Məmmədov Mahil İsa oğlu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   2   3   4   5   6   7   8   9   10   ...   27

 

25 

irəli  getmişdir.  Hal-hazırda  Qərb dünyasında  "İBM-lə  uyuşan" 

kompüterlər  yox,  "Wintel  platformasından  söhbət  gedir.  Bu 

platforma  dedikdə,  Windows  əməliyyat  sisteminə  əsaslanan 

"proqram təminatı" və İntel firmasının prosessorlarına əsaslanan 

aparat təminatı başa düşülür. 

İBM  firmasının  ən  böyük  xidməti  komplektləşdirici  kimi 

kompüterin  əsas  hissələri  üçün  vahid  standartın  işlənməsi  və 

təsdiq  edilməsindən  ibarət  olmuşdur.  Bundan  əvvəl,  hər  bir 

istehsalçı özünün unikal aparat təminatını yaratmağa çalışmış və 

bununla  da  öz  kompüterinin  yığılması  və  ona  xidmət  edilməsi 

sahəsində inhisarçı rolunu oynamışdı. Nəticədə kompüter bazarı 

bir-birilə  uyuşmayan  və  hərəsi  üçün  öz  proqram  təminatını 

yaradılmasını  tələb  edən  aparatlarla  ifrat  şəkildə  dolmağa 

başlamışdı. Fərdi kompüterlər bazanın ayaq tutduğu dövrdə hər 

bir firmanın məhsulu firma tərəfindən qorunan sirlərə malik idi 

və  kütləvi  surətdə  bir  firmanın  məhsulunun  digər  firma 

tərəfindən istehsal edilməsi qeyri-mümkün idi. 

İBM  firmasının  xidməti  məhz  ondan  ibarət olmuşdu  ki,  o, 

pozula bilinməyən bu cür prinsiplərə son qoydu. İBM firmasının 

irəli sürdüyü ən böyük yenilik isə "açıq arxitektura prinsipinin" 

ortaya atılması oldu: İBM firması özünün yeni kompüterini özü 

üçün  hazırlanmış  bir  əşya  kimi  deyil,  onun  konstruksiyası 

barəsində bütün firmalara açıq mətbuatda  informasiya  verdi və 

bununla  da  digər  firmaların  "İBM-lə  uyuşan"  kompüterlərinin 

istehsal olunması üçün şərait yaratdı. Nəticədə, əlbəttə ki, İBM 

firması  tezliklə  "birincilər  sırasında"  öz  mövqeini  itirdi, 

istehsalçılar İBM firmasının kompüterlərindən ucuz, çox vaxt isə 

lap  ucuz  olan  kompüter-klonları  istehsal  etməyə  başladılar. 

Lakin standart öz yerini tutdu və bu gün də biz "İBM-lə uyuşan" 

kompüterlərin adını çəkirik. 

Müasir "İBM-lə uyuşan" kompüterlər "özün quraşdır" uşaq 

konstruktoruna oxşayır. Kompüterin tərkibinə daxil olan hər bir 

qurğunu  çox  sərbəst  olaraq,  həmin  tipdən  olan,  lakin  daha 

təkmilləşdirilmiş  digər  bir  qurğu  ilə  əvəz  etmək  mümkündür. 

Bunun sayəsində istənilən, lap kiçik bir firmada kliyentin bütün 

tələblərinə  uyğun  olan  kompüteri  tez  bir  zamanda  yığmaq 

 

26 

mümkün  olur,  həmçinin  təkmilləşdirmə  çox  asan  başa  gəlir 

(hətta istifadəçi özü də bu işi yerinə yetirə bilər). 

Kompüterin elə bir hissəsi yoxdur ki, o, 4-5 firma tərəfindən 

istehsal  olunmasın.  Hətta  kompüterin  əsası  sayılan  -  prosessor 

hal-hazırda nəinki dünyada məhşur olan İntel firması tərəfindən, 

həmçinin  digər  firmalar,  məsələn,  AMD  firması  tərəfindən  də 

istehsal olunur. 

1.5.2.APPLE  platforması 

Kompüter  tarixi  ilə  məşğul  olan  mütəxəssislər  fərdi  kom-

püterlərin yaradılmasında birinciliyi məhz Apple kompaniyasına 

verirlər.  Keçən  əsrin  70-ci  illərinin  ortasından  başlayaraq,  bu 

firma  fərdi  kompüterlərin  "Apple  1"-dən  başlayaraq  müasir 

"iMac"  tipli  bir  neçə  modellərini  təklif  etmişlər.  80-cı  illərin 

axırlarında  "Macintosh"  seriyalı  kompüterlər  dünyada  fərdi 

kompüterlər arasında ən məşhur kompüterlər olurlar və bu gün 

də Apple firmasının kompüterlərini "Maclar" adlandırırlar. 

İBM-dən fərqli olaraq, Apple firması "bağlı arxitekluraya" 

üstünlük  vermişdir.  Bu  kompüterlərin  kompleksləşdirici  his-

sələri  və  proqramları  yalnız  müəllif  hüququna  malik  kiçik 

miqdarda  istehsalıçılar  tərəfindən  istehsal  olunurdu.  Bunun 

sayəsində  bu  kompüterlərin  qiyməti  "İBM-lə  uyuşan"  kom-

püterlərə nəzərən bir qədər baha olmuş, lakin digər tərəfdən çox 

davamlı və rahat olmuşdur. 

Məhz  Apple  kompüterində,  sonralar  fərdi  kompüterlərin 

ayrılmaz  bir  hissəsi  olan  bir  sıra  yeniliklər  ilk  dəfə  olaraq 

meydana gəlmişdir: qrafiki interfeys və "maus", səs altsistemi və 

kompüter  videosu.  Öz  növbəsində,  Windowsun  özünün  inter-

feysi də Apple firmasının "Lisa" kompüteri üçün yaradılmış ilk 

əməliyyat sistemlərinin bir hissəsindən köçürülmüşdür. 

Qrafıka ilə işləmək bu günkü gündə də Apple firmasnın əsas 

fəaliyyət  sahələrindən  biridir.  Məhz  bu  səbəbdən  "Macintosh" 

kompüterinin  nəşriyyat  işində,  tam  rəngli  illustrasiyaların 

hazırlanması və dizayn olunmasında, video və səslərin emalında 

downloaded from KitabYurdu.org



 

27 

tətbiqi əvəz olunmazdır. Amerikada kompüterin Apple modelin-

dən evdə də istifadə olunur. 

90-cı  illərin  əvvəllərində  Apple  firmasına  qarşı  maraqların 

azalmasına  baxmayaraq,  90-cı  illərin  axırlarında  ev  şəraitində 

istifadə üçün hesablanan yeni dizaynlı modelin (iMac-ın stolüstü 

modeli  və  portativ  -  iBook)  istehsalı  sayəsində  Apple  firması 

keçmiş şöhrətini qaytara bilir. 



1.6. Fərdi kompüterlərin əsas xarakteristikaları 

Fərdi  kompüterlər  aşağıdakı  əsas  xarakteristikalarına  görə 

bir-birindən fərqlənirlər: Sürət, məhsuldarlıq, takt tezliyi. 

Kompüretlərin  sürəti  aşağıdakə  vahidlərlə  xarakterizə 

olunur:   

а)  MIPS  –  Mega  Instruction  Per  Second  –  sabit  nöqtəli 

ədədlər üzərində bir saniyədə milyon əməliyyat; 

b)  MFLOPS  –  Mega  Floating  Operations  Per  Second  – 

şürüşkən  nöqtəli  ədədlər  üzərində  bir  saniyədə  milyon 

əməliyyat; 

c)  GFLOPS  –  Giga  Floating  Operations  Per  Second  – 

şürüşkən  nöqtəli  ədədlər  üzərində  bir  saniyədə  milyard 

əməliyyat; 

d)  KOPS – Kilo Operations Per Second – ədədlər üzərində 

bir saniyədə yerinə yetirilən əməliyyatların minlərlə orta sayı; 

e)  iCOMP  Index  –  Intel  Comparative  Microprocessor 

Performance    –  bu  halda  16  və  32  bitlik  əməliyyatların  dörd 

kateqoriyası  istifadə  edilir:  tam  ədədlərin,  sürüşkən  nöqtəli 

ədədlərin, qrafiki və video informasiyaların emalının  sürəti (bu 

sürətin  hesablaması  baza  prosessoru  Intel  486  SX-25  götürül-

müşdür, bu prosessorun iCOMP Index 100-ə bərabərdir);  

Qalan firmalar P-Rating anlayışından istifadə edir - onlar öz 

prosessorlarını  uyğun  olan  Pentium  prosessorunun  tezliyi  və 

məhsuldarlığıyla müqayisə edirlər. 

Bunlardan başqa operativ yaddaşın hıcmi, tezliyi və tipi, keş 

 

28 

yaddaşın  həcmi,  sərt  disk,  CD,  DVD,  elastiki  disklər  üçün 

diskoxuducularının  tipi  və  miqdarı, prosessorun  tipi,  sistem  və 

lokal  interfeys,  interfeysin  kod  şinlərinin  ölçüsü,  videomo-

nitorun,  videoadapterin  və  başqa  xarici  qurğuların  tipi,  başqa 

FK-larla  aparat  və  proqram  uyğunluğu,  proqram  təminatı  və 

imkan çoxməsələli rejimdə və kompüter şəbəkələrində işləmək 

imkanları,  etibarlılıq,  qiymət,  qabarit  olcülər  və  çəkisi  və  s. 

gostəricilər də kompüter üçün əsas xarakteristika sayılır. 

FK-lər  arasında  lazımlı  parametrlərin  daha  yaxşı  olanı 

seçirlər. Bəzən daha az sürətli kompüter  əməli yaddaşın və  ya 

hətta  xarici  yaddaşın  həcmi  daha  çox  olandan  daha 

əhəmiyyətlidir. 



1.7. Kompüterlərin arxitekturası  

Məlumdur  ki,  I  və  II  nəsil  (1945-1960-cı  illər)  kompüter-

lərin  aparat  və  proqram  vasitələri  bir-birindən  asılı deyildir  və 

ayrı-ayrılıqda,  müstəqil  şəkildə  yaradılırdı.  III  nəsildən  (60-cı 

illərin 

sonu)  başlayaraq  kompüterin 

aparat  (ingiliscə, 

“hardware”) və proqram (“software”) vasitələri vahid bir sistem 

kimi  layihələndirilməyə  başlandı.  Bu  zaman  əsas  diqqət  bu 

vasitələrin  qarşılıqlı  əlaqəsinə  yönəldilirdi.  Bununla  da  prinsip 

baxımından  yeni  olan  “kompüterin  arxitekturası”  anlayışı 

yarandı.  Kompüterin  arxitekturası  dedikdə  onun  məntiqi  və 

texniki  quruluşu,  işləmə  prinsipi,  əmrlər  sistemi  və  s.  başa 

düşülür.  “Kompüter  arxitekturası”  (computer  architecture) 

anlayəşı  ilk  dəfə  İBM  şirkəti  tərəfindən  İBM  360  seriyalı 

kompüterlərin işlənib hazırlanması zamanı istifadə edilmişdir və 

maşın əmrləri səviyyəsində proqram tərtib edərkən proqramçının 

istifadə edə biləcəyi vasitələrin izahı üçün nəzərdə tutulmuşdur. 

“Kompüter  arxitekturası”  anlayışının  həmin  dövrdəki  anlamı 

əmrlərin  formatını,  verilənlərin  təqdimolunma  formatını,  giriş-

çıxış sisteminin  təşkilini,  yaddaşın  ünvanlaşdırılması  üsullarını 

və  s.  əhatə  edirdi.  Bu  zaman  hesablama  vasitələrinin  fiziki 

downloaded from KitabYurdu.org



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə