Məmmədov Mahil İsa oğlu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

 

37 

verdikdə),  yəni  kompüterdə  heç  bir  əməliyyat  və  ya  əmr  icra 

etmək mümkün olmadıqda bu düymə istifadə edilir. 

 

 



Şəkil 2.2. Sistem blokun ön hissəsi 

 

•  İndikatorlar  -  kompüterin  işində  ınüəyyən  parametrləri 

əks  etdirən  2  elektrik  lampalarıdır.  İndikatorlardan  biri 

kompüterin 

vəziyyətini 

göstərir: 

kompüter 

şəbəkəyə 

qoşulmuşdur,  ya  yox.  Kompüterin  bütün  işləmə  vaxtı  bu 

indikator işıqlanır. İkinci indikator adətan sərt disklə əlaqəli olur: 

kompüter  sərt  diskdən  verilənləri  oxuyan  zaman  və  ya  əksinə, 

sərt diskə verilənləri yazan zaman bu indikator işıqlanır. 



• Disk qurğuları. Qabaq paneldə çıxarıla bilən informasiya 

daşıyıcıları  ilə  işləyən  bir  neçə  disk  qurğuları  da  yerləşirlər. 

Kiçik  disk  qurğusu  çevik  floppy)  maqnit  diski  üçün  təyin 

edilmişdir. Bundan başqa, alt hissəsi irəli gələn və geri qayıdan 

disk  qurğusu  yığcam  disklərlə  işləmək üçün təyin  olunan  CD-

ROM və ya DVD disk qurğularıdır. 

• 

Birləşdirici 

kontakt 

sıstemləri 

(Slotlar-USB, 

cardreader).  Əksər  ınüasir  sistem  blokunun  qabaq  hisəssində 

xarici  qurğuları  kompüterlə  birləşdirmk  üçün  bir  neçə  kontakt 

sistemi  vardır.  Bir  qayda  olaraq,  bu  kontakt  sistemləri  xüsusi 

 

38 

qapağın  arxasmda,  panelin  lap  aşağı  hissəsində  yerləşirlər. 

Burada USB kimi bir-iki universal kontakt sistemi, kvadrat yuva 

şəklində  sürətli  FireWire,  həmçinin  qulaqcıqları  qoşmaq  üşün 

yumru yuvalar yerləşirlər. 



Arxa  hissə.  Sistem  blokununun  arxa  hissəsində  xarici 

qurğuları  qoşmaq  üçün  təyin  olunan,  çoxlu  sayda  yuvalar  və 

birləşdiricilər  vardır.  Lakin  hər  hansı  bir  qurğunu  istənilən 

yuvaya qoşmaq praktiki olaraq, mümkün deyildir: hər bir yuva 

unikal olur. 

 

 



Şəkil 2.3. Sistem blokun arxa hissəsi 

 

Qara rəngli 2 böyük birləşdirici (3 kontaktlı) şəbəkə naqilini 



və  monitorun  qida  naqilini  qoşmaq  üçündür.  Qida  mənbəyini 

sistem  blokuna  Siz  onsuz  da  mütləq  qoşmalısınız.  Monitora 

gəldikdə  isə,  yaxşı  olardı  ki,  onu  birbaşa  qida  mənbəyinə 

qoşasınız. Yerdə qalan digər birləşdiriciləri 3 qrupa bölmək olar: 

"yuvalar", nazik-ayaqcıqlara malik birləşdiricilər (bunlara bəzən 

"ata"  deyilir)  və  boş  yuvalara  malik  birləşdiricilər  (bunlara  isə 

çox vaxt "ana" deyilir). 

Çoxlu  sayda  yuvalar  və  16-naqilli  birləşdirici  -  "ana"  səs 

platasına aiddir.  Buraya  mikrofonun,  kolonkaların,  səsin  xarici 

mənbəyi,  məs.,  maqnitofonun  ştekkeri  qoşulurlar.  16  sancaqlı 

birləşdirici isə "oyun portu" adlanır və oraya oyun oynamaq üçün 

xüsusi oyun manipulyatoru djoystik qoşulur. 

Adətən səs platasının yanında 3 naqilli "ana" adlı plata vardır 

ki,  bu  da  "videoplatanın"  birbşdiricisidir,  buraya  monitorun 

naqili birləşdirilir. 

downloaded from KitabYurdu.org




 

39 

25  kontaktlı  birləşdiricili  paralel  port  (LPT).  Bu  port 

vasitəsilə  printer,  skaner,  həmçinin  informasiyanı  saxlayan  və 

nəql  edən  xarici  qurğular  (yaddaş  yığıcıları)  kompüterə qoşula 

bilərlər.  Son  zamanlara  qədər  onun  sürəti  2  Mbit/s  olmuşdur. 

Gövdənin  arxasında  bu  yeganə  birləşdiricidir,  yaxın  gələcəkdə 

isə onu yəqin ki, universal USB birləşdiricisi əvəz edəcəkdir. 



9  və  23  kontaktlı  birləşdiricili  ardıcıl  portların  (COM) 

sürəti bir qədər az olur (yalnız 112 Kbit/s). Ona görə də, buraya 

cəld  işləməyi  çox  da  tələb  olunmayan  -  maus  və  modem  kimi 

qurğular qoşulurlar. Əvvəllər belə portlar kompüterdə 4 ədəd idi, 

lakin  sonralar  onlardan  birı-ikisi  qalıb.  Maus  üçün  PS/2 

birləşdiricisi  yaradıldı,  COM  portu  isə  yavaş  işləyən  modem 

üçün saxlanıldı. Vaxt gələcək ki, bu port sıradan çıxarılacaq və 

o, USB portu ilə əvəz olunacaqdır. 



PS/2  portu.  Vaxtı  ilə  maus  və  klaviatura-ekiz-qardaşlar 

olub,  təyinatlarına  (hər  ikisi  idarə  qurğusudur)  və  verilənlərin 

kiçik  sürətlə  ötürülmə  funksiyalarına  görə  bir-birinə  oxşar 

olduqları  üçün,  müxtəlif  birləşdiricilərə  qoşulurdular.  Maus  - 

COM-birləşdiriciyə  qoşulurdu,  klaviatura  isə  heç  nəyə 

oxşamayan, yalnız onun üçün təyin olunmuş birləşdiriciyə malik 

idi. Sonralar isə, 1998-ci ildə bu iki qurğu üçün PS/2 adlı xüsusi 

birləşdirici  meydana  gəlmişdi.  Ona  görə  sistem  blokunun 

arxasında  PS/2  birləşdiricisinin  aşağı  hissəsində  "Maus"  va 

"Keyboard" sözləri yazılmışdır. 



USB. 2000-ci illərdə yaranmış bu interfeys həmin on illiyin 

ən  mühüm  hadisəsi  olmuşdur.  Müasir  kompüterlərdə  bu 

portların  sayı  6-dan  8-ə  qədər  olur  və  bununla  da  müxtəlif 

portlardan  istifadə  etməyə  son  qoyulmuş  olur.  Əgər  köhnə 

portların hər birinə yalnız bir qurğu qoşmaq mümkün olurdusa, 

bir USB portuna 127 qurğu qoşmaq mümkün olur: bütün USB-

qurğular kompüterə "sıra" ilə qoşula bilirlər. Belə ki, tamamilə 

müxtəlif olan qurğular - maus və klaviatura, monitor və printer, 

skaner  və  rəqəmsal  fotoaparat,  kolonkalar  və  modemlər  sıraya 

düzülürlər.  Belə  ki,  birinci  qurğu  kompüterin  USB  birləşdiri-

cisinə  qoşulur,  ikinci  qurğu  isə  birinci  qurğunun  USB-

birləşdiricisinə  qoşulur  və  i.a.  USB ilə işlədikdə yeganə  qayda 

 

40 

bundan ibarət olur ki, həmin sırada birinci  yerdə ən məhsuldar 

işləyən  qurğular  - printer,  skaner,  kolonkalar,  yaddaş  yığıcıları 

olmalıdırlar. Axırıncı  yerdə isə  yavaş sürətlə işləyən klaviatura 

və modem olmalıdır. 

USB-nin  daha  bir  vacib  keyfiyyəti  vardır  -  bu  interfeys 

kompüterə  əməliyyat  sistemini  təkrarən  yükləmədən,  istənilən 

qurğunu qoşmağa imkan verir. USB-nin ilkin modifikasiyaların-

da  verilənlərin  ötürülmə  sürəti  12  Mbit/s  olmuşdur.  Yeni 

yaradılan  USB2.0  şinində  verilənlərin  ötürülmə  sürətini  480 

Mbit/s-ya  qədər  artırmaq  mümkün  olmuşdur.  Məhz  belə  bir 

interfeyslə bütün müasir "ana plataları" təmin olunmuşlar. 



IEEE  1394  (FireWire).  USB2.0  ilə  rəqabət  aparan 

verilənləri yüksək sürətlə ötürə bilən bu kontroller xarici qurğu-

ları  kompüterə  qoşmaq  üçün  təyin  olunmuşdur.  Hal-hazırda 

ondan  rəqəmsal  kameralara  malik  olan  isfifadəçilər  istifadə 

edirlər.  2003-cü  ildən  sonra  buraxılan  bütün  platalarda  bu 

interfeys olmalıdır. 



Kompüterin gövdəsinin seçilməsi. Kompüterin gövdələri 2 

tipdə olur: şaquli və üfüqi. Şaquli gövdə ya "qala", ya da "mini 

tower"  şəklində  olur.  Adətən  "qala"  tipli  gövdə  ya  monitorun 

yanında  stol  üzərində  yerləşdirilir,  ya  da  ki,  stolun  altında 

yerləşdirilir. Üfüqi formalı sistem bloku isə "desktop" adlanır və 

adətən  monitorun  altında  yerləşdirilir.  Lakin,  "desktop" 

bazasında kompüterin hissələrini bir yerə yığmaq çox narahatlıq 

yaradır, kompüteri təmir etmək isə daha çətin olur. Ondan əlavə, 

üfüqi  gövdənin  həcmi  və  qida  mənbəyinin  gücü  də  az  olur. 

Buradan  belə  nəticəyə  gəlmək  olar  ki,  güclü  ev  kompüterləri 

üçün bu forma yaranır. Sadəcə olaraq, balaca ofislərdə onlardan 

istifadə  etmək  olar.  Hansı  gövdənin  seçilməsi  isə,  kompüterin 

qoyulacağı  yerdən  asılı  olur.  Ən  başlıcası  isə  odur  ki,  həmin 

kompüteri, ona xas olmayan yerdə yerləşdirməyəsiniz. Bu halda, 

müəyyən  bir  vəziyyətdə  işləməyə  hesablanan  optik  yaddaş 

yığıcıları və sərt disklərin işinə bu pis təsir göstərir. 

Estetik  nöqteyi-nəzərdən  isə,  əvvəllər  istehsal  olunan  boz 

rəngli kompüterlər əvəzinə, son zamanlar istehsal olunan iMac 

kompüterinin gövdəsi yan şəffafdır. Ondan əlavə, ağac, mərmər 

downloaded from KitabYurdu.org




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə