 

Anakartlarda olan slotlar:  



ISA  (Industry  standart  Architecture–Sənaye  standartlı 

                                                

1

 http://gloserv.blogspot.com/2014/02/ana-kart-ndir.html 



 

46 

Arxitektura)  Slot–ISA  sökükləri  köhnə  tipli  anakartlarda: 

modem,səs,  ekran,  şəbəkə  və  başqa  kartların  qoşulması  üçün 

istifadə  edilirdi.ISA  PCI  və  AGP-yə  nisbətən  aşağı  sürətlə 

işləyən  bir  sistem  şinidir.  Maksimum  8  MHz  sürətilə  işləyir, 

ancaq  bəzi  sistemlərdə  əlavə  sürətləndiricilər  ilə  12  MHz 

sürətinə  qədər  yüksəldilə  bilər.  Yeni  anakartlarda  ya  ən  sol 

kənarda tək sökük halında olur, ya da heç olmaya bilər. ISA 16 

bit  məlumat  ötürmə  şininə  malik  olub,  eyni  vaxtda  16  bit 

məlumata müraciət etməyə imkan verir. 

 

PCI (Peripheral Component Interconnect – Xarici Əlaqəli 



Periferiya  Komponentləri)  Slot  –  PCI  məlumat  şini  Intel 

tərəfindən inkişaf etdirildi, ancaq sadəcə Intel-in istehsal etdiyi 

mikroprosessorlara deyil, bütün mikroprosessorlara uyğun gəlir 

və  anakartlarda  mütləq  olması  vacib  olan  standart  halına 

gəlmişdir.  Anakartlar  üzərində  əsasən  1-dən  6-ya  qədər  PCI 

sökükləri olur. 32 bit verilənlər şini olan PCI 33 MHz sürətində 

işləyir.  PCI  verilənlər  şini  əməliyyat  sistemlərinin  avtomatik 

olaraq  qurğunu  tanıyaraq  yüklədiyi  qoş  və  işlət  (plug&play) 

xüsusiyyətini  dəstəkləyən  bir  verilənlər  şinidir.  PCI  verilənlər 

şini  səs  kartından  ekran  kartına  qədər  müxtəlif  qurğuların 

istifadə etdikləri verilənlər şinidir. 

downloaded from KitabYurdu.org




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə