MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə180/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   176   177   178   179   180   181   182   183   ...   228

 

333


Yaşıllaşdırmada istifadə olunan ağac və kolların 99 növü Qafqaz florasına aid olub 28%, qalan 247 növü isə 

ekzot növlərdir, bu, yaşıllıqlarda olan ağac və kolların 72%-ni təşkil edir. Bunlar əsasən Şərqi Asiya (Yaponiya, 

Çin, Uzaq Şərq) florasından 74 növ, Şimali Amerika florasından 50 növ, Aralıq dənizətrafı florasından 24 növ, 

Avropadan 16 növ, Orta Asiyadan 8, İran və Kiçik Asiyadan 8 və digər regionlardan 15, meyvə ağacları 11 növ 

və 38 forma hibrid bitkilərdən ibarətdir (Ağamirov, 2000).  

Bu onu göstərir ki, respublikamızda yaşıllaşdırma işlərində Qafqaz, o cümlədən Azərbaycan florasında olan 

ağac və kol növlərindən lazımi dərəcədə istifadə edilməmişdir. Onlardan Lənkəran akasiyası, dəmirağac, 

şabalıdyarpaq və digər palıd növləri, dovşanalması, Xəzər  lələyi, tozağac növləri, qarmaqvari şam, saqqızağac, 

qafqaz xurması, ardıc növləri, vələs, ağcaqayın növləri, yalanqoz, qızılağac, qaraçöhrə və başqalarını göstərmək 

olar.  


Respublikamızın müxtəlif torpaq-iqlim şəraitini nəzərə alaraq onun müxtəlif təbii zonalarında yaşıllaşdırma 

işlərində Ü.M.Ağamirovun (2000) təklif etdiyi siyahıya əlavə və düzəlişlərlə aşağıdakı ağac və kol növlərinin 

istifadə olunmasını məqsədəuyğun hesab edirik.  

- Abşeron-Qobustan rayonu (Bakı, Sumqayıt şəhərləri daxil olmaqla): eldar şamı, həmişəyaşıl sərv, daş 

palıd, avropa zeytunu, Lənkəran (ipək) akasiyası, hələb  şamı, himalay sidri, yapon əzgili, yapon saforası, 

xırdayarpaq qarağac, Türküstan qarağacı, evkalipt, traxakarpus palması, xamerops palması, dağdağan, ərkvan, 

suriya gülxətmi, püstə, badam, tobira pittosporumu, naz kolu, oleandr, həmişəyaşıl başın ağacı və b.  



- Zaqatala-Şəki zonası üçün: iriyarpaq cökə, qafqaz cökəsi, adi şabalıd, at şabalıdı, uzunsaplaq palıd, 

Krım şamı, dəmirağac, italiya şamı, maqnoliya, qafqaz xurması, tikanlı küknar, iriçiçək maqnoliya, pişikdırnağı 

və b.  

- Quba-Şamaxı zonası üçün: Krım şamı, şabalıdyarpaq palıd, qaraçöhrə, qafqaz cökəsi, yapon əzgili, adi 

göyrüş, adi qoz, himalay sidri, sərv, Krım şamı. 



- Mərkəzi Aran rayonları (Kür-Araz ovalığı) üçün: eldar şamı, hələb şamı, həmişəyaşıl sərv, şərq çinarı, 

saqqızağac, püstə, badam. avropa zeytunu, adi qoz, uzunsaplaq palıd, heyva, nar, Amerika gövrüşü, evkalipt, 

dağdağan. 

- Gəncə-Qazax zonası üçün: qafqaz cökəsi, iriyarpaq cökə, həmişəyaşıl sərv, şərq çinarı, tikanlı küknar, 

Krım  şamı, veymut şamı, italiya şamı, himalay sidri, yapon xurması, qafqaz xurması, yapon əzgili, yapon 

xriptomeriyası, iriçiçək maqnoliya. 

- Naxçıvan respublikası üçün: naldənd, şərq çinarı, araz palıdı, dağdağan, Krım şamı, daş palıd, tozağac, 

virginiya ardıcı, suriya göyrüşü, quşarmudu növləri, adi göyrüş, çoxmeyvəli ardıc, araz palıdı, badam, yemişan, 

iberiya ağcaqayını, söyüdyarpaq armud.  

- Lənkəran-Astara zonası üçün: azatağac, dəmirağac, Lənkəran akasiyası, pekan, dəmirağac, pişikdırnağı 

(mimoza), adi şabalıd, at şabalıdı, himalay sidri, tikanlı küknar, ağşam, iriyarpaq cökə, Xəzər lələyi, samşit, 

həmişəyaşıl sərv, Krım şamı, qaraçöhrə, şabalıdyarpaq, palıd, dəfnə, evkalipt, qanadmeyvə yalanqoz və b. 

- Yuxarı Qarabağ üçün: Qafqaz cökəsi, Krım şamı, adi şam, şərq palıdı, şərq çinarı, engelman küknarı, 

tozağac, adi göyrüş, qafqaz vələsi və b.                

                   

 

XVI Fəsil 



HEYVANAT ALƏMİ 

 

Təbiətdə heyvan və bitkilər sıx əlaqədə olur. Heyvanlar bitkilərlə  qidalanmaqla bərabər, həm də onlara xeyir 

verir.  

Havanı bitkilərin fotosintezi üçün istifadə etdiyi karbon qazı ilə  zənginləşdirir, torpağı peyinlə gübrələyir, 

çarpaz tozlanmaya (həşəratlar) şərait yaradır, bitkilərin yayılmasına (toxumun aparılması ilə) kömək edir. və s. 

Yerüstü və su heyvanlarından qida məhsulları, dəri xammalı, xəz-dəri və s. almaq üçün istifadə olunur. Hazırda 

Yer kürəsi əhalisinin yarıya qədəri xroniki zülal aclığı keçirir. 3 mln tona qədər qiymətli heyvan zülalı, yəni 15mln 

ton ət çatışmır. Odur ki, heyvandarlığı inkişaf etdirməklə yanaşı, həm də ovluq balıqların, məməlilərin və quşların eh-

tiyatlarından səmərəli istifadə etmək lazımdır. 

Hər hansı heyvanın sayının dəyişməsi bir sıra səbəblərlə baş verir. Bunlardan ən başlıcası populyasi-

ya, növ və ya bütövlükdə qruplaşmanın yaşayış  şəraitinin antropogen dəyişməsi, digəri isə  bəzi heyvan 

növlərinin bilərəkdən müəyyən məqsəd üçün ovlanması və ya məhv edilməsidir. 



 

334


 

Şəkil 16.1. Heyvanat aləminin təbiətdə və insan həyatında əhəmiyyəti 

(Korobkin, Peredelski, 2001) 

 

Heyvanların yaşama mühitinin dəyişməsi ən çox texniki inkişafla bağlıdır. Çaylarda bəndlərin tikilməsi, su 



anbarlarının yaradılması həyat mühitini tamamilə dəyişir. Şəhərlərin «hücumu» heyvanların yaşayış şəraitini kö-

kündən dəyişdirir: iri məməlilər yoxa çıxır, quş növlərinin sayı kəsgin azalır, əksinə bəzi növlərin (göy göyərçin, 

şəhər sərçəsi, boz qarğa və b.) kütləvi artmasına imkan yaranır. 

Suvarma, xüsusilə nəmli yerlərin qurudulması bitki  və heyvanların həyat şəraitini dəyişdirir. Belə sahələr 

kənd təsərrüfatında istifadə olunur. 

Heyvanların kütləvi və nəzarətsiz ovlanması onların məhv olması təhlükəsinə səbəb olur. Bu səbəbdən ada-

larda yaşayan heyvanların  əksəriyyəti artıq planetimizdə mövcud deyildir. vəhşi heyvanların sayının kəsgin 

azalması Afrikanın avropalılar tərəfindən müstəmləkələşirilməsi dövründə başlandı. XIX əsrin sonu, XX əsrin 

əvvəlində Cənubi Afrikada iri vəhşi heyvanlar – fil, kərgədan, kəl və b. demək olar ki,  məhv edilmişdir. Belə 

bir təhlükə Şərqi və Mərkəzi Afrikanı da gözləyir. 



Son 100 il ərzində hər il orta hesabla bir növ sıradan çıxır. J.Dorstun (1968) məlumatına görə eramızın 

başlanğıcından indiyə kimi insanın günahı ucundan 120 növdən artıq məməli heyvan, 150 növdən artıq quş 

növünün nəsli kəsilmişdir. 

 

 

Cədvəl 16.1. 

 

1950-ci ilə qədər dövrdə heyvanların tərk olması  



(nəslinin kəsilməsi) 

 

 

Tərk olan (nəsli kəsilən) 

növ və yarımnövlər 

İllər 

Məməlilər (növlər) Quşlar (növ və yarım-

növlər) 

1800-ci ilə qədər 33 

30 

1801-1850 2  20 



1851-1900 31  50 

1901-1950 40  50 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə