Məmmədov Mahil İsa oğlu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

 

51 

olan bir avadanlıq deyil. Kompüterlərdən başqa bütün elektron 

sistemlərdə  mikroprosessor  mövcuddur.  Məsələn,  avtomatik 

paltaryuyan maşını, avtomatik çirkab maşını; Zavodlarda avto-

matik cihazlar, televiziya  və telefon  kimi  cihazlarda da mikro-

prosessor var. 

Bütün əməliyyatlar MƏB-da yerinə yetirilir. MƏB dörd əsas 

qurğudan  ibarətdir:  Registrlər  (Registers),  Hesab-Məntiq 

Qurğusu  –  HMQ  (ALU  –Arithmetic  Logic  Units),  İnterfeys 

Qurğusu – İNQ (IU – Interface Unit) və İdarəetmə Qurğusu – İQ 

(CU – Control Unit). 

Registrlər – MƏB-da olan daxili yaddaşlardır. Hesablama və 

əməliyyatlarda istifadə edilən ikilik (binary) (“1” və “0”-lardan 

təşkil  olunmuş)  məlumatlar  registrlərdə  saxlanılır.  Ölçüləri  bir 

bit  ilə  bir  neçə  bayt  arasında  dəyişə  bilir.  Registrlər  normal 

yaddaşlardakı  kimi  ünvan  məlumatı  saxlamırlar.  İQ  tərəfindən 

birbaşa istifadəyə açıqdırlar. 

Registrlər  müxtəlif  məqsədlərlə  istifadə  edilir.  Məsələn, 

Yaddaş  Ünvan  Registri  –  YÜR  (MAR  –  Memory  Address 

Register) əmrlərin əməliyyat prosesindəki ünvanlarını registrdə 

saxlayarkən,  Yaddaş  Verilənlər  Registri  –  YVR  (MDR  – 

Memory  Data  Register)  əmrlərin  əməliyyat  anındakı  ikilik 

qiymətlərini registrdə saxlayır. 

Hesab-Məntiq  Qurğusu  –  riyazi  və  məntiqi  əməliyyatları 

yerinə  yetirmək  üçün  nəzərdə  tutulmuşdur.  Mikroprosessor 

daxilində  bir-neçə  HMQ  ola  bilər.  HMQ  riyazi  əməliyyatların 

nəticələrinin registrlərə yazılmasında da iştirak edir. 

İnterfeys  Qurğusu  –  proqram  əmrləri  və  verilənlərin 

mikroprosessorla  digər  qurğular  arasında  (klaviatura,  Mouse, 

monitor  və  s.)  mübadiləsini  təşkil  edir.  Buna  görə  də  İNQ 

mikroprosessor ilə digər qurğular arasında giriş-çıxış interfeysi 

kimi istifadə edilir. 

İdarəetmə  Qurğusu  –  Yaddaş  Verilənlər  Registri  (MDR  – 

Memory  Data  Register),  Yaddaş  Ünvan  Registri  (MAR  – 

Memory  Address  Register),  Əmrlər  Registri  (IR  –  Instruction 

Register)  və  Proqram  Sayğacından  (PC  –  Program  Counter) 

təşkil  olunmuşdur.  İQ  mikroprosessor  daxilində  verilənlərin 

 

52 

daxili  qurğular  arasında  ötürülməsinə  və  əmrlərin  icrasına 

nəzarət  edir.  Əsas  funksiyası  zaman  və  siqnal  yoxlanmasını 

həyata keçirməkdir. 

1968-ci  ildə  hesab  maşını  istehsal  edən  Busicom  Yapon 

şirkəti  Intel  şirkətinə  12  xüsusi  inteqral  mikrosxemi  dizayn 

etmək üçün sifariş verdi. Intel şirkətinin mühəndisi Ted Hoff 12 

xüsusi inteqral  mikrosxemi  bir  ifrat böyük  inteqral  mikrosxem 

daxilində  birləşdirərək,  bu  yeni  mikrosxemə  mikroprosessor 

adını verdi. Busicom şirkətinin layihəyə sahib olması və 9 aylıq 

inkişaf  keçəndən  sonra  da  Intel  şirkəti  4004  adının  verdiyi  ilk 

mikroprosessorunu  istehsal  etdi.  1/8’’x1/6’’  uzunluğunda  olan 

mikroprosessor  50  ton  ağırlığındakı  ENIAC-ın  əməliyyat 

gücündən  daha  çox  gücə  malik  idi.  4  bit  məlumat  ötürmə 

həcminə  baxmayaraq,  ilk  dəfə  bütün  elektrik  dövrələri  bir 

mikrosxem altında birləşdiyi üçün mikrosxem istehsalında yeni 

inkişaf  olaraq  qəbul  edilirdi.  İlk  mikroprosessorlar  portativ 

kompüterlərin inkişaf etdirilməsində istifadə edildi. 

1972-ci ildə Intel şirkəti tərəfindən istehsal edilən 8008 adlı 

mikroprosessor  4004-dən  ikiqat  daha  sürətli  idi.  Bu 

mikroprosessor TV  ekranının  kağız  üzərində  çap edilə  bilməsi 

işini görən çap qurğusu da istifadə edə bilirdi. 

 

İntel 4004 prosessoru 



 

1974-cü  ildə  8008-in  daha  da  inkişaf  etdirilməsi  ilə 

hazırlanan 8080 adlı mikroprosessorun ilk proqramlaşdırılabilən 

kompüterlər 

üçün 

uyğun 


olduğu 

düşünülürdü. 

8080 

mikroprosessoru 8 bitlik  məlumat  emal  edə bilirdi. 1975-ci  ilə 



qədər  inkişafın  nəticəsində  Altair  adlı  256  işarəni  yadında 

downloaded from KitabYurdu.org




 

53 

saxlaya bilən elektron maşın hazırlandı. 

İlk 

prosessorlar 



anakarta 

lehimlənirdi. 

Gələcəkdə 

prosessorların  mümkün  sürətli  əvəzetməsi  məqsədi  ilə  xüsusi 

konnektorlar  hazırlanmışdılar,  hansılara  ki,  lazımlı  prosessoru 

tez qurmaq (təyin etmək) mümkün olardı. Konnektor - yuvadır 

(Soket), hansına ki, prosessorun mikrosxemləri qoyulur, hansılar 

ki,  konnektorun  bütün  səthindədir  (üzündədir)  və  slot  (Slot), 

hansında  ki,  əlaqələr  perimetr  üzrə  (görə)  və  ya  bir  xətdə 

yerləşdirilmişdir. 

Prosessorun kristalına aşağıdakılar daxil ola bilər: 

 Prosessorun  nüvəsi  və  ya  əsas  hissəsi  –  buna  əsas 



hesablama qurğusu deyilir. Məhz burada prosessora daxil olan 

bütün verilənlər üzərində emal prosesi yerinə yetirilir.  

 Soprosessor  –  ən  mürəkkəb  riyazi  hesablamalar,  o 

cümlədən  “sürüşən  nöqtəli”  əməliyyatlar  üçün  əlavə  blokdur. 

Qrafik  və  multimedialı  proqramlarla  işlədikdə  aktiv  olaraq, 

soprosessordan istifadə edilir. 

 Keş-yaddaş  –  bufer  yaddaşı  olub,  verilənlər  üçün  yığıcı 

rolunu  oynayır.  Keş-yaddaş  mikroprosessorla  əsas  yaddaş 

arasında yerləşən, kiçik tutuma və yüksək işləmə sürətinə malik 

yaddaşdır. Bu yaddaş əməli yaddaşa müraciəti sürətləndirmək və 

bununla  da  kompüterin  məhsuldarlığını  artırmaq  üçün  istifadə 

edilir.  Kompüterin  yaddaşına  müraciət  zamanı  verilənlər  keş-

yaddaşda  axtarılır.  Buna  əsas  səbəb  odur  ki,  keş-yaddaşa 

verilənləri  axtarmaq  üçün  edilən  müraciətin  müddəti,  əməli 

yaddaşa  edilən  müraciətin  müddətindən  bir  neçə  dəfə  azdır. 

Müasir prosessorlarda 2 tip keş-yaddaşdan istifadə olunur: 100 

Kilobayta qədər tutuma malik olan ifrat cəld işləyən I səviyyəli 

keş-yaddaş və sürəti bir qədər az olan və tutumu 128 Kbaytdan 

2 Mbayta qədər olan II səviyyəli keş-yaddaş. 

 Verilənlər  şini  –  informasiya  magistralı  olub,  onun 

sayəsində  prosessor  kompüterin  digər  qurğuları  ilə  verilənlər 

mübadiləsi apara bilir. 

Fiziki  nöqteyi-nəzərdən  mikroprosessor  –  Böyük  İnteqral 

Sxemidir (BİS). Onun əsas səciyyəvi xüsusiyyəti işçi gərginliyi, 

takt tezliyi, takt tezliyinin daxili çoxaltma əmsalı, keş-yaddaşın 

 

54 

tutumu  və  dərəcəliliyidir  (takt  tezliyini  bəzən  kompüterin  və 



mikroprosessorun sürəti də adlandırırlar). 

Mikroprosessoru işçi gərginlik ilə ana plata təmin edir. İşçi 

gərginliyin  qiymətinin  aşağı  həddə  endirilməsi  mikropro-

sessorun daha da məhsuldar işləməsini təmin edir. 

Prosessorun daxilində registr adlanan müəyyən sahə var ki, 

mikroprosessor emal etdiyi verilənləri orada saxlayır. 

Məlumdur  ki,  kompüter  eyni  zamanda  məhdud  ölçüdə 

informasiya  vahidləri  yığımı  ilə  işləyir.  İnformasiya  vahidi 

yığımı  mikroprosessorun  daxilində  yerləşən  registrlərin 

dərəcəliyindən  (mərtəbəliyindən)  asılı  olur.  Dərəcəlik  (mərtə-



bəlilik)  –  prosessorun  eyni  vaxtda  emal  etdiyi  informasiya 

bitlərinin sayıdır. Əgər kompüter bir dəfəyə 8 dərəcəli (8 bitdən 

ibarət)  informasiyanı  emal  edə  bilirsə,  deməli  registr,  daha 

doğrusu  mikroprosessor  8  dərəcəli  (mərtəbəli)  hesab  edilir. 

Müasir prosessorlarda bu parametr 32 və 64 olur.  

Takt tezliyi 1 saniyə ərzində yerinə yetirilən əməliyyatların 

(məsələn,  toplama  və  vurma)  sayını  və  həmin  əməliyyatların 

hansı  sürətlə  yerinə  yetirildiyini  göstərir.  Takt  tezliyi 

Meqaherzlərlə  (MHz)  və  Geqaherslərlə  (GHz)  ölçülür.  Bu 

göstərici  prosessorun  adından  sonra 

yazılır  (məsələn, 

Pentium/75 MHz). 

Mikroprosessorları  əsasən  Intel,  AMD  və  Cyrix  firmaları 

istehsal  edir.  Intel  firması  öz  mikroprosessorlarını  əsasən 

Pentium  markası  ilə  buraxır.  Əgər  başlanğıc  nöqtə  kimi 

prosessorlar  bazarında  Intel  korporasiyasını  götürsək,  indiyə 

kimi  bu  firmada prosessorların  8  nəsli  dəyişmişdir:  8088, 286, 

386, 486, Pentium I,  Pentium II,  Pentium  III,  Pentium  IV.  Bu 

mikroprosessorların tezliyə görə təsnifatı aşağıdakı kimidir:  

 Pentium I - 75 MHz  300 MHz 

 Pentium II - 300 MHz  600 MHz 

 Pentium III - 600 MHz  1100 MHz 

 Pentium IV – 1100 MHz (1,1GHz)  4000 MHz (4 GHz) 

 

 

downloaded from KitabYurdu.org




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə