Məmmədov Mahil İsa oğlu


    AGP  (Accelerated  Graphics  Port  –  Sürətləndirilmiş



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

 

47 

 

AGP  (Accelerated  Graphics  Port  –  Sürətləndirilmiş 



Qrafik  Port)  –  AGP  xüsusən  ekran  kartları  üçün  dizayn 

edilmişdir.  AGP  kompüter  dünyasını  qrafik  kartlarında  daha 

geniş  verilənlər  şini  istifadə  etməyə  məcbur  etmişdir.  AGP  66 

MHz 1x, 133 MHz 2x, 266 MHz 4x sürətilə həm olduqca sürətli 

verilənlər şini, həm də ana yaddaş ilə daha sürətli əlaqə saxlayan 

bir  portdur.  AGP  sadəcə,  ekran  kartı  və  mikroprosessor  ilə 

istifadə edilməsi və genişlənə bilməsi səbəbilə bir verilənlər şini 

deyil, daha çox port kimi  istifadə olunur. 32 bit həcmi olan və 

PCI  2.1  standartı  istifadə  edən  AGP  33  MHz  yerinə  66  MHz 

ötürmə sürətinə sahibdir. 

 

 

 



ATX  Power  Connector  (ATX  Güc  Əlaqələndiricisi)  –

standart ATX güc əlaqələndiricisi kompüterin güc mənbəyindən 

çıxır. Birləşdiricinin bir kənarında olan kəsiklər, əlaqənin doğru 

şəkildə  qurulması 

məqsədilə 

qoyulmuşdur. 

ATX  güc 

 

48 

birləşdiricisinin  qoşulması  və  çıxarılması  zamanı  güc  tətbiq 

edilməməli  və  düzgün  bir  formada  qoşulduğuna  əmin  olmaq 

lazımdır,  əks  halda  həm  anakart,  həm  də  əlaqələndiricinin  ucu 

zədələnə bilər. 



Chipsets (Mikrosxem dəsti) – Üzərilərində olan mikrosxem 

dəstləri  anakartları  bir-birindən  fərqləndirən  əsas  hissələrdən 

biridir. Mikrosxem dəsti bir çox kiçik dövrələrin birləşməsindən 

meydana  gəlmiş  və  xüsusi  funksiyaları  yerinə  yetirmək 

məqsədilə hazırlanmışdır. Məsələn, səs kartı, ekran  kartı  və  ya 

modemin  anakart  üzərində  olduğu  hallarında  mikrosxem 

dəstinin  bir  hissəsi  bu  qurğuların  birini  və  ya  bir  neçəsini 

işlədərkən,  digər  hissəsi  də  mikroprosessor  funksiyalarına 

nəzarət  edə  bilir.  Bəzi  mikrosxem  dəstləri  sadəcə  bir  qrup 

mikroprosessorları dəstəkləyərkən, bəziləri bir neçə sinfə uyğun 

olaraq  işləyir.  Hazırda  geniş  istifadə  edilən  anakartlar, 

ümumilikdə  Intel,  AMD  və  Cyrix  mikroprosessorlarının  ortaq 

olduqları  sürət  kateqoriyalarına  uyğun  olaraq  istehsal  edilir. 

Mikroprosessorun yaddaşa müraciət forması və məhdudiyyəti ilə 

məntiqi  məlumatları  da  mikrosxem  dəsti  üzərində  təyin 

edilmişdir.  Anakart  istehsalçıları  mikrosxem  dəstinin  anakart 

üzərində  yerini  təyin  edərkən  temperaturun  ən  yaxşı  şəkildə 

yayıla bilmə faktorunu diqqətə alırlar. 

CPU (Cenrtal Prosessing Unit – Mərkəzi Prosessor Qurğusu) 

Socket  (Oyuq)  –  Bütün  mikroprosessor  oyuqları  (socket)  bir-

birinə  bənzəyirlər.  Oyuqları  bir-birindən  fərqləndirən  quruluşu 

və girişlərinin sayıdır. Bəzi  yuvalar görünüş etibarilə bir-birinə 

çox  bənzəsələr  də,  quruluş  etibarilə  fərqlənirlər.  Məsələn, 

Socket-7,  Socket-8,  Socket-A  və  Socket-370  bunlardan 

bəziləridir. 

Bununla  bərabər  anakartlar  mikroprosessor  söküyünə  də 

malik  ola  bilirlər  (Şəkil  23.).  Sökük  ilə  oyuqlar  quruluş  və 

görünüş etibarilə tamamilə fərqlənirlər. 

DIMM  (Double  Inline  Memory  Module  –  İki  Tərəfli  Açıq 

Yaddaş  Modulu)  Slot  –  Hazırda  geniş  istifadə  edilən  yaddaş 

sökükləridir.  Digər  yaddaş sökükləri  isə,  SIMM  (Single  Inline 

Memory  Module  –  Tək  Tərəfli  Yaddaş  Modulu)  və  RIMM 

downloaded from KitabYurdu.org



 

49 

(Rambus  Inline  Memory  Module  –  Rambus  Açıq  Yaddaş 

Modulu)  modullarıdır.  Hazırda  RIMM  söküklərinin  istifadə 

edildiyi  az  saydakı  Pentium  IV  anakartları  xaricində    bütün 

anakartlarda  DIMM  sökükləri  istifadə  edilir.  Əsas  DIMM 

standartları PC100 və PC133-dür. PC100-lər 100 MHz, PC133-

lər  133  MHz  sürətində  işləyir.  Pentium IV  anakartlarında  olan 

DDR  RAM  cüt  məlumat  qrupunu  bir  paketlə  göndərə  bilmə 

xüsusiyyətinə malikdir. 

Floppy  Disk  Driver  Connector  (Elastik  Disk  Sürücüsü 

Əlaqələndiricisi)  –  Elastik  disk  sürücüsünün  anakart  üzərinə 

qoşulduğu  əlaqələndiricidir.  Qoşulma  şəkli  və  diqqət  ediləcək 

hallar IDE şininin qoşulması ilə tamamilə eynidir. Bu mövzuda 

bir hala diqqət etmək lazımdır ki, elastik disk sürücüsü şininin 

kəsik və qıvrımlı olan ucu elastik disk sürücüsü tərəfində, IDE 

şininə  bənzəyən  ucu  isə  anakart  tərəfində  olmalıdır.  Anakart 

üzərində sadəcə 1 ədəd elastik disk sürücüsü yuvası olur.  

IDE  (Intelligent  Drive  Electornic  –  Ağıllı  Elektron 

Sürücü)  Connector  (Əlaqələndirici)  –  IDE  əlaqələndiriciləri 

IDE  şinlərinin  anakart  üzərinə  birləşdirildiyi  oyuqlardır.  Sərt 

disk,  CD  və  DVD  sürücüləri  IDE  şini  vasitəsilə  IDE  əlaqə-

ləndiricisinə qoşulur. IDE qurğularının ATA33/66/100 olaraq üç 

standartı vardır. Bu rəqəmlər məlumatın vahid zamanda Mb/san. 

tipindən  maksimum  köçürülə  biləcək  miqdarını  göstərir. 

Köçürmə sürətini Standarddan kənara çıxaraq daha çox artırmaq 

mümkün deyildir. IDE  əlaqələndiricilərinə qoşulacaq qurğu ilə 

əlaqələndiricinin uyğun gəlməsi çox vacibdir. Hər hansı birinin 

dəstəklədiyi  standartın  daha  aşağı  olması  halında,  aşağı  sürətli 

qurğu  və  ya  əlaqələndiricinin  sürətində  məlumat  mübadiləsi 

aparılır. Bütün IDE şinlərinin bir kənarında qırmızı, ya da mavi 

rəngdə xətt olur. Bu xətt IDE şininin IDE birləşdiricisinə düzgün 

formada qoşulması məqsədilə qoyulmuşdur. Qırmızı, ya da mavi 

xəttin  olduğu  tərəf  IDE  əlaqələndiricisinin  1  nömrəsi  ilə 

göstərilən tərəfinə uyğun gəlməlidir. Bəzi anakartlarda bu rəqəm 

göstərilməyə bilər. Bu halda IDE əlaqələndiricisi oyuğunun uzun 

kənarlarından  birinin  orta  hissəsində  olan  kiçik  yarığa  diqqət 

edilməlidir.  Yarıq  tərəfin  üst hissədə  olduğu düşünülərsə,  IDE 

 

50 

şini rəngli xəttin olduğu kənar sağda olacaq şəkildə qoşulmalıdır. 

Bu mövzuda məlumat hər anakartın kitabçasında mütləq verilir. 

IDE  oyuqları  iki  ədəd  olur:  Primary  (Əsas),  Secondary 

(Köməkçi). 



Motherboard  Battery  (Anakart  Batareyası)  –  Anakart 

üzərində  elektrik  axınının  olmadığı  hallarda  bəzi  əhəmiyyətli 

məlumatların  yadda  saxlanması  məqsədilə  istifadə  edilən,  çox 

kiçik  bir  gücə  sahib  batareyadır.  Məsələn,  tarix  və  saat 

məlumatlarının  kompüterin  hər  açılışında  qarşımıza  düzgün 

formada çıxması bu batareya sayəsində mümkün olur. Çox vaxt 

BIOS  batareyası  adlandırdığımız  bu  batareyalar,  əsasən  uzun 

ömürlü  litiumdan  hazırlanır.  Əsasən  istifadəçilər  batareyanı 

çıxartmaqla  BIOS-u  “sıfırlama”,  yəni  boşaltma  üsulundan 

istifadə  edirlər.  Bu  üsuldan,  batareya  tamamilə  boşaldıqdan 

sonra və ya dəyişməsi lazım olduğunda, ya da BIOS-un anakart 

üzərində  olan  çevirici  (jumper)  və  ya  açarlar  ilə  sıfırlana 

bilmədiyi  hallarda  istifadə  olunmalıdır.  Batareyanın  uzun 

müddətdə  çıxarıldığı  hallarda,  bəzi  anakartlarda  iş  prosesinin 

bərpa  edilməsinin  mümkün  olmadığı  problemlər  ortaya  çıxara 

bilər.  


BIOS  (Basic  Input  Output  System  –  Əsas  Giriş-Çıxış 

Sistemi)  Chip  (Mikrosxem)  –  BIOS  kompüterin  əsas  sistem 

məlumatlarını  yadda  saxlamaq  üçündür.  Kompüterin  düzgün 

açılması BIOS-un doğru nizamlanmasından asılıdır. Anakart və 

mikroprosessorun  yeniliklərə  uyğun  olaraq  işləməsi  üçün, 

BIOS-un yeni versiyaları təqib edilməli və yenilənməlidir 

3.2. Mikroprosessor 

Mikroprossesor (prosessor)- CPU (Central Processing Unit-

Merkezi  Əməliyyat  Bloku-MƏB),  kompüterin  beyni  olaraq 

tanınır.  Bu  adlandırma,  Mikroprosessorun  əhəmiyyətini  qeyd 

etmək  üçün  söylənilir.  Bu  gün  bazarda  müxtəlif  mikroproses-

sorlar  var.  Əslində  mikroprosessorlar,  sadəcə  kompüterlərdə 

downloaded from KitabYurdu.org



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə