Məmmədov Mahil İsa oğlu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   2   3   4   5   6   7   8   9   ...   27

 

21 

 

Sağda: Stiv Voznyak (Stephen Wozniak).  



Solda: Stiv Cobs (Steve Jobs). 

 

1976-cı ilin əvvəlində artıq nəticə var idi: Apple 1 - 4kb əməli 



yaddaş, 1Mhz prosessor – MOS 6502, ağac korpus, klaviatura. 

Apple 1 işlək vəziyyətdə satılan ilk fərdi kompüter idi.  

 

     



 

 

APPLE- 1 kompüteri. 

 

1977-ci  ilin  aprelin  17-də  dostlar  (Stiv  Voznyak  və  Stiv 



Cobs)  ilk  amerikan  kompüter  yarmarkasında  yeni  model  - 

"Apple 2"-ni təqdim etdilər.  

Fərdi kompüterlərin kütləvi istehsalına isə 1981-ci ildən İBM 

firması  tərəfindən  başlanmışdır.  XX  əsrin  70-ci  illərindən  FK-

lərin yayılması kiçik, orıa və böyük  kompüterlərə olan tələbatı 

azaltdı.  Bu  da  bilavasitə  belə  kompüterlərin  əksəriyyətinin 

istehsalı  ilə  məşğul  olan  IBM  firmasının  əməkdaşlarını  çox 

 

22 

narahat  etməyə  başladı.  Ona  görə də, bu  firmanın  əməkdaşları 

1978-ci ilin əvvəllində FK-lər üzərində müəyyən işlər aparmağa 

məcbur oldular. IBM firması ilk FK-nı 1981-ci ildə yaratdı (IBM 

PC)  və  ondan  sonra  bütün  dünyada  onlardan  geniş  istİfadə 

edilməyə  başlandı.  Hal-hazırda  bütün  dünyada  istifadə  edilən 

kompüterlərin  80  faiziə  qədəri  IBM  platforması  ilə  istehsal 

edilən kompüterlərdir. 

 

 

APPLE – II kompüteri 



 

 

      IBM PC (Model 5150).                             IBM   PC/AT 

 

Bu  firmanın  ikinci  fərdi  kompüteri  IBM  PC/XT  olmuşdur. 



XT  -eXtended  Technology-  genişləndirilmiş  texnologiya 

deməkdir. Bu kompüter 10 Mbaytlıq sərt diskə malik olmuşdu. 

Sonra isə IBM PC/AT tipli kompüter istehsal edilmişdi. Bu daha 

yaxşı xarici görünüşə, böyük tutumlu diskə malik olmuş və onun 

cəld işləmə xarakteristikası daha yaxşı olmuşdu. AT-nin mənası 

-  Advanced  Technology  -  təkmilləşdirilmiş  texnologiya 

downloaded from KitabYurdu.org



 

23 

deməkdir.  Bundan  sonra  1987-ci  ildə  FK-lərin  PS/2  (Personal 

System – 2-ci nəsli) tipli növbəti nəsilləri meydana gəlir. Bütün 

bu  kompüterlərdə  "Intel"  firmasının  prosessorlarından  istifadə 

edilmişdi. 

Fərdi kompüterlərin istehsalı ilə əsasən iki kompaniya: IBM 

və Apple məşğul olur. Bu firmaların kompüterlərində əməliyyat 

sistemləri köklü surətdə bir-birlərindən fərqlənir.  

IBM  firmasının  istehsal  etdiyi  fərdi  kompüterlərdən  ən  çox 

Afrika  və  Asiya  qitəsinin  ölkələrində  istifadə  olunur.  IBM  PC 

tipli fərdi kompüterlərdə Microsoft firmasının istehsalı olan MS 

–  DOS,  Windows  xx  və  s.  əməliyyat  sistemlərindən  istifadə 

olunur.  IBM  firmasının  kompüterləri  «Pentium»  adı  ilə  satışa 

çıxarılır. 

Apple firmasının istehsal etdiyi fərdi kompüterlərdən əsasən 

ABŞ-ın daxili bazarında geniş istifadə olunur. Apple firmasının 

kompüterlərində  Mac  X.0.,  Mac  OSx  Server  əməliyyat 

sistemlərindən  istifadə  olunur.  Apple  firmasının  kompüterləri 

«Macintosh» adı ilə satışa çıxarılır. 

 Apple  firmasının  kompüterləri  konstruktiv  olaraq  IBM 

firmasının kompüterlərindən fərqlənir. Bu firmaların eyni tezliyə 

malik  olan  kompüterlərində  Apple  firmasının  kompüterlərinin 

məhsuldarlığı IBM firmasının  kompüterlərinin məhsuldarlığın-

dan 30% çox olur və bunun hesabına onun qiyməti də baha olur. 

Hazırda  dünya  fərdi  kompüter  parkının  10%-ni  «Macintosh», 

80%-ni isə IBM PC fərdi kompüterləri təşkil edir. Ümumiyyətlə 

dünya kompüter parkının 90% -nı fərdi kompüterlər təşkil edir. 

1.5. Müasir fərdi kompüterlərin platformaları 

Kompüterlərin  təsnifatının  əsas  əlamətlərindən  biri  də 

platformalarına görə aparılan təsnifatdır.  

Kompüter  platforması  -  proqramı  işlətmək  üçün  təchizat 

arxitekturasıdır. 

Özündə  müxtəlif 

əməliyyat 

sistemləri, 

proqramlaşdırma  dilləri,  istifadəçi  interfeysi  və  s.  sistemləri 

 

24 

cəmləşdirir.  Əməliyyat  sistemlərinin  platformalarına  misal 

olaraq Microsoft Windows platformasını göstərmək olar. Müasir 

kompüterlərin təsnifat əlamətlərindən biri də platformadır. Fərdi 

kompüterlərin müxtəlif platformaları mövcuddurlar.  Onlar bir-

birilərindən  həm  təyinatına  görə,  həm  də  istifadə  etdiyi  aparat 

(hard ware) və proqram təminatına (soft ware) görə fərqlənirlər. 

Bir  qayda  olaraq,  kompüterlərin  müxtəlif  platformaları  öz 

aralarında  uyuşmurlar.  Bəzi  hallarda  yalnız  bir  tip  kompüter 

üçün  yazılmış  proqramı  digər  kompüterdə  işə  salmaq  üçün 

xüsusi  ''emulyatorlardan"  islifadə  olunur.  Bu  bölmədə  biz  ən 

geniş  yayılan  "İBM"  və  "Apple"  platformalarını  nəzərdən 

keçirəcəyik.  "Sun"  və  sırf  peşəkar  "Silicon  Grapfiks"  tipli 

platformalar xüsusi ədəbiyyatlarda şərh olunurlar. 



1.5.1."İBM" platforması 

"İBM-lə  uyuşan"  kompüterlərin  platforması  sadə  ev  fərdi 

kompüterindən  tutmuş  mürəkkəb  serverlerə  qədər  müxtəlif  tip 

kompüterlərin  spekterini  əhatə  edir.  Əksər  hallarda  biz  məhz 

"İBM-lə uyuşan" kompüterlərlə işləyirik. Məhz bu səbəbdən də 

bu dərs vəsaitində bu plalformalı kompüterlardən bəhs ediləcək. 

Bir  faktı  qeyd  etmək  yerinə  düşər  ki,  "İBM-lə  uyuşan" 

kompüterlərin  hamısının  İBM  firması  tərəfındən  istehsal 

olunması heç də vacib deyildir, onları digər firmalar da istehsal 

edə bilərlər. Sadəcə olaraq, İBM firması fərdi kompüter istehsal 

edən çoxlu sayda firmalardan ən böyüyüdür. 

Fərdi  kompüterlərin meydana  gəldiyi andan  indiki zamana 

qədər  onların  bir  çox  növləri  mövcud  olmuşdur.  Lakin  hal-

hazırda  fərdi  və  ev  kompüterlərinin  əksəriyyəti  "İBM  PC  ilə 

uyuşan" kompüterlərə aiddirlər. 

Bu  termin  özü  də  kifayər  qədər  paradoksaldır.  Artıq  on 

illərdir ki, dünyada ilk kütləvi kompüter yaradan İBM firması bu 

sahədə  öz  hegemonluğunu  itirmişdir:  son  illr  İBM  firması  öz 

üstünlüyünü  Dell  və  Compaq  kimi  firmalara  vermişdir.  İBM 

firmasının  hökmranlıq  etdiyi  bu  illərdə  texnika  həddindən  çox 

downloaded from KitabYurdu.org



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə