Məmmədov Mahil İsa oğlu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   2   3   4   5   6   7   8   9   ...   27

 

13 

elektron  komponentləri  birləşdirməyi  təmin  etdi.  Bunun 

nəticəsində  əvvəllər ayrı-ayrı elementlərdən ibarət olan kompü-

terin  funksional  qurğularını  böyük  inteqral  sxemlər  əvəz  etdi. 

Məsələn,  böyük  inteqral  sxemlərdən  ibarət  olan  mikroproses-

sorlar,  xarici  qurğular  kontrollerləri,  operativ  yaddaş  və  digər 

qurğular  yaradıldı.  Bunun  nəticəsində  kompüterlərin  məhsul-

darlığı və etibarlığı on dəfələrlə yüksəldi. Böyük inteqral sxem-

lərə  keçid  kompüterin  qurğularını  kiçik  ölçülü  bir  lövhə-“ana 

lövhə”  üzərində  asanlıqla  yerləşdirməyi  mümkün  etməklə 

birlövhəli  kompüterlərin  istehsalını  təmin  etdi.  Altair  adlı  ilk 

mikro  kompüter  1974-75-ci  ildə  Intel  8080  mikroprosessoru 

əsasında istehsal olundu və bununla da insanlar ucuz,  az enerji 

sərf  edən,  istifadə üçün  həddən artıq  rahat  və  əlavə  işçi  heyəti 

tələb  etməyən,  şəxsi  istifadə  üçün  nəzərdə  tutulmuş  və  bu 

səbəbdən  fərdi  kompüterlər  adlanan  kompüterlər  əldə  etdilər. 

1981-ci ildə İBM firması fərdi kompüterlərin kütləvi istehsalına 

başladı  və    mikroprosessorlar  istehsal  edən  İntel  firması  ilə 

əməkdaşlıq  edərək  fərdi  kompüterlərin  əsas    istehsalçısına 

çevrildi.    Mikroelektronikada  əldə  edilən  uğurlar  və  müasir 

proqram təminatının  yaradılması sayəsində fərdi kompüterlərin 

sürətli təkamülü təmin olunmaqdadır. Bu gün çoxsaylı firmalar 

müxtəlif  konfiqurasiyalı  və  təyinatlı  fərdi  kompüterlər  istehsal 

edirlər və insan fəaliyyətinin bütün sahələrində tətbiq olunurlar. 



V  nəsil.  Bu  mərhələ  müasir  və  gələcək  dövrü  əhatə edir  və 

məqsəd  yeni  və  ən  yeni  elektron  texnologiyalara  əsaslanan 

müasir və gələcəyin kompüterlərinin istehsalını təşkil etməkdir.  

V  nəsil    kompüterlər  çox  yüksək  məhsuldarlığa  və  etibarlılığa 

malik olmaqla, keyfiyyətcə  yeni funksional tələblərə, o cümlə-

dən  sözlə,  biliklər  bazaları  ilə  işləməyə,  süni  intellekt  sistem-

lərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti 

təmin  etməyə,  ən  yeni  proqram  vasitələrinin  yaradılması  pro-

sesini  sadələşdirməyə  və  s.  imkan  verməlidirlər.  Hal-hazırda 

neyron, qeyri-səlis məntiq - Fuzzu nəzəriyyəsinə əsaslanan yeni 

texnologiyaları    və  nano  texnologiyaları  tətbiq  etməklə  bio  və 

optik neyrokompüterlərin yaradılması nəzərdə tutulur. 

 

14 

1.2. Kompüterlərin təyinat üzrə təsnifatı 

Kompüterlərin təyinat üzrə təsnifatı daha geniş  kompüterlər 

sinfini  əhatə  edən  təsnifat  formasıdır.  Bu  təsnifata  görə  kom-

püterlər  tətbiq  olunma  sahələrinə  görə  qruplaşmışlar.  Təyinatı 

üzrə  təsnifat    prinsipinə  görə  kompüterlər  aşağıdakı  qruplara 

bölünür:  

• Superkompüterlər, 

• Mainfreymlər,  

• Mini-kompüterlər,  

• Mikrokompüterlər və ya fərdi kompüterlər.   



Superkompüterlər. Bu söz, adətən, elmi-fantastik filmlərdə 

elektron  beyin‖  adlandırılan  nəhəng  otaqlarda  yerləşdirilən 

mürəkkəb  hesablayıcı  qurğu  təsəvvürdə  canlanır.  Çünki  ilk 

superkompüterlər həqiqətən çox iriölçülü idi. Mikroelektronika 

və  nanotexnologiya  sahələrindəki  uğurlar  superkompüterləri 

orta  ölçülü  biq  otağa  yerləşən  bir-neçə  şkafa  çevirdi.  Müasir 

superkompüter  1  saniyədə  bir-neçə  milyard  sürüşən  vergüllü 

əməliyyat  icra  edə bilir.  Superkompüter  çoxprosessorlu  və  (və 

ya) ümumi yaddaşlı və ümumi xarıcı qurğulara malik çoxmaşınlı 

kompleksdir.  Superkompüter  termini  XX  əsrin  60-cı  illərinin 

sonlarında  Livermor  laboratoriyasının  əməkdaşları  D.Mişel  və 

S.Fernbaç tərəfindən işlədilsə də, 1920-ci ildə Nyu York qəzet-

lərindən  birində  superhesablamalar‖  barədə  informasiya  dərc 

edilmişdi.  Superkompüter‖  termini  ümumi  leksikona  Seymur 

Krey tərəfindən daxil edildi. Krey tərəfindən işlənib hazırlanmış 

hesablayıcı  maşınlar  ABŞ-da 60-cı  illərin  ortalarından 1996-cı 

ilədək  hökumət  idarələrində,  sənaye  müəssisələrində  və  elmi 

idarələrdə əsas hesablayıcı vasitə kimi geniş istifadə edilirdi. Bu 

gün  də  Krey  kompüterləri  superkompüter  texnikası  içərisində 

özünə  layiqli  yer  tutur.  70-ci  illərdəki  superkompüterlərin 

əksəriyyəi vektor prosessorları ilə təchiz edilmişdi. 80-ci illərin 

başlanğıcı  və  ortalarında  paralel  işləyən  azsaylı  (4-dən  16-ya 

qədər) vektor prosessorları praktiki olaraq superkompüter üçün 

standart  layihə  həllinə  çevrildi.  Tipik  vektor  kompüterinin 

downloaded from KitabYurdu.org



 

15 

tərkibinə tamədədli hesablayıcı olan skalyar prosessor, sürüşən 

vergüllü  ədədlərin  toplanması  və  vurulması  üzrə  funksional 

bloklar,  vektor  prosessoru  və  ümumi  yaddaş  daxildir.  Bu 

kompüterlər  -bölünən  yaddaş  –  bir  idarəetmə  axını  –  çoxsaylı 

verilənlər  axılanları‖  texnologiyası  ilə  qurulmuşdur.  1980-ci 

illərin sonu və 1990-cı illərin əvvəli superkompüterlərin verilən-

lərin  vektor-konveyer  emalına  əsaslanan  magistral  istiqamətli 

inkişafının  paralel  birləşdirilmiş  çoxsaylı  və  olduqca  çoxsaylı 

skalyar  prosessorlarla  əvəzlənməsi  ilə  xarakterizə  olundu. 

Kütləvi-paralel sistemlər  yüzlər və minlərlə ayrı-ayrı prosessor 

elementlərini  özlərində  birləşdirirdi.  Kütləvi-paralel  kompüter-

lərin  əksəriyyəti  RİSC-60  arxitekturalı  güclü  prosessorlar 

əsasında61 yaradılırdı.  



Mainfreymlər  çox  böyük  müəssisələrdə  istifadə  edilərək, 

elektron informasiyanın mərkəzləşmiş saxlanılmasını və paralel 

işlənilməsini təmin edir. Bu sinif kompüterlərin istehsalına 1964 

–cü  ildə  IBM/360  kompüterinin  istehsalı  ilə  başlanmışdır  və 

onların əsas istehsalçıları IBM, Amdahl, ICL, Siemens Nixdorf 

və digər firmalar hesab olunur. Mainfreymlərin IBM 370, IBM 

ES/9000,  Cray  3,  Cray  4,  VAX-100,  Hitachi,  Fujitsu  VP2000 

modelləri  geniş  yayılmışdır.  Bu  gün  hərbi-sənaye  və    biznes 

məlumatlarının  70%  mainfreymlərdə  emal  olunur.  Təkcə 

dünyanın  25  000  təşkilatında  İBM  firmasının  istehsal  etdiyi 

mainfreymlərdən istifadə olunur.  Müasir mainfreymlər saniyədə 

on  milyardlarla  əməliyyat  yerinə  yetirən,  paralel  işləyən,  64 

tərtibli, bir neçə mərkəzi və perferiya prosessorundan ibarət çox-

prosessorlu  sistemdir.  Hesablama  əməliyyatı  mərkəzi  proses-

sorlarda  yerinə  yetirilir.  Perferiya  prosessorları  isə  çoxsaylı 

perferiya  qurğularını  idarə  edir.  Mainfreymlər  çox  istifadəçi 

rejimində fəaliyyət göstərir. Belə ki, mainfreymin əsas blokuna 

terminallar1 qoşulur ki, onlar vasitəsilə qəbul edilmiş 1000-dən 

artıq  istifadəçi  məsələsini  paralel  olaraq  eyni  zamanda  yerinə 

yetirmək  mümkün  olur.    Mainfreymlər  həddən  artıq  etibarlı 

kompüterlərdir.  Onların  dayanmadan  işləmə  müddəti  12-15  il 

hesab olunur. İnformasiyalar aparat 2 və proqram 3 vasitələrilə 

etibarlı qorunur.  Mainfreymlərin istismar xərci və maya dəyəri 

 

16 

fərdi kompüterlərə nisbətən dəfələrlə çoxdur.  Onlara xidmət çox 

saylı  ixtisaslı  işçi  heyət  –  sistem  proqramlaşdırıcılarından4, 

tətbiqi  proqramlaşdırıcılardan  5,  mühəndis-texniklər  6  və 

verilənləri  hazırlayan  operatorlardan  7  ibarət  kadr  potensialı  

tələb  edir.  Buna  görə  də  onların  istismarı  vaxtın  optimal 

bölünməsi  prinsipi  əsasında  həyata  keçirilir.  Belə  ki,  daha  çox 

zəhmət tələb edən və uzun sürən hesablamalar, yerinə yetirilən 

məsələlərin sayı minimum olduğu gecə saatlarına planlaşdırılır. 

Gündüz  vaxtlarında  isə  mainfreym  daha  az  zəhmət  tələb  edən 

çoxsaylı m əsələləri çoxistifadəçi rejimində icra edir. Bu rejimdə 

eyni  vaxtda  bir  neçə  məsələ  ilə  və  uyğun  olaraq  bir  neçə 

istifadəçi  işləyir. Kompüter bu məsələləri paralel  olaraq  yerinə 

yetirir. 

Minikompüterlər. Minikompüterlər mainfreymlərə nisbətən 

kiçik ölçülərinə görə, uyğun olaraq daha az məhsuldarlığına və 

qiymətinə  görə  f  ərqlənirlər.  Belə  kompüterlər  əsasən  sənaye, 

elmi,  tədris  müəssisələrində,  banklarda  və  orta  biznes  kate-

qoriyasına aid olan firmalarda  istifadə olunur. Minikompüterlər 

multiprosessorlu  arxitekturaya,  çoxsaylı  diskovodlara1  və 

perferiya qurğularına  malik olub, 200-ə q ədər terminalın qoşul-

masını təmin edir.  Onların istismarı üçün də ixtisaslı proqram-

laşdırıcılar,  mühəndis  heyəti  tələb  olunur,  lakin  onların  sayı 

mainfreymlərə xidmət heyətindən dəfələrlə az olur. 



Mikrokompüterlər və ya fərdi kompüterlər. Mikrokompü-

terlər  maya  dəyərinin,  istismar  xərclərinin  az  olması,  onlarla 

işləmək rahat və sadə olması səbəbindən bütün  tip müəssisələrdə 

f  ərdi  olaraq    istifadə  olunur.  Müəssisədə  mikrokompüterlərin 

sayı kifayət qədər çox olduqda və kompüterlər lokal şəbəkəyə 2 

qoşulduqda kompüterlərə və şəbəkəyə azsaylı - tərkibi bir neçə 

adamdan  ibarət  olan  qrup  xidmət  edir.  Onlar  informasiya 

təhlükəsizliyini  təmin  edir    və  sistem-texniki  xidmətlər  gös-

tərirlər. 

 

 



 

downloaded from KitabYurdu.org




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə