MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə179/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   175   176   177   178   179   180   181   182   ...   228

 

332


- Aeroport meşə parkı.  Bakı  şəhəri ilə Aeroport arasında yolboyu bağ salınmışdır. Bu ərazi  şəhərdən 

kənarda yerləşib  əhalinin istirahət yeridir. Burada ağacların kəsilməsi və yerində ticarət tikintilərinin 

yaradılması adi hal olmuşdur.  

- Abşeron yaşıllıqlarını  Ü.M.Ağamirov, F.M.Məmmədov 16 sağlamlıq ocağı  ərazisində  dənizdən olan 

məsafələrinə görə 2 qrupa bölür: 



1. Abşeronun şimal-şərq hissəsində dəniz sahilində yerləşən sağlamlıq ocaqları. Bura Buzovna, Zaqulba və 

Bilgəhdə yerləşən 7 sağlamlıq ocağı daxildir. 



2. Yarımadanın şimal-şərqində, dənizdən 3-5 km aralı yerləşən sağlamlıq ocaqları. Bu qrupa Mərdəkan və 

Şüvəlan qəsəbələrində yerləşən              9 sağlamlıq ocağının yaşıllaşdırılmasında 93 ağac və kol növündən 

istifadə olunmuşdur. Bilgəhdə yerləşən kardioloji sanatoriyaları  ərazisinin yaşıllaşdırılmasında 48 növ, 

Buzovnada yerləşən 4 və 5 saylı istirahət evlərinin, uşaq sümük-vərəm sanatoriyasının yaşıllaşdırılmasında isə 

cəmi 10-16 ağac və kol növündən istifadə edilmişdir.  

Lakin son illər Bilgəh sanatoriyaları  ərazisindəki yaşıllıqlara lazımi qulluq edilmədiyindən, çox yerdə 

suvarılmadığından ağaclarda xəstəliklər və quruma müşahidə olunur.  

Zaqulbada yerləşən Daxili İşlər Nazirliyinin istirahət tipli sanatoriyasının  ərazisində apardığımz tədqiqat 

işləri göstərdi ki, ərazinin dənizə yönələn iri qayalı yamacında çoxdan aza doğru aşağıdakı ağac və kollardan 

istifadə edilmişdir: iydə, naz, zeytun, badam. Badamlar bol, keyfiyyətli meyvə gətirir. Dənizə gedən asfalt yolu 

boyu eldar şamı  və  sərvdən istifadə olunmuşdur. Qayalar arasında  əkilən üzüm kolları da bol məhsul verir. 

Suvarma aparılmasa da, ağaclar özünü yaxşı hiss edir. Ərazinin düzən hissəsində əsasən eldar şamı və sərvdən 

istifadə edilmişdir. Onlarla nar kolları bol məhsul verir. 4 ədəd çinar ağacı, 10 ədəd dəfnə, zeytun özlərini yaxşı 

hiss edir.  

Abşeron yarımadasının  ərazisində üzümlüklər, bağlar, tərəvəz bitkiləri  əkinləri, çoxlu şor göllər, yaşayış 

sahələri, neft vışkaları  və s. olduğundan başdan-başa meşə-parkların salınması qeyri-mümkündür. Lakin 

şəhərdən kənarda iri meşə-parkların yaradılması olduqca vacib məsələdir. Relyef və torpaq şəraiti meşə-

parkların salınmasına, onların suvarılmasına imkan yaratmadıqda orada quraqlığa davamlı olan eldar şamı, 

püstə, əncir, qismən də zeytundan istifadə etmək məqsədəuyğundur.  

Abşeronda çətin iqlim şəraitini, xüsusən  şimal küləklərini nəzərə alaraq meşə-parklar hakim küləklərə 

(xəzriyə) perpendikulyar, yəni qərbdən-şərqə doğru yerləşdirilməlidir.  

«Soyuzqiprolesxoz» tərtib etdiyi sxemə  əsasən Abşeron yarımadasında 29,3 min ha qoruyucu meşə 

zolaqları salınmalıdır. Salınacaq yaşıllıqlar yarımsəhra landşaftını kökündən dəyişərək başdan-başa istirahət 

meşə-park zonasına çevirəcək, iqlim və hava şəraitini yaxşılaşdıraraq, yayın qızmar havasını mülayimləşdirib 

şimal küləklərini zəiflədəcəkdir. Bununda yanaşı, salınan meşə-parklar böyük estetik əhəmiyyətə malikdir.  

Rekultivasiya yolu ilə Abşeronda neft mədənləri tərəfindən çirklənmiş 10 min ha-dan artıq sahədə 

yaşıllaşdırma işləri yerinə yetiriləcək, orada ilk növbədə  çətin torpaq şəraitinə dözümlü ağaclardan maklyura, 

aylant, yulğun, Amerika ağcaqayını, yapon saforası, iydə, yalançı sabun ağacı, yaşıl göyrüş, oleandr, ispan nazı, 

amorfa, sarı akasiya, qarağac, qismən eldar şamı və zeytundan istifadə olunması məsləhətdir.  

Abşeronun ağır iqlim-torpaq şəraitində yaşıllaşdırma məqsədilə  ağac-kol bitkilərinin introduksiyası üzrə 

aparılan çoxillik təcrübə, salınan yaşıl ağaclıqların, parkların, meşə-parkların və bağların tərkibində  ağac-kol 

cinslərinin çeşidlərini genişləndirməyə, onların tərkibini zənginləşdirməyə imkan yaradır.  

Abşeronda becərilən qiymətli ağac cinsləri ilə (zeytun, tut, püstə, badam, əncir, eldar şamı, hələb şamı və s.) 

yanaşı, indi dekorativ cəhətdən qiymətli bir sıra cinslərindən də istifadə edilir. Onlardan çinarı, yapon saforasını, 

dəmirağacı göstərmək olar. Son vaxtlar yaşıllaşdırma işlərində çinarla yanaşı, gözəl çiçək açan və qiymətli ağac-

kol cinslərindən daş palıd, yapon əzgili, sərv, dəfnə, at şabalıdı, ipək akasiyası, ispan nazı, nar, yapon heyvası, 

dovşanalması növləri, hind yasəməni,  ərkivan, pirakanta növləri, pittosporum, himalay sidri, evkalipt və 

maqnoliyanı göstərmək olar.  

Yaşıllaşdırma işlərində azqiymətli ağaclardan amerika ağcaqayını, göyrüşyarpaq ağcaqayın, meliya, 

maklyura və çiçəklədiyi vaxt çox pis iyi olan aylantdan çox istifadə edilməməlidir. Görkəmli yerlərdə palma, 

maqnoliya, himalay sidri, yapon əzgili və daş palıda üstünlük verilməlidir. 

Tut və qovaq növlərinin erkək nüsxələrindən istifadə edilməsi məsləhətdir. Çünki tutun meyvəsi yetişən 

dövrdə küçələri, adamların üst-başını çirkləndirir, dişi qovaq növləri isə ətrafa çoxlu tük yayır.  

Ümumiyyətlə, şəhər və qəsəbələrdə evlərin arasında və yollar boyu qovağın əkilməsi məsləhət deyil, çünki 

bu ağaclar sürətlə böyüyərək tez qocalır, yıxılır, binaları və əhalini təhlükə altına alır.  

Azqiymətli ağacları rekosntruksiya etdikdə küçələrin ümumi arxitekturasına uyğun olub oraya əlavə yaraşıq 

verən qiymətli ağac növlərinin iri əkin materialından (10 yaşdan yuxarı) istifadə edilməlidir.  

Ü.M.Ağamirovun (2000) məlumatına görə Azərbaycanın yaşıllaşdırılmasında 346 ağac və kol növü və 

formasına təsadüf edilir. Bunlar 166 cinsə və 70 fəsiləyə aid olan 168 ağac növü və formasından, 167 kol növü 

və formasından və 11 sarmaşan və dırmaşan kollardan ibarətdir. Bu ağacların 28 növü və forması iynəyarpaqlı, 

11 növü həmişəyaşıl yarpaqlı, 129 növü yarpağını tökənlərdir. Kolların 4 növü və forması iynəyarpaqlı, 58-i 

həmişəyaşıl, 99-u yarpağını tökən, 6 növü yarım həmişəyaşıldır.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə